![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, Rusiya paytaxtı Moskvanın əsas hava limanlarından olan Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rosaviatsiya yayıb.
Məlumata görə, hava limanları nə uçuş qəbul edir, nə də yeni reyslər göndərir. Bütün uçuşlar Şeremetyevo hava limanına yönləndirilib.
Xüsusilə Vnukovo hava limanı ilə bağlı bildirilib ki, burada “Kover” (Kilim) rejimi tətbiq edilib. Bu rejim Rusiya aviasiyasında fövqəladə və ya təhlükəsizlik səbəbiylə uçuşların və enişlərin məhdudlaşdırılması anlamına gəlir.
Rəsmi mənbələr məhdudiyyətlərin səbəbi ilə bağlı açıqlama verməyib, lakin bəzi yerli teleqram kanalları bölgədə təhlükəsizliklə bağlı ehtiyat tədbirləri görüldüyünü və hava məkanında müvəqqəti idarəetmə dəyişiklikləri tətbiq olunduğunu yazır.
Qeyd edək ki, Moskvanın bu üç əsas hava limanı – Vnukovo, Domodedovo və Jukovski – Rusiyanın daxili və beynəlxalq hava nəqliyyatında strateji rol oynayır. Məhdudiyyətlərin hansı müddətə qədər davam edəcəyi barədə məlumat yoxdur.
Musavat.com
Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib.
"Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram", - Kelloq deyib.
Onun fikrincə, indi müqavilə şərtlərini, yəni Ukrayna və Rusiyanın mövqelərini ifadə edəcək sənədləri formalaşdırmaq, sonra onları bir araya gətirmək lazımdır. Kelloq bildirib ki, ABŞ prezidenti Donald Tramp həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayır və o, iki ölkə arasında razılaşma əldə edə biləcək.