![]() |
![]() ![]() ![]() |
|
Amerika universitetləri azadlıq ruhunu itirir və totalitar cəmiyyətlərə bənzəməyə başlayır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti C.D.Vens “American Compass” qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda səsləndirib: "Bizim elmi ictimaiyyətimiz "narahat" mövzuları araşdırmaq və gənc şüurları həqiqətin arxasınca getməyə təşviq etmək üçün daha açıq olmalıdır. Universitetlər demək olar ki, kvazi-teokratik və ya kvazi-totalitar cəmiyyətlərə çevrilib".
Vensin fikrincə, Amerika akademik dairələrində siyasi baxışların vahidliyi hökm sürür və bu, sərbəst fikir mübadiləsinə mane olur: "Mən Harvard icmasının 2024-cü il seçkilərində necə səs verdiyini dəqiq bilmirəm. Ən yaxşı təxminlərimə görə, onların ən azı 90 faizi və yəqin ki, 95 faizi Kamala Harrisə səs verib. Əgər başqa ölkədə keçirilən seçkilərdə əhalinin 80 faizi bir namizədə səs versəydi, bunun qəribə və çox sağlam olmadığını söyləyərdiniz. Düşünürəm ki, biz universitetlərdə ideoloji müxtəlifliyi artırmalıyıq. Və o zaman dedikləriniz Overton pəncərəsindən bir qədər kənarda olsa, işinizi itirmək qorxusu olmadan açıq müzakirələr apara biləcəyiniz yerlərimiz olacaq. Düşünürəm ki, elm çox yaxşı vəziyyətdə olacaq, institutların keyfiyyəti daha yüksək olacaq. Bizə yüksək keyfiyyətli universitetlər lazımdır, bizdə isə onlar yoxdur, problem bundadır".
Musavat.com
Zatulin, Valuyev, indi də Matveyev..; Duma üzvü ölkəmizi aşağılayaraq “hansısa aul” adlandırıb; azərbaycanlı deputatlardan şillə kimi cavablar
Rusiyada Azərbaycan və azərbaycanlılar əleyhinə danışanlara Dövlət Dumasının daha bir deputatı qoşulub. Mixail Matveyev əslən Azərbaycandan olan Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”.
Elxan Şahinoğlu
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib: “Birincisi, bu deputatın coğrafiyadan xəbəri yoxdur. Azərbaycanda, onun təbirincə desək, "aul" anlayışı yoxdur, Matveyev ölkəmizi Şimali Qafqaz (Rusiya Federasiyasına aiddir) ölkələri ilə səhv salıb. İkincisi, Rusiyada Dövlət Duması səviyyəsində milli və irqi ayrı-seçkilik təbliğatı aparılırsa, Rusiyanın sıravi vətəndaşından nə gözləmək olar? Cəlil Rəfiyev Rusiya vətəndaşıdırsa, o, yerli şəhər sovetinə namizədliyini niyə irəli sürə bilməz ki? Rusiyalı deputat ayrı-seçkilik toxumu səpməklə Rusiya Konstitusiyasını da pozmuş olur. Buna baxmayaraq, irqçi deputatın təxribatçı açıqlamasına həmkarlarından kimsə etiraz etməyib. Deməli, onlar da Mixail Matveyev kimi düşünürlər. Belə çıxır ki, Rusiya vətəndaşı olan azərbaycanlı nə vaxtsa Rusiya Dövlət Dumasında seçkilərdə iştirak etmək istəsə, Mixail Matveyev kimi şovinist və irqçi deputat və onun kimi düşünənlər buna qarşı da çıxacaqlar".
Nə baş verir? Rusiyada Azərbaycan əleyhinə aqressiv ton niyə güclənir? Kreml bu deputatları susduracaqmı? Axı bu, ilk belə hal deyil. Zatulin, Valuyev, indi də Matveyev. Dumanın spikeri Vyaçeslav Volodin hara baxır?
Azər Badamov
Deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Rusiya Dövlət Dumasının bəzi deputatları tərəfindən Azərbaycan və azərbaycanlılara qarşı təhqir və qərəz doğuracaq ifadələrin işlədilməsi heç də iki ölkə arasında imzalanmış qarşılıqlı müttəfiqlik haqqında sənədin ruhuna uyğun deyil: “Doğrudur, deputat fikir ifadə etməkdə sərbəstdir. Amma bu, millətləri aşağılayacaq ifadələrlə xalqlar və dövlətlər arasında nifaqın salınmasına xidmət etməməlidir. Təbii ki, belə deputatların açıqladığı fikirlərin zərərli olması barəsində parlamentin rəhbərliyi tərəfindən izah olunmalı və intizam komissiyasına çıxarılaraq müvafiq qaydada tənbeh olunmalıdır. Amma bu, baş vermədikdə isə onlarda özbaşınalıq yaranır və dövlətlər arasında münasibətlərdə soyuqluğun meydana gəlməsinə yol açan hərəkətlərdən çəkinmirlər. Həm də deputat öz vətəndaşını milli, etnik və dini mənsubiyyətinə görə aşağılamamalı, öz milli mənsubiyyətini digərlərindən üstün tutmamalıdır. Əgər belə hal baş verirsə, bu, milli, etnik və dini ayrı-seçkiliyin qızışdırılması kimi dəyərləndirilməlidir. Belə ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığına görə "Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir" ifadəsini işlətməsi deputat etikasına uyğun gəlməyən bir hərəkətdir. Məgər Mixail Matveyev bilmir ki, Azərbaycanda aul yoxdur?"
Deputat qeyd edib ki, ikincisi isə Cəlil Rəfiyev azərbaycanlı olsa da Rusiya vətəndaşıdır: “Onda belə çıxır ki, Rusiyada başqa millətdən olan vətəndaşlar deputat seçilməməlidir? Həm də Rusiyanın konstitusiyasında deputatlığa namizəd şəxsin təhsilli olması və onun qanun çərçivəsində göstərilən fəaliyyətin nədən ibarət olması ilə bağlı tələb yoxdur. Amma Matveyevin düşüncəsi ilə deputat ancaq etnik ruslardan seçilməli, ticarətlə məşğul başqa millətdən olan vətəndaşlar deputat seçilməməlidir”.
A.Badamov hesab edir ki, Dövlət Dumasının rəhbərliyi müvafiq addımlar atmalıdır.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov isə məsələyə bu cür mövqe bildirib: “Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən Azərbaycana qarşı dil uzadanların sayı getdikcə artmaqdadır. Zatulin, ondan əvvəlkilər və indi Matveyev - bütün bu şəxslər Azərbaycana qarşı təhqiramiz fikirlər səsləndirirlər. Ümumilikdə bu ifadələri təhlil etdikdə aydın görünür ki, burada açıq-aşkar irqçilik və ksenofobiya əlamətləri var. Azərbaycan və azərbaycanlılar haqqında bu cür fikirləri dilə gətirmək, bu cür mövqe sərgiləmək həmin şəxslərin hansı təfəkkürə sahib olduqlarını bir daha açıq şəkildə göstərir. Əslində bu təfəkkür və düşüncə tərzi uzunmüddətli perspektivdə Rusiyanın özü üçün də olduqca təhlükəlidir.
Bundan əlavə, qanunverici orqanın nümayəndəsinin belə bir açıqlama verməsi və bu cür mövqe bildirməsi ciddi müzakirə mövzusudur. Haqlı olaraq sual doğurur ki, bir qanunverici orqanın nümayəndəsi necə beynəlxalq və yerli hüquq normalarını pozaraq bu cür bəyanatlar verə bilər? Azərbaycanlılar uzun illərdir Rusiyada yaşayır, bu ölkənin dövlətçiliyinin və inkişafının möhkəmlənməsinə öz töhfələrini verirlər. Yəni onlar sadəcə bu gün deyil, illərdir bu ölkənin bir hissəsi olaraq onun tərəqqisinə xidmət edirlər və bu prosesdə fəal iştirak edirlər.
Belə münasibət və yanaşma isə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə Rusiyanın daxilində milli və dini zəmində münaqişə riskini artırır, gərginlik ocaqları yaradır və ölkəni uçuruma doğru sürükləyir. Belə açıqlamalar və bəyanatlar, bu cür təfəkkür, baxış və yanaşma, vəziyyəti daha da gərginləşdirir".
Millət vəkili təəssüflə bu cür məsələlərə heç bir rəsmi reaksiya verilmədiyini deyib: “Üstəlik, nəzərə almaq lazımdır ki, artıq dünyada rusiyalılara qarşı proseslər sürətlənir. Rusiya dövləti və rus milləti beynəlxalq aləmdə getdikcə arzuolunmaz, sevilməz bir imic qazanır. Onların keçmiş sovet ölkələri ilə azdan-çoxdan saxladığı münasibətlər də getdikcə pozulur. Bu münasibətlərin məhv edilməsindən sonra, demək olar ki, onlara qarşı normal münasibət bəsləyən bir ölkə belə qalmayacaq. Bu isə, qeyd etdiyim kimi, bütövlükdə keçmiş sovet məkanında, keçmiş sovet respublikalarında Rusiyaya nifrət, küdurət və xoşagəlməz münasibətin formalaşmasına gətirib çıxaracaq. Nəticədə bu, həm dövlət, həm də xalq üçün ciddi problemlər yaradan məsələyə çevriləcək”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Ankara Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında baş verdiyi iddia edilən pozuntularla bağlı istintaqı başa çatdırıb. İş üzrə İstanbul meri Əkrəm İmamoğlu daxil olmaqla 12 nəfər barəsində ittiham aktı tərtib edilib.
“Report” xəbər verir ki, bu barədə “T24” məlumat yayıb.
“Ankara Respublika Baş Prokurorluğu keçmiş Hatay Böyükşəhər Bələdiyyə sədri Lütfü Savaşın şikayəti əsasında Özgür Özəlin CHP sədri seçildiyi CHP-nin 38-ci Qurultayındakı “şübhəli məqam” iddiaları ilə bağlı apardığı istintaqı tamamlayıb”, – qəzetin məhkəmə müxbiri Asuman Aranca bildirib.
Təhqiqat nəticəsində İstanbul meri Əkrəm İmamoğlu, İzmir meri Cemil Tuqay, CHP-nin İstanbul özəyinin başçısı Özgür Çelik, Beşiktaş meri Rıza Akpolat və CHP-nin Ərzurum özəyinin başçısı Serhat Can Eş də daxil olmaqla 12 nəfər barəsində ittiham aktı tərtib edilib.
İttiham aktında göstərilir ki, 4-5 noyabr 2023 tarixlərində Ankarada keçirilmiş qurultayda Əkrəm İmamoğlunun rəhbərlik etdiyi mütəşəkkil qrup nümayəndələrə Özgür Özəlin namizədliyinə səs vermələri müqabilində pul mükafatları, bələdiyyələrdə və bələdiyyə şirkətlərində vəzifələr təklif edib. Nümayəndələrin bir qismindən doldurulmuş bülletenlərin fotoşəkillərini göndərmələri tələb edilib. Bundan əlavə, qurultayda Kamal Kılıçdaroğlunun namizədliyini geri götürməsi barədə yalan məlumatların yayıldığı və bunun səsvermənin növbəti mərhələsinə keçidi ləngitdiyi iddia edilir.
Prokurorluq təqsirləndirilən şəxslər üçün üç ilədək azadlıqdan məhrumetmə və cəza müddəti ərzində siyasi fəaliyyətlə məşğul olmaq qadağası tələb edib.
İttiham aktında Kamal Kılıçdaroğlu zərərçəkmiş kimi təqdim olunub. Bununla belə, ona ifadə vermək üçün dəvət göndərilsə də, o, prokurorluğa gəlməyib. İş üzrə şikayətçi keçmiş Hatay meri Lütfü Savaş olub, o, fevralın 25-də şikayət ərizəsi təqdim edib və şahid qismində ifadə verib.
Fransanın ən böyük mum muzeyi olan Qrevin Muzeyindən Fransa Prezidenti Emmanuel Makronun heykəli oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Franceinfo" radiosu məlumat yayıb.
İlkin məlumata görə, muzey işçisi geyimində olan iki qadın və bir kişi fiquru götürüb yorğana bükərək qəza çıxışından binanı tərk ediblər. Daha sonra naməlum şəxs telefonla muzeylə əlaqə saxlayaraq özünü "Greenpeace" beynəlxalq təşkilatının fəalı kimi təqdim edib və hadisəyə görə məsuliyyəti üzərinə götürüb.
Muzey rəhbərliyi oğurluq hadisəsi ilə bağlı dərhal polisə məlumat verib. Bildirilir ki, heykəlin dəyəri təxminən 40 min avrodur.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus verdiyi müsahibədə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı önəmli açıqlama verib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, münaqişənin həlli şərtləri bilavasitə Moskva və Kiyev arasında razılaşdırılmalıdır:
"Bu məsələdə əsas qərarlar tərəflər arasında danışıqlar yolu ilə verilməlidir. Əlbəttə, ABŞ-nin bu mövzuda öz maraqları və tələbləri var. Onlar bizim mövqeyimizi yaxşı bilirlər. Lakin yekun qərarlar Ukrayna və Rusiyadan asılı olacaq", - deyə Bryus əlavə edib.
Ekspertlərə görə, bu açıqlama Vaşinqtonun münaqişənin diplomatik həllinə açıq olduğunu göstərsə də, ABŞ-nin müəyyən strateji mövqeləri qoruduğunu da təsdiqləyir.