Ardını oxu...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparıldığı bildirilir. TEREF.AZ yazır ki,bu haqda "Gündəlik Naxçıvan"a Ordu Qərargahındakı mənbə məlumat verib. Məlumata görə, Kərəm Mustafayev yanvarın 20-də Bakıya aparılıb və indiyə kimi geri qaytarılmayıb. Onun, Naxçıvanda xidmət edən hərbçilərin mətbuat vasitəsi ilə yaydıqları məlumatlar və şəxsi şikayətlər əsasında dindirildiyi bildirilir.
Naxçıvanda xidmət keçən bir qrup zabit, bir müddət öncə "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət ünvanlamışdı. Zabitlər, Kərəm Mustafayevin özbaşınalıqlarından, onları necə təhqir etməsindən, ordudakı rüşvət, korrupsiya və digər qanunsuzluqlardan şikayət edirdilər. Hərbçilər, DTX-dan bu özbaşınalıqların araşdırılmasını xahiş etmişdilər.
Qərargahdakı mənbə bildirir ki, Kərəm Mustafayevlə birlikdə Ümumqoşun Orduya aid bəzi sənədlər də yoxlanılmaq üçün Bakıya aparılıb:
"Artıq, cümə günündən etibarən Bakıdadır. Onun saxlanılması, yaxud sərbəst qalması ilə bağlı heç bir məlumatımız yoxdur. Ancaq, dəqiq bilirk ki, dindirilməyə aparılıb. Bu xəbər çox məxfi saxlanılırdı. Lakin, onun Bakıdan qayıdışı çox uzun çəkdi deyə, şübhələr yaratdı. Artıq, gizlədə bilmirlər. Son vaxtlar zabitlər onun özbaşınalıqları haqda mətbuata çoxlu məlumatlar verirlər. Şəxsən rəsmi şikayət edənlər də var. Bu səbəbdən ola bilər. Ancaq, əsas səbəb odur ki, general Vasif Talıbovun adamıdır. Talıbov gedibsə, o da getməlidir. Kərəm Mustafayevin həbs olunacağı da gözlənilir".
Bir neçə gün öncə, Naxçıvanda hərbi qulluqda olan bir qrup zabit, Kərəm Mustafayevin idarəçiliyinə etiraz olaraq, ordudan tərxis olunmaq üçün müvafiq qurumlara ərizə yazmışdı.
Teref.az
 
 
 
Ardını oxu...
ABŞ İsraildən istismardan çıxarılan “MIM-23 Hawk” orta mənzilli zenit-raket komplekslərini Ukraynaya təhvil verməsini istəyib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Nazirliyi ABŞ-ın mövcud komplekslərin uzun müddət əvvəl anbarlara göndərib, Vaşinqtonun silahlara müntəzəm texniki xidmət göstərmək tələbini yerinə yetirməyib.

“MIM-23 Hawk” hava hücumundan müdafiə sistemi Qərb ölkələrinin silah arsenalında olan “Patriot” hava hücumundan müdafiə sisteminin sələfidir.
 
Ardını oxu...
Rusiyanın Krasnodar diyarının Bakinskaya kəndində “Vaqner” özəl hərbu şirkətinə məxsus qəbiristanlıqdakı məzarların sayı son iki ayda 7 dəfə artıb.
Bu barədə “Nyu York Tayms” qəzetinin araşdırmasında bildirilir.

Qəbirlərdən əlavə, nəşrin jurnalistləri Priqojinin olduğu bir videonu da araşdırıblar. Məlumata görə, həmin görüntüdə ölən əsgərlərin qalıqlarının saxlanılması üçün 21 divar-kolumbarium aşkarlanıb ki, onların hər birində 42 “yuva” (məzar) var.
 
Ardını oxu...
“Belarusla Rusiya Ukraynaya hücum edərsə, bu, bir il əvvəlki hücuma bənzəməyəcək. Kiyev ətrafında qırğın olacaq”.

Bunu “Salam, Baku” verilişində Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Belarusdan gözlənilən hücumla bağlı danışarkən deyib.

O qeyd edib ki, bunun bir neçə səbəbi var:

“Əvvəla, iki ölkənin hücumundan söhbət gedir. İkincisi, onlar ötən il məğlubiyyətə uğrayıb geri çəkildilər. Ona görə də səhvləri aradan qaldırmağa çalışacaqlar. Üçüncüsü, Ukraynanın da artıq nizami ordusu var”.

 
Ardını oxu...
Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni hərbçi göndərib.

Bildirilib ki, qüvvələrin bu cür göndərilməsi heç bir nəticə verməyib. Çünki hərbçilər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif təlim keçmiş” vəziyyətdə cəbhə xəttinə gəliblər.

“Rusiya yeni təşkil edilmiş və birləşmiş hissələr əvəzinə mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, – jurnalistlər ABŞ-nin yüksəkvəzifəli nümayəndəsinə istinadən qeyd ediblər.

CNN-in məlumatına görə, rəsmi həmçinin Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ilin oktyabrında Rusiyada qismən səfərbərlik elan etməsindən sonra işğalçıların döyüş meydanına gəlməyə başladığını qeyd edib.
mənbə:CNN
 
 
 
Ardını oxu...
Prezident: Finlandiya Ukrayna ordusuna təlim keçməyə və tank verməyə hazırdır

Finlandiya Ukraynanın ehtiyacları üçün Avropada böyük tank divizionu yaratmaq və Ukrayna hərbçilərinə təlim keçməyə hazırdır.

Bunu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı Finlandiya prezidenti Sauli Niinisto deyib.

Müvafiq videoçarx Ukrayna liderinin Telegram kanalında yayımlanıb.

Niinisto əlavə edib ki, Helsinki Ukrayna qoşunlarının ehtiyacları üçün tank divizionunun yaradılmasına töhfə verəcək.
 
Ardını oxu...
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.

Oxu.Az xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.
 
Ardını oxu...
ABŞ ordusuna İncirlik bazasından 12 il sonra kənara çıxmağa icazə verilib.

"Report" xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Hərbi qulluqçuların asudə vaxtlarında bazanı tərk etmələrinə qadağa 2011-ci ildə İŞİD terror qruplaşmasının təhlükəsi səbəbindən tətbiq edilib.

Hazırda bazada təxminən 1,2 min ABŞ hərbçisi var. Yanvarın 21-də qadağa başa çatıb və hərbçilər indi bazadan kənarda sərbəst hərəkət edə bilər.

2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqda əməliyyatı başladıqdan sonra bazanın şəxsi heyətinin sayı 20 min nəfərə çatıb.
 
 
 
Ardını oxu...
“Qərbin Kiyevə hücum silahları tədarükü qlobal fəlakətə gətirib çıxaracaq və Rusiya daha güclü silahlardan istifadə etməklə cavab tədbirləri görəcək”.

Teref.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin səsləndirib.

O bildirib ki, ABŞ Konqresinin üzvləri, Bundestaqın, Fransa Milli Assambleyasının və digər Avropa parlamentlərinin deputatları insanlıq qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər.

“Vaşinqton və Brüssel öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürükləyirlər. Rusiya silahlarının texnoloji üstünlüyünü nəzərə alaraq, belə qərarlar qəbul edən xarici siyasətçilər başa düşməlidirlər ki, bu, onların ölkələrini məhv edəcək qlobal faciə ilə nəticələnə bilər”, – Dövlət Dumasının spikeri əlavə edib.

Onun sözlərinə görə, nüvə dövlətləri əvvəllər öz vətəndaşlarının təhlükəsizliyinə və ölkənin ərazi bütövlüyünə təhdid situasiyası ilə üzləşməyiblər. Ona görə də əvvəllər kütləvi qırğın silahlarından istifadə edilməsi ilə bağlı arqumentlər gündəmdə olmayıb.
 
Ardını oxu...
ABŞ-da fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutu (ISW) Baxmutun müdafiəsinin Ukrayna üçün vacibliyini araşdırıb.

Araşdırmada bunun Ukraynaya baha başa gəlsə də, “strateji cəhətdən sağlam” əməliyyat olduğu əksini tapıb.

Tədqiqatda ISW ekspertləri etiraf edirlər ki, Baxmutun müdafiəsi xeyli xərc tələb edir. Xüsusən də bu, Ukraynanın digər ərazilərdə əks-hücum əməliyyatları keçirməsinə mane ola bilər. Lakin onlar vurğulayırlar ki, Ukrayna Rusiya qoşunlarına Baxmutu asanlıqla ələ keçirməyə imkan verərsə, bu, daha baha başa gələcək:

“Özlüyündə Baxmutun ordu üçün nə əməliyyat, nə də strateji əhəmiyyəti var, lakin Rusiya qoşunları şəhəri nisbətən tez götürsəydilər, hücum əməliyyatlarını genişləndirməyə ümid yarana bilərdi. Nəticədə Ukrayna tələsik şəkildə daha az əlverişli olan ərazilərdə müdafiə mövqeləri qurmalı olardı”.

Qeyd olunub ki, siyasi və hərbi liderlər qərar qəbul edərkən kifayət qədər ağıllı şəkildə bu amilləri nəzərə alırlar.”Ukrayna qüvvələri artıq düşmənin tədricən məhv edilməsinin oxşar modelindən istifadə edərək, kiçik taktiki uğurlar naminə Rusiya hərbçilərini bir neçə ay ərzində şəxsi heyət və texnikada böyük itkilərə məruz qoyub. 2022-ci ilin yayında rus qoşunları aylarla Severodonetsk və Lisiçanskda Ukraynanın effektiv müdafiəsini yarmağa çalışdılar və yalnız ukraynalıların kontrollu şəkildə ərazidən çıxarılmasından sonra Lisiçanskı ələ keçirdilər. Ancaq tezliklə məlum oldu ki, Lisiçanskın tutulması Rusiya ordusuna əməliyyat uğuru gətirmədi. Ukraynanın Baxmut müdafiəsi çox güman ki, analoji nəticəyə töhfə verəcək. Ukrayna qüvvələri faktiki olaraq Baxmut bölgəsində Rusiya qoşunlarını və texnikasını saxlamağa vadar edir, Rusiya komandanlığının bütün diqqətini oraya yönəldir. Beləliklə, Rusiyanın başqa ərazilərdə hücumunu davam etdirməsinə imkan vermirlər”, – deyə tədqiqatda yazılıb.

Həmçinin vurğulanıb ki, Ukraynanın bu vəziyyətdən çox da müvəffəqiyyətli şəkildə istifadə edə bilməməsinin əsas səbəbi müttəfiqlərdən silah tədarükünün çox yavaş olmasıdır.
BBC
 

Dünyapress TV

Xəbər lenti