Ukraynadakı hərbi əməliyyatların intensivliyi göstərdi ki, onların istifadəsi təsirsizdir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko Rusiyanın Belarusa “Tor-M2” zenit raket kompleksini yerləşdirməsinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, ruslar bununla Belarusdakı obyektlərin hava müdafiəsini yalnız bir qədər gücləndirə bilərlər.
Ukraya böhranının sonluğu ssenarisi ilə bağlı Kiyev və Vaşinqton arasında fikir ayrılığı yaranıb.
Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” jurnalının şərhçisi Deniel Depetris yazıb.
“Görünür, ABŞ konfliktin diplomatik yolla həllində maraqlıdır, lakin Ukrayna hazırda danışıqlada iştirak etmək istəmir”, - deyə o bildirib.
Müəllifin fikrincə, ukraynalılar “gələcək qələbələr” arzusunda olan Vladimir Zelenskinin “qumar cəsarəti”nə uymamalıdırlar.
Depetris hesab edir ki, Birləmiş Ştatlar hələ ki, Kiyevə dəstək bəyanatları ilə ziddiyyət təşkil etməməsi üçün sülh dialoqu barədə ucadan danışmaq istəmir.
Litva ABŞ-dan 45 milyon avroya "Switchblade 600" PUA-sı və onlar üçün avadanlıqlar alacaq.
Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu texnikanın alınması ilə Litva ABŞ-dan sonra bu effektiv silaha sahib ilk ölkə olacaq", - Litva MN-dan bildirilib.
Qeyd edək ki, sözügedən PUA tanklar da daxil olmaqla, ağır zirehli texnikaları məhv edə bilən effektiv tank əleyhinə döyüş başlığına malik yeni nəsil uzaq mənzilli döyüş pilotsuz təyyarəsidir. Bu kamikadze dronları yuxarıdan hücum edərək hədəfləri məhv edə bilir.
“Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin Ukraynanın işğal altında olan Dontesk vilayətində yaralanıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə Roqozinin ad gününü qeyd edən zaman baş verib.
Belə ki, “Şeş-Beş” hoteli Ukrayna ordusunun Sezar özüyeriyən artilleriya qurğusundan atdığı 155 mm-lik mərmilərlə atəşə tutulub.
Qeyd olunub ki, üç dəqiq atəş nəticəsində bir nəfər ölüb, D. Roqozin və bir neçə nəfər yaralanıb. “Roskosmos”un keçmiş baş direktoru xəstəxanaya aparılıb. O, kürəyindən yaralanıb, həyatı təhlükəsi yoxdur.
“Biz nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.
O, NATO-nun Rusiyaya qarşı bütün hərbi potensialından istifadə etdiyini bildirib.
“NATO qüvvələri və hərbi vasitələri ilə bağlı bütün məlumatlar təhlil edilməli və Rusiya Silahlı Qüvvələrinin təşkilində istifadə olunmalıdır”, – deyə Putin qeyd edib.
Putin Rusiyanın hərbi potensialını artıracağını bildirib.
“Rusiyanın hər yerində və onun yeni torpaqlarında xalqın təhlükəsizliyi təmin olunacaq. Ordumuzun maliyyələşdirilməsində heç bir məhdudiyyətimiz yoxdur”, – deyə o vurğulayıb.
Putin həmçinin nüvə qoşunlarının döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəklərini qeyd edib. O, qitələrarası raket sarayının inşa olunacağını və yaxın gələcəkdə öz missiyasına başlayacağını da əlavə edib.
Türkiyə “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və Bozdoğan raketləri və “Akya” torpedosunun kütləvi istehsalına başlayacaq.
Bu barədə qərar Müdafiə Sənayesi İcra Komitəsinin iclası zamanı qəbul edilib.
Bundan əlavə, iclasda Türkiyənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə “Siper”, “Hisar” və “Sunqur” hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalına dair qərarlar da qəbul edilib.
Sentyabrın ortalarında Ermənistanın təxribatçı hücumu nəticəsində məhv edilən düşmən hərbçilərinin yeni siyahısı açıqlanıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan tərəf 224 nəfərin məhv edildiyini açıqlayıb.
Amma bu, son siyahı deyil. İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, hazırda ölən 224 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi başa çatıb.
Ermənistan Müdafiə Nazirliyi 3 nəfərin itkin düşdüyü, 300 nəfərədək yaralının olduğunu açıqlayıb.
Almaniyada təlimlərdə istifadə edilən “Puma” piyada döyüş maşınlarında (BMP) ciddi problem aşkarlanıb.
Bu barədə Cebhe.info “Spiegel” nəşrinə istinadən xəbər verir.
Belə ki, ölkədə “Puma” piyada döyüş maşınları və “Leopard” tanklarından istifadə etməklə təlimlər başlayıb. Səkkiz günlük təlimdə 18 PDM-in hamısının əməliyyat hazırlığı sıfıra enib. Eyni zamanda, tanklarda belə problemlər müşahidə edilməyib.
Nəşr bildirib ki, BMP-lərdə yaranan ciddi nasazlıq 10-cu Tank Diviziyasının komandiri tərəfindən rəhbərliyə göndərilən məktubda da göstərilib. Qeyd olunub ki, problemlərin əksəriyyəti elektronikada qeydə alınıb, hətta bir BMP-də kabel yanıb.
Nəşr əlavə edib ki, bu yolla NATO-nun çevik reaksiya qüvvələri “Puma” piyada döyüş maşınları deyil, daha köhnəlmiş, lakin etibarlı “Marder” piyada döyüş maşınları əldə edəcək.
Fevralın 24-dən bəri Rusiya ilə Ukrayna arasında müharibə səngimədən davam edir
Moskva administrasiyası dünyanı narahat edən daha bir addım atıb.
Orenburq bölgəsində müharibədə istifadəsi üçün hazır vəziyyətə gətirilən qitələrarası hipersəsli “Avan-Qard” raket sistemi xüsusiyyətləri ilə diqqət çəkir.
Putinin “məğlubedilməz” kimi qələmə verdiyi “Avanqard” raketi səsdən 20 dəfə sürətlidir və heç vaxt düşmən ölkənin müdafiə sistemləri tərəfindən tutulmur.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəzi yeni strateji silahlar kimi “Avanqard”ı “məğlubedilməz” adlandırıb.
Şimali Koreyanın bazar günü atdığı hər iki raket ballistik idi.
Bu barədə Yaponiya müdafiə nazirinin müavini Tosiro İno bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın hər iki raketi təxminən 500 km uçub, onların maksimal uçuş hündürlüyü 550 km olub: “Şimali Koreyanın davamlı raket buraxılışları tamamilə qəbuledilməzdir. Diplomatik kanallar üzərindən Pekindəki səfirlik vasitəsilə Şimali Koreya tərəfinə etiraz bildirilib”.
İno vurğulayıb ki, Pxenyanın bazar günü atdığı hər iki raket Yaponiyanın Yapon dənizindəki müstəsna iqtisadi zonasından kənara düşüb