İstanbulun fəthi: II Mehmet və müəllimi  Ağ Şəmsəddin
29 may 1453 Istanbulun fəthidir.
II Mehmet onun hüzurunda diz çöküb “Məni də öz sıralarına al deyir”
Onu dinləyən müəllimi AğŞəmsəddin deyir: “Siz dövlət işlərini tələb olunduğu kimi yerinə yetirməyə və sultanlığı icra etməyə borclusunuz; siz buna cavabdehsiniz. Sən mənim xəlvətimə girsən, dünyanın halları pozulacaq. Sən Fateh olmalısan”
*****
İstanbulun fəthi Osmanlı ordusunun və Fateh Mehmet Sultanın əzmkar mübarizəsi sayəsində baş verib. Dünyada ikinci Roma kimi tanınan Konstantipolun fəth edilib Türk şəhəri elan edilməsi dünya tarixinin ən önəmli hadisəsidir.
Fəth olunmazdan öncə "Konstantinopol" adlandırılan, dünyanın coğrafi mərkəzi hesab edilən bu yer əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə şəhər Əməvilər və Abbasilər tərəfindən mühasirəyə alınmış, lakin bu mühasirələr uğursuz olmuşdu.Lakin Osmanlılar, böyük sərkərdə Fateh Mehmet Sultanın başçılğı ilə şəhəri fəth etmiş və türk dünyasının baş şəhərlərindən birinə çevirmişdir.
Bu qələbədə əslən Azərbaycanlı olan, AğŞəməsddin adı ilə tarixə düşən Muhammed bin Hamzanın da rolu olub. İlk öncə yetişdirdiyi əsgərlər başda Ulabatlu Həsən olmaqla son ana qədər Fatehin yanında olub, eyni zamanda onun nəsihət və məsləhətləri də Sultana müsbət təsir edib.
Sultan Mehmet Fatehin ən çоx inаndığı, ən çоx sеvdiyi bir insаn olan АğŞəmsəddinin Аzərbаycаn türkü оlmаsını Türkiyənin bütün tаrixçiləri təsdiq еdir. Dünyаdа şöhrət qаzаnmış məşhur “Türklərin аltın kitаbı”nın müəllifi, görkəmli türk tаrixçisi Rаfiq Özdək yаzır: “Аğşəmsəddinin аtаsı Həmzə аzərbаycаnlı filоsоf Şihаbəddin sührəvərdi sоyundаndır” (“Türklərin аltın kitаbı”, 3-cü cild, səh 472. Tərcümаn təsisiləri, İstanbul, 1990).
Hilmi Ziya Ülkən, V.A. Qordlevski,Zakir Məmmədov, Malik Mahmudov, Matthew Kapstein və adlarını yaza biləcəyim onlarla tədqiqatçılar Şihabəddin Yəhya Sührəvərdinin etnik mənşəcə azərbaycan türkü olduğunu qeyd ediblər.
Muhammed bin Hamza rəvayət edilir ki, ruhani kir və pasları təmizləməkdə mahir, zahid, saç və saqqalları qar kimi ağarmış, Yəzd şəhərindəki parlaq işıqlar kimi üzü ətrafındakılara işıq saçan bir insan olduğu üçün müəllimi Hacı Bayram-ı Vəli tərəfindən ona Ağşəmsəddin və Ağşeyh rütbələri verilmişdir.
İstanbulun fəthinə böyük təkan verən bir məktubu Sizlərə təqdim edirəm. Bu məktub İstanbulun mühasirəsi zaman aprel ayının sonu Sultana gəlib çatır. Elə bir anda məktub gəlir ki, İstanbulun mühasirəsi özünün ən böhranlı anına gəlib çatmışdı. Hətta ordudakı sərkərdələr də fikir ayrılığına düşmüşdülər. Bir hissəsi mühasirəni kəsməyin, bir hiissəsi də davam etdirməyin tərəfdarı idi.
Ağşəmsəddin Sultana mühasirəni davam etdirməyi, ruhdan düşməməyi məsləhət görürdü. Ağşəmsəddin hökmdarı inandırmağa çalışırdı ki, qələbə yaxındadır və bu həssas məqamda təşəbbüsü əldən vermək olmaz.
Məktubda bir hissənin maraqlı olacağını nəzərə alıb diqqətinizə çatdırıram:
“"Mənə qəribə bir hal üz verdi. Qəmli bir halda oturmuşdum. Seyidlərin sultanı Cəfəri-Sadiq həzrətlərinin mənəvi işarəti nəticəsində Quran açdım (istixarə etdim). Kədərli halda bir az Quran oxuyub yatdım, yuxuda indiyə kimi misli görünməmiş lütf və müjdələrə layiq oldum və təsəlli tapdım. Bunlar sənə boş söz kimi görünməsin. Lazm olanı et. Söylədiklərimin hamısı səni sevdiyimə görədir".
Sonda Ağşəmsəddin yazır: “Bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”-
Fateh dərhal qoşuna hazırlıq əmri verdi və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başladı. İstanbul səhər saat 8-də fəth edildi. Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında idi. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirdilər. O isə gənc Fatehi göstərərək:
“Sultan budur, gülləri ona verin”,- deyirdi.
Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi…
Fateh İstanbulun fəthindən sonra Müqəddəs Sofiya məbədində xütbə edir, sonra minbərdən enərək Ağşəmsəddinin imaməti ilə fəthin ilk cümə namazını qıldırır.
Ağşəmsəddin fəthdən sonra Sultanın israrına baxmayaraq, İstanbulda qalmaq istəməyərək Göynükə çəkilir və 16 fevral 1459-cu ildə 70 yaşında vəfat edir.
Dr. Zaur Əliyev
 

Bölmənin digər xəbərləri

31 May 2025 Maskla Lutnik Makronu lağa qoydular; Tramp: “Qapını bağlamaq lazımdı”
31 May 2025 Pakistan Əfqanıstanla əlaqələri yüksəldir
31 May 2025 Zelenski: “Rusiya dünyada ən qeyri-adekvat subyektdir”
31 May 2025 Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq
31 May 2025 Avropa ilə İsrail arasında əsəblər gərilir: - “Soyqırımı dövləti” və “qatillər ordusu”
30 May 2025 Hakan Fidan: “Tramp, Putin və Zelenski bir araya gəlsə, İstanbul danışıqları zirvəyə çata bilər”
30 May 2025 Trampın rüsumlarla bağlı qərarı bloklandı
30 May 2025 Ermənistan Milli Arxivi Azərbaycana işləyirmiş
30 May 2025 “Əl çək məndən, uğursuz bədbəxt”-Arvadı Makrona daha nələr deyib?
30 May 2025 Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb
30 May 2025 Bu ölkə vətəndaşlarına ABŞ-dən çıxmağı tövsiyə etdi
30 May 2025 AB temsilcisinden dikkat çeken üyelik açıklaması: Üye olmak istiyorsunuz ama İmamoğlu'nu tutukluyorsunuz
29 May 2025 Xruşovun böyük rüsvayçılığı - Albaniya SSRİ-dən 4 sualtı qayığı zorla necə alıb?
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü QƏBUL ETDİ
29 May 2025 ABŞ bu xarici məmurlara viza verməyəcək - SƏBƏB
29 May 2025 Tramp Türkiyədəki o fiquru Suriyaya səfir təyin etdi: yeni dönəm başladı - FOTO
29 May 2025  Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
29 May 2025 Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
29 May 2025 "Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı

Dünyapress TV

Xəbər lenti