Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb.

Trend xəbər verir ki, mübahisəyə Qarabağda qanunsuz ucaldılmış erməni abidələrinin sökülməsi ilə bağlı təxribat xarakterli sual səbəb olub.

“Mən sizə bir sual vermək istəyirdim: başqa ölkələrdə sökülən digər abidələr sizi maraqlandırırmı? Bu barədə nə vaxtsa sizdən heç bir material görməmişəm və eşitməmişəm. Hətta bizim sovet əsgərlərinin xatirəsinin qorunmasında, onların arasında erməni mənşəli olanların ad və soyadları aydın şəkildə görünənlərin belə müdafiəsində bu qədər geniş dəstək verdiyinizi heç vaxt müşahidə etməmişəm. Biz həmişə onların xatirəsini qorumaq, güllər qoymaq, məzarlarını təmiz saxlamaq, təhqirdən qorumaq və ya bərpa etmək üçün əlimizdən gələni edirik. Nə üçün siz bu kontekstdə heç vaxt sual verməyə təşəbbüs göstərmirsiniz, təkcə bizə deyil, bəlkə də elə öz ölkənizə. Bu sahədə birgə səylər nə yerdədir? Baxın indi görün nələr baş verib”, – deyə o bildirib.

Zaxarova əlavə edib ki, bu mövzunun niyə və hansı kontekstdə qaldırılması açıq-aydındır.

“Mən sizdən çox xahiş edirəm, bunu etməyin. Bu mövzu sizin informasiya məkanınıza və səlahiyyət sahənizə daxil deyil. Bu, artıq hörmətsizlikdir”, – deyə o əlavə edib.
Ardını oxu...
Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər. Hətta, Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər.

Son dönəmlərdə sözügedən mövzu Azərbaycan ictimaiyyətində də aktualdır. Əməkdar mühəndis, ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri Musa Süleymanov bu haqda maraqlı təkliflə çıxış edib. O, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı təşəbbüs irəli sürüb. Bununla da Xəzərlə Qara dənizin yeraltı tunel vasitəsilə birləşdirilməsi ideyası gündəmə gəlib.

Bəs bu təklif Xəzər dənizində suyun səviyyəsinin artmasına yardım də bilərmi? Layihə nə dərəcədə real görünür? Ümumiyyətlə, Xəzərdə dayazlaşmanın qarşısını hansı formada almaq olar?

Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, Xəzərlə Qara dənizin yeraltı tunellə birləşdirilməsi ideyası maliyyə baxımından çox bahalı texniki layihədir:

“Bunu həyata keçirmək üçün milyardlarla vəsait sərf olunmalıdır. Xəzərlə Qara dənizin suyu fərqli xüsusiyyətlərə malikdir. Qara dənizin okeanla əlaqəsi olduğu üçün suyu daha duzludur. Xəzərdəki duzluluq isə onunla nisbətdə 2,5-3 dəfə azdır. Belə olan halda duzlu suyun yenidən Xəzərə gətirilməsi biomüxtəlifliyə mənfi təsir göstərə bilər. Həmin təşəbbüs unikal variantdır və bununla Xəzərin dayazlaşmasının qarşısını almaq olar. Amma yaranacaq mənfi situasiyalar əvvəlcədən nəzərə alınmalıdır”.
Ardını oxu...
Səid Səfərov

S.Səfərov əlavə edib ki, Xəzərin səviyyəsi tarix boyu dəyişkən olub:

“Bunun da tektonik proseslər, iqlim dəyişiklikləri və sair kimi müxtəlif səbəbləri var. Xəzərin səviyyəsinin kəskin dərəcədə aşağı düşməsi qlobal istiləşmə ilə əlaqədardır. Qlobal istiləşmənin qarşısı alınmasa, bu problem uzun müddət qalacaq. Dünyadakı bütün dövlətlərin səyi ilə buna müdaxilə olunmalıdır. Atmosferə atılan karbon və parnik qazlarının konsentrasiyası ciddi şəkildə azalmalıdır. Çünki Xəzərin səthindən və su anbarlarından buxarlanmanın azalması üçün temperaturun artması dayanmalıdır. Bu yollarla qismən də olsa problem öz həllini tapa bilər”.

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev qeyd edib ki, Xəzərin dünya okeanından 28 metr aşağı yerləşdiyini nəzərə alaraq Qara dənizin suyunun Xəzərə axıdılması mümkündür:
Ardını oxu...
Arzu Mustafayev

“Xəzərdə suyun azalması çoxsəbəbli faktorlarla bağlı prosesdi. Xəzər qapalı su hövzəsi olduğundan bu tip qalxma-enmələr dövrü olaraq daimi baş verib və verəcəkdir. Elmi cəhətdən bu səbəblərin spektri ilə bağlı yekdil fikir yoxdur. Sovet dövrü alimlərinin bu səbəblərin arşdırılması istiqamətində çoxsaylı elmi tədqiqatları olsa da, vahid nəticə, yekdil fikir formalaşdırması mümkün olmayıb. Hesab edirəm ki, illik müşahidələr və dərin analiz vasitəsilə səviyyəni azaldan səbəblər arşdırılmalı, onların aradan qaldırılması yolları və metodikaları tapılmalıdır. Bundan başqa, prosesdə antropogen, endogen və ekzogen səbəblərin təsir dərəcəsi, kəmiyyəti öyrənilməlidir”.
 
Ardını oxu...
"Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir..."

Bu şənbə, iyunun 14-də ABŞ-ın bütün ştatlarında hazırkı prezident Donald Trampın siyasətinə qarşı irimiqyaslı etiraz aksiyaları keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Təşkilatçılar hesab edir ki, bu, Trampın ikinci prezidentlik dövrü başladıqdan bəri ən böyük birgünlük etiraz tədbiri olacaq. Aksiya "Kralsız gün" ("No Kings Day") adlanır və təsadüfi deyil ki, ABŞ Silahlı Qüvvələrinin 250 illiyi münasibətilə Vaşinqtonda keçiriləcək hərbi paradla eyni vaxta - iyunun 14-nə təsadüf edir. Həmçinin, həmin gün prezident Tramp 79 yaşını qeyd edir.

Məqsəd: küçələrdə şouya qarşı demokratiya

Bu aksiyaların koordinasiyası ilə 100-dən çox demokratik yönümlü qrup məşğuldur. Onların arasında daha öncə "Trump Resistance" hərəkatı ilə tanınan "Indivisible" təşkilatı da var. Hələ may ayında aksiyanı elan edən bu qrup Trampı ad gününü tanklarla və küçələrdə güc nümayişi ilə qeyd etmək istəyən avtoritar lider kimi təqdim edib. Təşkilatçılar bildirir ki, Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir və bu səbəbdən aksiya "Kralsız gün" adı ilə keçirilir.

Vaşinqtonda yox, bütün başqa şəhərlərdə

Qəribədir ki, Vaşinqtonda - prezidentin doğum günü və hərbi paradın keçirildiyi şəhərdə heç bir rəsmi etiraz aksiyası planlaşdırılmayıb. "Indivisible" təşkilatının rəhbəri Liya Qrinberqin sözlərinə görə, bu, məqsədli strategiyadır. Məqsəd Tramp administrasiyasının paytaxtda qarşıdurma yaradaraq diqqəti yayındırmasının qarşısını almaqdır. Qeyd edək ki, Tramp daha öncə bəyan edib ki, Vaşinqtonda hər hansı etiraz sərt şəkildə yatırılacaq və "çox böyük güclə cavab veriləcək".

"Təlxəkləri qovaq": qadın hərəkatı da qoşulur

"No Kings Day" ilə paralel olaraq eyni gündə ABŞ-ın bir çox şəhərlərində "Clown Out" - "Təlxəkləri qovaq" adlı qadın yürüşləri də keçiriləcək. Bu marşlar əsasən MAGA rejiminin (Make America Great Again) cəfıngkiyini və antidemokratik ruhunu ifşa etməyə yönəlib. Aksiyanın təşkilatçıları bildirir ki, 14 iyun onlar üçün MAGA rejiminə qarşı real müqavimət göstərmək və demokratiyanı müdafiə etmək üçün bir fürsətdir. Onların mesajı aydındır: demokratiya uğrunda mübarizə hələ bitməyib - o, indi və burada davam edir.

Aksiyalar immiqrasiya böhranı fonunda keçirilir

Etiraz aksiyaları Tramp administrasiyasının sərt antimiqrant siyasəti ilə bağlı ABŞ-ın bir çox şəhərində, o cümlədən Los-Ancelesdə davam edən narazılıqlar fonunda keçirilir. Federal hökumətin miqrantlara qarşı zorakı münasibəti, xüsusilə də son günlərdəki kütləvi həbslər və deportasiya tədbirləri ictimai qəzəbi daha da artırıb.

Kaliforniya qubernatoru Trampı ittiham edib

Kaliforniya qubernatoru Qevin Nyusom televiziyada çıxışı zamanı Trampı ölkə daxilində qarşıdurmalar yaratmaqda və demokratik dəyərləri sarsıtmaqda ittiham edib. Onun sözlərinə görə, küçələrə hərbçilərin çıxarılması misilsiz addımdır və ABŞ demokratiyasının mahiyyətinə təhdiddir. Nyusom bildirib ki, Trampın iddia etdiyi kimi bu tədbirlər sadəcə təhlükəli cinayətkarlara qarşı yönəlməyib, əslində isə narazı vətəndaşların susdurulmasına xidmət edir.
Ardını oxu...
“İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin guya Zəngəzur dəhlizinin açılmasına onların imkan vermədiyini deməsi və bu dəhliz açılacağı təqdirdə İranın Avropaya çıxışının bağlanacağı haqda söylədikləri qeyri-ciddidir. Vilayəti o məsələdə haqlıdır ki, farslar və ermənilər mənşə baxımından bir-birinə daha yaxındırlar”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Seyid Əli Xamnəinin müşaviri Əli Əkbər Vilayətinin fikirlərini şərh edərkən deyib.

Professorun sözlərinə görə, cənab Vilayəti bir zamanlar İranın Xarici işlər naziri olub və ölkəsinin Avropaya çıxışından danışarkən tarixə baxmalıdır.

“Zəngəzur dəhlizi mövcud olduğu dövrlərdə də İranın Avropa ilə əlaqəsi, quru yolu olmayıb, indi də yoxdur. Ermənistan özü Gürcüstan vasitəsilə Avropaya çıxış əldə edir. Yəni nə əvvəl, nə də indi İranın Avropaya çıxışı Ermənistan üzərindən olmayıb. Əgər Vilayəti Avropaya çıxışlarından narahatdırsa, Türkiyə ilə əlaqələri yüksək səviyyədə qursunlar. Çünki Avropaya ilə birbaşa əlaqə Türkiyə üzərindən mümkündür”,- deyə C. Nuriyev əlavə edib.

Professor iddia edir ki, İran faktiki olaraq Ermənistanı satıb:

“Azərbaycan ayrılmaz ərazisi olan Naxçıvanla yerüstü əlaqəni gücləndirməyə çalışır. Zəngəzur dəhlizi həm də bu baxımdan önəmlidir. Lakin Ermənistan bu məsələni gecikdirdi, Azərbaycan isə Naxçıvanla quru əlaqəni gücləndirmək məqsədilə İranla razılaşdı, körpü salınır, yol düzəldilir və s. Güman edirəm ki, Zəngəzur dəhlizi açıldıqda belə, bu, İrana problem yaratmayacaq”.

C. Nuriyev xatırladıb ki, Ermənistan bir dövlət kimi 1918-ci ildə yaradılıb və buna qədər indiki Ermənistan əraziləri Azərbaycana məxusus olub.

Müsahibimiz məlumatına görə, hazırda Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızla bağlı ciddi araşdırma aparır:

“Aydındır ki, yalnız İrəvan şəhəri Azərbaycanın razılığı ilə Ermənistana verilib. Ancaq Zəngəzur və Dərələyəzin Ermənistana verilməsində Azərbaycanın razılığı olmayıb, bu əraziləri Rusiya verib. Bunun da hüquqi qüvvəsi yoxdur. Zamanında bu ərazilər Naxçıvan vilayətinin tabeliyində olub və bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.
Ardını oxu...
Avropa Ukrayna və Moldovanı itirə bilməz, çünki bu, Moskvanın digər ölkələrə müdaxiləsinə gətirib çıxaracaq. Rusiya Odessanı ələ keçirməyi, daha sonra Moldova və Rumıniya ilə sərhədə çatmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, cənub-şərqi Avropa, Ukrayna Rusiyanın xaos yaratmaq üçün əsas hədəflərindən biridir.

"Əgər Avropa bu il Moldovada uduzsa, bu, Rusiyanı sizin ölkələrinizə daha çox müdaxilə etməyə, resurslarınızı, suverenliyinizi və hətta tarixinizi əlinizdən almağa sövq edəcək. Ona görə də Avropanın Moldovanı dəstəkləməsi hamımız üçün son dərəcə vacib vəzifədir. Eyni şey Ukrayna üçün də keçərlidir", - Zelenski vurğulayıb.
 
Ardını oxu...
Bütün il yaşıllıqlarla örtülü olan və tez-tez "Zümrüd ada" adlandırılan İrlandiya öz "canlı" təbiət mənzərələri sayəsində turistləri valeh edir.

Qaynarinfo xəbər verir ki, İrlandiya dünyanın ən mənzərəli ölkəsi elan olunub. Bu nəticəyə DiscoverCars.com şirkətinin müştərilər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən gəlinib.

Respondentlərdən səyahətləri zamanı gördükləri təbiət mənzərələrini 1-dən 10-a qədər qiymətləndirmələri istənilib. Sorğuda ümumilikdə 6,5 minə yaxın insan iştirak edib.

Nəticələrə əsasən, İrlandiya xarici turistlərdən 10 baldan 9,52 bal toplayıb. Bu yüksək göstəriciyə ölkənin "sulu” yaşıllıqları və ecazkar təbiəti sayəsində nail olunub.

İrlandiya təkcə yaşıllıqları ilə deyil, həm də təəccübləndirici qayalıqları və tarixi qalaları ilə seçilir. Bütün bunlar birlikdə ölkənin hər nöqtəsində valehedici mənzərələr yaradır.

Ən mənzərəli ölkələr reytinqi

Reytinqin ikinci pilləsində Yeni Zelandiya yer alıb - onun göstəricisi 9,43 baldır. Üçüncü yeri isə Portuqaliya və Böyük Britaniya bölüşüb – hər iki ölkə 9,29 bal toplayıb.

1. İrlandiya
2. Yeni Zelandiya
3. Portuqaliya / Böyük Britaniya
4. Xorvatiya / Yunanıstan
5. Polşa / İtaliya
6. Kipr
7. Fransa
8. İspaniya
9. ABŞ
10. Mavriki

Ardını oxu...
  

Rus dili xarici ideoloji ekspansiya təhlükələrinə qarşı mübarizə üçün əsasdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu TŞ-nin iclasının yekunları üzrə çıxışında deyib.

"Əlbəttə, rus dili xarici ideoloji ekspansiya təhdidlərinə qarşı mübarizə üçün əsasdır. Ölkəmiz rus dilinin istifadəsini məhdudlaşdırmaq, rus mədəniyyətini və ədəbiyyatını ləğv etmək, ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinə zidd münasibət qurmaq cəhdlərinə uğurla müqavimət göstərir", - o qeyd edib.

Ardını oxu...
"Bilirəm ki, baş nazirin son günlər kilsəyə və kilsə nümayəndələrinə qarşı səsləndirdiyi ifadələrə qəzəbinizi bildirməyə gəlmisiniz. Baş nazirin səsləndirdiyi bu ifadələrin ümumi hiddətə səbəb olduğunu bilirik. İnanıram ki, Allahın lütfü və köməyi ilə bu sınaqdan sizinlə birlikdə təvazökarlıqla və həddindən artıq emosionallıq olmadan qalib çıxacağıq".

Modern.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin İrəvandakı “Zvartnots” hava limanına toplaşan ermənilərə və jurnalistlərə deyib.

“Zvartnots” hava limanına toplaşan əsasən parlamentin müxalif “Hayastan” fraksiyasından olan deputatlar, “Hayakve” təşəbbüs qrupunun üzvləri və digər şəxslər də olub.

"Kilsəni sevmək üçün iman və sədaqətinizdə möhkəm olun. Biz sizin bu münasibətinizi yüksək qiymətləndiririk, lakin onu da bildirmək istəyirik ki, bu, bizi, din xadimlərini eyni sədaqətlə öz missiyamızı yerinə yetirməyə daha da məcbur edir. Çağırışımız ondan ibarətdir ki, çətin anlarda siz milli birliyimizi qətiyyətlə və sarsılmaz olaraq həyatımızda qoruyasınız və onu pozmağa imkan verməyəcəksiniz. İnanırıq ki, biz vahid səylə, gücümüzü birləşdirərək, bütün sınaqlara tab gətirə, öhdəsindən gələ biləcəyik, Allah bu gün və əbədi olaraq xalqımıza kömək etsin”, - deyə katalikos bildirib.

II Qaregin onu da qeyd edib ki, kilsənin nizamnaməsinə əsasən, ruhaniliklə bağlı məsələlər müvafiq orqanlar tərəfindən müzakirə edilir.

“Zvartnots” hava limanına toplaşan bir neçə yüz erməni xaricdən Ermənistana qayıdan II Qaregini alqışlayıb, bununla da katalikosu dəstəklədiklərini bildiriblər.

Ermənistan Baş naziri Nikol Paşinyanın son günlər kilsə əleyhinə ard-arda açıqlamalar verməsi, subaylıq andını pozan din xadimlərini suçlaması, xüsusilə də bütün ermənilərin katalikosu II Qareginin adını çəkərək, onun ünvanına ittiham səsləndirməsi İrəvanda vəziyyəti gərginləşdirib.

"II Qaregin könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub və övladı var. Bu faktdır və o bunu təkzib etməyə çalışsa, yalan danışmağa cəhd göstərsə, mən müvafiq formatda sübut təqdim edəcəm", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Erməni Apostol Kilsəsinin Nizamnaməsinə uyğun olaraq II Qareginin yepiskop, arxiyepiskop, deməli, katolikos olmaq hüququ yoxdur və o istefa verməlidir.

“Katolikos II Qaregin (Ktriç Nersisyan) Eçmiədzinin ana taxtını tərk etməlidir”, - Paşinyan əlavə edib.

Baş nazir deyib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Paşinyan bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün tezliklə Koordinasiya Qrupu yaradacağını vurğulayıb.
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yardım etmək öhdəliyinə sadiqdir.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Vaşinqton və Kiyev arasında hərbi sahə də daxil olmaqla əlaqələrin gücləndirilməsi çağırışına cavab olaraq deyib.

“Hazırkı prezident sülhə sadiqdir. O, qan tökülməsinin dayandırılmasını istəyir. Mövcud administrasiya sülhə, qan tökülməsinə son qoymağa sadiqdir”, - o, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində dinləmələrdə qanunvericilərdən birinin Tramp administrasiyasını Kiyevdən üz döndərməməyə, ona hərbi əməliyyatlarda kömək etməyə çağırışını şərh edərkən söyləyib.
         
Ardını oxu...
Moskva Ukrayna hücumlarından qorunmaq üçün öz strateji hərbi təyyarələrini Kamçatkanın ən ucqar burnunda Yelizovo aerodromunda yerləşdirməyə qərar verib.
Burda deyiblər ey, "köpək oğlunun qorxusu cənnətdən çıxıb".
Qeyd edək ki, Yelizovo aerodromu Ukraynadan 8 min km aralıdadır. Amma Rusiyanın ən böyük düşməni ABŞ-la həmsərhəd sayılır. Kamçatka ilə ABŞ-ın Alyaskasını Sakit okeanın soyuq suları ayırır.
Ən maraqlısı isə budur ki, Yelizovo aerodromu faktiki olaraq Yaponiyadan belə şərqdə yerləşir. Xəritəyə baxanda sanki belə təəssürat yaranır ki, rus təyyarələri qorxusundan qaçıb Yaponiyanın arxasında gizlənib. Lap "Kəlilə və Dimnə"də deyildiyi kimi: "Cəhənnəmdə insana elə şeylər göstərirlər ki, qorxusundan qaçıb əjdahanın quyruğunun altına sığınır".
Görünən budur ki, Ukrayna da Rusiyaya məhz cəhənnəm əzabı göstərib. Əks halda o qaçıb 2-ci Dünya savaşından indiyədək sülh müqaviləsi bağlamadığı Yaponiyanın gündəyməzinə pənah aparardımı?
Heydər Oğuz
TEREF
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti