Ardını oxu...
  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Danışıq zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Ardını oxu...
 

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

Bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.

“NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik”, - o deyib.

Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.

O, həmçinin bildirib ki, NATO-nun Baş katibi ilə Rusiyaya təsir edə biləcək sanksiyalar barədə danışıb. Zelenskinin sözlərinə görə, bütün qərarların razılaşdırılması vacibdir, o zaman sanksiyalar işləyəcək.

“Moskvaya təzyiq olmadan ədalətli sülh əldə edilə bilməz. Bunu hamı başa düşür”, - Ukrayna lideri qeyd edib.

O əlavə edib ki, Rutte ilə Ukraynanın NATO ilə əməkdaşlığı və gələcək görüşlərə və təmaslara hazırlıq barədə ayrıca danışıb.//Report

Ardını oxu...
   

Prostat xərçənginin aqressiv forması diaqnozu qoyulan ABŞ-ın keçmiş prezidenti Co Baydenin yaşamaq üçün bəlkə də cəmi 12–18 ayı qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin sabiq həkimi və respublikaçı konqresmen Ronni Cekson "Washington Free Beacon" qəzetinə müsahibəsində deyib.

"Bu məlumat yayılandan bəri bir çox uroloqla danışmışam və hamısı eyni nəticəyə gəlib. Ümid edirəm ki, daha çox vaxt olacaq. Amma bu, artıq irəliləmiş bir xəstəlikdir", – deyə o bildirib.

Ağ Evin keçmiş həkimi Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, 82 yaşlı Co Baydenə sümük toxumasına metastaz verən prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.

Musavat.com

Ardını oxu...
  

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.

Xarici siyasət idarəsinin rəhbəri X-də yazıb: “İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”.

Qeyd edək ki, mayın 11-də keçirilən dördüncü görüşdən sonra ABŞ tərəfi İranın uranı zənginləşdirmək proqramından bütünlüklə əl çəkməli olduğunu bəyan edib. İranın ali dini lideri isə bunun mümkün olmadığını açıqlayıb.

Musavat.com


Ardını oxu...
  

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında ən çox əmək sərf edənlərdən biri, SSRİ-nin milyardlarla dollarlıq təzminatdan qorunmasında əvəzsiz rolu olan görkəmli alim - Valeri Leqasov.

O, hökumət komissiyasının üzvü kimi faciənin ilk günlərindən hadisə yerində olub. Valeri Leqasov reaktorun söndürülməsi, radiasiyanın yayılmasının qarşısının alınması və Pripyatın təxliyəsi ilə bağlı əsas qərarların müəllifidir.

SSRİ rəhbərliyinin təzyiqlərinə baxmayaraq, qəzanın əsl miqyasını dünyaya çatdıran, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransındakı çıxışı ilə beynəlxalq ictimaiyyətin münasibətini dəyişən Leqasov gizlədilməyə çalışılan bir çox qaranlıq məqamı açdığı üçün öz ölkəsində susduruldu və haqsızlıqlarla üzləşdi.

SSRİ rəhbərliyi ilə fikir ayrılıqları, səhhətindəki problemlər və təzyiqlər nəticəsində 1988-ci ildə həyatına son qoydu. O, yalnız ölümündən sonra qəhrəman kimi tanındı.

Ətraflı Baku TV-nin süjetində:

 
 

Ardını oxu...
  

Pentaqon Qətərdən dəyəri təxminən 400 milyon dollar olan Boeing 747-8 təyyarəsinin ABŞ prezidenti Donald Trampa təhvil verilməsini rəsmən təsdiqləyib.

Musavat.com The New York Times-ə istinadən xəbər verir ki, məlumatı ABŞ müdafiə nazirinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnel açıqlayıb: "Müdafiə naziri Qətərdən Boeing 747-8 təyyarəsini bütün federal qaydalara və qanunlara uyğun olaraq qəbul edib. Nazirlik adekvat təhlükəsizlik tədbirlərinin təmin edilməsi və təyyarənin funksionallığı ilə bağlı tələblərə cavab verməsi üçün işə başlayacaq”.

Xatırladaq ki, mayın 11-də ABC News öz mənbələrinə istinadən Qətərin Trampa 400 milyon dollara başa gələn Boeing 747-8 təyyarəsi verməyi planlaşdırdığına dair məlumat yayıb. Bu, ABŞ dövlət başçısının indiyədək xarici ölkədən aldığı ən bahalı hədiyyələrdən biri ola bilər. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoffun ABC News-a verdiyi məlumata görə, Qətərin təyyarəni Trampa təhvil verməsi tamamilə qanunidir və razılaşma Ağ Evin hüquq məsləhətçisi və ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilib.

İki gün əvvəl CNN sensasiyalı məlumat yayaraq, təyyarənin Ağ Ev administrasiyası tərəfindən Qətərdən istənildiyini bəyan edib. Bildirilir ki, Tramp prezident təyyarəsinin yenilənməsinə göstəriş verib. Lakin Boeing şirkəti yeni hava gəmisinin 2 ilə hazır olacağını açıqlayıb. Belə olduqda, Tramp tələblərə uyğun təyyarənin harada olduğunun öyrənilməsi və onun əldə olunmasını tapşırıb. ABŞ üçün “Bort nömrə 1”-in tələblərinə uyğun təyyarənin Qətərdə olduğu açıqlandıqdan sonra Ağ Ev Dohadan həmin təyyarəni satın almaq istəyib. Lakin Doha satışa deyil, təyyarəni Trampa bağışlamağa razılaşıb.

Musavat.com

 
 
 
Ardını oxu...
2023-cü ildə Tehrandakı səfirliyimizə hücum edən Yasin Hüseynzadəyə çıxarılan ölüm hökmü icra olunub. Tehranın iki il sonra Bakının tələbini yerinə yetirməsi ədalətli olmasından yox, regiondakı siyasi konyukturadan qaynaqlanır: Yaxın Şərqdə mövqeləri zəifləyən İran hədəfə çevrildiyi mövcud şərtlərdə regiondakı ölkələrlə problemli münasibətlərin aradan qaldırılması xəttini izləyir; bu mənzərə münasibətlərdə problemin yaranmasında maraqlı olmayan Azərbaycanın regional siyasətinə uyğundur.

Lakin Tehranın Bakı ilə yaxınlaşması İranda Azərbaycana qarşı olan və səfirliyimizə hücum da daxil olmaqla münasibətlərin gərginləşdirilməsi istiqamətində təxribat xarakterli addımlar atan qüvvələr sıradan çıxmayıb, sadəcə mövcud şərtlərdə arxa plana keçiblər və lazım olacağı təqdirdə, yenidən eyni addımları təkrarlaya bilərlər.

Azərbaycan İranla normallaşan münasibətlərdə məhz bu qüvvələrin neytrallaşdırılması tələbinin də aktuallığını saxlamalıdır. Bunlardan biri keçmiş Azərbaycan vətəndaşlarından ibarət olan “Hüseyniyyun” qruplaşmasının üzvlərinin Bakıya təhvil verilməsi, yaxud ən azı İranda tamamilə neytrallaşdırılması ola bilər. Səfirliyimizə hücumun təşkilində bu qruplaşmanın da rol oynadığına dair məlumatlar var. Hazırda qruplaşmanın hücumları səngisə də, fəaliyyətini müxtəlif formalarda davam etdirir, xüsusilə təbliğat istiqamətində. Azərbaycanda konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə yaradılan silahlı qruplaşma İranda fəaliyyət göstərdiyi müddətdə Tehranın münasibətlərə səmimi yanaşması daim sual altında olacaq.

Asif Nərimanlı
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanın adından Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi ziyafətin menyusu yayılıb.Menyunun Azərbaycan dilində tərtib edilməsi diqqət çəkib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son zamanlar qeyri-adekvat və məntiqsiz fikirlərin generatoruna çevrilən Rusiya Federasiyasının Dövlət Duması növbəti dəfə Rusiya cəmiyyətinin reallıqlarından uzaq bir təkliflə çıxış edib. Nümunə olaraq, müxtəlif vaxtlarda rusiyalı deputatlar tərəfindən irəli sürülən bəzi təklifləri qeyd edəcəyik.

Belə ki, 2024-cü ildə deputat Vitali Milonov türk seriallarını “tam cəfəngiyat” hesab etdiyini bildirib. Deyib ki, seriallar rus qadınlarında saxta ideal kişi obrazı yaratdığına və reallığa uyğun gəlməyən həyatı göstərdiyinə görə qadağan edilməlidir.

Bu “dərin” fikir, görünür, “Rusiya veteranları” ictimai hərəkatı Rusiya Federasiyasındakı demoqrafik böhrandan narahat olduqdan sonra onun beynində yaranıb. Hərəkatın rəhbəri İldar Rezyapov belə qənaətə gəlib ki, türk serialları demoqrafiyaya mənfi təsir göstərir, “çünki onlar qeyri-real kişi obrazı yaradır, rus qadınları isə bəylərimizə marağı itirirlər”. Veteranların "nəcib" hədəfi elə beşikdə boğuldu.

Və ya, məsələn, başqa bir deputat Andrey Svintsov, Yeni İl ərəfəsində ruslar üçün "təhqir" sayılacaq bir fikir irəli sürüb. Parlamentari beş min rubl dəyərində spirtli içki hədiyyə edən rusları cərimələməyi təklif edib. Hədiyyə bir məmur tərəfindən verilirsə, cərimə 35 ilə 50 min rubl arasında ola bilər. Hüquqi şəxslər üçün 100 min rubla qədər ola bilər.

"Alkoqollu içkilərə qarşı sərt və barışmaz təbliğat aparmağın vaxtıdır. Həm də ondan başlamalıyıq ki, ölkəmizin hər bir vətəndaşı başa düşməlidir: alkoqol zəhərdir! Yaxınlarınıza, dostlarınıza və ya həmkarlarınıza sağlamlığa böyük ziyan vuran, hətta ölümcül təhlükə yaradan bir şey vermək sadəcə olaraq qəbuledilməzdir", - deyə deputat söyləyib.

Təbii ki, Svintsovun bu təşəbbüsü nə adi ruslar, nə də həmkarları arasında müsbət qarşılandı. Doğrudan da, Rusiya İran və ya ərəb ölkələri deyil və belə təşəbbüslər ən yaxşı halda yalnız gülüş doğurur.

Heç kimə sirr deyil ki, bu gün Rusiyanın əsas daxili problemlərindən biri demoqrafiya məsələsidir. Uşaqları "yaratmağa" xüsusi həvəs göstərməyən rusların sayı azalmaqda davam edir.

Bu sahədə işlər o qədər pisdir ki, problem Rusiya Prezidenti Vladimir Putin tərəfindən “nəzarətə” götürülüb. Üstəlik, narahatlıq o qədər böyükdür ki, hətta rusların, mümkün qədər çox doğmasını tələb edən bir fərman da verilib.

Sərəncama əsasən, 6 ildən sonra ölkədə ümumi doğuş əmsalı (TFR, reproduktiv yaşda bir qadına düşən uşaqların orta sayı) 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə yüksəlməlidir. Sənədin müəllifi hətta konkret rusun uşaq istəməsi və ya hamilə qala biləcəyi və ya bilməyəcəyi ilə də maraqlanmır. Doğmalıdır, vəssalam.

Rusiyalı deputat Georgi Arapov Putinin göstərdiyi böhrandan “parlaq” çıxış yolundan ruhlanaraq, bu müqəddəs işə öz töhfəsini vermək qərarına gəlib. O, Rusiya Əmək Nazirliyinin rəhbəri Anton Kotyakova demoqrafik göstəriciləri artırmaq üçün həftəlik ödənişli məzuniyyətin tətbiqini təklif edib. Məktubda o, nazirdən xahiş edir ki, “reproduktiv yaşda olan xeyli sayda cütlük uşaq sahibi olmaqdan tamamilə imtina etmir, əksinə, xroniki stress, yorğunluq və emosional resursların olmaması səbəbindən onu təxirə salır”.

Arapov xahiş edir ki, nazir belə bir “demoqrafik həftə”nin tətbiqinin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirsin. Onun fikrincə, daha bir həftəlik tətilin mövcudluğu bir çox insana müvafiq qərar qəbul etmək üçün optimal hesab edilən daxili rahatlıq vəziyyətinə gəlmək imkanı verəcək.

“Getdikcə daha çox olan subay insanlar üçün demoqrafik həftə yeni insanlarla tanış olmaq və ciddi münasibətlər qurmaq üçün vaxt verəcək”, - deyən deputatın sözlərinə görə, uşaq sahibi olmaq barədə qərar qəbul etmək üçün "təkcə maddi deyil, həm də psixoloji sabitlik lazımdır".

Başa düşdüyünüz kimi, Arapovun xoş düşüncəsi sarsıdıcı fiaskoya məhkumdur. Necə deyərlər, həm gülməli, həm də ağlamalıdır. Mənə deyin, zəhmət olmasa, hansı “ağıllı” rus “göydən gələn hədiyyəni” bu halda hakimiyyətdən əlavə məzuniyyət həftəsi şəklində, özü də pullu həftəni belə xırda-xırda işlərə sərf edər?

Arapov doğrudanmı ciddi şəkildə düşünür ki, Rusiya Federasiyasının sıravi vətəndaşı buzlu şüşə “belenkaya” ilə “həyat şənliyi” təşkil etmək əvəzinə, nəfəs məşqləri və ya yoqa ilə stressi atmağa başlayacaq? Axı, onlar üçün stressi aradan qaldırmağın ən yaxşı yolu sərxoş olub, problemləri unutmaqdır. Əminəm ki, “stresdən azad olmağın” bu yolu “demoqrafik həftə” boyu davam edəcək.

Başqa bir cəhət də var. Ukraynadakı müharibə, hər gün qonşu dövlətdən gələn “200 yük” o qədər daimi gərginlik yaradır ki, hətta “demoqrafik il” olsa belə, onu aradan qaldırmaq üçün kifayət etməyəcək. Problemin özü bir qapalı dairədə ilişib qalırsa, demoqrafik böhranı necə aradan qaldırmağın mümkün olduğuna özünüz qərar verin.

Minlərlə rus gənci hər həftə mənasız müharibədə ölür - qohumlar, dostlar, qonşular arasında stress… Və stresin dərmanı kimi içki içmək - aşağı doğum nisbəti yaradır. Dairə bağlınır. Əsas səbəb aradan qaldırılmasa, bu problemi nə fərmanla, nə də “demoqrafik həftə” ilə həll etmək mümkün deyil. Bu, içində deşik olan şarı daim şişirtməyə cəhdə bənzəyir.

Bir sözlə, Arapovun təklifi məntiqli olsa da, Rusiya reallığına uyğunlaşdırılmayıb. Hansısa möcüzə ilə qanunvericilik səviyyəsində qəbul olunsa belə, effekt sıfır yox, mənfi olacaq. İçməyənlər də belə bir pullu həftə içində vurmağa başlayacaqlar...
Ardını oxu...
Cənubi Qafqazda “Rusiya böhranı” yaşanmağa başlayıb. Kremlin Ukraynada “savaş bataqlığı”na düşdüyü gündən üzü bəri Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmləri öz əhəmiyyətini itirməkdə davam edir. Hətta hazırda elə vəziyyət yaranıb ki, Rusiyanın bu regiondan tamamilə sıxışdırılıb, çıxarıla biləcəyi də qətiyyən istisna deyil. Və Kreml son vaxtlar bu prosesin Rusiya üçün neqativ nəticələrinin geriyədönməz xarakter ala biləcəyindən ciddi şəkildə narahatdır.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər Cənubi Qafqaza münasibətdə aqressiv bolşevik zehniyyətini qoruyan bəzi Rusiya siyasi dairələri Ukrayna savaşı sona çatdıqdan sonra Kremlə arxa çevirən region dövlətləri ilə haqq-hesab çəkiləcəyini bildirirdilər. Əslində, Rusiyanın belə radikal davranışlara yaxın siyasi-ideoloji prioritetlərə malik olduğu qətiyyən şübhə doğurmur. Halbuki, zaman keçdikcə, Rusiya Cənubi Qafqazda sahib olduğu ənənəvi təməl təsir faktorlarından məhrum qalmaq təhlükəsini daha sərt şəkildə hiss edir. Və bu baxımdan, Rusiya siyasi dairələrində olduqca ciddi “Qafqaz təlaşı”nın yaşanması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, Ukrayna savaşının dayandırılması prosesində Tramp-Putin sövdələşməsinin baş tutduğu ilk mərhələdə Rusiya Cənubi Qafqaza açıq təhdidkar mesajlar göndərməyə başlamışdı. Kremldə belə qənaətlər yaranmışdı ki, Rusiya artıq bu regionda itirilmiş mövqelərini daha sərt addımlarla bərpa etmək hüququ qazanmağa başlayıb. Halbuki, Kremlin bu qənaətin doğurduğu əminliyi praktikada reallığa çevirməyə imkan tapmamış Tramp-Putin sövdələşməsi pozuldu. Və ABŞ-ın vasitəçilik missiyasından rəsmən geri çəkilməsiylə, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanma ehtimalı ön plana keçmiş oldu.

Təbii ki, əgər, belə davam edərsə, Cənubi Qafqazın Rusiya üçün olduqca əlçatmaz regiona çevrilə biləcəyini artıq Kremldə də anlamağa başlayıblar. Çünki Gürcüstanın Qərb siyasi dairələri ilə ciddi problemləri olsa da, əslində, rəsmi Tiflis Rusiya ilə də geopolitik proseslərdə tərəfdaşlığa qətiyyən həvəsli deyil. Eyni zamanda, Rusiya ilə strateji müttəfiqlik barədə bəyannamə imzalamış Azərbaycan da Kremlin məmnun qalmayacağı səviyyədə müstəqil xarici siyasət yürüdür və tamamilə sərbəst davranır. Və son vaxtlar Rusiya ilə müəyyən ziddiyyətlərin fonunda, üstəlik, NATO üzvü Türkiyə ilə strateji müttəfiq olan Azərbaycan ümumiyyətlə, Kremlin təsir dairəsindən kənarda fəaliyyət göstərir.

Ona görə də, Kreml bundan sonra da Ukrayna savaşının sona çatmasını gözləyəcəyi təqdirdə, Cənubi Qafqazın “qapılar”ının Rusiyanın üzünə tamamilə qapana biləcəyindən ciddi şəkildə narahatdır. Belə ki, Rusiya siyasi dairələri Cənubi Qafqaz uğrunda həlledici savaşa başlamaq qərarı vermiş kimi görünürlər. Eyni zamanda, Kreml əsas hədəf kimi məhz Ermənistanı seçdiyini də demək olar ki, gizlətmir. Və Rusiyanın bu geostrateji seçiminin kifayət qədər ciddi səbəbləri də olmamış deyil.

Maraqlıdır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın ənənəvi for-postu praktikasına malikdir. Ancaq Paşinyan hakimiyyəti son illərdə Ermənistanı israrla Rusiyadan uzaqlaşdırıb, məhz Qərbə qaçırtmağa çalışır. Yəni, Ermənistan Rusiyaya qarşı “strateji xəyanət” edən yeganə region ölkəsidir. Bu baxımdan, Kremlin Ermənistana qarşı bütün istiqamətlər üzrə hüquqi təzyiq bəhanəsi tapması o qədər də çətin deyil. Və Rusiya siyasi dairələri Ermənistana qarşı təzyiq mexanizmlərinin hələ də güclü təsir potensialını qorumasından yararlanmaq niyyətini biruzə verir.

Məsələ ondadır ki, Rusiya və Ermənistan arasında hərbi müttəfiqlik barədə saziş hələ də hüquqi qüvvəsini qoruyur. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Rəsmi İrəvan son illərdə Qərbə inteqrasiya siyasətində israrlı olsa da, Ermənistanı KTMT-dan çıxartmağa imkan tapmayıb. Eyni zamanda, Ermənistan Rusiya patronajlığı altında olan digər qurumun – Avrasiya İstisadi İttifaqının güzəştli ticarət paketinə möhtacdır. Və bütün bunlara paralel olaraq, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya şirkətlərinin nəzarətindədir, rəsmi İrəvan iqtisadi-ticari asılılığı da mütləq nəzərə almaq məcburiyyətindədir.

Bütün bunlar onu göstərir ki, Kreml Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərinin bərpası üçün manevrlər etmək baxımından, daha geniş imkanlara malikdir. Eyni zamanda, Ermənistanın radikal-revanşist müxalifət düşərgəsinin tamamilə Rusiya xüsusi xidmət servislərinin nəzarətində olması da, Kremlin rəsmi İrəvana daha radikal təzyiqlər üçün əlavə provakativ resurslar yaradır. Və üstəlik, Paşinyan hakimiyyətinin Qərbdən umduğu hərbi təhlükəsizlik, eləcə də siyasi-iqtisadi dəstəyi ala bilməməsi də rəsmi İrəvanı Kreml qarşısında aciz duruma salır.

Ona görə də, son vaxtlar Paşinyan hakimiyyəti tədricən Rusiya-Ermənistan münasibətlərini mümkün qədər normallaşdırmağa can atır. Artıq Paşinyan hakimiyyətinin yüksək rütbəli təmsilçiləri Rusiyaya səfərlərdən əvvəlki kimi imtina etməyə cəsarət göstərə bilmirlər. Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın Rusiyaya son məcburi səfəri çərçivəsində Ermənistanla bağlı bəzi problemlərin Kremlin maraqlarına uyğun həlli mümkün olub. Və Kremldə erməni baş nazirə müəyyən təhdidlər üzərindən Rusiya ilə qarşıdurmanın Ermənistana hansı faciəvi nəticələr vəd etdiyini növbəti dəfə anlatmağa çalışıblar.

Böyük ehtimalla Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana tez-tələsik cavab səfərinin nəticələri erməni baş nazirin Kremldə verilən “dərsi” necə qavradığını ortaya çıxaracaq. Rus nazir bu səfər çərçivəsində ikibaşlı açıqlamalarla diqqəti çəkib. Belə ki, o, bir tərəfdən, Paşinyan hakimiyyətinin siyasi mövqelərinə dolayısı zərbələr endirib. Digər tərəfdənsə, rəsmi İrəvana Ermənistanın Rusiyanın orbitinə dinc yolla dönüşü üçün hələ də “açıq qapı” saxlanıldığına eyham vurub. Eyni zamanda, rus diplomat Kremlin rəsmi İrəvandan Ermənistanın “kupça”sını dərhal istədiyini də sezdirib. Və əks halda, Ermənistanın ümumiyyətlə, müstəqilliyinə yenidən baxıla biləcəyi ilə bağlı xəbərdarlığı dolayısı yolla ultimatuma çevirib.



Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti