Ardını oxu...
Kanada hökuməti Amerikanın “Lockheed Martin” korporasiyasından 88 müasir F-35 təyyarəsi alacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Kanada Müdafiə Nazirliyinin rəhbəri Anita Anand jurnalistlərə bildirib.

Bu Hərbi Hava Qüvvələrinin qırıcı donanmasının yenilənməsi proqramı çərçivəsində baş tutacaq.

Müqavilənin dəyəri 14,1 ABŞ dolları məbləğindədir.
 
Ardını oxu...
Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya nüvə silahını təkcə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Krım yarımadasında deyil, həm də Belarus ərazisində yerləşdirib. Yəni ki, Vladimir Putinin Belarusu nüvə təxribatları üçün ərazi hesab etməsi ehtimalı var.

Bir tərəfdən, indiyə qədər heç bir konkretlik eşitməmişik. Amma kəşfiyyat təxribatlara hazırlıq barədə məlumat verdikdə, bu o demək deyil ki, sözügedən məlumatların doğruluğu azdır. Mən istisna etməzdim ki, bu bəyanatlar Belarus Respublikası Müdafiə Nazirliyindən reaksiya almaq məqsədi daşıyır.

Digər tərəfdən, bu cür bəyanatlar verilməlidir, çünki bəlkə də düşmənin planları haqqında məlumatların açıqlanması onu həyata keçirmək imkanından məhrum edir. Məsələn, Ostrovets AES-də ehtimal olunan təxribatların hazırlanması ilə bağlı bəyanatı xatırlaya bilərik... Ola bilsin ki, bu planların açıqlanmasından sonra Rusiya Federasiyası sadəcə olaraq təxribat törətmək motivasiyasını itirir.

Yəni Belarus-Ukrayna sərhədində nəsə baş versə, şübhələr artacaq. Hər kəs açıq-aydın bir təxribatı yalnız Rusiyaya aid hesab edəcək.

Daha bir şey: Lukaşenko öz ərazisində Rusiya “supernüvə” silahlarının yerləşdirilməsi ilə həqiqətən Qərbi dəfələrlə hədələyib. Belarus diktatoru bu cür bəyanatları həm 2021-ci ilin noyabrında, həm də 2022-ci il fevralın əvvəlində, yəni Rusiyanın Ukraynaya hücumu ərəfəsində verib. Lakin o, daha çox Putinlə eyni bəyanatı təkrarlamış olub. Artıq onun öz reputasiyası haqqında düşünməsi çox gecdir. Bundan əlavə, həmin bəyanatlar Qərbə Belarus Respublikasının sanksiyalarına və təcridinə son qoymağın zəruriliyi ilə bağlı şəffaf işarə idi. Belarus lideri bununla Qərbə deyirdi: “Əks halda, mən Putinin yanına gedəcəm, onun “nüvəsi”nin yerləşdirilməsinə razı olacam. Seçkilərdəki pozuntuları unudub mənimlə dost olun”.

Bu gün Lukaşenko Ukraynaya qarşı müharibədə həmtəcavüzkar rolunu oynayır və o, həqiqətən də öz ərazisində Rusiya nüvə silahının yerləşdirilməsinin əleyhinə deyil. O, başa düşür ki, Putin çətin ki, belarusa qarşı nüvə başlığı olan hər hansı raketdən istifadə etsin. Onun fikrincə, Lukaşenko rejimi üçün daha təhlükəlisi Belarusa daxil olan rus tanklarıdır. Putin Minskdə hakimiyyəti dəyişmək üçün hərbi texnikadan istifadə edə bilər, nüvə silahlarından yox.

Əlbəttə, bu, çox şübhəli məntiqdir, lakin bu, Lukaşenkonun niyə buna qarşı olmadığının tutarlı izahından biridir.

Eyni zamanda, Rusiya nüvə silahlarının yerləşdirilməsi hələ də Belarus üçün təhlükə yaradır. Əgər analitiklərin Rusiyanın Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirməsi ehtimalı ilə bağlı müzakirələrini xatırlasaq, o zaman təqaüddə olan Amerika təhlükəsizlik rəsmiləri dəfələrlə bəyan ediblər ki, NATO ölkələri Rusiya Federasiyasından asimmetrik cavab variantını nəzərdən keçirə bilərlər. Əgər Rusiyanın özündə deyilsə, o zaman məsələn, onun sərhədlərindən kənarda olan Rusiya hərbi obyektlərində var. Bu kontekstdə Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir.

NATO, şübhəsiz ki, Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə diqqət yetirəcək. Amma bunun üçün Alyans bu cür faktların daha çox sübutunu görməlidir. Və əgər belədirsə, bəlkə də onları ictimailəşdirməyə dəyər.

Müəllif: Vadim Mojeyko - Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur.
 
 
 
Ardını oxu...
Ukrayna soyuqlar şaxta ukraynada şaxta hərbi əməliyyatların gedişinə necə təsir göstərəcəkŞƏKLİN MƏNBƏYİ,UKRAYNA BAŞ QƏRARGAHI

Həm Ukrayna, həm də Rusiya orduları şaxta şəraitində müharibəyə hazırlaşıblar.

Kifayət qədər isti dekabrdan sonra Ukraynaya yanvar şaxtaları gəlib.

Hərbi analitiklər xəbərdarlıq ediblər ki, məhz bu cür hava qış hücumlarına şərait yaradır.

Bəs, Rusiya vəUkrayna qoşunları donmuş ərazilərdə bir-birinə qarşı hücuma keçəcəkmi? Noyabrın 11-də Xerson vilayətinin sağ sahili azad edildikdən sonra Ukraynada cəbhə xətti praktiki olaraq donub.

Cənubda qarşı tərəflərin qoşunlarını Dnepr ayırır və Zaporojye istiqamətində artilleriya duelləri davam edir. Ən şiddətli döyüşlər Donetsk və Luhansk vilayətlərində davam edir.

Rusiya qüvvələri, xüsusən də Vaqner silahlı qruplaşması Baxmut və Soledar yaxınlığında irəliləyir, lakin Ukrayna hakimiyyəti bu hücumların uğurlu olmadığını israr edir.

Eyni zamanda, Ukrayna silahlı qüvvələri Luhansk vilayətinin strateji əhəmiyyətli Svatovo və Kremennaya şəhərlərinə yaxınlaşıb. Hər iki tərəfdən zirehli texnikanın sürətli irəliləyişi bölgədə qış üçün xarakterik olan rütubətli və yumşaq torpaq səbəbilə dayanıb.

Lakin bazar günü - yanvarın 8-dən Ukraynanın şərqində şiddətli şaxtalar hökm sürür.

Artıq bazar ertəsi Ukrayna hidrometeorologiya mərkəzi gecə saatlarında Baxmut yaxınlığında temperaturun mənfi 15 dərəcəyə, Svatovo yaxınlığında isə mənfi 14 dərəcəyə qədər düşməsini proqnozlaşdırır.

Bu, müharibənin sonrakı gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Qış taktikası
1993-cü ildə ABŞ Ordusunun Mühəndislər Korpusu qışda quru qoşunlarının döyüş xüsusiyyətlərini ətraflı təsvir edən bir kitab nəşr edib.
Onun müəllifi George Svintsov Rusiyada anadan olub və İkinci Dünya müharibəsi zamanı ABŞ-a köçüb.

Müxbirimiz Pavel Aksyonovun bu yaxınlarda bir yazısında dediyi kimi, məşhur fikrə görə, qışda hərbi əməliyyatların aktivliyi səngiyir.

Bununla belə, George Svintsovun yazdığı kimi, qış cəbhədə hər iki tərəfi çətinləşdirdiyinə görə, kimin ordusu daha hazırlıqlıdırsa, kim özünü daha inamlı hiss edəcəksə ondan yararlanmalıdır. Kitabda deyilir: "Əraziyə nəzarət etmək sabitlik deməkdir. Qışda bu, hərəkətsizlik deməkdir. Hərəkətsizlik isə gecikdirilmiş məğlubiyyətdir ki, bu zaman ərazi öz strateji dəyərini itirir". Onun sözlərinə görə, belə bir vəziyyətdə yeganə məhsuldar yanaşma, ərazinin müəyyən hissəsini itirmək qorxusu olmadan mümkün qədər çevik hərəkət etməkdir.

"Çeviklik amili həm müdafiədə, həm də hücumda vacibdir. Hücum edə, düşmən cinahını vura, düşmənin silah, sursat və texnikasını ələ keçirə və dərhal istifadə edə bilərsiniz - bunlar hamısı vacib hiylələrdir. Bu, uğura gətirib çıxarır", - o yazır.

Eyni zamanda, Svintsovun fikrincə, qış hücumu beş-altı qat üstünlüyü olan canlı qüvvə ilə mümkündür.

Əgər güc balansında belə bir üstünlük böyük ərazidə yoxdursa, o, lokal olaraq yaradılmalıdır.

Hücum vaxtıdır?
"Biz hərbi əməliyyatların intensivləşməsini gözləyirik. Gecə şaxtalar -17-yə çatdı, ağır texnikamız nəhayət ki, daha sürətlə irəliləyə biləcək", - Luhansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday yanvarın 8-də bildirib.
Eyni zamanda o qeyd edib ki, həm Ukrayna, həm də Rusiya tərəfi şaxtalı havadan yararlana bilər.

Qaydanın sözlərinə görə görə, indi rus ordusu öz qüvvələrini Bahmutdan Kremennaya istiqamətinə köçürür.

Ukrayna silahlı qüvvələri artıq bu şəhərin beş kilometrliyində döyüşür və işğal altındakı Severodonetsk və Svatovo ilə təchizat xətlərini kəsməyə çalışır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların mümkün hücum hazırlığı barədə məlumat yayıb.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Vadim Skibitski -Ukrayna kəşfiyyatı rəhbərinin müavini bildirib ki, aşağı temperatur fonunda Rusiya Ukraynanın enerji infrastrukturuna yeni raket hücumu hazırlayır və həmçinin ölkənin şərqindəki ərazilərdə hücuma cəhd edəcək.

"Biz Donetsk bölgəsində təzyiqin artırıldığını görürük... Yəqin ki, onlar Zaporojye bölgəsinə qarşı yeni hücuma keçəcəklər", - Skibitski deyib və əlavə edib ki, - "onlar bizim Xarkova əks-hücumumuzu dayandırmağa çalışacaqlar".

Ukrayna Prezidentinin ofisinin müşaviri Aleksey Arestoviç əmindir ki, ilk hücum əməliyyatını məhz Rusiya başlayacaq.

Onun YouTube-da bir verilişə müsahibəsindəki açıqlamasına görə, Ukrayna yaxın vaxtlarda hücum üçün lazımi qüvvə və vasitə toplaya bilməyib. Arestoviç rusların Xarkov və Zaporojye istiqamətlərində hücum cəhdlərinin olacağını proqnozlaşdırır.
bbc
 
Ardını oxu...
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Milad bayramı ilə əlaqədar elan edilən birtərəfli atəşkəsə baxmayaraq, yanvarın 7-si və 8-də Kiyev də daxil olmaqla, Ukraynanın 8-ə yaxın vilayətində həyəcan siqnalı verilib.

“Artıq 2 gündür Ukraynanın Donetsk, Nikolayev və Dnepropetrovsk vilayətləri dayanmadan Rusiya Ordusunun raket hücumlarına məruz qalır”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Rusiya yaxın müddətdə Kiyevə və Xarkova yenidən hücum edə bilər.

“Son günlər mətbuatda məlumat yayılıb ki, Belarus Ordusu növbəti eşolonu ölkə ərazisinə yerləşdirib. Çox ciddi təlimlər gedir və həmin təlimlərə artıq əvvəlkilərdən fərqli olaraq Belarus Ordusu da qoşulub”, - deyə M.Aslanov əlavə edib.

 
Ardını oxu...
Ordubad rayonu Vənənd kənd sakini Məzahir Məmmədov, hərbi əmri yerinə yetirərkən həlak olmuş oğluna şəhidlik statusu ala bilmədiyini bildirir. O, bu işdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevi günahlandırır. Şikayətçinin oğlu Fazil Məmmədli 29 iyul 2022-ci ildə həlak olub. DİA.AZ-ın məlumatına görə, Məzahir Məmmədov "Gündəlik Naxçıvan"a bildirir ki, ilk günlər oğluna şəhidlik statusu söz verilsə də, sonradan buna əməl olunmayıb:
"N saylı hərbi hissədə xidmət edən oğlum döyüş təlimi zamanı komandanlığın hərbi əmrini yerinə yetirərkən şəhid olub. Özüm burda olmadıgımdan oğlumu 1 saat 45 dəqiqə ərzində general Rəhim Cəfərovun göstərişi ilə təcili dəfn ediblər. Şəhidi necə 1 saat 45 dəqiqə içərisində dəfn edə bilərlər? Hələ də başa düşə bilmirəm. 4 gün sonra dövlət bayrağını gətirdilər. Bayrağı mənə verəndə 10-15 zabit iştirak edirdi. Mənə dedilər ki, bayrağı qəbul et, şəhidlik sənədlərini də göndərəcəyik hərbi komissarlığa. 40 mərasimindən sonra məni Ordubad rayon hərbi komissarlığına çağırıb dedilər ki, hərbi hissənin verdiyi arayışda görə, oğluna şəhidlik statusu düşmür".

Ardını oxu...

Bundan sonra ailə, hərbi hissə komandiri Umman Nəcəfovla görüşüb:
"O bizə dedi ki, bu arayışı Kərəm Mustafayevin göstərişi ilə yazıb. Daha sonra biz, Naxçıvan Əlahiddə Ordu Komandanlığının qərargah rəisi general Rəhim Cəfərovla görüşürdük. O da eyni sözləri deyib, bizi təhqir edərək qovdu".
Məzahir Məmmədov deyir ki, uzun çək-çevirdən sonra Kərəm Mustafayevin də qəbuluna düşə bilib:
“Teleqrama vurduqdan sonra, general Kərəm Mustafayevin qəbuluna düşdük. O, bizi dinləmək belə istəmədi. Dedi ki, sizin övladınıza şəhidlik düşmür. Oğluma verilən əmrin sürətini istədim. Onu da vermədilər. Bildirdilər ki, şifahi əmr verilib. İndi nə edəcəyimi, kimə şikayət edəcəyimi bilmirəm"
Məzahir Məmmədov ökə başçısına müraciət edərək, məsələnin araşdırılmasını, övladına layiq olduğu statusun verilməsi üçün köməklik göstərməsini xahiş edir.
Ardını oxu...
Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara “Müharibə veteranı” vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir:

“Bildiririk ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.
Bundan başqa 1188 nəfər vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq”.
 
img]https://teref.az/uploads/posts/2023-01/1673032926_1.jpg[/img]
“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır.

“Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, – nazirlikdən vurğulanıb.
 
Ardını oxu...
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

AZƏRTAC xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış "Global Firepower” portalı məlumat yayıb.

2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
Ardını oxu...
İsrail Müdafiə Nazirliyinin yeni rəhbəri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin İrandan gələn təhdidləri müzakirə edib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İsrailli nazir söhbət zamanı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb: “Müdafiə naziri Y. Qalant bu gün amerikalı həmkarı L. Ostin ilə ilk telefon danışığı aparıb. Qalant amerikalı həmkarı ilə İran təhlükəsindən başlayaraq, İsrail dövlətinin təhlükəsizliyini, Yaxın Şərq regionunda sabitliyi təhdid edən əsas strateji çağırışlar üzrə vəziyyəti, o cümlədən İranın nüvə ambisiyalarını, regional aqresiyasını və müasir yüksək dəqiqlikli silahların yayılmasını müzakirə edib”.

Dünyapress TV

Xəbər lenti