![]() |
![]() ![]() ![]() |
|
Ermənistan Avropa İttifaqına üzv olmaq üçün rəsmi müraciət etməyib və bu istiqamətdə heç bir danışıqlar aparılmır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Musavat.com xəbər verir ki, nazir Ermənistanın xarici siyasi kursu ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
“Ermənistan Aİ-yə üzvlük üçün heç bir ərizə təqdim etməyib və bu istiqamətdə hazırda danışıqlar da aparılmır,” – deyə Mirzoyan bildirib.
O həmçinin vurğulayıb ki, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini yenidən nəzərdən keçirmək planı yoxdur.
Musavat.com
Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.
O əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması bu istiqamətdə mühüm addımdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni jurnalistin sualına cavab olaraq Ermənistanın uzun illər boyu Azərbaycan ərazilərini məhz Rusiya silahı ilə işğal etdiyini etiraf edib.
Musavat.com xəbər verir ki, Lavrov bu fikirləri Qarabağ müharibəsində Azərbaycanın Rusiya istehsalı silahlardan istifadə etməsi ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq səsləndirib.
“Azərbaycanın Rusiya silahı istifadə etməsinə gəlincə, xatırladım ki, Ermənistan da müstəqillik əldə etdikdən sonrakı bütün illər ərzində Rusiya silahından istifadə edib. O cümlədə 7 rayonun işğalı üçün də" – deyə Lavrov vurğulayıb.
O əlavə edib ki, Ermənistan həmin ərazilərdə uzunmüddətli mövqe tutmaq üçün ciddi istehkamlar qurub və bəzi ekspertlərin fikrincə, bu müdafiə sistemlərinin xarakteri o torpaqların heç vaxt geri qaytarılmayacağı niyyətini göstərirdi.
Lavrov Ermənistan rəhbərliyinin heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq təşəbbüsü göstərmədiyini də xüsusi olaraq qeyd edib.
“Rusiya silahı dünyanın bir çox ölkələrində var. Məsələn, Mozambik bayrağında da Kalaşnikov avtomatı əks olunub. Amma bu, həmin silahların hər yerdə bizim istədiyimiz məqsədlə istifadə olunduğu anlamına gəlmir,” – deyə o əlavə edib.
Musavat.com
Böyük Britaniyanın baş naziri və Leyborist Partiyasının lideri Kir Starmerin evinin və avtomobilinin yandırılması ilə bağlı aparılan istintaqda ikinci şübhəlilərdən biri ukraynalı model Stanislav Karpiuk olduğu məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı The Sun nəşri yayıb.
Qeyd edilib ki, 26 yaşlı Stanislav Karpiuk Ukraynanın Çernovtsi şəhərində anadan olub, sonradan Rumıniya vətəndaşlığı alaraq hazırda Londonda yaşayır.
O, özünü peşəkar model kimi təqdim edir və beynəlxalq modelçilik platforması Starnow-da profilinə görə, yaxın zamanda model karyerasına başlayıb. Profilində Karpiuk “Dünyanın ən yaxşı kişi modellərindən biri olmaq” arzusunda olduğunu vurğulayır.
İstintaqçılar onun bu hadisə ilə əlaqəsini araşdırır və indiyə qədər onun iştirak səviyyəsi dəqiqləşdirilməyib. Polis əməkdaşları həmçinin Starmerin evinə qarşı törədilən digər vandalizm aktları ilə bağlı digər şübhəliləri də müəyyənləşdirməyə çalışırlar.
Musavat.com
ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin fiziki və zehni sağlamlığındakı problemləri bilə-bilə gizlədən komandasını ağır ittihamlarla hədəfə alıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, bu şəxslər ölkə təhlükəsizliyini ciddi risk altına atıblar.
“Onlar prezidentliyi oğurladılar, bizi böyük təhlükə ilə üz-üzə qoydular. Bu, ən yüksək səviyyədə dövlətə xəyanətdir! Məqsədləri ölkəni dağıtmaq idi.”, -deyə ABŞ prezidenti qeyd edib.
Tramp əlavə edib ki, bu şəxslər Baydenin sənədlərə avtomatik imza atan cihazından istifadə edərək idarəetməni ələ keçiriblər və bu faktların ictimaiyyətdən gizlədilməsi ABŞ tarixindəki ən böyük siyasi qalmaqallardan biri sayılmalıdır.
Toğrul İSMAYIL,
Musavat.com
İran sahilləri yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə bağlı və Panama bayrağı altında üzən bir tanker naməlum şəxslər tərəfindən ələ keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi üzrə ixtisaslaşan Britaniyanın “Ambrey” şirkətinə istinadən məlumat yayıb.
İnsidentin İranın Oman körfəzi sahilində yerləşən Casq limanından 51 dəniz mili (təxminən 94,5 km) məsafədə baş verdiyi bildirilib.
Gəmi heyəti təcili radio siqnalı verərək hücum və mümkün ələ keçirilmə barədə xəbər verib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Şah İsmayıl Xətaiyə dair verdiyi son açıqlama ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, parlament rəhbəri çıxışında Osmanlı-Səfəvi münasibətləri kontekstində aşağıdakı fikirləri səsləndirib:
“Anadolu torpaqlarını başdan ayağa zülmlə inildədən Şah İsmayıla qarşı Yavuz Sultan Səlim və İdris-i Bitlisi arasında qurulan ittifaq, bu torpaqlarda müsəlman icmaların birgə yaşamasına şərait yaratdı”.
Kurtulmuşun bu fikirləri müxtəlif tarixçi və ictimai dairələrdə mübahisəli qarşılanıb. Sosial şəbəkələrdə və media platformalarında çıxışa münasibətlər birmənalı olmayıb.
Xatırladaq ki, bu cür fikirlər təkcə Numan Kurtulmuşla məhdudlaşmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl Şah İsmayıl Xətai və Əmir Teymur haqqında sərt ifadələr işlədib.
AK partiya liderlərinin bu yanaşımı Azərbaycanda etirazlar doğurub.
Musavat.com