Dünən Tramp və Putin arasında telefon danışığı zamanı nələr baş verirdi?
"Axios" Avropa liderlərinin Trampın Putinlə telefon danışığından sonrakı müzakirələrinin detalları barədə məlumat yayıb. "Axios"-un məqaləsindən əsas tezislərlə tanış olun(tərcümə).
Putinlə danışıqdan əvvəl Tramp Zelenskiyə zəng edərək, Putinlə söhbət zamanı nə deməli olduğunu soruşub. Zelenski Trampın bu məsləhətləşməsindən məmnun qalıb. O, Trampdan dərhal atəşkəs tələb etməyi, əks halda sanksiyalar tətbiq olunmasını və Ukraynanın razılığı olmadan Putinə heç bir güzəşt edilməməsini istəyib.
Putinlə danışıqdan dərhal sonra Tramp Zelenski, Makron, Merts, Meloni, Ursula fon der Lyayen və Aleksandr Stubbla(Finlandiya) keçirilən onlayn konfransa qoşulub. Gün ərzində Trampla 2-ci danışığını Zelenski belə şərh etdi: "Bu zəng daha uzun sürdü və tamamilə fərqli bir tonda keçdi".
Tramp onlayn konfrans iştirakçılarına bildirib ki, Putin atəşkəslə bağlı birbaşa danışıqlara başlamağa razılaşıb. Bu açıqlamadan sonra bir neçə saniyəlik sükut yaranıb. Zelenski xatırladıb ki, danışıqların ilk mərhələsi artıq İstanbulda baş tutub. Tramp bu haqda konkret cavab verməyib.
Zelenski və digər liderlər Trampa 30 günlük atəşkəs ideyasının məhz ona məxsus olduğunu xatırladıblar. Daha sonra Ağ Evin rəsmisi "Axios"-a bildirib ki, Tramp heç vaxt atəşkəsi danışıqlardan əvvəlki şərt kimi irəli sürməyib və Zelenskinin danışıqların şərtlərini müəyyənləşdirmə səlahiyyətinə malik olduğunu deməyib.
Avropa liderləri sanksiyalarla bağlı sual verdikdə, Tramp bunun yaxşı fikir olmadığını(???) bildirib və vurğulayıb ki, Putin razılığa gəlmək istəyir. Corciya Meloni soruşub: "Heç olmasa danışıqlar gedən müddətdə iki həftəlik atəşkəs elan etmək olmazmı?" Fridrix Merts isə Rusiya tərəfinin hansı güzəştlərə hazır olduğunu soruşub.
Tramp bildirib ki, Putin atəşkəsin və müharibənin başa çatmasının şərtlərini əks etdirən "sülh memorandumu" təqdim edəcək. Trampın sözlərinə görə, o, Putindən elə bir sənəd təqdim etməsini istəyib ki, bu sənəd dərhal rədd edilməsin və real danışıqlar üçün əsas yaratsın.
Ağ Evin rəsmisi qeyd edib ki, Rusiya aylardır münaqişənin sona çatması ilə bağlı mövqeyini rəsmi sənəd şəklində təqdim etməkdən imtina edirdi. Ona görə də Putinin bu addıma razılıq verməsi artıq əhəmiyyətli bir irəliləyiş hesab olunur.
Meloni və Merts qeyd ediblər ki, ABŞ və Avropa İttifaqı danışıqlara cəlb olunmalıdır. Meloni deyib: "Kimsə hakim olmalıdır". Merts isə bütün tərəflərin iştirakı ilə ortaq görüşün keçirilməsini təklif edib. Tramp isə sonradan danışıqlar üçün Vatikanı mümkün məkan kimi irəli sürüb.
Finlandiya Prezidenti Aleksandr Stubb Trampdan soruşub: "Növbəti addımlar nə olacaq?"
Tramp cavabında bildirib: "Bilmirəm. Kimsə çıxıb deməlidir ki, danışıqlar yaxşı gedir, ya pis - sonra biz qərar verərik".
Kamran Cəfərov
TEREF
 

Bölmənin digər xəbərləri

21 May 2025 Kir Starmerin evinə hücumda onun da əli olub: ŞOK İSİM
21 May 2025 Trampdan Baydenin ətrafa ŞOK İTTİHAM: "Məqsəd ölkəni dağıtmaq idi"
21 May 2025 İran sahilləri yaxınlığında BƏƏ-yə məxsus tanker ələ keçirildi
21 May 2025 400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
20 May 2025 Numan Kurtulmuş da Şah İsmayılı aşağıladı – Tarixi fiqurlar üzərindən yeni müzakirə
20 May 2025 Ankaradan 2 ölkəyə xəbərdarlıq: Bu, müharibə elanı olacaq!
20 May 2025 Ermənilər yenə Putinin zəhləsini tökdü
20 May 2025 Peskov: Moskva ilə Kiyev arasında birbaşa əlaqələr həyata keçirilir
20 May 2025 Türkiyədə musiqili yol çəkildi – VİDEO
20 May 2025 Türkiyəyə dönəcəyi deyilirdi: Sedat Pekerlə bağlı məhkəmə qərarı!
20 May 2025 Rusiya şantajının yeni mərhələsi
20 May 2025 Amerikalılar yaxın yüzilliklərdə yox ola bilər - Alimlərdən qorxulu sarsıdıcı proqnoz
20 May 2025 Trampın oğlu Baydenin xəstəliyi ilə bağlı Cill Baydenə istehza etdi
19 May 2025 Köçəryan Paşinyana qarşı Kreml ritorikası ilə hücum çəkdi
19 May 2025 Trampdan Kamala Harrisə ittiham- Ulduzlara qanunsuz ödənişlər edib
19 May 2025 Starmer Tramp və Avropa liderləri ilə danışdı: Putinə nə təklif olunacaq?
19 May 2025 Ursula fon der Lyayen: “Bu həftə Ukrayna üçün həlledici olacaq”
19 May 2025 Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”
19 May 2025 Zelenskidən ŞOK AÇIQLAMA: "Krım və Donbas bizimdir – NATO-dan əl çəkməyəcəyik!"
19 May 2025 Yəhudi general Bakıda olub, ya yox?

Dünyapress TV

Xəbər lenti