Ardını oxu...
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, polkovnik Şahin Quliyev həbs edilib.

Oxu.az xəbər verir ki, Ş.Quliyev külli miqdarda rüşvət almaqda ittiham edilir.

Sabiq rəis barədə cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Ardını oxu...
  

Azərbaycan Ordusunun hərbi hissələri üçün 195.596,10 AZN smartfon tipli mobil telefonların satın alınması ilə bağlı (Lot 2) tender elan edilib.

Musavat.com xəbər verir ki, söhbət 474 smartfon tipli mobil telefon qara orijinal adapter dəsti ilə birlikdə satın alınmasından gedir. Bu da bir mobil telefonun 412 manata başa gələcəyi deməkdir.

Qeyd edək ki, telefonlar Azərbaycan Respublikasında qeydiyyatdan keçməli və ən azı 1 il texniki zəmanətli olmalıdır.

Ardını oxu...
Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təlim təyyarəsi təlim uçuşu zamanı ölkənin poliqonlarından birində qəzaya uğrayıb.

Bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi sosial şəbəkədə məlumat yayıb.

Açıqlamaya görə, hadisə nəticəsində təyyarənin ekipajı ölüb. Qeyd olunur ki, insidentə səbəb texniki nasazlıq olub.

“Müvafiq orqanlar lazımi tədbirlər görür”, - paylaşımda deyilir.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bəyan edib ki, Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – Tramp qeyd edib.
 
Ardını oxu..."Rusiyanın qeyri-məqbul maksimalist istəkləri fonunda Ukraynanın kapitulyasiyası mümkünsüz görünür. Çünki Ukrayna bu müharibədə özünü məğlub hesab etmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Vaşiqntonun Ukrayna məsələsinin çözülməsi üçün 22 bəndlik sülh planı təqdim etməsi və onun bəzi detallarının bəlli olmasına münasibət bildirərkən deyib:

"Zelenskiyə təklif edilən 22 bəndlik razılaşma müqaviləsi isə əslində kapitulyasiya aktı hesab olunur. Hansı ki, Ukrayna buna razı olmayacaq. Kelloqun açıqladığı 22 bəndlik bu anlaşma mətninə Ukraynanın reaksiyası hələ bəlli deyil. Sadəcə, ABŞ bunu Ukraynaya qəbul etdirəcəyini düşünür. Amma nadir metal mineralları anlaşması zamanı da Trampın təzyiqlərinə baxmayaraq, Ağ Ev istədiklərini Ukraynaya qəbul etdirə bilmədi. İndi də sözügedən mətndəki şərtlərin Ukraynaya rahatlıqla qəbul etdiriləcəyi çətin məsələdir”.

Ekspert qeyd edir ki, Ukrayna NATO-ya üzv olmasa da, özü üçün mütləq mənada təhlükəsizlik qarantiyası almalıdır:

"Göründüyü kimi, Rusiyanın nə istəməsindən asılı olmayaraq, Ukraynanın da istəkləri əsas şərtdir. Rusiya da əslində yaxşı bilir ki, Ukraynanın istəyi də burada rol oynayacaq”.

Həmsöhbətimizin fikrincə, münaqişə tərəfləri və xarici aktorların gizli istəkləri müharibəyə son qoymağa imkan vermir:

"Münaqişə tərəflərinin və digər aktorların gizli istəkləri müharibənin sona çatmasına mane olur. Hər kəsin öz maraqları var. Odur ki, müharibənin tezliklə başa çatmayacağı aydın şəkildə görünür. Hətta müharibənin daha da genişlənməsi ehtimalı var”.

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Kit Kelloqun dediyinə görə, ABŞ Ukrayna münaqişəsilə bağlı 22 bəndlik sülh planı təqdim edib. Kelloq həmçinin planın bəzi detallarını açıqlayıb. Onun əsasında hərbi əməliyyatların dayandırılması dayanır. Həmin plan Londonda tərtib olunub. Başqa bir maddədə isə Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması nəzərdə tutulur. Trampın xüsusi nümayəndəsi Vitkof isə bildirib ki, Rusiya lideri Putin həmin 22 bəndlik planı müzakirə etməkdən imtina edib.
 
Ardını oxu...
İsrailin Müdafiə Ordusu “Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda yerləşən ərazilərdə hərbi əməliyyatlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

"Son həftə ərzində İsrailin Hərbi Hava Qüvvələri düşmənin hazırlıqlarını pozmaq və quru əməliyyatlarına dəstək vermək məqsədilə Qəzza zolağı boyunca HƏMAS-ın 670-dən çox terrorçu hədəfini vuraraq ilkin zərbələr dalğası həyata keçirib", - məlumatda deyilir.
 
Ardını oxu...
“Təəssüf ki, Vaşinqtondan eşitdik ki, “biz İranda nüvə silahının olmayacağına əmin olmalıyıq”.

Bunu İran Prezidenti İbrahim Pezeşkian “Tehran Dialoqu” forumunda bildirib.

O vurğulayıb ki, İranın nüvə silahı istehsal etmək planı yoxdur:

“Biz nüvə silahı istehsal etməyi düşünmürük. Bu, Ali Rəhbərin fətvasıdır.”

Xatırladaq ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də iştirak edir.
 
Ardını oxu...
Belçika Ukraynaya ümumi dəyəri 1 milyard avro olan hərbi yardım paketi təqdim edəcək. Paketə müxtəlif hərbi texnika və silahlar daxildir.

Demokrat.az xəbər verir ki, TILD nəşrinin məlumatına görə, bu məbləğin 650 milyon avrosundan çoxu Belçika mənşəlidir.

“Bu, bizim yerli sənaye istehsalımızdır, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli bir hissəsi yenidən ölkəmizin iqtisadiyyatına qayıdır və müdafiə sənayesində məşğulluğu dəstəkləyir”, – deyə Belçikanın müdafiə naziri Teo Franken bildirib.

Nəşrin qeyd etdiyi kimi, paketin tərkibinə bunlar daxildir:

təxminən 100 ədəd zirehli təcili yardım maşını və Unimog nəqliyyat vasitələri,
beş pilotsuz dəniz vasitəsi,
pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, pilotsuz uçuş aparatlarının aşkarlanması üçün portativ sistemlər, gecə görmə eynəkləri və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər,
16 000-dən çox odlu silah və tapança,
iyirmi ədəd modernləşdirilmiş “Cerberus” hava hücumundan müdafiə sistemi,
yeni qülləli sınaq üçün nəzərdə tutulan “Leopard” döyüş tankı.
Bundan əlavə, Belçika F-16 koalisiyası çərçivəsində ukraynalı texniki xidmət mütəxəssislərinin hazırlanmasına sərmayə qoyacaq və bunu Belçika müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Belçika həmçinin Ukraynada 70 mm-lik raketlərin istehsalının yerli şirkətlərlə əməkdaşlıqla başlamasını dəstəkləyir.

Belçika ukraynalı F-16 pilotlarının, gələcək minaaxtaran gəmi heyətlərinin hazırlanması və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlimlər də keçirəcək.

Mayın əvvəlində Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərdi. Paketə IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlər, mina partlayışlarına qarşı qorunan 66 ədəd MRAP zirehli nəqliyyat vasitəsi, 4 kinetik müdafiə maşını və 3 təkərli Zuzana-2 haubitsası daxil idi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda daha çox sursat alınacağını bildirib. Onun sözlərinə görə, “çex təşəbbüsü” çərçivəsində 2025-ci ilin sonuna qədər Ukrayna əlavə 1,8 milyon sursat əldə edə bilər. Çexiya Prezidenti Petr Pavel bu təşəbbüs sayəsində cəbhədə sursat nisbətinin 1:2 səviyyəsinə endirildiyini qeyd edib.
 
Ardını oxu...
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əvivdəki Ben Qurion hava limanına raket zərbələri endiriblər.
Bu barədə husilərin nümayəndəsi Yəhya Səriə "Al Masirah" telekanalının efirində açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı iki ballistik raketdən istifadə olunub:

"Əməliyyat öz məqsədinə çatıb və milyonlarla insanı bomba sığınacaqlarında gizlənməyə məcbur edib. Aeroportda hava əlaqəsi bir saat müddətinə dayandırılıb".

Y.Səriə iddia edib ki, zərbələrdən biri "Fələstin-2" hipersəsli ballistik raketi ilə endirilib.
 
Ardını oxu...
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmirti Medvedev Qərbə mesaj ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna ilə bağlı danışıqlar prosesində ultimatum qoyacağı təqdirdə D.Medvedev Avropanı “daha ​​dəhşətli müharibə” ilə hədələyib.

O deyib: “Danışıqlar haqqında ultimatum verən Rusiyanın bütün düşmənləri bir sadə şeyi yadda saxlamalıdırlar: sülh danışıqları özlüyündə heç də həmişə hərbi əməliyyatların dayandırılmasına səbəb olmur. Uğursuz danışıqlar yeni silahlar və yeni iştirakçılarla birgə müharibənin daha dəhşətli mərhələsinin başlanmasına səbəb ola bilər”.

Dünyapress TV

Xəbər lenti