Təhlükəli kimyəvi maddələr daşıyan gəmi batdı -
Hindistan sahillərində təhlükəli kimyəvi maddələr daşıyan konteyner gəmisi batıb.

"Referans" xəbər verir ki, Liberiya bayrağı altında üzən "MSC ELSA 3" konteyner gəmisi Hindistanın Kerala əyaləti sahillərində Ərəbistan dənizində batıb.

Gəmidəki 24 dənizçinin hamısı xilas edilib. Gəminin kapitanı Rusiya vətəndaşıdır. Ekipajda, həmçinin iyirmi Filippin, iki Ukrayna və bir Gürcüstan vətəndaşı var

Hindistan Sahil Mühafizəsinin yaydığı məlumata görə, gəmidə ümumilikdə 640 konteyner olub. Onlardan 13-də təhlükəli maddələr, 12-də kalsium karbid olduğu bildirilir. Bundan əlavə, gəminin yanacaq çənlərində 84 tondan çox dizel yanacağı və 367 tona yaxın mazut olub ki, bu da ciddi ekoloji fəlakət təhlükəsi yaradır.

Hindistan hakimiyyəti neftin sızması ehtimalını istisna etmir. Hazırda xüsusi ekoloji protokol işə salınıb və həyəcan siqnalı verilib. Xüsusi sistemlərlə təchiz edilmiş təyyarələrdən istifadə edərək vəziyyət havadan izlənilir. Hazırda yanacaq sızmasının vizual əlamətləri yoxdur, lakin monitorinq davam edir.

Hindistanın Fəlakətlərin İdarə Olunması İdarəsi yerli əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib. Onlara batmış gəminin bir hissəsi ola biləcək və dalğalar vasitəsilə sahilə çıxa biləcək obyektlərə yaxınlaşmamaq tövsiyə olunub.

Qeyd edək ki, batan konteyner gəmisi 1997-ci ildə inşa edilib. Onun uzunluğu 184 metr, eni 25,3 metr idi.
 

Bölmənin digər xəbərləri

27 May 2025 "Putin Ukraynanı bu planla əzəcək" - ŞOK DETAL + XƏRİTƏ
27 May 2025 Rusiya üçün gerisayım başladı: Trampdan TƏCİLİ QƏRAR gözlənilir
27 May 2025 Kömür mədənində partlayış olub, ölən və yaralananlar var
27 May 2025 Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?
27 May 2025  İran Azərbaycan bağlı bu xəbəri niyə indi yaydı? – 4 il əvvəlki məsələ…
27 May 2025 "Yeni bir liderin ortalığa çıxması hər şeyi dəyişə bilər" - Etibar Məmmədov
27 May 2025 Nevşin Mengü'ye ateş püskürdüler ama! 'Kılıçdaroğlu asla kayyum olmayacak' diyen çıkmadı
26 May 2025 Moskvanın dəbdəbəsində gizlənən Əsədin lüks sürgün həyatı
26 May 2025 Arvadı Makronu buna görə ŞİLLƏLƏYİB - ŞOK VİDEO
26 May 2025 TƏCİLİ! Paşinyan Putinlə danışdı - Konstitusiyanı dəyişə bilərəm...
26 May 2025 "Tramp NATO sammitinə gəlməsə, alyans çökə bilər" – Polşa Prezidenti xəbərdarlıq etdi
26 May 2025 Xəzərin çəkilmə SƏBƏBİ - 5 ölkəyə ÇAĞIRIŞ
26 May 2025 Kallas Qərbi Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb
26 May 2025 Rusiyanın İsveçdəki səfirliyinə dron HÜCUMU
26 May 2025 ‘Erdoğan’ın danışmanı açık açık küfretti’: Ses kaydını paylaşıp suç duyurusunda bulundu! VİDEO
26 May 2025 Tənzilə Rüstəmhanlı: “Türklük bizim ortaq vətənimizdir”
26 May 2025 İmamoğlu kararı oy birliğiyle kabul edildi
25 May 2025 60 illiyində Brejnevdən “60-60” nömrəli “Volqa” alan Makarov – Tapança ixtiraçısının həyatı.
25 May 2025 Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
25 May 2025 DEM Parti Free İmamoğlu pankartını kaldırdı mı, kaldırmadı mı? İşte açıklamalar ve o anın görüntüsü VİDEO

Dünyapress TV

Xəbər lenti