Ardını oxu...
İlkin: Öldürülən yüksək rütbəli İran rəsmilərinin siyahısı:

- Baş Qərargah rəisi Məhəmməd Baqiri.

- SEPAH komandiri Hüseyn Salami.

- SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.

- İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi.
- İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid.
- Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin İrana hücumlarında yaralanıb.
Ədalət Verdiyev
TEREF
Ardını oxu...
Birləşmiş Ştatlar Yaxın Şərqdəki bütün hərbi bazalarını yüksək hazırlıq vəziyyətinə gətirib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Qeyd edək ki, İsrailin İrana zərbəyə hazır olduğu haqda Ağ Evi məlumatlandırdığı, Tramp administrasiyasının İraqdakı diplomatları təhlükəsizlik məqsədilə təxliyə etdiyi haqda “Röyters” məlumat yaymışdı.
 
Ardını oxu...
Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarını Sumdan sıxışdırıb çıxarır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bu gün Ali Baş Komandan Sırski məlumat verib. Cəbhə, ilk növbədə Pokrovsk istiqaməti, Kursk əməliyyatı, Sum sərhəd bölgəsi... Sumdakı bölmələrimiz yavaş-yavaş işğalçıları geri itələyir. Hər bir əsgərimizə təşəkkür edirik", - Zelenski bildirib.
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələri İrandakı hədəflərə zərbələr endirib.
APA xəbər veri ki bu barədə "Axios" məlumat yayıb.

"IRIB"in məlumatına görə, Tehranda partlayış səsləri eşidilib.
KİV-in məlumatına görə, şəhərdə hava hücumundan müdafiə sistemləri işləyir.
 
 
 
Ardını oxu...
Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb.

İndoneziya ilə müqavilənin imzalanmasını ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN təyyarəsi - ilk milli istehsal olan türk qırıcı təyyarəsini tədarük edəcək.

Yerli KİV-in məlumatına görə, saziş İndoneziyadakı INDO Defence 2025 sərgisi çərçivəsində imzalanıb. Sazişin ümumi dəyəri 10 milyard dollar təşkil edəcək.

Beşinci nəsil KAAN qırıcısı türk istehsalı olan ilk milli döyüş təyyarəsidir. Qırıcının təcrübi prototipi ilk uçuşunu 22 fevral 2024-cü ildə həyata keçirib. Seriya istehsalı 2028-ci ilə planlaşdırılıb.

2023-cü ilin iyul ayının sonunda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və TUSAŞ KAAN layihəsi üzrə əməkdaşlıq protokolu imzalayıblar. Bundan sonra, 2024-cü ilin mart ayında, TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil KİV-ə bildirib ki, KAAN-ın komponentlərindən biri Azərbaycanda istehsal olunacaq.
preeklub
 
Ardını oxu...
Ukrayna ayda 27 min, Rusiya isə 40-50 min nəfər səfərbər edə bilər.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Səfərbərlik istənilən müharibədə problemdir. Ukrayna da istisna deyil, ancaq biz müharibənin bitməsini istəyirik. İnsanlar yorulur. Biz ayda 27 min, ruslar isə 40-50 min nəfəri səfərbər edə bilər”, – Zelenski bildirib.

Digər ölkələrin bəzi liderlərinin Ukraynada səfərbərliyin 18 yaşdan başlaması ilə bağlı bəyanatlarına münasibət bildirən prezident bunu zəruri hesab etmədiyini vurğulayıb.

“Hörümçək toru” əməliyyatı göstərdi ki, əsas olan insanların sayı deyil, silah və texnologiya, eləcə də pul və təzyiqdir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi pullara yönəldilə bilərdi”, – Zelenski izah edib.
Ardını oxu...
"Bu sistemlər iyunun 9-da Rusiyanın "Kinjal" raketlərini məhv edərək effektivliyini bir daha sübut edib..."

Ukraynanın hava hücumundan müdafiəsində istifadə edilən ən etibarlı sistemlərdən biri - ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksi bu gün təkcə texnoloji baxımdan deyil, həm də geosiyasi əhəmiyyət baxımından diqqət mərkəzindədir.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski yerli mediaya verdiyi açıqlamada bəyan edib. Məlumatı yayıb.

Səfir qeyd edib ki, İsrail 1990-cı illərin əvvəllərində ABŞ-dan aldığı "Patriot" sistemlərini Ukraynaya verib. Onun sözlərinə görə, bu qərar ictimaiyyətə geniş açıqlanmasa da, Təl-Əvivin hərbi dəstək göstərmədiyi iddiaları həqiqətə uyğun deyil.

"O dövr üçün bu sistemlər bizi, İsraili, Fars körfəzi müharibəsi zamanı xilas edib. Bu gün isə həmin sistemlər Ukraynada yerləşdirilib və orada xidmət edir", - Brodski qeyd edib.

İyunun 9-da "Patriot"sistemi öz gücünü göstərib

Bu sistemlərin real döyüş şəraitində necə işlədiyinə dair son nümunə iyunun 9-na keçən gecə yaşanıb. Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnatın verdiyi məlumata görə, "Patriot" sistemi Rusiyanın atdığı bütün "Kinjal" raketlərini məhv edib.

Bu, son dərəcə əhəmiyyətlidir, çünki "Kinjal" (X-47M2) raketləri hipersəs sürətli və aerobalistik silahlar kateqoriyasına daxildir və adi sistemlər üçün demək olar ki, "ələkeçməz" sayılır.

"Patriot"lar bu gün 100 faiz nəticə verib. Müdafiə qüvvələrimizi təbrik etməliyik. Onlar bir daha sübut edib ki, bu sistemlər hələ də işlək və effektivdir", - İqnat deyib.

O, əlavə edib ki, hazırda Ukrayna ordusunun silahlanmasında olan sistemlər arasında belə hədəfləri məhv edə bilən yeganə real vasitə məhz "Patriot"lardır.

Qlobal dəstək və yeni təşəbbüslər

"Patriot" sistemlərinin Ukraynada uğurla tətbiqi Qərbin bu ölkəyə hava hücumundan müdafiə sahəsində göstərdiyi dəstəyin nə qədər vacib olduğunu göstərir. ABŞ və İsrailin yanaşı, Kanada və Almaniya da Ukraynaya yeni hərbi yardım paketləri göndərməkdədirlər. Məsələn, Kanada 25,5 milyon dollar dəyərində zirehli texnika ayıracağını elan edib. Almaniya isə çoxmillətli hava müdafiəsi təşəbbüsünü genişləndirmək niyyətindədir.

Bütün bu proseslər onu göstərir ki, Ukraynanın hava məkanını qorumaq təkcə texniki deyil, həm də diplomatik və strateji bir məsələdir. Bu baxımdan, İsrailin köhnə olsa da funksional "Patriot" sistemlərini Ukraynaya verməsi həm real döyüş sahəsində, həm də beynəlxalq siyasətdə əhəmiyyətli bir jestə çevrilib.
 
Ardını oxu...
İsrail Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verib.

TASS xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfiri Mixail Brodski bildirib.

“Bir vaxtlar ABŞ-dən aldığımız “Patriot” sistemləri hazırda Ukraynadadır”, - diplomat qeyd edib.
 
Ardını oxu...
Estoniya mümkün atəşkəsdən sonra öz silahlı qüvvələrini Ukraynaya göndərə bilər.

"Report"un məlumatına görə, bunu Baltikyanı dövlətin rəhbəri Alar Karis LRT telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, biz Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etməzdən əvvəl ən azı atəşkəs və sülh olmalıdır. Söhbət Rusiya ilə mübarizədən yox, sülhün qorunmasından gedir", - siyasətçi bildirib.

“Financial Times” adı açıqlanmayan avropalı rəsmiyə istinadən mayın 27-də yazıb ki, bəzi Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək planı məhv olub. Çünki ABŞ onu dəstəkləməyə hazır deyil.

Almaniya kansleri Fridrix Merts mayın 18-də İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşdən sonra bildirib ki, Avropa hələlik Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etmir.
 

Dünyapress TV

Xəbər lenti