“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
“ Avropa Beynəlxalq hospitalı” nın həkimi Sevinc Babayeva icbari tibbi sığorta göndərişi olsada bizdən 1100 manat pul alıb….. Kəpəz Hospitalında Seymur Musayev 2500 manat tələb etdi. Xəstə daxili qanaxmadan vəfat edib?

Əməliyyat zamanı həkim səhlənkarlığı…..

Şikayətə görə , 71 yaşlı Ayşad Seyidəliyeva Avropa Beynəlxalq Hospitalının həkimi Sevinc Babayevanın səhv əməliyyatından vəfat edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747802868_2.jpg
XALQ -a müraciət edən Aynurə Seyidəliyeva bildirir ki, xəstə ayağında yara olduğundan, yara sağalmadığından həkimə Qax rayonundan Bakıya gətirilmişdi. Bakıya gətirilməmişdən əvvəl Şəki şəhərində dopler müayinəsindən keçdikdən sonra damarlarında quruma olduğunu, yaranında ona görə sağalmadığını qeyd etdilər. Damar əməliyyatı üçün Bakıya gətirildi. Ayşad Seyideliyeva 15.04.2025 tarixində icbari tibbi sığorta göndərişi ilə damarlarındakı problem ilə əlaqədar “Beynəxalq Avropa hospitalında” çalışan Həkim invaziv radioloq Sevinc Babayeva tərəfindən əməliyyat olundu.
Əməliyyata girəndən sonra asistenti Ramidə bizimlə telefonla əlaqə yaradıb 600 manat ödəniş tələb etdi. Biz bildirdik ki, axı bu icbari sığorta göndərişi ilə xəstə əməliyyat olunur. Bizə dedilər ki, ne olsun həkimin hörmətin etmək lazımdır…..

Püstə adlı xanım gəlib bizdən 600 manat pulu aldı. Bu xanım Avropa hospitalında müdür müavini işləyir. Biz ödənişi rəsmi qaydada ödəmə etmək istədiyimizi tələb edəndəndə, pulu əldən ödəməyimizi dedilər. Xəstəmizdə əməliyyatdadır o anda həkim deyəni etdik. Biz məcbur olub əməliyyat zamanı 600 manat ödədik. 16.04.2025-ci il tarixində xəstə evə buraxıldı və Sevinc Babayevanın koməkçisi dediyi bir necə agrıkəsici dərmanlar qəbul etdi.

Növbəti ayaq damarlarındakı əməliyatı üçün 29.04.2025 tarixində yenə də saat 17:00-də xəstə Avropa Beynəlxalq Hospitalına çağırıldı.

Heç bir analiz götürülmədən, xəstə ikinci əməliyyata alındı və gecə eyni qayda ilə zəng gəldi ki, əməliyyat edirik 600 azn ödəniş etməlisiz.

Bu sanki gizli əməliyyata bənzəyirdi. Aldıqları pulu xəstəxanadan gizli alırdılar. Dedik sığorta ilə gəlmişik, əldə pul yoxdu endirim edərdiz, bir qədər sonra dedilər 500 azn ödəyərsiz.

Yenə də çıxılmaz vəziyyətdə qalıb 500 manat ödəniş etdik deyə Aynurə Seyidəliyeva bildirir. Ümümilikdə iki əməliyyata 1100 manat ödəniş etmişik. Əməliyyatdan sonra səhər saat 10-da xəstənizi gəlib çıxararsız dedilər. Deyilən vaxtdan 30 dəqiqə gecikmişdik, gördük xəstə koridorda oturub bizi gözləyir. Rəngi ağarmış halsız vəziyyətdə,dedilər əməliyyatdan yeni çıxdığı üçündür, düzələcək. Eyni qayda ilə ilk dəfə olduğu kimi Sevinc Babayevadan xəstə haqqında heç bir məlumat almaq mümkün olmadı və asistenti dermanlar deyib xəstəni məcburən çıxartdıq.

Evə gəldikdən sonra xəstənin halı pisləşdi gecə ilə bir necə dəfə təcili yardım çağırdık və səhər həkimlə əlaqə saxladıq ki, əməliyyat etdiyiniz xəstə ölüm vəziyyətindədir. Xəstə ikinci əməliyyatdan çıxdıqdan sonra yaxınlarına bildirmişdir ki, gecə əməliyyat zamanı Sevinc Babayeva deyirdi əməliyyatı köməkçiləri Sərxan və Əfsanə edirdi. Bu hadisəni həkim Sevinc Babayeva bildrdikdə inkar etdi
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747802931_1.jpg
Biz yenidən xəstəni Avropa Beynəlxalq Hospitalına Sevinc Babayevanın yanına gətiridik. Xəstəni MRT-yə saldılar gördülər vəziyyət yaxşı deyil. Xəstəni ikinci əməliyyat zamanı damarını zədələyiblər və daxili qanaxma baş verib.

Xəstə getdikcə ağırlaşırdı və qarnı şişirdi. Biz icbari sığortaya şikayət etdikdən sonra xəstəmizi “Kəpəz” hospitalında Seymur Musayevin yanına göndərdilər və daxili qanaxma olduğu üçün təcili əməliyyata alındı.

Biz icbari sığorta göndərişi ilə getdiyimizə baxmayaraq Seymur Musayev bizdən 2500 manat pul tələb etdi. Biz məsələni aydınlaşdırdıqda artıq Seymur Musayev skandal yaratmağa çalışdı və “xəstənizi necə sağaltmışamsa ele də öldürərəm” deyə bildirdi.

Kəpəz hospitalının rəhbəri Süleyman Muradlının yanında olduq, şikayət edəcəyimizi bidirdikdə xəstəmizi digər palataya köçürüb basqa həkim həvalə etdi. Şikayət etməyimizin qarşısını aldı və bizdən 150 manat palata pulu alındı.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747802980_1.jpg
Kəpəz hospitalında Pərvanə adlı icbari slğortaya baxan bu məsələni bildikdə belədir ne edə bilərik dedi. Aysel Seyideliyeva bildirir ki, necə ola bilər ki biz icbari sığorta göndərişi ilə gəlmişik lakin pula görə müxtəlif skandllar yaratdılar, heç “Kəpəz” hospitalında düz əməlli baxmadılar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747803021_1.jpg
Biz məsələni Sevinc Babayeva bildirdikdə 740 manat Seymur Musayeva və əlavə qan pulu verdiyini bildirdi.

( Sevinc Babayevanın Seymur Musayeva pul ödənişi etdiyi bildirir)

4 may tarixində xəstə evə gətirildi, 5 may 2025-ci il taxində isə xəstənin halı qəflətən pisləşdi biz təcili yardın çağırsaqda artıq gec idi və anamız həkim səhlənkarlığına görə vəfat etmişdir.
Məsələ ilə bağlı Avropa Beynəlxal Hospitalı ilə əlaqə yaratmaq mümkün olmadı, Sevinc Babayeva isə açıqlama verməkdən imtina etdi.

Hadisə ilə bağlı Seymur Musayeva asistenti bildirdi ki, həkim bu barədə danışmaq istəmir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məsələdə adı keçənlərin münasibətini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747803224_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747803224_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1747803225_4.jpg
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar

Dünyapress TV

Xəbər lenti