Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"
İlon Maskla Donald Tramp arasında yaranmış qarşıdurma "SpaceX" şirkətinin təxminən 22 milyard dollar dəyərindəki dövlət müqavilələrini təhlükə altına salıb.

TEREF xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Məqalədə bildirilir ki, ABŞ-ın bir çox kosmik proqramları, Maskla Tramp arasında baş qaldıran və tezliklə nəzarətdən çıxan düşmənçiliyin nəticəsində ciddi dəyişikliklərlə üzləşə bilər. Qarşıdurma ötən həftə Maskın Trampın vergi və xərcləri azaltmaq təşəbbüsünü tənqid etməsi ilə başlayıb. Tramp isə buna cavab olaraq Maskın şirkətləri ilə olan dövlət müqavilələrini ləğv etməklə hədələyib. Mask isə cavabında, NASA tərəfindən istifadə edilən "SpaceX"ə məxsus "Dragon" kosmik gəmisini istismardan çıxaracağını bildirib.

"Reuters"in yazdığına görə, təxminən 5 milyard dollar dəyərində olan bu müqaviləyə əsasən, "Dragon" - ABŞ-ın astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparıb-gətirə bilən yeganə kosmik gəmisidir. Bu isə Maskın şirkətini Amerika kosmik proqramının kritik elementi halına gətirir.

"Düşmənçilik belə bir sual doğurur: keçmişdə də dövlət satınalmalarına müdaxilə edən və tez-tez gözlənilməz davranışlar sərgiləyən Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər?”, deyə məqalədə qeyd olunur.

Əgər Tramp siyasi intiqam məqsədilə NASA və Pentaqonla olan milyardlarla dollarlıq müqavilələri ləğv edərsə, bu, ABŞ-ın kosmik inkişafını yavaşıda bilər.

Bu mübahisə, ABŞ prezidenti ilə sənaye nəhəngi arasında əvvəllər mövcud olan əməkdaşlığı da məhv edib. Bu əməkdaşlıq SpaceX üçün Marsın tədqiqi proqramı, kosmosda nəhəng raket əleyhinə qalxan qurulması kimi bir sıra əsas üstünlüklər gətirmişdi.

Məqalədə qeyd olunur ki, əgər "Dragon" istismardan çıxarılarsa, bu addım 20 il əvvəl imzalanmış beynəlxalq razılaşma çərçivəsində onlarla ölkənin iştirak etdiyi BKS proqramını poza bilər. Amma bu qərarın nə qədər tez reallaşacağı bəlli deyil. NASA hazırda ehtiyat variant kimi ruslara məxsus "Soyuz” gəmisindən istifadə edir.

Xatırladaq ki, daha əvvəl Tesla şirkətinin səhmlərinin də kəskin şəkildə ucuzlaşdığı bildirilmişdi. Bu, ABŞ prezidenti Donald Tramp və İlon Mask arasında yaranan açıq qarşıdurmadan sonra baş verib. Şirkət bazar dəyərində təxminən 150 milyard dollar itirib.

Trampla Mask arasında açıq mübahisə cümə axşamı alovlanıb. Tramp bəyan edib ki, Maskın dəstəyi olmasa belə, o, prezident seçkilərində qalib gələrdi.

Bundan əvvəl isə, Maskın Trampın büdcə layihəsinə yönəltdiyi tənqidlərin Trampı narazı saldığı qeyri-rəsmi şəkildə məlum olmuşdu.

©Qaynarinfo
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Azərbaycana keçənlər Ermənistana qaytarıldı
07 İyun 2025 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
07 İyun 2025 Trampla mübahisədən sonra Mask zənglərə cavab vermir
07 İyun 2025 “AST Telman”ın killerinin məhkəməsi başladı
07 İyun 2025 Tramp Maskla bağlı Vensdən xahiş edib ki...
07 İyun 2025 Ermənistan Dövlət Komissiyası Paşinyanın təhqiramiz yazısı ilə bağlı araşdırma aparır
07 İyun 2025 Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
07 İyun 2025 Azyaşlıları fahişəliyə cəlb etmək ittihamı… – Ara qarışır
07 İyun 2025 Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj
06 İyun 2025 Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb
06 İyun 2025 Si Cinpin Donald Trampı Çinə səfərə dəvət etdi
06 İyun 2025 Maskdan şok: Trampın adı uşaqların cinsi istismarında hallanır!
06 İyun 2025 "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
05 İyun 2025 Spiker qocalmaq əleyhinə kremlər alıb – Dövlətin puluna
05 İyun 2025 Rusiyalı deputatlardan azərbaycanlılara da mənfi təsir edəcək təklif
05 İyun 2025 Hacıyevin mesajı: Türkiyədə Bakını hədəf alanlar kimlərdir?
05 İyun 2025 Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
05 İyun 2025 Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı
05 İyun 2025 Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
04 İyun 2025 Şahramanyana qarşı yeni ittihamlar

Dünyapress TV

Xəbər lenti