Ardını oxu...
“İran rejiminin Ukraynaya zərbələr endirmək üçün ruslara təhvil verdiyi döyüş PUA-larının sayı yüzlərlədir”.

Bunu Pentaqonun spikeri general Patrik Rayder brifinqdə deyib.

O qeyd edib ki, Rusiya əlavə döyüş sistemləri əldə etməyin yollarını axtarmaqda davam edir.

Pentaqonun sözçüsü İran və Rusiya arasında qarşılıqlı fəaliyyətdən də narahatlığını dilə gətirib. Onun sözlərinə görə, onlar “terror ixracını davam etdirirlər və bu sistemlərdən qeyri-hərbi hədəflərə, o cümlədən mülki şəxslərə hücum etmək üçün istifadə edirlər”.
 

 

Ardını oxu...
Suriyada Bəşər Əsəd administrasiyasına dəstək verən Rusiya Türkiyə sərhədindən təxminən 15 kilometr uzaqlıqdakı Tel Rifat bölgəsinə əlavə qüvvələr göndərdiyi məlum olub.

Sitat.info xəbər verir ki, Yerli sakinlər və Suriya İnsan Haqları Müşahidə Qrupunun AFP xəbər agentliyinə verdiyi məlumata görə, Rusiya qüvvələri Türkiyənin qurudan hücuma başlamaqla hədələdiyi kürd qüvvələri və Suriya ordusunun nəzarətində olan bölgədə varlığını artırıb.

Tel Rifat sakinləri Rusiyanın əlavə qüvvələrinin şəhərə çatdığını bildiriblər. Yerli sakinlərin sözlərinə görə, Rusiya qüvvələri bölgədə kürdlərin nəzarətində olan ərazilərlə Türkiyəyönlü qüvvələrin arasında yeni barrikadalar yerləşdirib.

Kürd qüvvələrinin əlində olan Tel Rifat bir tərəfdən Suriya ordusu, digər tərəfdən isə Türkiyənin dəstəklədiyi müxalif qüvvələr tərəfindən mühasirəyə alınıb.
 
Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.

APA-nın məlumatına görə, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
 
Ardını oxu...
“Patriot” kompleksləri şəxsi heyətlə birlikdə Kiyevə çatdırılsa, onlar Moskvanın hərbi hədəflərinə çevriləcək".

"Report" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev teleqram kanalında yazıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında bildirib ki, təşkilat hazırda Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsini müzakirə edir.
 
 
 
Ardını oxu...
Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin açıqlamasına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.

"Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR", - açıqlamada bildirilir.

Nazirlikdən o da vurğulanıb ki, sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır.

 
Ardını oxu...
Ukraynaya “Patriot” verilməsi NATO-Rusiya müharibəsinə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibinin əməliyyat məsələləri üzrə keçmiş müavini Adam Koberatski deyib.

“NATO-nun raket əleyhinə sistemlərinin elementlərinin Ukraynaya ötürülməsinə yol vermək olmaz. Əks halda bu, alyansla Rusiya arasında de-fakto müharibəyə gətirib çıxara bilər", - deyə o bildirib.

Koberatski Kiyevə silah tədarükü ilə bağlı hazırkı danışıqları təhlükəsizlik məsələsi ilə heç bir əlaqəsi olmayan “siyasi sirk” adlandırıb. Belə ki, o, Polşa Prezidenti Andjey Dudanın “Patriot” sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə verilməsinin mümkün olmayacağı halda Polşada yerləşdirilməsi təklifini tənqid edib.
 
Ardını oxu...
Azərbaycan Müdafiə Nazirliyi qısa müddət ərzində artıq neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingentinin” rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirir.
Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovşanı “Madagiz” adlandırmaqda davam edirlər.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq fikrini şərh edərək deyir:
Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl də ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, Xankəndini nə vaxt öz adıyla yazıblar ki?
Kreml sahibi Vladimir Putin bircə dəfə hərbçilərinə desə ki, Qarabağla bağlı yazışmalarda və açıqlamalarda Azərbaycan qanunlarına riayət edin, “sülhməramlı kontingenti” şəhər, qəsəbə və kəndlərimizin adlarını olduğu kimi vurğulayar. Bunu etmirlərsə, demək Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar.
Teref.az
 
Ardını oxu...
Rusiyanın daş kömür mədənləri ilə tanınan Kemerovo vilayətindəki 29 saylı islah-əmək koloniyasından bir məhbus “AzadAvropa” radiosunun “Sibir. Realii” xidmətinə telefonla 200 nəfərədək məhbusun orduya yazılmaqda maraqlı olduğunu bildirib.

Həbsxana əməkdaşları tərəfindən cəzalanacağından ehtiyat etdiyindən adının çəkilməsini istəməyən həmin şəxs hətta bunu sübut edən video da çəkib.

Ancaq o bildirib ki, oktyabrın sonuna doğru, “Vaqner” hərbi şirkətindən adamların gəlməsindən sonra məhbusların muzdlu döyüşçü kimi müharibəyə getmək istəyi sönüb: "Oktyabrın 26-da onlar bütün kommunikasiya xətlərini kəsdilər. Vaqnerçilər gələndə həmişə belə edirlər. …Sonra da “Vaqner” haqda filmlər göstərməyə başladılar. Birinin adı “Cəhənnəmin ən yaxşısı” idi”.

Rusiyanın Ukraynada apardığı müharibənin yeni və qeyri-müəyyən mərhələyə qədəm qoyduğu vaxtda ölkə rəhbərliyi orduya yeni canlı qüvvə cəlb etmək üçün həbsxana sisteminə üz tutub.Rusiyanın müharibənin əvvəlindən bəri verdiyi itkilərin dəqiq sayı məlum deyil. Qərb rəsmiləri 80 min – 90 min Rusiya əsgərinin öldüyünü və ya yaralandığını deyirlər.

Hökumət səfərbərlikdən əlavə əsgərlərin sayını artırmaq üçün qeyri-ənənəvi üsullara da əl atır. Yaş və fiziki göstəricilərlə bağlı tələblər yumşaldılır və açıq-aşkar şəkildə orduya könüllülər cəlb olunur.

Ən azı iyuldan bəri Federal Penitensiar Xidmətin nəzarətində olan 470 minədək məhbusun bir qisminin orduya cəlb edilməsinə başlanılıb.

Bu səylərin başında isə Kremllə sıx bağları olan biznesmen Yevgeniy Priqojinin “Vaqner Group” hərbi şirkəti durur. Bu şirkətin muzdlu döyüşçüləri Suriya, Liviya və Mərkəzi Afrika Respublikasında (MAR) hərbi cinayətlər törətməklə tanınır.

Yay aylarından bəri Rusiyadan məhbusların döyüşə göndərilməsi ilə bağlı çox sayda xəbərlər yayılıb. Onların arasında ölüm sayının təlim görmüş muzdlulara nisbətən daha çox olduğu bildirilir.

Daha öncə “The Insider” saytı sentyabr və oktyabrda “Vaqner” rəhbərlərinin Ukraynadakı döyüşlərdə ölən və yaralanan məhbusların ailələrinə göndərdiyi ölüm bildirişlərini nəzərdən keçirib. Sayt 500-dən çox məhbusun öldürüldüyünü aşkar edib.

Həbs və ədliyyə sahələri üzrə ixtisaslaşan “Mediazona” xəbər saytının məlumatına görəsə, həmin iki ay ərzində ölkədəki kişi məhbusların ümumi sayı 23 min nəfər azalıb. Sayt bu qədər böyük düşüşün yaxın tarixdə görünməmiş hadisə olduğunu bildirib və bunu məhbusların “Vaqner” sıralarına cəlbiylə əlaqələndirib.
Ətraflı

Məhbus haqları ilə məşğul olan “Rusiya barmaqlıqlar arxasında” təşkilatının rəhbəri, ictimai fəal Olqa Romanovanın hesablamalarına görə, 50 minədək məhbus Ukraynada döyüşlərə cəlb edilmiş ola bilər.Romanova və həbsxana mənbələri bildirirlər ki, təkcə noyabrdan bəri “Vaqner”çilər Sibir və Uzaq Şərqin azı altı regionunda həbsxanalara gediblər. Bir neçə yüz məhbus döyüşməyə razılıq verib. Bunlar əsasən xüsusi rejimli həbsxanalarda saxlanan və cəza müddəti çox uzun olan məhbuslardır.

“Vaqner” şirkəti bu ay yaydığı bəyanatda Prigojindən sitat gətirib. Priqojin məhbusları ölkə elitası ilə müqayisə edir.
"Hesab edirəm ki, məhbuslar ən yüksək səviyyəli, Rusiya elitasından daha yüksək vicdana sahibdirlər. Çünki məhbuslar həyatın hansısa məqamında bəxti gətirməmiş adi adamlardır. Buna görə də onlar bu qədər kütləvi şəkildə könüllü olmağa razılıq veriblər", – Müdafiə Nazirliyini sərt tənqid edən Priqojin noyabrın 11-də deyib.

Kemerovodakı 29 saylı islah-əmək koloniyasında 100-dək məhbusun vaqnerçilərin təklifini qəbul etdiyi bildirilir.

“Sibir. Realii”yə danışan məhbus bildirib ki, döyüşə getməyə razılıq verən məhbuslara törətdikləri cinayətlərə görə tam amnistiya və 100 min rubl (1640 dollar) aylıq maaş vəd edilib. Bu isə Sibirin depressiv mədən və sənaye regionu olan Kemerovo üçün orta maaşdan yaxşıdır. Məhbus olmayan əsgərlər üçün fiziki tələblərin yumşaldılmasına gəlincə, “Vaqner” yaşı 50-dən yuxarı olan, habelə HIV və hepatit virusları daşıyıcıları olan könüllüləri də qəbul edir.

“Vaqner” həbsxanalarda səfərbərliyi əsasən gizli gerçəkləşdirir. Buna görə də məhbusların yaxınları həbsdə olan ərlərinin və oğullarının nəyə imza atdıqlarını bilməyəcəklərindən narahatdırlar.

Kemerovoda yerləşən başqa bir həbsxanada – 37 saylı islah-əmək düşərgəsində məhbusların saatlarla qaynar radiatorlara bağlandığı bildirilir. Bu yolla onları muzdlu şirkətinə yazılmağa məcbur etmək istəyiblər. Bəzi məhbus yaxınlarının verdiyi məlumatlara görə, noyabrın ortalarından bəri 100-dən çox məhbus müəssisəni tərk edib. Onların döyüşlərdən öncə təlimə göndərildiyi güman olunur.

"İmtina edənlər indi həbsxanaya qaytarılıb və elə möhkəm döyülüblər ki, heç yeriyə bilmirlər. Bizim onları görməyimizə icazə vermirlər. Heç onlarla danışmağımıza da imkan vermirlər”, – bir məhbusun həyat yoldaşı deyir.

Anna adlı başqa bir qadın da 37 saylı koloniyada olan əri Artyomla əlaqəni itirəndən sonra həbsxana rəhbərliyinə məktublar yazaraq suallarına cavab istəyib.

"Sonra tanımadığım nömrədən bir kişi zəng vurub ərimin kamera yoldaşı olduğunu dedi. O dedi ki, guya Artyoma onu müharibəyə göndərmək üçün müqavilə imzalatdırıblar. Onlar onu hərbi təyyarə ilə aparıblar. Dedi ki, onlar Artyoma elektroşok tapançası və su ilə işgəncə veriblər. Bilirəm ki, ərim heç vaxt belə şeyə könüllü getməzdi. Onun dörd ili qalmışdı. Bu necə müharibədir axı?”, – o deyir.

Sibirin Krasnoyarsk şəhərindən Svetlananın 5 saylı islah-əmək koloniyasında olan 38 yaşlı oğlu da Ukraynaya göndərilib. Qadın çox qəzəblidir: "Onlar hansı əsasla səfərbərlik əməkdaşlarını həbsxananın içinə buraxıblar? Özü də hansı qanuna əsasən məhbusları buraxıblar? Qanunda heç bir yerdə belə bir şey yazılmayıb. Niyə mənə xəbər verilməyib?”
 
Ardını oxu...
ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gərginliyi zirvəyə çatdıracaq açıqlama gəlib.
Teref.az Musavat.com-a istinadən xəbər verir ki, ölkəni dəmir yumruqla idarə edən Kim Çen Inın “nüvə çağırışı” kimi şərh edilən sözləri dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) dərc edilib.
Ardını oxu...
ŞİMALİ KOREYA GERİ ÇƏKİLMİR

Son dönəmlərdə həyata keçirdiyi raket sınaqları ilə region ölkələrinin, xüsusilə ABŞ-ın reaksiyasını çəkən Şimali Koreya məqsədinin dünyanın ən qüdrətli nüvə gücünə çevrilmək olduğunu açıqlayıb.

Başqa sözlə, Kim bütün reaksiyalara baxmayaraq, nüvə məqsədlərindən geri çəkilməyəcəklərini dünyaya bəyan edib.

O bu açıqlamanı Şimali Koreyanın ən böyük ballistik raketi olan “Hwasong-17″nin buraxılışında iştirak edən zaman verib.

Kim Çen In bildirib ki, ABŞ-a çata bilən qitələrarası ballistik raket olan “Hwasong-17” dünyanın ən güclü strateji silahıdır və bu raket Şimali Koreyanın dünyanın ən güclü ordusunu yaratmaq əzmini və bacarığını nümayiş etdirir.

Qeyd edək ki, ötən həftələrdə Şimali Koreya raket sınaqlarının Cənubi Koreya və ABŞ-ın potensial hədəflərini “vurub məhv etmək” üçün həyata keçirdiyini açıqlayıb.

Ölkə mətbuatı Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün “əsl müharibəni simulyasiya etmək” qərarına gəldiyini vurğulayıb.
Ardını oxu...
KİM ÇEN INN YENƏ QIZI İLƏ GÖRÜNTÜLƏNDİ

“Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışı üzərində işləyən alim və texniki mütəxəssislərlə görüşən Şimali Koreya lideri ikinci dəfə qızı ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Cənubi Koreya mətbuatının iddiasına görə, adı Çju E olan qız xəz yaxalıqlı qara paltosu ilə diqqət çəkib. O, hərbçi və alimlərlə görüş zamanı daim atasını müşayiət edib.

Xatırladaq ki, noyabrın ortalarında da Kim Çen In həyat yoldaşı və qızının müşayiəti ilə yeni “Hwasong-17” qitələrarası ballistik raketinin sınaq meydançasını ziyarət etmişdi. Bu, KXDR liderinin övladı ilə ictimaiyyət qarşısında ilk çıxışı idi.
 
Ardını oxu...
“Konkord” şirkətinin sahibi və Putinin muzdlu ordusu adlandırılan “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin bildirib ki, bu özəl hərbi şirkətdə xarici əsilli döyüşçülər var. TEREF.AZ-ın yazdığına görə, Hafta.az bildirir ki, onun sözləri "VKontakte" sosial şəbəkəsində "Konkord Şirkətinin Mətbuat Xidməti" qrupunda verilir.

Finlandiyanın Helsingin Sanomat qəzetinin sualını cavablandıran iş adamının dediyinə görə, Wagner PMC-də 20-yə yaxın Finlandiya vətəndaşı - "çox az" var.

“Məlum səbəblərə görə onlar haqqında dəqiq məlumat verə bilmərəm” o deyib.

Eyni zamanda, qeyd edib ki, bunlar, bir qayda olaraq, “yüksək ixtisaslı, çox ideoloji və motivasiyalı mütəxəssislərdir”. Priqojinin dediyinə görə, o, döyüş meydanında finlər haqqında çox yaxşı fikirdədir.
Biznesmen əlavə edib ki, onlar ABŞ vətəndaşı, Dəniz Piyadaları Korpusunun keçmiş generalının komandanlıq etdiyi Vaqner PMC-nin tərkibində Britaniya batalyonunda döyüşürlər.
 
 
 

Dünyapress TV

Xəbər lenti