Ardını oxu...
Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun nəhayət ki, açılışı olub. Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək. Fransanın hansı məqsədlə Qafanda konsulluq açması aydın məsələdir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gorusda Fransanın fəxri konsulluğu açıldı, sanki orada fransızlar “yaşayır”.

“Ümumiyyətlə, bu diplomatik qaydalarda belədir ki, hansı ölkənin hansısa şəhərində, bölgəsində çoxlu sayda digər ölkənin vətəndaşı yaşayırsa, orda da qarşılıqlı razılıq əsasında konsulluq açılır. Amma Gorusda heç bir dənə də fransız yoxdur. Hətta ora fransız deyil, ermənini konsul olaraq təyin etdilər.

Keçən il orada İran konsulluq açdı. İranı qismən başa düşmək olar. Çünki oradan İran sürücüləri yük daşıyırlar. Ancaq fransızların konsulluq açması siyasi məqsədlər daşıyır. Yəni Fransa da başa düşür, Ermənistan da bilir. Hətta İran da bilir ki, həmin ərazi gələcəkdə çox önəmli siyasi strateji bir nöqtə olacaq. Çünki 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizi, məhz oradan keçəcək. Orada da xarici ölkələrin konsulluğu olması, həmin ölkə üçün çox vacib məsələdir. Çünki həmin ölkələr orada dövlət maraqlarını qorumağa çalışacaqlar. Bu nöqtey-i nəzərdən, Fransa da orada fəxr konsulluq açır. Gələcəkdə bu yol dəhlizi açılandan sonra orada öz dövlət maraqlarını təmin etmək üçün müəyyən işlər görəcəklər.

Xatırladaq ki, orada konsulluq açmağa da Rusiya da iki ildir müraciət edib. Hələlik onlara şərait yaradılmayıb. Ancaq Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı bu məsələni danışdı və aradan bir neçə gün keçəndən sonra da fəxri konsulluq açıldı. Bu da onu göstərir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir. Fransa Cənubi Qafqazda öz dövlət marağını həyata keçirmək istəyir”-deyə politoloq qeyd edib.

Elşad Həsənov bildirib ki, Ermənistandan son 200 ildə Rusiya bu cür istifadə etmişdi və indi Ermənistan Fransaya doğru qaçır: “Eyni zamanda həmin konsulluq vasitəsilə, İran və Türkiyə istiqamətində də Fransanın maraqlarını qoruyacaq və orda öz işlərini həyata keçirəcəklər. Bununla yanaşı, kəşfiyyat işləri həyata keçirə biləcəklər. Bu səbəbdən, Gorusda Fransa konsulluğu açıldı”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi açılandan sonra orada daha çox daha çox ölkənin konsulluğu olacaq və Ermənistan istər-istəməz gələcəkdə Rusiyaya da razılıq verəcək.
 
Ardını oxu...
Ermənistanın “Joqovurd” qəzeti yazıb ki, spiker Alen Simonyanın başçılıq etdiyi parlament dövlət büdcəsi hesabına inanılmaz alış-verişlər edir.

"DogruXeber.az" bildirir ki, “Joqovurd”un əlinə gündəlik sənəd daxil olub. Belə ki, 2025-ci ilin martında parlament qocalma əleyhinə kremlər alıb.
“Joqovurd” qəzeti parlamentin “Nairian” QSC-dən ikitərəfli qaydada təsdiq edilmiş sənədlərlə satın aldığı sənədi təqdim edib:

lavanda efir yağı ilə dezodorant
qocalma əleyhinə krem
qocalma əleyhinə göz kremi
bütün dəri tipləri üçün işıqlandırıcı maye
ağ çiçəklərlə qutu
Milli Məclis bu satınalmalar üçün dövlət büdcəsindən 66 750 AMD ödəyib. Məbləğ sözsüz ki, böyük deyil, lakin parlamentin qocalma əleyhinə kremi hansı məqsədlə aldığı, ondan kimlərin istifadə etdiyi və ya Alen Simonyanın qocalma əleyhinə kremi kimə verdiyi bəlli deyil.

Bu hətta gülməli deyil.

Parlamentin mətbuat katibi alqı-satqının rəsmi görüşlərin birində edildiyinə və hədiyyə edildiyinə aydınlıq gətirib və qeyd edib ki, diplomatik etikaya əsaslanaraq bunun hansı məmura təqdim olunduğunu deyə bilməz.

“Dediyiniz alqı-satqı, bəli, həyata keçirilib. Diplomatik protokolda adət olduğu kimi, yüksək rütbəli məmurlar görüşlər zamanı bir-birlərinə hədiyyələr verirlər və burada qeyri-adi heç nə yoxdur. Əksinə, bunun Ermənistan istehsalı olmasına diqqət yetirməliyik və bu yolla biz də Ermənistan istehsalı olan brendlərin tanınmasına öz töhfəmizi vermiş oluruq. Erməni istehsalı olan oxşar məhsullardan müxtəlif nümunələr veririk. meyvələr, içkilər, şərflər bunlardan biridir və qeyri-adi heç nə yoxdur”, – deyə mətbuat katibi qeyd edib.
Ardını oxu...
Rusiyada sosial pensiyalarla bağlı yeni qanun layihəsi gündəmə gəlib. Dövlət Dumasında təmsil olunan Liberal Demokrat Partiyasının (LDPR) deputatları hökumətə təklif göndərərək, xarici ölkə vətəndaşlarına, o cümlədən Azərbaycandan olan miqrantlara yaşa görə sosial pensiya verilməsinin dayandırılmasını istəyib. Ölkə.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sosial pensiya almaq üçün hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiyada azı 15 il yaşamalı, daimi yaşayış icazəsinə sahib olmalı və kişilər üçün 70, qadınlar üçün isə 65 yaşa çatmalıdırlar.

Yeni qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu qaydanın ləğvi büdcəyə düşən sosial yükü azaldacaq və Rusiyanın sosial öhdəliklərini optimallaşdıracaq.

Qeyd edək ki, daha əvvəl Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balyanin pensiyaların dayandırılması ilə bağlı bəzi halları açıqlayıb. Onun sözlərinə görə, vətəndaş 6 ay ərzində pensiyasını almayıbsa və ya müəyyən müddət ərzində tibbi müayinədən keçməyibsə, yaxud təhsil aldığını təsdiq edən sənədi təqdim etməyibsə, bu halda ödəniş dayandırıla bilər.
 

 
Ardını oxu...


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Türkiyə mediasında Azərbaycana qarşı dezinformasiyaya əsaslanan belə kampaniyalar təkcə məlumatsızlıqdan qaynaqlanmır, həm də məqsədli şəkildə edilir:

“Bunu edənləri bir neçə kateqoriyaya ayırmaq olar. Bura radikal dini qruplar və onların bağlı olduğu mərkəzlər, eləcə də Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan ölkələr daxildir.

Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Türkiyə media cameəsini, həm də ictimaiyyətini məlumatlandırmaq baxımından kifayət qədər əsaslı idi. İndi məsələ bundan sonra hansı addımların atılmasıdır. Prezidentin köməkçisi Azərbaycanın rəsmi mövqeyini təqdim etdi, bundan sonra əsas iş Azərbaycan mediasının üzərinə düşür. Media bu cür dezinformasiyalara qarşı mübarizəni gücləndirməlidir.

Azərbaycandan müxtəlif jurnalistlər və analitiklər fərdi qaydada Türkiyə mediasında çıxışlar edir, hərçənd bu pərakəndə işlə nəticə əldə etmək, qardaş ölkədə məqsədli şəkildə yaradılan yanlış rəyi dəyişdirmək asan deyil. Bu baxımdan, Türkiyə və Azərbaycanın media sahəsindən məsul olan qurumlarının koordinasiyası ilə azərbaycanlı jurnalistlərin və analitiklərin bu ölkənin mediasına çıxışı təmin edilərsə, ikitərəfli münasibətlərimizi hədəfə alan dezinformasiyara qarşı mübarizəni effektiv şəkildə həyata keçirmək olar”.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar.

"Putin İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışaraq, onları faydalı adlandırıb, Trampa Kiyevin Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdləri barədə danışıb. Rusiya Prezidenti danışıqlar zamanı Kiyevin mülki hədəflərə istiqamətlənmiş hücumlarından danışıb. Tramp Putinə təsdiqləyib ki, ABŞ Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbərsiz olub. Tərəflər Rusiya və Ukrayna arasında memorandum layihəsinin mətnlərini müzakirə etməyiblər", - deyə Uşakov vurğulayıb.

Onun sözlərinə görə, Putin və Tramp ölkələr arasında böyük potensiala malik əməkdaşlığın bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Prezidentlər fikir mübadiləsini müsbət və məhsuldar adlandırıblar.

Kreml rəsmisi əlavə edib ki, liderlər Ukrayna üzrə ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
 
Ardını oxu...
İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Referans xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

28 May – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İsrail və Azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. Bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.

Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə Həmas-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.

Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik.

Daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzuları ilə”,
 
Ardını oxu...
2025-ci il fevralın 26-da ABŞ Konqresində elə bir dinləmə keçirildi ki, normal bir ölkədə bu hadisə böyük dövlət qalmaqalına səbəb olardı. Amma söhbət Bayden administrasiyasından gedirsə, artıq belə hallara təəccüblə baxılmır. Çünki oxşar situasiyalar çoxdan “adi hal”a çevrilib.

Həmin gün Konqresin Xarici Yardım və Federal Proqramlar Komitəsində ifadə verən Yaxın Şərq Forumunun direktoru Qreq Roman sərt və sarsıdıcı çıxış etdi. O, ABŞ-nin xarici yardım siyasətində korrupsiya və məsuliyyətsizlik olduğunu vurğulayaraq, ayrılan vəsaitlərin əslində kimlərin əlinə keçdiyini açıq şəkildə ortaya qoydu.

“Toyuq hininə tülkü salıblar”

Roman çıxışına məhz bu ifadə ilə başladı:“Mən bu gün burada ona görə çıxış edirəm ki, bizim xarici yardım sistemimiz toyuq hininə salınmış tülkü kimidir”.

Onun sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı amansız hücumundan sonra belə, bu təşkilatla və onunla əlaqəli qurumlarla əməkdaşlıağ davam edib.

Roman iddia edib ki, 2 milyard dollardan çox Amerika vəsaiti birbaşa və ya dolayı yollarla HƏMAS və “Hizbullah”la əlaqəli qurumlara yönəldilib.

Pullar hara gedib?

Romanın təqdim etdiyi siyahıya əsasən yardımı alan qurumlardan bəziləri bunlardır:

• “Bayader” təşkilatı – Qəzzada “humanitar yardım” adı altında fəaliyyət göstərir. Amma rəhbərliyində HƏMAS liderlərindən biri olan İsmayıl Haniyyənin oğlu var. Haniyyə isə oktyabrın 7-də baş verən hücumların əsas təşkilatçılarından biri hesab olunur.

• “Sərhədsiz Dostlar Assosiasiyası” (UFA) – Bu təşkilatın nümayəndələri açıq şəkildə “yəhudiləri torpaqdan təmizləmək” məqsədlərini bəyan edirlər. Yəni, burada məqsədin radikal və nifrətə əsaslandığı aydındır.

• “Jamal Trust Bank” (Livan) – ABŞ bu bankı rəsmi olaraq “Hizbullah”ın maliyyə qurumu kimi tanıyıb. Amma bu qərardan əvvəl bank USAID-dən “inkişaf proqramı” adı altında milyonlarla dollar alıb.

İtmiş pullar, naməlum ünvanlar

Yaxın Şərq Forumunun hesabatına əsasən, azı 122 milyon dollar ABŞ yardımı birbaşa və ya dolayı yolla terrorla əlaqəli strukturların əlinə keçib. Daha da narahatedici hal odur ki, bu vəsaitlər o qədər mürəkkəb sxemlərlə paylanıb ki, sonda pulun hara getdiyini müəyyənləşdirmək mümkün deyil. Yəni, yardımlar sanki “bir kisəyə tökülmüş pullar” kimi idarə olunub. Kimə nə qədər çatıb, hansı məqsədlə istifadə olunub, bilinmir. Bu isə USAID-in maliyyə nəzarətində ciddi boşluqların olduğunu üzə çıxarır.

Bu araşdırma ABŞ-ın xarici yardım siyasətində nə qədər dərin sistem səhvlərinin, maraqlar toqquşmasının və qeyri-şəffaflığın olduğunu göstərir. Bu faktlar artıq yalnız ekspertləri deyil, ABŞ Konqresinin özünü də silkələməyə başlayıb.

Siyasətçilər bölünüblər: kimi buna haqq qazandırır, kim araşdırma tələb edir.Qreq Romanın açıqlamaları ABŞ Konqresində böyük səs-küy doğurub. Respublikaçılar dərhal məsələyə reaksiya verərək, xüsusi araşdırma komissiyasının yaradılmasını və USAID-in fəaliyyətinə ciddi nəzarətin qurulmasını tələb ediblər. Demokratlar isə ittihamları siyasiləşdirilmiş hesab edir. Onlar bildirirlər ki, USAID-in proqramları şəffaf və hüquqi mexanizmlərlə işləyir və bu qurumun terrorla əlaqəli qurumlara yardım ötürməsi iddiaları əsassızdır. Hazırda məsələ Konqresin gündəmindədir. Yaxın günlərdə yeni dinləmələrin keçirilməsi və USAID-in fəaliyyəti ilə bağlı daha dərin araşdırmanın başlanması gözlənilir.

“Humanitar korrupsiya”nın sxemi

Qreq Roman təkcə pulların hara getdiyini yox, həm də bu pulların necə və kimlərin vasitəsilə həmin ünvanlara çatdırıldığını izah edib. Onun təqdim etdiyi sxem ABŞ-nin "humanitar yardım" adı altında necə həm siyasi, həm də maddi təsir oyunu qurduğunu göstərir.

Romanın sözlərinə görə, sxem bu cür işləyir:

1. Proqramlar “demokratiya naminə” təqdim olunur

İdeya ya USAID, ya da Dövlət Departamentindən gəlir. Bəzən də BMT-nin adı ilə irəli sürülür. Təqdimatlar son dərəcə “humanist” və cəlbedici görünür.

2. Konqresdə səsvermə keçirilir

Yardım paketi Konqresdə səsə qoyulur. Bu mərhələdə müxtəlif lobbilər işə düşür. Çoxlu sayda senator və konqresmen müxtəlif “xeyriyyə fondları” ilə əlaqəlidir və həmin fondlar vasitəsilə layihəyə dəstək göstərilir.

3. Sifarişlər “öz adamlarına” verilir

Qanuni şəkildə ayrılmış vəsaitlər, adətən, həmin siyasətçilərin ailə üzvlərinə, dostlarına və ya şəxsi əlaqədə olduqları fondlara bağlı şirkətlərə yönəldilir. Bu şirkətlər layihələrin “icraçısı” kimi çıxış edir, guya araşdırma aparır, hesabat hazırlayır, logistika təmin edir və s.

4. Nəticə: həm pul, həm imic qazanırlar

Siyasətçilər bir tərəfdən beynəlxalq təsir imkanlarını genişləndirir, digər tərəfdən pulların istiqamətini öz nəzarətlərində saxlayırlar. Bu yardımları “mənəvi borc” kimi təqdim edərək, həm də reputasiyalarını qoruyurlar. Amma əslində, bu vəsaitlər öz şəxsi dairələrinə xidmət edən strukturların cibinə axır.

5. Əsas prinsip: pul mütləq “öz əllərindən” keçməlidir

Bu sistemdə əsas məsələ pulların hansı məqsədə yox, kimlərin vasitəsilə çatmasıdır. “Qarşı tərəf kimdir?” sualı artıq ikinci planda qalır.
Roman bu sxemi belə yekunlaşdırıb:

“Burada təkcə mənimsəmə, sui-istifadə və korrupsiya yox, ABŞ-nin milli təhlükəsizliyi üçün real təhdid var.”

Bu açıqlamalar və təqdim olunan sübutlar fonunda USAID-in fəaliyyətinə dair ictimai və siyasi təzyiq daha da artır. ABŞ-nin “yardım mexanizmləri” üzərində ciddi dəyişikliklərin olub-olmayacağı isə yaxın vaxtlarda keçiriləcək dinləmələrdə aydınlaşacaq.

Konqresdəki lobbiçilər nə əldə edirdi?

Burada söhbət təkcə korrupsiyadan getmir. İllərlə Vaşinqtonda “xeyriyyəçilik” və “humanitar yardım” pərdəsi altında qurulmuş, amma əslində siyasi və maliyyə maraqlarına xidmət edən bir sistemdən söhbət gedir. Hər “qrant”, hər “yardım paketi üçün səsvermə”, ilk baxışda insani dəstək kimi təqdim olunsa da, əslində real insanlara yox, şəxsi maraqlara yönəlib.
Yeni maliyyələşmə proqramı qəbul olunduğu anda:

• Müqavilələr və tenderlər konqres üzvünün ailə üzvləri, köməkçiləri və ya keçmiş işçiləri ilə bağlı qurumlara verilir;
• Konsaltinq şirkətləri, yəni müxtəlif sahələrdə “məsləhət xidməti” göstərən firmalar çox vaxt seçki kampaniyalarında çalışan dostlara məxsus olur;
• Yardım ayrılan fondların bir qismi isə sabiq siyasətçilərə gələcəkdə yüksək maaşla “müşavirlik” vəzifələri yaratmaq üçün istifadə edilir.

Beləcə, bir neçə yaxın qohumun işlə təmin olunması və ya seçkiyə dəstək vermiş dostlara “təşəkkür” olaraq bir çox konqresmenlər istənilən münaqişəni, istənilən humanitar böhranı dəstəkləməyə hazırdırlar. İsraildə, Qəzzada, ya başqa yerdə ölən insanların fərqi yoxdur, əsas məqsəd siyasi dividendlərdir. Bu, artıq siyasət deyil. Bu, karyera bonusları uğrunda qan ticarətidir.

Amerika “bizimkilərə də, sizinkilərə də” pul verirdi

İsrail tərəfi ABŞ-nin bu ikili oyunu barədə dəfələrlə xəbərdar etmişdi. Amma Obamanın və Baydenin administrasiyalarında siyasət çox açıq görünürdü: bir tərəfdən İsrailə dəstək verilir, amma digər tərəfdən İsrailə qarşı olan qüvvələr gizli şəkildə maliyyələşdirilirdi. Məqsəd isə sadə idi, Təl-Əvivi nəzarətdə saxlamaq, onu “qısa ipdə tutmaq”.

Netanyahu təcrübəli siyasətçidir, buna görə Obamayla münasibətləri soyudu, Baydenlə isə qarşıdurma daha açıq şəkildə baş verdi. O, yaxşı başa düşürdü ki, bir əli ilə İsrail ordusuna silah göndərib, digər əli ilə həmin orduya atəş açan terrorçulara pul verən ölkə ilə sülh saxlamaq mümkün deyil.

Vaşinqtondan HƏMAS-a yönələn maliyyə dəstəyi rəsmi olaraq “humanitar yardım” adı altında göstərilsə də, əslində bu, Amerika administrasiyasının terrorçuları dəstəkləməsi demək idi. Bu təsadüf deyil, tam şüurlu şəkildə edilirdi.

Hələ açılmamış nələr var?

USAID qalmaqalının fonunda bir sual daha güclü səslənir: Amerikanın sol qüvvələri İsraildəki radikal sol hərəkatlara nə qədər vəsait ayırıb? Bu günə qədər İsrailin sağçı hökumətinə qarşı keçirilən aksiyalarda, İsrail ordusuna (ÇAXAL-a) qarşı nifrət kampaniyalarında, İudeya və Samariyada İsrail suverenliyinə qarşı çıxışlarda neçə faiz “qrant”, “inkişaf layihəsi” və “humanitar proqram” istifadə olunub?

Bu rəqəmlər hələ açıqlanmayıb, amma çox uzaqda deyil. Məlumatlar ortaya çıxanda bəlli olacaq ki, İsrail təkcə HƏMAS-la yox, eyni zamanda Qərbdən maliyyə alan solçu strukturlarla da mübarizə aparırmış.

Bəlkə də Tramp məhz buna görə qayıdıb

Əgər bu çürümüş, korrupsiyalaşmış və təhlükəli proqramlar zəncirini kəsmək iqtidarında olan biri varsa, o da Donald Trampdır. Onun HƏMAS-a qarşı sərt mövqeyi, Netanyahunu açıq dəstəkləməsi, ABŞ daxilindəki sol dövlət aparatını ifşa etmək cəhdi bunlar onu ümid simvoluna çevirir. O ümid ki, Amerikanın terrorçuluğa qeyri-rəsmi dəstəyinə son qoyulacaq. İndiyə qədər məlum olan məbləğ təqribən 2 milyard dollardır. Amma bu, çox güman ki, bu aysberqin yalnız görünən tərəfidir.

Nəticə: Qəzzadan tutmuş “Maydan”a qədər

USAID qalmaqalı təsadüfi deyil. Bu, illər ərzində formalaşmış, oturuşmuş bir sistemdir. Bu sistem insanları öldürür, İsraildə, Suriyada, İraqda, bəlkə də sabah ABŞ-nin özündə. Terrorçuluğun “humanitar yardım” adı altında maliyyələşdirilməsi sadəcə cinayətdir. Bu cinayət ifşa olunmalı, ciddi şəkildə araşdırılmalı və kökündən ləğv edilməlidir. Artıq açıq mənbələrdə ABŞ-ın Ukraynadakı Maydan hərəkatına təqribən 4 milyard dollar yatırdığı barədə məlumatlar dolaşır. Yenə tanış sözlərl “demokratiyanın dəstəklənməsi”, “vətəndaş cəmiyyətinin inkişafı” və s.

Amma bu vəsaitlər birbaşa Ukraynaya getmir, tanıdığımız mexanizmlərdən istifadə olunur: qrantlar, fondlar, məsləhətçilər, özəl podratçılar və “dostların dostları” vasitəsilə paylanır. İndi isə əsas suallar yaranır: Amerikalı hansı konqresmenlər və senatorlar “Maydan”dan yaxşı qazandı? Bu milyardların nə qədər hissəsi həqiqətən Ukraynaya çatdı, nə qədər yolboyu “əridi”? Fondlara, institutlara, lobbi agentliklərinə, seçki kampaniyalarına necə bölüşdürüldü? Bu proqramları kimlər irəli sürdü? Onlara siyasi himayəni komitələrdə kim təmin etdi? Siyasətdən çıxıb həmin qrant alan strukturlarda kim yüksək maaşla işləməyə başladı?

Bu suallar sadəcə vacib deyil, onlar müasir Amerikan siyasətinin əsl mahiyyətini açır.Artıq söhbət dəyərlər uğrunda mübarizədən getmir. Burada pul axınlarına, maraqlara nəzarət uğrunda mübarizə var.

ABŞ-də indiki dərin parçalanmanın səbəbi

• Bəziləri silah yardımlarının dayandırılmasını istəyir, çünki başa düşürlər ki, onların hesabına kimlərsə Corciyada villa tikdirir.

• Digərləri isə “demokratiyanı hər qiymətə qorumaq lazımdır” deyə qışqırır.

Amma bu “demokratiya” artıq milyardlarla büdcənin paylanması üçün bir dəhlizə çevrilib. Əsas olan lobbiçilik etmək, payını almaq, vəsaiti “dişləməkdir”.

Bütün bunlar isə vergi ödəyicilərinin pulu və günahsız insanların həyatı bahasına baş verir. Azadlıq yox, başqalarının mənfəəti üçün.

Amerika: İki siyasət, iki maraq və bir böyük yalan

Əslində burada söhbət təkcə korrupsiyadan, müharibədən və terrorizmdən getmir. Bu, ABŞ-nin uzun illər postsovet məkanında apardığı ikili siyasətdir. Vaşinqtonun bir əli təbəssümlə, “gəlin dost olaq” deyərək əl uzadır, digər əli isə arxada “qrantlar”, “inkişaf layihələri” və “demokratiya” maskası altında öz maraqlarını güdür.

MDB-də demək olar ki, elə bir ölkə yoxdur ki, ora ABŞ Dövlət Departamentinin nümayəndələri “dostluq əli” ilə gəlməsin, ya da orada ABŞ-nin qeyri-hökumət təşkilatları “mətbuat azadlığı”, “insan haqları” və “demokratiya” şüarları ilə fəaliyyət göstərməsin.Harada bu strukturlar işə başlayıbsa, orada siyasi böhran, çöküş, qan və sonda səssizlik yaranıb.

Yəni, ABŞ-nin bir qanadı həqiqətən tərəfdaşlıq, sabitlik və dostluq istəyir. Amma o biri, daha güclü və iştahlı qanadı yalnız ayrılan vəsaitlərin mənimsənilməsi, öz adamlarını irəli çəkmək, yerli elitaları idarə etmək, media, partiya və hətta küçə etirazlarını nəzarət altında saxlamaq istəyir.

Bu plan artıq bir geopolitik vəba kimi yayılıb

Bu yanaşma bu gün regionda müşahidə etdiyimiz dağıdıcı proseslərin əsas səbəbidir:

• Azərbaycanda “sevgi və nifrət” arasında təhlükəli siyasi yelləncəklər;

• Gürcüstanda siyasətin gah Qərbə, gah Moskvaya meyillənməsi;

• Belarusda zəhərli və gərgin atmosfer;

• Mərkəzi Asiya ölkələrində yavaş-yavaş artan xaos.

Bütün bunlar ABŞ-nin xarici siyasətinin sadə nəticəsi deyil. Bu, regiona eyni vaxtda gəlmiş iki fərqli Amerikanın – iki ayrı maraq daşıyan strukturun nəticəsidir:

• Biri diplomatları, real əməkdaşlıq təklifləri və dostluq istəyilə gələn Amerika

• Digəri qrantlar, lobbiçilər, siyasi texnoloqlar vasitəsilə fəaliyyət göstərən, ABŞ adından danışsa da, şəxsi maraqlarını, öz fondunu və karyerasını düşünən Amerika.

Bu ikinci Amerika yalnız Yaxın Şərq üçün yox, keçmiş SSRİ məkanı üçün də real təhlükədir. Bu, sadəcə səhv deyil, qurulmuş sistemdir. Demokratiya bu sistemdə yalnız bir alətə, azadlıq isə pul axınlarını və təsir dairələrini gizlədən pərdəyə çevrilib.

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi

"Cebheinfo.az"
Ardını oxu...
  

Qarabağdakı xunta rejiminin keçmiş başçısı Samvel Şahramanyan 2023-cü ilin məlum hadisələrindən sonra açılan 3 cinayət işi üzrə dindirilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Vəkil Yeritsyan təsdiqləyib ki, o, son 2 həftə ərzində artıq 4-cü dəfə dindirilib. Cinayət işi “artsaxın təslim olması”, 2023-cü ildə hərbçilərin guya səhlənkarlığı, o cümlədən “silah, sursat və silah-sursatın düşmənə verilməsi” ilə bağlıdır. Şaxramanyanın növbəti dindirilməsi iyunun 6-na təyin edilib.

Müdafiə tərəfi Şahramanyana qarşı cinayət təqibinin mümkünlüyünü istisna etmir.

Musavat.com


Ardını oxu...
 



ABŞ-ın hazırkı prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsi gözlənilməz insidentlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, NBC telekanalının məlumatına görə, 23 yaşlı Entoni Reyes gecə saatlarında Trampın şəxsi mülkiyyətinə qanunsuz daxil olub. O, malikanəni əhatə edən divardan aşaraq əraziyə girib və dərhal təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.

Dindirilmə zamanı Reyes bildirib ki, məqsədi İncil təbliğ etmək və Prezident Trampın 18 yaşlı nəvəsi Kay Trampa evlənmə təklifi etmək olub. Kay Tramp, prezidentin böyük oğlu Donald Tramp Juniorun qızıdır.

Entoni Reyes Palm Biç dairə həbsxanasına yerləşdirilib. Ona qarşı 50 min dollarlıq girov təyin olunub və Tramp ailəsinin heç bir üzvü ilə əlaqə saxlamasına qadağa qoyulub. Reyes ittihamları qəbul etməyib.

Hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub və prezidentin ailəsinin təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.

Musavat.com

 
 
 
Ardını oxu...
Moskvada (Rusiya) Areq Samveloviç adlı erməni cəzalandırılıb.

Oxu.Az "Baza"ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində Yaroslavski dəmir yolu vağzalında baş verib.

Məlumata görə, bir qrup silahlı şəxs 40 yaşlı kişini sürüyərək AMR dövlət nömrə nişanlı (çox vaxt təhlükəsizlik qüvvələrinin istifadə etdiyi) "Mercedes"in yük yerinə salıb və naməlum istiqamətdə aparıblar. Erməni şəxs köməyə çağırsa da, ona məhəl qoyan olmayıb.

Bildirilir ki, Areq sosial şəbəkələrdə mütəmadi olaraq müsəlmanları, Allahı və Quranı təhqir edib. O, öz videolarında çeçenləri və dağıstanlıları təhqir edərək bildirib ki, bundan sonra Moskvada "ermənilər hökmranlıq edir".

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Dünyapress TV

Xəbər lenti