Ardını oxu...
Ukraynanın ballistik raketi sınaqdan keçirilib, indi məsələ onun istehsalının artırılmasındadır.
Bizimyol.info xəbər verir ki, bunu “Fabrika Novostey”ə müsahibəsində prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bizim istehsalçılarımız fəal işləyirlər. Sual miqyas və investisiyadadır. Təsdiqlənmiş, artıq sınaqdan keçirilmiş raketlər var. Təfərrüatlara varmaq istəmirəm... Amma ballistika işlənib, sınaqdan keçirilib. Mövcuddur. Söhbət istehsalın genişləndirilməsindədir. Təəssüf ki, bu, məlum səbəblərdən belə tez həyata keçirilə bilməz, çünki bu, böyük istehsaldır”, - deyə Podolyak qeyd edib.

Onun qeyd etdiyi ikinci məqam raket proqramına investisiyalardır.

“Avropada təhlükəsizlik məkanının yenidən formatlaşdırılmasından çox danışan avropalı tərəfdaşlarımızın Ukrayna istehsalına, birgə istehsala daha sürətli və daha çox sərmayə qoyması vacibdir, çünki bunlar Avropa üçün Rusiyaya qarşı çəkindirmə zəmanətidir. Yəni, Ukrayna istehsalına, o cümlədən ballistik raket proqramına investisiyalar Rusiyaya qarşı çəkindirmənin mühüm təminatlarıdır”, - deyə Podolyak bildirib.

Jurnalistlərlə son söhbətində prezident Vladimir Zelenski bildirib ki, Ukraynanın “Sapsan” ballistik raketinin uğurlu sınaqları artıq keçirilib və hazırda Ukrayna onun kütləvi istehsalı imkanlarını inkişaf etdirir.

Bundan əvvəl "LIGA.net" nəşri Ordu, Konversiya və Silahsızlanma Araşdırmaları Mərkəzinin direktoru Valentin Badrakın Ukraynanın 2024-cü ilin yayında “Sapsan” ballistik raketini uğurla sınaqdan keçirməsi barədə məlumatı dərc edib. Onun sözlərinə görə, bu ilin may ayında “Sapsan” ilk dəfə döyüş şəraitində, həm də uğurla istifadə edilib.
Ardını oxu...
 

İsrailin Hayfa şəhərindəki neft emalı zavodu İranın ballistik raketi ilə vurulub.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi teleqram kanalında məlumat yayıb.

“Hayfa neft emalı zavodu İran raketləri ilə uğurla hücuma məruz qalıb”, - paylaşımda qeyd olunur.

Daha əvvəl İranın hücumu fonunda Hayfada güclü partlayışların baş verdiyi bildirilib. Şəhərə İran raketlərinin düşməsi qeydə alınıb.

 

Ardını oxu...
Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənubundan İsrail ərazisinə iki raket atılıb və əhalinin yaşamadığı əraziyə düşüb", - məlumatda bildirilib.
 
Ardını oxu...
İsrail qırıcıları kütləvi şəkildə İrana doğru hərəkətə keçib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, çox sayda İsrail qırıcı təyyarəsi hərbi bazalardan havaya qalxıb və İrana genişmiqyaslı hücum həyata keçirmək üçün yola düşüb.
Ardını oxu...
İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini həlak olub.

"DogruXeber.az" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri general Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.
Ardını oxu...
İran hava hücumundan müdafiəsi iki İsrail qırıcısını vurub.

“Report” xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, hava gəmilərinin birinin qadın pilotu əsir götürülüb.

Eyni zamanda, “Fars” agentliyi bildirir ki, İranın HHM vasitələri bir neçə İsrail hərbi təyyarəsini, o cümlədən iki F-35 qırıcısını vurub.
 

 

Ardını oxu...
  

İran bu gecə növbəti dəfə İsrailə qarşı genişmiqyaslı raket hücumuna başlayıb. Yayılan ilkin məlumatlara görə, yüzlərlə ballistik raket İran ərazisindən İsrail istiqamətində atılır.

Musavat.com xəbər verir ki, İsrailin bir çox bölgəsində, o cümlədən Tel-Əviv, Hayfa və Qüds də daxil olmaqla, hava hücumu siqnalları işə düşüb. Rəsmi qurumlar əhaliyə sığınacaqlarda qalmağı və təlimatlara ciddi şəkildə əməl etməyi tövsiyə edir.

İsrail Müdafiə Ordusu (IDF) hücumları dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıb. Hazırda “Dəmir Qübbə” və digər müdafiə sistemləri vasitəsilə raketlərin qarşısının alınmasına çalışılır.

Hücumun dəqiq nəticələri və mümkün itkilər barədə rəsmi açıqlama hələ verilməyib. Hadisə beynəlxalq ictimaiyyət tərəfindən də ciddi narahatlıqla izlənilir.

 

Musavat.com

Ardını oxu...

 
 
 
Ardını oxu...
İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH İsrailə qarşı hərbi əməliyyatın başlandığını elan edib.

Qurumun yaydığı bəyanatda “Əsl vəd-3” adlandırılan əməliyyatın ilk mərhələsində İsrailin onlarla hərbi baza və aerodromlarının vurulduğu qeyd edilib.

Bəyanata görə, hazırda əməliyyatın ikinci dalğası başlanıb və onlarla ballistik raket “İsrailin başına cəhənnəm alovu” yağdırmaq üçün yola çıxıb.
 

Dünyapress TV

Xəbər lenti