“Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bu istisnalar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 22-ci maddəsində öz əksini tapıb”.
TEREF xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə deyib.
“Qanuna əsasən hazırda cəza çəkən şəxslər – ictimai, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası alanlar müddətli hərbi xidmətə çağırılmırlar. Həmçinin barəsində cinayət işi aparılan və ya məhkəmə baxışında olan şəxslər də hərbi xidmətə müvəqqəti cəlb olunmur. Daha əvvəl qəsdən cinayət törədərək azadlıqdan məhrum edilmiş və məhkumluğu hələ də qüvvədə olan şəxslər də hərbi xidmətə çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası alanlar isə ümumiyyətlə xidmətə cəlb edilmir”, – o bildirib.
Vəkil qeyd edib ki, qanunla müəyyən olunan digər hal isə məhkumluğun silinməsi ilə bağlıdır:
“Əgər şəxs məhkumluq müddətini başa vurub və rəsmi şəkildə bu statusdan azad olunubsa, onun hərbi xidmətə yararlılığı xüsusi komissiya tərəfindən dəyərləndirilir. Bu yanaşma həm təhlükəsizlik, həm də sosial adaptasiya baxımından nəzərə alınır. Qanunvericilikdə bu məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə də tənzimlənir”.
ABŞ tərəfi hesab edir ki, Çinin nüvə arsenalındakı başlıqların sayı 600 ədədi ötür.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Endryu Qebara deyib.
“Bir il əvvəl bu komitə qarşısında sonuncu çıxışımdan bəri Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edərək, ümumi arsenalını 600-dən çoxa çatdırıb”, - o, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib.
Qebara həmçinin bildirib ki, Çin nüvə qüvvələrini kütləvi şəkildə genişləndirir, modernləşdirir və şaxələndirir. “Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmaq yolundadır”, - o əlavə edib.
"Pakistan xalqı mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin irimiqyaslı hava hücumlarını dəf edərkən peşəkarlıq, vətənpərvərlik və nizamlılıq göstərən milli Silahlı Qüvvələrin böyük qələbəsi ilə fəxr etməlidir".
"Geo TV" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Hindistan ötən gecə 80 qırıcı təyyarənin köməyilə Pakistanın altı müxtəlif rayonuna hava zərbələri endirməyə çalışıb:
"Lakin Pakistan Hərbi Hava Qüvvələri Hindistanın üçü "Rafale" qırıcısı olmaqla, beş təyyarəsini, habelə bir neçə pilotsuz uçuş aparatını məhv edib".
Mayın 7-də Ukrayna ordusu PUA-larla Rusiyaya kütləvi hücuma keçib.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiyanın bir neçə hərbi zavodu vurulub.
Bildirilib ki, Saransk şəhərində fiberoptik kabellər istehsal edən zavoda bir neçə PUA zərbəsi endirilib. Bundan başqa, Tula şəhərində RYAS istehsal edən zavod da vurulub.
Moskva vilayətindəki Kubinka hərbi aerodromu da hücuma məruz qalıb. Bu aerodromda hərbi təyyarə və helikopterlər saxlanılırdı.
***
Ukrayna PUA-ları Moskva vilayətində yerləşən hərbi-sənaye kompleksi zavodu “Bazalt”ı da vurub.
Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları mayın 7-nə keçən gecə Rusiyanın arxa cəbhəsindəki iki hərbi-sənaye kompleksi zavodunu – “Bazalt” və “Splav”ı vurub.
Bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdyinə görə, “Bazalt” Rusiya Federasiyasının əsas müdafiə müəssisəsidir və Rusiya ordusunun bütün qolları üçün silah və sursat istehsal edir. O, Moskva vilayətindəki Krasnoarmeysk şəhərində yerləşir.
“Splav” isə Rusiyada yaylım atəşi raket sistemləri və patronları layihələndirən və istehsal edən yeganə müəssisədir. O, Tula şəhərində yerləşir. PUA-ların zərbələrindən sonra müəssisənin ərazisində güclü yanğın baş verib.
Ötən gecə Hindistanla Pakistan arasında cidd toqquşma yaşanıb.
Hindistanın atdığı raket zərbələri nəticəsində 26 nəfər həlak olub.
Bunun ardınca isə iki ölkə arasındakı toqquşmanın daha da böyüyəcəyi və hətta tərəflər arasında geniş müharibənin başlayacağı iddiaları yayılıb. Bu iddiaların fonunda da iki ölkənin hərbi gücü müqayisə olunur.
“Cebheinfo.az” Hindistan və Pakistanın hərbi gücünə nəzər salıb.
Kimin nəyi var?
Hindistan 1 milyon 455 min əsgəri və 1 milyon 155 min ehtiyat personalı ilə dünyanın ən böyük ordularından birinə malikdir. Pakistanda isə 660 min əsgər və 550 min ehtiyat hərbi qüvvə var.
Hindistanın 2080 döyüş təyyarəsi, 4201 tankı, 16 sualtı qayığı və 293 gəmisi olduğu halda, Pakistanın 498 təyyarəsi, 2627 tankı, 9 sualtı qayığı və 121 gəmisi var.
Pakistanın nüvə gücü
Nüvə gücü baxımından Hindistanın 164 döyüş başlığı, Pakistanın isə 170 döyüş başlığı var. Hindistan nüvə silahını “ilk istifadə etməmək” siyasətini qəbul edərkən, Pakistan “tam spektrli çəkindirmə” strategiyası izləyir.
Hansı ordu güclüdür?
Hindistan şəxsi heyət, hava və dəniz qüvvələri baxımından Pakistandan üstündür. Hərbi potensialı durmadan artırılan ölkə bu baxımdan əlverişli mövqedədir. Pakistan da nüvə müharibəsinin qarşısının alınması və Çinlə hərbi əməkdaşlıq vasitəsilə regionda öz hökmranlığını gücləndirmək siyasəti yürüdür. Onun taktiki nüvə silahlarını ehtiva edən müdafiə gücü var.
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.
“Report”un xəbərinə görə, bu barədə “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.
Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.