Ardını oxu...
“Zalujnı və Sırski fərqli istiqamətlərdə zərbə endirmək istəyirdilər”

ABŞ rəhbərliyi hələ Baydenin dövründə Ukraynanın Rusiya işğaılına qarşı savaşda atdığı bir çox radikal hərbi addımlara ehtiyatla yanaşıb və vəziyyətin daha da gərginləşməsindən çəkinib. İndiki administrasiya isə ümumiyyətlə, Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qısa müddətli də olsa rəsmi qərar belə verib. “AzPolitika” xəbər verir ki, “The New York Times” nəşrin özünün çoxsaylı mənbələrinə istinadla Rusiyanın tam miqyaslı işğalı zamanı ABŞ və Ukrayna arasındakı tərəfdaşlığın tarixçəsini və hazırkı durumunu izah edən böyük məqalə dərc edib.

Məqalə müəllifləri belə qənaətə gəlirlər ki, Birləşmiş Ştatlar Ukraynadakı müharibəyə ictimaiyyətə açıqlanandan qat-qat daha çox çox cəlb edilib. Sadəcə, kəşfiyyat, strateji planlaşdırma və hədəfləmə sahələrində əməkdaşlıq yalnız məhdud dairələrə məlum olub.

Məqalədə həmçinin Amerika və Ukrayna hərbi komandınqları ilə siyasi rəhbərliklər arasında müəyyən əməliyyatlar, ilk növbədə Vaşinqtonun “Rusiyanın qırmızı xətlərini keçmək” hesab etdiyi əməliyyatlar məsələsində yaranan ciddi fikir ayrılıqları təsvir edilir.

Eyni zamanda, Co Bayden administrasiyası dövründə ABŞ-nin münaqişədə iştirak səviyyəsinin getdikcə artdığı qeyd edilir. Yazıda deyilir ki, Ukraynada bir qrup amerikalı hərbi məsləhətçi olub. Həmçinin, Almaniyanın Visbaden şəhərindəki Amerika bazasının şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinə Rusiya qoşunlarına, o cümlədən Rusiya ərazisinə zərbə endirməsi üçün koordinatlar verib. Xüsusilə, Amerika hərbçilərinin iştirakı ilə ilhaq edilmiş Krımda Rusiya hədəflərinə qarşı kütləvi zərbələr hazırlandığı qeyd edilir.

Məqalədə deyildiyi kimi, amerikalı mütəxəssislər 2023-cü ilin yayında Ukrayna ordusunun ümumən uğursuz alınan böyük əks-hücumunun hazırlanmasında da iştirak ediblər. Yazıda iddia olunur ki, Ukrayna Silahlı Qüvvələrinin o vaxtkı baş komandanı, general Valeri Zalujnı əsas əks-hücumun cənubdan həyata keçirilməli olduğu fikrində idi. Amerikalılar da bu plana daha çox meylləniblər. İndiki Baş komandan və daha əvvəl Ukrayna Quru Qoşunları komandanı olmuş Aleksandr Sırski isə o vaxt Prezident Volodimir Zelenskinin dəstəyilə, diqqəti daha çox Baxmut istiqamətindəki hərbi əməliyyatlara yönəldib. Nəticədə Ukrayna hərbçiləri iki böyük hücuma keçib, lakin onların heç biri məqsədinə nail olmayıb.

Yazıdakı daha bir maraqlı məqam Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmək planı ilə bağlıdır. Qeyd olunur ki, 2022-ci ilin oktyabrında Ukraynadakı Rusiya ordusunun o vaxtkı komandanı general Sergey Surovikin taktiki nüvə silahından istifadə imkanlarını ölkə rəhbərliyi ilə müzakirə edib. “The New York Times” yazır ki, bu danışıqlar ABŞ MKİ-si tərəfindən qeydə alınıb.

Söhbət Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindəki uğurlu əks hücumu fonunda baş verib. Nəşr qeyd edir ki, Surovikin Xersonu azad edən ukraynalıların Dneprdən keçməsinin qarşısını almaq üçün taktiki nüvə silahından istifadəni müzakirə edib. Qəzetin kəşfiyyatdakı mənbələrinin dediyinə görə, həmin vaxta qədər Amerika kəşfiyyatı Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimalını 5-10% qiymətləndirirdi. Lakin Surovikinin iştirak etdiyi söhbətin ələ keçirilməsindən sonra Ukraynanın cənubunda Rusiyanın müdafiə xəttinin çökməsi və dağılması halında bu risk 50%-ə qədər artırılıb.

Nəşr yazır ki, Visbadendə işləyən və oradan Kiyevə kəşfiyyat məlumatları ilə kömək edən amerikalı hərbçilər cənub istiqamətində hücumu davam etdirməkdə israr ediblər. Lakin Vaşinqtonda Co Baydenin müşavirləri buna qarşı çıxıblar. Onlar əksinə, Rusiyanın “qırmızı cizgilərini keçməmək”dən ötrü ukraynalıların əks-hücumunu ləngitmək üçün Kiyevə təzyiq göstərməyin tərəfdarı olublar. Məqalədə bildirilir ki, məhz həmin günlərdə ukraynalı hərbçilərin Rusiyaya “kritik zərbə” vurmaq şansı olub. Çünki Xerson şəhəri və Xerson vilayətində Dneprin bütün sağ sahili azad edilmişdi. Qaçmaqda olan rus qoşunlarına həlledici zərbə endirmək və cənubda daha dərinlərə irəliləmək üçün yaxşı şans yaranmışdı. Lakin "sursat çatışmazlığı" bəhanəsilə hücum və irəliləmə dayandırıldı. Daha sonra isə məlum əməliyyatlardan sonra Ukrayna 6 aya yaxın ABŞ tərəfindən silahsız buraxıldı, böyük silah tədarükü faktiki dayandırıldı. Nəticədə Rusiya cəbhədə strateji üstünlüyü tədricən ələ almağa başladı.

Bu yazıda qeyd olunanlar bir daha təsdiq edir ki, ABŞ Ukraynanın Rusiya işğalına qarşı birmənalı qələbəsində, Kremlin strateji məğlubiyyətində maraqlı olmayıb və indini özündə də maraqlı deyil, özü də indi bu, Tramp administrasiyası tərəfindən qətiyyən gizlədilmir...(Azpolitika)

C.Məmmədov
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə ABŞ icazəsi olmadan, Amerika texnikası ilə daxil olub. Pentaqon bunun şantaj olduğunu bildirsə də, Ukraynaya dəstəyi dayandırmayıblar.

Bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşr Ukrayna ordusunun 2023-cü ildəki əks-hücumunun uğursuzluğunun səbəblərini də açıqlayıb:

“Əks-hücumun əsas hədəfi Melitopol olub və ABŞ da zərbənin bir istiqamətə vurulmasında israr edib. O vaxt baş komandan olan Valeri Zalujnı bununla razılaşıb, amma Aleksandr Sırski Baxmuta getmək istəyib, Vladimir Zelenski də məhz onu dəstəkləyib. Nəticədə sursatlar Melitopol və Baxmut arasında bölünüb və Sırskiyə 5 ən yaxşı briqada verilib. Amerikalıların isə bundan xəbəri olmayıb. Cənuba 12 briqada əvəzinə 7-si göndərilib. Sürətli hücum əvəzinə, bir neçə kəndin alınması ilə nəticələnən zəif hərəkət qeydə alınıb. Bayden də başa düşüb ki, plan iflasa uğrayıb”.
 
 
 
Ardını oxu...
İsrail Ordusu Rəfahın Əl-Cenina bölgəsində quru əməliyyatına başlayıb.

TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat yayılıb.

Qeyd olunub ki, məqsəd Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirməkdir. Əməliyyat zamanı qüvvələr HƏMAS təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, İMQ və Qəzza zolağının hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.

"Həftəsonu məhv edilmiş hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri, terrorçuların istifadə etdiyi hərbi binalar və digər terror infrastrukturları var. Zərbələr nəticəsində terrorçular məhv edilib. Onların bəziləri İsrail ərazisini minaatanlardan atəşə tutublar", - məlumatda qeyd olunub.
Ardını oxu...
"Bu plana əsasən, Ağ Ev Moskvaya cəza verə, pul qazana və Ukraynadakı müharibəni dayandıra bilər..."

ABŞ prezidenti Donald Tramp Kreml rəhbəri Putini danışıqlar masasına oturtmaq və Ukraynaya qarşı müharibəni dayandırmaq üçün daha yaxşı rıçaqlara ehtiyac duyur.

Moderator.az xəbər verir ki, məşhur amerikalı iqtisadçılar Qlenn Habbard və Ketrin Volfram "The New York Times" üçün yazdıqları məqalədə "ABŞ-ın mövqeyini gücləndirməyin" sadə üsulunu izah edib.

Müəllifıər Rusiyanın neft və qazının satışında iştirak edən hər kəsə istənilən ölkədə sanksiyalar tətbiq olunmasını təklif edir. Moskva yalnız hər tədarük üçün rüsum ödəməklə bundan yayınmaq imkanı əldə edə bilərdi: "Bu ödəniş Rusiyanın universal rüsumu adlanardı. Aşağı səviyyədən başlayar və hər həftə sülh sazişi olmadan keçdikcə artardı".

Əgər Rusiya bu rüsumu ödəməsə, bütün tranzaksiya iştirakçıları- tanker sahibləri, sığortaçılar və alıcılar ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Müəlliflər xatırladır ki, Hindistan və Çindən olan şirkətlər Rusiya neftini idxal edərkən ABŞ-ın sanksiyalarına düşmək istəmir. Bundan əlavə, bu cür tanker daşımaları kommersiya şirkətləri və ABŞ tərəfindən izlənilir.

İqtisadçılar vurğulayır ki, bu cür rüsum ABŞ-a dərhal gəlir gətirə bilər, bu isə Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişlərdən fərqlənir. Onların hesablamalarına görə, bir barel neft üçün 20 dollar rüsum ABŞ-a gündə 120 milyon dollar qazandıra bilər:

"Məqsəd Rusiya neftinin dünya bazarına çıxmasını təmin etmək, lakin Kremlin bundan daha az gəlir əldə etməsinə nail olmaqdır. Bu plan Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflədəcək və eyni zamanda ABŞ-ın dövlət büdcəsini dolduracaq. ABŞ-ın yığdığı hər dollar Rusiyanın müharibəni maliyyələşdirmək üçün xərcləyə bilməyəcəyi bir dollardır".

Bu tədbirlər ya Moskvanı rüsumun ləğvi ümidi ilə danışıqlar masasına əyləşməyə məcbur edəcək, ya da ABŞ-a Trampın təklif etdiyi vergi azaldılmasını maliyyələşdirmək üçün illik gəlir gətirəcək. Bundan başqa, Rusiya Ukraynaya ayrılmış yardımların əvəzini faktiki olaraq geri qaytarmış olacaq.

Habbard və Volfram Konqresə belə bir rüsumun tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etməyi təklif edir ki, prezident Putinlə münasibətlərini qorumaq üçün bu mexanizmdən istifadə edə bilsin.

Sülh danışıqları

Məlum olduğu kimi, seçki kampaniyası zamanı Tramp Ukraynadakı müharibəni bir gün ərzində bitirəcəyini vəd edib, bunun üçün sadəcə prezident Vladimir Zelenski və Kreml rəhbəri Putinlə danışmağın kifayət edəcəyini bildirib.

Son vaxtlar ABŞ hər iki tərəfi atəşkəsə tam razı olmağa çağırıb. Kiyev bildirib ki, Moskvanın razılığı olduğu anda buna dərhal əməl edəcək, lakin Kreml razılaşmaq istəmir.

Putin bəyan edib ki, Rusiya danışıqlara açıqdır, lakin Ukrayna üçün qəbuledilməz olan şərtlər irəli sürməyə davam edir. Bununla belə, Tramp komandası Kreml rəhbərinin müharibəni dayandırmağa can atdığını iddia edir.
 
Ardını oxu...
  

İsrail ordusu cümə günü Livanın paytaxtı Beyrutun bir qəsəbəsinə hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu, İsrail ilə “Hizbullah” arasında ötən ilin sonunda əldə edilən atəşkəsdən sonra Beyruta ilk birbaşa hücum kimi qeyd olunur.

“The Washington Post” yazır ki, bu zərbə bölgədə onsuz da kövrək olan sülh rejiminin tamamilə dağılacağı ehtimalını gücləndirib. Son bir həftədə bu ikinci dəfədir ki, tərəflər arasında atəş mübadiləsi baş verir. Bu isə Yaxın Şərqdəki digər münaqişələrin də gərginliyi artırdığı bir dövrə təsadüf edir.

Analitiklərə görə, İsrail və “Hizbullah” arasında mövcud olan qeyri-rəsmi atəşkəs rejimi ciddi risk altındadır. Əgər tərəflər təmkin göstərməzsə, Livan-İsrail sərhədi yenidən genişmiqyaslı toqquşmalara şahid ola bilər.

İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama yaymayıb, “Hizbullah” isə cavab tədbirləri görəcəyini istisna etmir.

Bölgədə vəziyyət getdikcə gərginləşir. Beynəlxalq müşahidəçilər tərəfləri səbirli olmağa və atəşkəsin pozulmaması üçün diplomatik kanallardan istifadə etməyə çağırır.

Daha ətraflı: The Washington Post 

https://www.washingtonpost.com/world/2025/03/28/lebanon-beirut-strike-israel-ceasefire/?utm_campaign=wp_main&utm_medium=social&utm_source=whatsapp_channels 

 

Musavat.com

 
 
 
Ardını oxu...
Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, İranla İsrail arasında birbaşa hərbi toqquşma riski son illərin ən yüksək həddinə çatıb.

Regiondakı son hadisələr, xüsusən İranın nüvə proqramındakı irəliləyiş və İsrailin buna qarşı sərt təpkisi tərəflər arasında ziddiyyətin artıq ritorika səviyyəsindən əməli hərəkətlər mərhələsinə keçdiyini göstərir.

ABŞ-nin və bəzi Qərb ölkələrinin İranın nüvə fəaliyyətinə dair narahatlıqları fonunda İsrailin ehtimal edilən preventiv zərbələrə hazırlaşması, regionda genişmiqyaslı münaqişənin alovlanması ehtimalını artırır.

Bəzi ekspertlərin fikrincə, belə bir qarşıdurma təkcə İran və İsraili deyil, bütövlükdə Yaxın Şərqi xaosa sürükləyə bilər.

Azərbaycan isə bu prosesləri diqqətlə izlənməlidir. Belə ki, İranla həmsərhəd olan və regionda geosiyasi əhəmiyyətə malik ölkə kimi, Azərbaycanın balanslı və diplomatik mövqeyi həm daxili sabitlik, həm də regional təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.

Hazırkı şəraitdə bütün regional aktorlar sülhə və diplomatik dialoqa üstünlük verməli, emosional qərarlardan və eskalasiya doğura biləcək addımlardan çəkinməlidirlər. Əks halda, Yaxın Şərqdə baş verəcək hərbi qarşıdurma qlobal səviyyədə yeni böhranlara yol aça bilər.

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən israilli politoloq Mixail Finkel bildirib ki, Yaxın Şərq regionunda İranla müharibə gözləntisi artıq 15 ildir ki, davam edir.

Bəzən bu gözlənti daha da güclənir, bəzən isə zəifləyir, lakin bir tendensiya var, son 10 ildə bu müharibə gözləntisi getdikcə artır.
Onun sözlərinə görə, İran uranı zənginləşdirmək üzərində iş aparır, çoxsaylı zavodlar, sexlər tikir və orada yeni sentrifuqlar quraşdıraraq nüvə bombası üçün materiallar hazırlayır:

"Məhz istənilən an bölgədə ekskalasiya baş verə bilər. Bu əməliyyatı yalnız ABŞ həyata keçirə bilər, amma mümkündür ki, İsrail bunu təkbaşına etsin”.

“Eskalasiya olarsa, Azərbaycana ciddi təsirləri olacaq?” sualına gəlincə, politoloq bildirib ki, Azərbaycan İranla çox uzun bir sərhədə sahib olan dövlətdir:

“Bu, böyük bir cənub qonşusudur və sərhədin uzunluğu 600 kilometrdən çoxdur. Düşünmürəm ki, Azərbaycan üçün bu məsələdən ciddi bir problem yaranacaq. İsrail və ABŞ mümkün hərbi zərbə ilə bağlı qərarın veriləcəyi barədə artıq İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneiyə Prezident Trampa tərəfindən göndərilmiş məktubda qeyd olunub və bu qərar iki aydan az müddətdə qəbul ediləcək.

Yəni İranın qərar verməsi üçün iki aydan az bir vaxtı qalıb: ya nüvə proqramını dayandıracaq, ya da İrana hərbi zərbə endiriləcək. Məhz İrana hərbi zərbə endiriləcəksə, o, ağıllı şəkildə ediləcək. Yəni nüvə tullantısı və ya radiasiya sızması planlaşdırılmır. Mən dəfələrlə bildirmişəm ki, İsrailin bu sahədə böyük təcrübəsi var.

Məsələn, bir vaxtlar biz sabiq prezidenti Səddam Hüseynin İraqda tikdirdiyi nüvə reaktorunu bombaladıq və heç bir radiasiya sızması olmadı. 2006-cı ildə isə Bəşər Əsədin Suriyada tikdirdiyi nüvə reaktorunu bombaladıq, orada da sızma olmadı. Çünki reaktor hələ tam hazır deyildi. Eyni hal İranda da olacaq: obyektlərə zərbə endirilsə belə, heç bir radiasiya sızması olmayacaq. Buna görə də Azərbaycan qorxmamalıdır.

Həmçinin, ümumi müharibə və milyonlarla qaçqının axını ssenarisindən də qorxmağa dəyməz. Belə bir şey baş verməyəcək. Söhbət sadəcə onlarla obyektin dəqiq şəkildə məhv edilməsindən gedir.

Bu obyektlərdə müəyyən dərəcədə nüvə silahı hazırlanması işi aparılır, lakin məqsəd bütün İranı yer üzündən silmək deyil. Qaçqın axını da olmayacaq. Düşünmürəm ki, Azərbaycan üçün qorxulu bir vəziyyət yaranacaq.

Əksinə, əgər İran nüvə ambisiyalarından məhrum edilərsə, həm Azərbaycan, həm region, həm də bütün dünya rahat nəfəs alacaq. Çünki bu terrorçu rejimin əlində ölümcül və təhlükəli silah olmayacaq”.
 
Ardını oxu...
Litvada hərbi təlimlər zamanı itkin düşən 4 ABŞ hərbçisinin meyiti tapılıb.
Bakupost.az xəbər verir ki, onlar Belarusla sərhəddə keçirilən manevrlərdə iştirak edən ABŞ hərbi kontingentinin tərkibində olub.
Nəşr hərbçilərin qətlə yetirildiyini yazsa da, onların hansı şəraitdə itkin düşdüyü açıqlanmayıb.
 
Ardını oxu...
“Rusiya Polşaya və ya hər hansı digər müttəfiqə hücum edərsə, Alyansın cavabı dağıdıcı olacaq”.

TEREF xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Varşavada Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında deyib.

Rutte Rusiyanın Avropaya təhdid yaratmağa davam etdiyini bildirərək, daha təhlükəli hala gələn bir dünyada müdafiə xərclərini artırmağın vacib olduğunu deyib.

“Polşanın və NATO ərazisinin ümumi müdafiəsinə gəldikdə isə, kimsə Polşaya və ya hər hansı digər müttəfiqə hücum etməklə xilas ola biləcəyini düşünsə, bizim reaksiyamız dağıdıcı olacaq. Bu, Vladimir Putinə və bizə hücum etmək istəyən hər kəsə çox aydın olmalıdır”, – Rutte bildirib.

“Qafqazinfo”
 

Ardını oxu...
 

Rusiyanın PUA hücumundan sonra Ukraynanın Kiyev, Çerniqov, Sumı, Poltava, Çerkası, Kirovoqrad, Dnepropetrovsk, Xarkov, Luqansk, Nikolayev, Xerson və Zaporojye vilayətlərində hava həyəcanı elan olunub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, yerli vaxtla saat 00:40-da Ukrayna Hərbi Hava Qüvvələri şərqdən Krivoy Roqa doğru PUA-ların müşahidə edildiyini bildirib.

Xerson vilayətində də bir neçə "Şahed" dronu qeydə alınıb. Həmçinin Poltavadan Çerkası istiqamətinə doğru PUA-ların hərəkəti müşahidə edilib.

UNİAN-ın məlumatına görə, dünənki hücum zamanı Rusiya ordusu Ukraynaya "İskəndər-M" ballistik raketi və 139 PUA buraxıb. Hücum nəticəsində Xarkov, Sumı, Poltava, Kirovoqrad, Kiyev, Çerkası və Odessa vilayətləri zərər çəkib.

Axşam saatlarında Rusiya Krivoy Roq şəhərinə çox sayda "Şahed" dronu göndərib, şəhərdə azı 15 partlayış qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmasa da, xeyli dağıntı var.

Musavat.com

 
 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorod vilayətinin Popovka kəndinə daxil olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rus Baharının Müharibə Müxbirləri” (RV) teleqram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorodun Popovkasına daxil olub və qalaya hücum edirlər: sərhədçilər onlara atəş açıblar”, – deyə qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti