Ardını oxu...
İranın aprelin 13-də İsrailə cavab zərbəsi endirməsindən sonra regionda vəziyyət dəyişib.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.

İranlı general “Doğru vəd” əməliyyatının həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib və onun regional və beynəlxalq arenada strateji nəticələrə gətirib çıxardığını deyib.
Ardını oxu...
Rusiya Donetsk vilayətinin Novomixaylovka qəsəbəsinin tamamilə ələ keçirildiyini bildirib. Lakin bu qəsəbənin bir hissəsi hələ də Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə 79-cu ayrı-ayrı hava hücumu "Tauride" briqadasının komandiri Yevgeni Şmataluk TSN-ə şərhində bildirib. Onun sözlərinə görə, Novomixaylovkanın düşmənin yerləşdiyi hissəsi “atəş nəzarətimiz altındadır ki, bu da vacibdir”.

“Təxminən 15-20 faizi hələ də 79-cu briqadanın bölmələrindədir, biz irəli getməkdən başqa heç yerə getməyəcəyik”, - o vurğulayıb.

Qeyd olunur ki, Novomixaylovka uğrunda bir neçə ay davam edən döyüşlərdə briqada döyüşçüləri orada 300-dən çox rus texnikasını yandırıblar. TSN jurnalisti qeyd edib ki, hər gün Ukrayna qoşunlarının bir mövqeyi düşmənin 10-dan çox hücumuna məruz qala bilər.
 
Ardını oxu...
“İraqın İslami Müqavimət” hərəkatına aid silahlı birləşmələr Suriyadakı bazalarda yerləşən ABŞ qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəirdəki hərbi aerodromu raket atəşinə tutub.

Qeyd olunur ki, zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km aralıda) endirilib.

Verilən məlumata görə, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qatı tüstü səmaya qalxıb.
Xatırladaq ki, daha əvvəl bu hərbi obyektə kamikadze pilotsuz uçan aparat tərəfindən hücum edilib.

Mənbə: Shafaq News
 
Ardını oxu...
“İran yaxın həftələrdə nüvə silahının hazırlanmasını başa çatdıra bilər”.

Bu barədə Almaniyanın “Bild” nəşri avropalı ekspertlərə istinadən yazır.

Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin (CASSIS) rəhbəri Ulrix Şlinin sözlərinə görə, Tehran bu tip silahların yaradılması ehtimalına yaxınlaşıb.

“Biz burada bir neçə həftəlik müddətdən danışırıq”, – nəşr ondan sitat gətirib.

Eyni zamanda, Şlinin fikrincə, İrana hücum üçün nüvə silahı lazım deyil, o, daha çox öz təhlükəsizliyini təmin etmək istəyir.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan iranlı ekspert Sima Şine hesab edir ki, bir həftə ərzində Tehran atom bombası istehsal etmək üçün kifayət qədər urana malik olacaq. O hesab edir ki, bu barədə xəbərlər regionda silahlanma yarışına səbəb ola bilər.
 
 
 
Ardını oxu...
Britaniyada “Challenger 3” tankının ən son prototipi konveyerdən çıxarılıb, o, Britaniya ordusunun tarixində ən güclü döyüş maşını olacaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps "X" sosial şəbəkəsində məlumat verib.

“Bu, 22 il ərzində ilk bütöv Britaniya tankıdır. Hazırda Telfordda bu tankı Britaniya Ordusu tarixində ən ölümcül tank etmək üçün ən müasir təkmilləşdirmələr aparılır və əsgərlərimizə müdafiə üçün lazım olan atəş gücü verilir”, - nazir qeyd edib.
 
 
Ardını oxu...
Ötən il ən çox silah satan şirkət ABŞ-ın “Lockheed Martin” şirkəti olub.
“Stativerse”nin araşdırmasına görə, “Lockheed Martin” şirkəti ötən il 63,3 milyard dollar dəyərində silah satışı həyata keçirib.

Ötən il ən çox silah satan şirkətləri sizə təqdim edirik:

1. Lockheed Martin ~ 63,3 milyard dollar
2. RTX Corp ~ 39,6 milyard dollar
3. Northrop Grumman ~ 32,4 milyard dollar
4. A.I.C Çin ~ 31,0 milyard dollar
5. Boeing ~ 30,8 milyard dollar
6. General Dynamics ~ 30,4 milyard dollar
7. BAE Systems ~ 25,2 milyard dollar
8. China N Industries ~ 18,0 milyard dollar
9. L3Harris Technologies ~ $13,9 milyard
10. China S.I Group ~ 13.5 milyard dollar
11. Leonardo ~ 12,9 milyard dollar
12. Airbus ~ 12,0 milyard dollar
13. HII ~ 10,6 milyard dollar
14. Thales ~ 9,6 milyard dollar
15.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchizatı məsələsi təcilidir.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq G7 ölkələrinin xarici işlər nazirlərinin Kapri adasında keçirilən görüşündə deyib.

“Bu təcilidir. Çünki hər gecikmə günü Ukraynaya daha çox ziyan vurulur”, – Stoltenberq qeyd edib.
 
Ardını oxu...
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçiriləcək iclasında İsrailin İrana zərbələri ilə bağlı vəziyyət müzakirə edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Kanada Xarici İşlər Nazirliyinin rəsmiləri İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni xarici işlər nazirləri ilə müzakirə edəcəyik”, - o bildirib.
 
Ardını oxu...
Çərşənbə günü, aprelin 17-nə keçən gecə Rusiya tərəfindən işğal olunmuş Krımın Cankoy şəhərində hərbi aerodromda baş verən partlayışlar nəticəsində üç S-400 və iki S-300 buraxılış qurğusu sıradan çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Crimean Wind” monitorinq “Telegram” kanalı məlumat yayıb.
Məlumatda, həmçinin bir S-400 sisteminin radiolikasiya stansiyasl və S-300 və S-400 sursat anbarının da məhv edildiyi bildirilib.
Bundan başqa, ölən və yaralananlar da var. Onların sayı dəqiqləşdirilir.
Bundan əvvəl “Crimean Wind” kanalı öz mənbələrinə istinadən 30-a qədər rusiyalı hərbçinin ölə, daha 80-ə yaxınının isə yaralana biləcəyini bildirib.
Xatırladaq ki, aprelin 17-nə keçən gecə Rusiya tərəfindən işğal olunmuş Krımın Cankoy şəhərində partlayışlar baş verib və güclü yanğınlar başlayıb. Yerli sakinlər yerli hərbi aerodrom ərazisində partlayış və yanğının baş verdiyini bildiriblər.
Teleqram kanalın verdiyi məlumata görə, Cankoy aerodromunda Rusiya Ordusunun Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının 27-ci qarışıq aviasiya diviziyasının 39-cu helikopter alayı və üç aviasiya eskadrilyası yerləşdirilib.
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Ermənistanın Azərbaycan üçün düşmən ölkə olduğunu vurğulayan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, onlar, hələ də sülh sazişindən müxtəlif bəhanələrlə yayınırlar:
“Azərbaycan tərəfi torpaqlarını azad etdikdən sonra üçtərəfli saziş imzalansa da, Ermənistan təxribat xaraxterli hərəkətlərinə davam edib. İndi isə sülh müqaviləsinin imzalanması ilə bağlı intensivlik azalıb. Xaricdən, xüsusilə də Fransadan Ermənistana ciddi təhriklər var. Həmin qüvvələr Azərbaycan-Ermənistan arasında sülh sazişini istəmirlər və prosesi yubadırlar. Belə olan halda isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin manevrlərini, yerləşmə məntəqələrini və texniki avadanlıqlarını öyrənmək üçün bu cür kəşfiyyat tədbirləri həyata keçirirlər”.

Ç. Qənizadə söyləyib ki, sülh müqaviləsinə hazırlaşan bir dövlət təxribat xarakterli addımlardan çəkinməlidir:
“Görünən odur ki, Ermənistanın niyyəti tamamilə fərqlidir. Ona görə də Azərbaycan ordusu həmişə olduğu kimi öz ayıq-sayıqlığını saxlamalı və düşmənin ən kiçik provakasiyasına operativ cavab verməlidir. Hazırda Qərb tərəfindən Azərbaycana qarşı təzyiqlərin baş alıb getdiyi bir məqamda ölkədəki sabitlik qorunmalıdır. Bizim birliyimiz dövlətimizin və xalqımızın qələbəsidir. Ona görə də bu qələbə naminə öz birliyimizi əldə saxlamalıyıq”.
 

Dünyapress TV

Xəbər lenti