Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, dünyada silah satışına görə ən yüksək artım nümayiş etdirən iki ölkə - Türkiyə və İsraildir. Hesabatda silah satışıyla məşğul olan 100 şirkətdən üçünün İsrailə, ikisinin Türkiyəyə məxsus olduğu vurğulanıb. Əgər Türkiyənin hərbi istehsalla məşğul olan şirkətləri 2002-ci ildə cəmi 1 milyard dollar civarında hərbi texnika satmışdılarsa, 2021-ci ildə bu göstərici 10 milyard dolları ötüb. Türkiyə satış bazarını genişləndirib. Buna misal kimi uzaq Filippinin belə Türkiyənin 77 “Atak” helikopterini almasını göstərmək olar. Maraqlıdır ki, son illərdə İsrail şirkətlərinin əsas alıcıları ərəb ölkələri olublar. Halbuki, keçmiş illərdə ərəb ölkələrinin tamamı Fələstin məsələsinə görə İsraili qınayırdı. İndi isə bir qrup ərəb ölkəsi həm İsraillə diplomatik əlaqələr qurub, həm də bu ölkədən modern silahlar alır. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri İsrailin “Barak” adlı hava müdafiə sistemlərinə üstünlük verib. Azərbaycanın Türkiyə və İsraildən aldıqları hərbi texnika bu iki ölkə ilə strateji müttəfiqlik və strateji tərəfdaşlığa əsaslanır. Aldığımız hərbi texnikanın üstün keyfiyyəti özünü İkinci Qarabağ müharibəsində göstərib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı göstərir ki, Türkiyə və İsraillə strateji tərəfdaş olmayanların da bu iki ölkənin hərbi texnikasına marağı artıb. Elxan Şahinoğlu Teref.az
Almaniya "Leopard 2" tanklarının Ukraynaya təhvil şərtlərini açıqlayıb.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Nazir ölkədəki tank ehtiyatlarına yenidən baxacağına söz verib.
Bildirilir ki, ölkənin döyüş tankının ixrac lisenziyası var və buna görə də digər ölkələr öz "Leopard 2"ni Ukraynaya göndərmək üçün onun icazəsinə ehtiyac duyurlar.
Pistorus Almaniyanın Ukraynaya dəstəyindən əl çəkməyəcəyini vurğulayıb. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb.
Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib ki, bəzi Avropa ölkələri Ukraynaya tank verməyə hazırdır və o, bugünki iclasda "Ramşteyn" formatında müvafiq qərarın veriləcəyinə ümid edir. Onun sözlərini "Reuters" sitat gətirir. Bugünkü görüşün əsas diqqəti Almaniyanın “Leopard” tanklarının tədarükü ilə bağlı qərarıdır ki, bu da ekspertlərin fikrincə, Ukraynaya Rusiyanın hücum etdiyi cəbhənin həmin sektorlarında vəziyyəti dəyişməyə imkan verəcək. Xüsusilə Polşa, Danimarka və Kanadada “Leopard” tankları var, lakin onların Kiyevə verilməsi üçün istehsalçı ölkənin rəsmi razılığı lazımdır. Almaniya hökuməti hələ də öz tank tədarükünü təsdiq etməyib və buna görə digər ölkələrə sanksiya verməyib. Bundan əvvəl ABŞ-ın Kiyevə "Abrams" tanklarını göndərməyə razılıq verməsindən sonra Almaniyanın "Leopard" tanklarını təhvil verə biləcəyi bildirilirdi. Bununla belə, Almaniya hökumətinin sözçüsü bu gün "Reuters" agentliyinə bildirib ki, Ukraynaya "Leopard" döyüş tanklarının tədarükü heç vaxt ABŞ-ın "Abrams" tanklarının analoji təchizatı ilə bağlı olmayıb.
Böyük Britaniya Ukraynaya 600 "Brimstone" raketi göndərməyi planlaşdırır.
"Reuters" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Estoniyadakı Tapa hərbi bazasında deyib.
“Əməliyyatlar meydanına daha 600 "Brimstone" raketi göndərəcəyik ki, bu da Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə kömək üçün əhəmiyyətli olacaq”, - Uolles bildirib.
Almaniyanın silah istehsalçısı olan “Rheinmetall” şirkəti Ukraynaya “Leopard 1”, “Leopard 2” döyüş tanklarını, eləcə də Britaniya modeli olan “Challenger 1” döyüş tanklarını verməyə hazırdır.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” məlumat yayıb.
“Rheinmetall” Omanda çoxlu sayda Britaniya tankı alıb onları təkmilləşdirə, daha sonra isə onları Ukraynaya ötürə bilər.
“Challenger”dən başqa, “Rheinmetall” Bundesverin standart silahları olan “Leopard 1” və “Leopard 2”ni də tədarük etməyi təklif edir. Köhnə “Leopard 1” modelindən 20 əsas döyüş tankının bu il, 20 ay ərzində isə daha 80 tankın təkmilləşdirilərək satıla biləcəyi bildirilir.
İrlandiya hökuməti ordunun xüsusi təyinatlılarını Kiyevə göndərməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin “The Irish Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək.
Qeyd olunur ki, mühafizəçilərin göndərilməsi məsələsi 2022-ci ildə gündəmə gətirilib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcəyini açıqlayıb.
Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə “Challenger 2” tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 silahı da daxil olacaq.
Bundan əlavə, siyahıya 100 min artilleriya mərmisi,100 qabaqcıl raket, onlarla PUA, 100 zirehli texnika, o cümlədən “Bulldog” zirehli daşıyıcısı, Ukrayna tanklarını və zirehli maşınlarını dəstəkləmək üçün ehtiyat hissələri daxildir.
Nazir bildirib ki, Böyük Britaniya Rusiya hərbçilərinin növbəti hücumunu gözləyir. Ona görə də Ukraynanın müttəfiqləri Rusiyaya iqtisadi və hərbi təzyiq göstərmək üçün kollektiv səylərini artırmalıdırlar.
Qeyd edək ki, Böyük Britaniya ukraynalıları əsas döyüş tankları ilə təmin edən ilk Qərb ölkəsidir.
“Azərbaycan ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib”.
Bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyyə etmək üçün helikopter verə bilməyən ölkədən, ən müasir pilotsuz uçuş aparatları verən Türkiyəyə çevrilib.