b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ce2abf55cc07a09a19800c63d393089d.jpg
 

Türkiyə və bir çox ölkədə reytinq rekordları qıran “Uzaq şəhər” (Uzak Şehir) serialının baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba eyni vaxtda “Koka-Kola” brendini reklam etdikdən sonra sosial mediada sərt reaksiya ilə üzləşiblər.

Bir çox izləyici İsrailə qarşı boykot çağırışlarının gücləndiyi bir vaxtda “Koka-Kola” reklamına qarşı çıxıb və teleserialı boykot etməyə səsləyib.

Boykota təkcə izləyicilər yox, ictimai xadimlər də qoşulub. Belə ki, Türkiyə Prezidentinin müşaviri İsmayıl Cəsur da həmin reklamı tənqid edərək, Kanal D və ona bağlı kanalları boykot edəcəyini bildirib.**Kult.az 

Dünyapress TV

Xəbər lenti