Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, Türkiyə lideri Özələ elektrik cərəyanı vuran Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki üçün keçmiş olsun diləklərini çatdırıb.

Qeyd edək ki, 48 yaşlı bələdiyyə sədrinin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik olaraq qalır.
Ardını oxu...
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ona qarşı irəli sürülən ittihamlarla beynəlxalq məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, o, sosial şəbəkədəki səhifəsində yazıb:

"Prezident Sadır Japarov məni korrupsiyadan tutmuş adam öldürməyə kimi bir çox başqa cinayətlərdə də ittiham edib. Ona görə də mən hakimiyyətə konkret addım təklif edirəm: Roma Statutunu ratifikasiya edin və Baş Prokurorluğa tapşırıram ki, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etsin və bütün ittihamlara cavab verməyə hazıram”.

Qırğızıstanın keçmiş prezidenti Atambayev qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib

İyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Prezident Administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və keçmiş deputat Ravşən Jeenbekov 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs ediliblər.
 
 
 

Ardını oxu...
ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.
Bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.

Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.
 
 
 
Ardını oxu...
İranın İnformasiya Nazirliyi (Kəşfiyyat) İsrailin nüvə sektoru ilə bağlı çoxlu məxfi sənədləri əldə etdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə "Tasnim" nəşri məlumat dərc edib.

"İran kəşfiyyat xidmətləri işğal olunmuş ərazilərdən İsrail rejiminin nüvə obyektləri ilə bağlı çoxlu sayda sənədləri və məxfi məlumatları tapıblar”, - nəşr yazır.

Qeyd olunur ki, ələ keçirmə əməliyyatı bu yaxınlarda baş tutub, lakin öyrənilməsi və təhlükəsiz yerə daşınması lazım olan sənədlərin çox olması səbəbindən məlumat verilməyib.
 
Ardını oxu...
Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması faciə ilə nəticələnib.
Ajans.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.
Belə ki, Mərdan rayonunda baş verən hadisədə iki mərtəbəli yaşayış binasının damı uçub.

Nəticədə altı nəfər ölüb, iki nəfər yaralanıb.

Yeddi saat davam edən xilasetmə əməliyyatından sonra dağıntılar altından 8 nəfər sağ çıxarılıb.
Ardını oxu...
Türkiyənin müxalif İYİ Partiyasından millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum sədri Alparslan Türkeşin qızı Ayyüce Türkeş Taş PKK terror təşkilatının lideri Abdullah Öcalan üçün “qurucu lider” ifadəsinin işlədilməsinə sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, o, MHP-nin hazırkı sədri Dövlət Baçalının bu açıqlamasını atasına qarşı hörmətsizlik kimi qəbul etdiyini bildirib.

“Atam başbuğ Alparslan Türkeşin məzarı üstündə terrorçuların liderinin, satqın və körpə qatilinin “qurucu lider” elan edilməsini də gördük. Bu, mübarək bayram günündə atamın hüzurunda onun əziz xatirəsinə ən böyük hörmətsizlikdir. Bunu sağ ikən onun üzünə deyə bilərdinizmi?”, - Türkeş Taş vurğulayıb.

Dövlət Baxçalının MHP-nin qurucu lideri Alparslan Türkeşin qızının etirazına səbəb olan açıqlaması belədir:

“PKK-nın ləğvi və tərksilah edilməsi qərarı qurucu lider Abdullah Öcalanın verdiyi açıqlama ilə bəyan edildi. Bu, önəmli bir addımdır, Türkiyənin terrora son qoymasının başlanğıcıdır”.
Ardını oxu...
Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts məlumat verib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin şəxslərin tapıldığını təsdiqləyib və daha sonra ətraflı məlumat açıqlanacağını bildirilib.

Ardını oxu...
 

Dünyaca məşhur makaron istehsalçısı "Barilla" şirkətinin məhsulunda sağlamlıq üçün təhlükəli maddə tapılıb.

Publika.az xəbər verir ki, söhbət tam buğda tərkibli "Penne Rigate Integrale" məhsulundan gedir.

Bir məhsul partiyasında normadan artıq qurğuşun müəyyən olunması nəticəsində bütün buğda makaronunun satışdan çıxarılması barədə qərar verilib.

Qeyd edək ki, sözügedən makaronlar daha çox Almaniya və İsveçrədə satışda olub.

Ardını oxu...
  

ABŞ prezidenti Tramp ilə yaşanan gərginlikdən sonra dünyanın ən varlı adamı İlon Mask investorların zənglərinə cavab verməyi dayandırıb. Bu barədə “Financial Times” məlumat yayıb.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, texnologiya sektorunun nümayəndələri Tramp və Mask arasında barışıq yaratmağa çalışsalar da, bu cəhdlər uğursuzluqla nəticələnib.

“İlon heç kimin zənglərinə cavab vermir. Hətta onun şirkətlərinə milyardlarla dollar yatırmış insanlara belə...”, – deyə adı açıqlanmayan bir Silikon Vadisi investoru və ABŞ-da Respublikaçılar Partiyasının iri donorlarından biri qəzetə bildirib. 

 

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti