![]() |
![]() ![]() ![]() |
|
İran yeni nüvə sazişinə dair razılaşmanın ABŞ variantını Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə alıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat verib.
"Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi", - o yazıb.
Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.**report.az
ABŞ müdafiə naziri Pit Hegset Çinin Tayvana qarşı real hərbi təhdid yaratdığını bildirib və Asiya ölkələrini Vaşinqtonla sıx əməkdaşlığa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə Hegset Sinqapurda keçirilən yüksək səviyyəli Asiya müdafiə sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, ABŞ Çin üzərində “nə hökmranlıq etmək, nə də onu boğmaq” niyyətindədir, lakin öz müttəfiqlərinin qorxudulmasına da imkan verməyəcək.
ABŞ rəsmisi Pekini Asiyada hegemonluq etmək istəyən və regionun bir çox hissəsinə nəzarət etməyə çalışan bir güc adlandırıb. O əlavə edib ki, Çin balansı dəyişmək məqsədilə hərbi gücdən istifadə etməyə hazırlaşır və bu prosesin 2027-ci ildə baş verə biləcəyi istisna deyil. ABŞ rəsmiləri uzun illərdir bu ili Tayvana mümkün müdaxilə tarixi kimi göstərirlər. Pekin isə bu iddiaları təsdiqləmir.
Toğrul İSMAYIL,
Musavat.com
ABŞ prezidenti Donald Tramp hesab edir ki, xərçəng xəstəliyi aşkarlanan Co Baydenə görə “çox təəssüflənməyə ehtiyac yoxdur”.
Musavat.com "Forbes"ə istinadən xəbər verir ki, o, Baydeni “bədxah” adam adlandırıb və onun kinli olduğunu bildirib: "Bayden bütün həyatı boyu bir növ mötədil insan olub. Ağıllı deyil, amma bir növ qəddardır. Əgər ona yazığınız gəlirsə, çox da mütəəssir olmayın, çüni o, qəddar adamdır. Onun siyasi rəqiblərinə və incitdiyi bütün insanlara etdiyi pislikləri nəzərə alsaq, ona yazığım gəlmir".
Bu ayın əvvəlində, 82 yaşlı Bayden, 4-cü mərhələdə prostat xərçəngi olduğunu açıqlayıb. Mayın 30-da o, jurnalistlərə proqnozunun "yaxşı" olduğunu və "gözləntilərimiz xəstəliyi məğlub edə biləcəyimizdir" deyib.
Musavat.com
Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" Almaniya hökumətinə istinadən yayıb.
Merzin ofisi Almaniya liderinin iyunun 5-də Ağ Evdə Trampla görüşəcəyini, ikisi arasında ilk üz-üzə görüş olacağını bildirib.
Açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlər və Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ticarət siyasəti kimi beynəlxalq məsələlər müzakirə olunacaq.
Merz Almaniyanın lideri olduqdan sonra atəşkəsi təmin etmək və Qərbin Ukraynaya dəstəyini saxlamaq üçün diplomatik səylərə əl atıb. Çərşənbə günü o, Berlində Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib.
Almaniyanın Avropa İttifaqı ilə ABŞ arasında ticarət gərginliyinin yumşaldılmasında böyük marağı var.
Musavat.com
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarovun Özbəkistanda da “Sea Breeze” layihəsini icra edəcəyi barədə məlunat vermişdik.
Ötən ilin dekabr ayında Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzi layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim etmişdi.
Musavat.com xəbər verir ki, E.Ağalarov Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikintisinə başlayır.
Bir neçə gündür Özbəkistanda səfərdə olan Emin Ağalarov atası Araz Ağalarovla birlikdə turizm mərkəzinin tikiləcəyi ərazidə olublar. Layihənin icrası ilə bağlı rəsmi şəxslərlə görüşlər keçirilib.
“Sea Breeze Uzbekistan” layihəsinin inşasına yaxın günlərdə başlanılacaq.
Musavat.com