RUSİYANIN “TƏŞƏKKÜR MƏDƏNİYYƏTİ” -
Rusiya Xarici İşlər Nazirliyi İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib: “Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”.

Ardınca Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova rusiyalı sənətçilərin - Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçilərinin, rejissor Fyodor Bondarçukun çəkiliş qrupunun İrandan təxliyə edilməsində operativ və koordinasiyalı fəaliyyətinə görə Azərbaycana minnətdarlığını bildirib. Rusiyalı nazir hətta deyib ki, göstərilən köməyə görə təşəkkür əlaməti olaraq iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında konsert keçiriləcək.

Bunları oxuyanda az qalır deyəsən ki, Rusiyanın timsalında necə də nəzakətli, minnətdar olmağı bacaran, siyasi və hətta diplomatik mədəniyyət etalonu olan bir qonşumuz var… Amma dönüb azca əvvələ baxanda tamamilə başqa mənzərəni - bizim mərdliyimizə qarşı namərdlikləri, nankorluğu, yekəxanalığı, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdidləri, xalqımıza qarşı təhqirləri görürük.

Hələ onu soruşmuruq ki, nədən Rusiya vətəndaşları Rusiya hərbi bazasının yerləşdiyi, əsrlərdir rusların “qulluğunda duran”, Rusiyanın strateji müttəfiqi, KTMT və Avrasiya İqtisadi İttifaqı üzvü, İranla sərhədi olan “qardaş Ermənistan” yox, Azərbaycan vasitəsilə təxliyə olunur?

Bu gün vətəndaşlarını Azərbaycanın sayəsində, Azərbaycan ərazisi ilə İrandan çıxaran Rusiya cəmi bir ay əvvəl heç bir izahat vermədən, qaba və yekəxana tərzdə Azərbaycan Milli Məclisinin üzvünü sərhəddə saxlayıb, geri göndərdi. Çünki bizim deputat bundan öncə azərbaycanlıları təhqir edən, Azərbaycan diaspor təşkilatlarının bağlanmasına çağıran, azərbaycanlı miqrantları ölkədən deportasiya etməyi, qanuni yaşayış icazəsi almış azərbaycanlıları kommissarlıqlara çağıraraq müharibəyə göndərməyi tələb edən Rusiya Dumasının deputatı, yekəbaş Nikolay Valuyevə cavab vermişdi…

Hələ onu demirik ki, ən yaxın tariximizdə, xüsusilə də Azərbaycan öz ərazilərini işğalçı erməni-rus qüvvələrindən təmizləməyə başlayandan bəri Rusiya tərəfindən ünvanımıza müxtəlif səviyyələrdə səslənməyən təhqir və təhdidlər qalmayıb.

Məsələn, Azərbaycan işğalçıları qovub, öz ərazisində möhkəmləndiyinə görə, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Rusiya dövlət kanalındakı canlı yayımda Azərbaycanın neft sənayesini məhv etməyi tələb etmişdi: “Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməsək, biz olmayacağıq”.

Kremlə yaxın politoloq, Rusiya MDBMİ Universitetinin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov da eyni fikirdədir. O, iki il öncə öz torpaqlarını azad etdiyi üçün açıq şəkildə Bakıya raket atmağa, “Azərbaycanın bütün neft sənayesini və enerji sistemini tamamilə məhv etməyə” çağırdı.

Ümumiyyətlə, Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı Kreml təbliğatçılarının qızışdırdığı nifrət hər addımda hiss edilməkdədir. İş o yerə çatıb ki, şəxsən Rusiya İstintaq Komitəsinin başçısı, general Aleksandr Bastrıkin, hətta küçə ticarətilə məşğul olan azərbaycanlılara qarşı cinayət işi qaldırılmasına dair göstəriş verir.

Məsələn, bu yaxınlarda Rusiyanın Oryol şəhərində azərbaycanlılar tərəfindən “qanunsuz küçə ticarəti” ilə bağlı ruslardan İstintaq Komitəsinə şikayət daxil olub. Rusiya mətbuatının yazdığına görə, Bastrıkin dərhal hadisənin araşdırılmasına göstəriş verib və hadisəni şəxsən nəzarətə götürəcəyini bildirib. Başqa bir epizodda, Bastrıkin yenidən azərbaycanlılarla bağlı başqa bir araşdırmanı şəxsi nəzarətinə götürüb - bu dəfə onların Moskva vilayətinin Balaşixa şəhərindəki yaşayış kompleksinin həyətində "taksinin yük yerindən ərzaq və tərəvəz satdıqları" iddiası ilə bağlı şikayət daxil olub. Bastrıkinin göstərişilə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi bu faktla bağlı cinayət işi açıb…

Əlbəttə ki, bunlar kənardan xırda insidentlər kimi görünsə də, bütövlükdə şovinist qüvvələrin üstünlük təşkil etdiyi Rusiyanın, onun siyasi isteblişmentinin, Kremlin, Putin hakimiyyətinin Azərbaycana münasibətinin göstəricisidir.

Nəhayət, Azərbaycan sərnişin təyyarəsinin vurularaq Xəzr dənizi üzərinə - ölümə göndərilməsi, əvəzində utanıb-qızarmadan müxtəlif bəhanələrlə bu cinayəti ört-basdır etmək cəhdləri, sonradan isə nə rəsmən üzr istənilməməsi, nə də günahkarların cəzalandırılmaması Moskvanın gerçək simasını bir daha tam çılpaqlığı ilə ortaya qoydu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1750103017_2.jpg
Qarabağın işğalı, uzun illər ermənilərin silahlandırılması və 44 günlük müharibədə də bunun İran vasitəsilə durmadan davam etdirilməsi, 20 yanvar, Xocalı qətliamları, bu gün də davam edən Azərbaycana qarşı kiberhücumlar, açıq hibrid savaşı və s. – bunlar hamısı Rusiyanın bizə əsl “təşəkkürü” olub. Odur ki, məlum təyyarə cinayətinə görə belə üzr istəməyən Rusiyanın bugünkü rəsmi “təşəkür mesajları”, onun keçmiş və indiki əməllərinin fonunda olduqca mənasız, hətta həyasız, miskin və cılız görünür…

Cəlal Məmmədli

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Putindən İran üçün sürpriz plan: DÜNYA bu təkliflə ÇALXALANIR
17 İyun 2025 İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR
17 İyun 2025 Eyni anda ölkədəki HƏR KƏSƏ göndərildi - ŞOK yaradan mesajda GÖRÜN NƏLƏR YAZILIB
17 İyun 2025 Gundemxeber.Az » Dünya » Tramp: "Emmanuel Makron Həmişə Hər Şeyi Səhv Başa Düşür" Tramp: "Emmanuel Makron həmişə hər şeyi səhv başa düşür"
17 İyun 2025 Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"
17 İyun 2025 SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı
17 İyun 2025 İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini paylaşıb
17 İyun 2025 Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idi!” -TƏCİLİ!
17 İyun 2025 "İran boğazı bağlayarsa, qlobal bazar PARTLAYA bilər!" - İqtisadçıdan ŞOK TƏHLİL
17 İyun 2025 Amerika hərəkətlənir - ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq
17 İyun 2025 "İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi"
17 İyun 2025 “Mossad”dan film kimi əməliyyat: İsrail agentləri aylarla....
16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 Pekin İranın yanındadır: - Pekin İsrailə qarşı kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər

Dünyapress TV

Xəbər lenti