Ardını oxu...
Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.

Bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.

Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.

İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.

Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.

“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, – nəşr yazır.

Nəşr mənbələrinə istinadən qeyd edir ki, İraq Türkiyənin dəstəklədiyi qruplarla İranın dəstəklədiyi qruplar arasında qaynar münaqişə ocağına çevrilmək üzrədir.

Konqres üzvərini hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Son 20 ildə MİT İran masasını tamamilə dəyişdirdi. İran və Türkiyə arasında əməkdaşlıq bəyanatlarına baxmayaraq, arxa fonda geosiyasi rəqabət var. Türkiyə İraqdakı gücünü genişləndirməklə Tehranı 1979-2003-cü illəri əhatə edən “ölkə sərhədlərindən kənara çıxmamaq” konseptinə qayıtmağa məcbur etmək istəyir. Lakin Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”./publika.az
 
Ardını oxu...
 

Azərbaycanın Pakistandan aldığı qırıcı təyyarələr İrəvanın da həyəcanına səbəb olub.

Musavat.com AzTv-yə istinadən xəbər verir ki, erməni mediası Pakistandan Azərbaycana JF-17 qırıcılarının ilk partiyasının gətirilməsi barədə həyəcanlı xəbərlər tirajlayır.

Qeyd olunur ki, sözügedən qırıcılar 8 fərqli tipli raket daşıya bilir, müasir radar və müdafiə sisteminə sahibdir.

Ətraflı AzTV-nin sujetində

Ardını oxu...
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir.

Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”.
S.S Nə əkərsən onuda biçərsən! Azərbaycanda Rusiya " sülhməramlılarının" yerləşdirilməsi həyasızlık deyildi?
 
Ardını oxu...
Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri “yaxşı və səmimi" adlandırıb.

Məlumata görə, AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib.

Avropanı yenidən silahlandırmaq çağırışı

"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik"
deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.

"Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır” deyə, AK prezidenti bildirir.
 
Ardını oxu...
Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib
Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb.
“Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik.
Yaşasın Ukrayna!”, – Sırski yazıb.
TEREF
 
Ardını oxu...
Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, – nəşr yazır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə məsələni müzakirə etdiyi bildirilir.
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor Andrey Qnatovu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

Bu barədə Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, 2024-cü il iyunun 24-də Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılması barədə qərar vermiş, yerinə Qnatov təyin edilmişdi. \\Axar.Az
 
Ardını oxu...
"Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil".

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

“Heç kəsin bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir. Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır”, - o deyib.

Rubio həmçinin bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir.
APA xəbər verir ki, bu haqda hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
 
Ardını oxu...
NATO Ukraynaya birbaşa hərbi qüvvə göndərməsə də, 2024-cü ilin dekabrında ABŞ-dan hərbi yardımların koordinasiyasını öz üzərinə götürərək, "Ukrayna üçün NATO Təhlükəsizlik Yardımı və Təlim" (NSATU) missiyasını yaradıb.
Bu missiya, Almaniyanın Visbaden şəhərində yerləşən Clay Kaserne bazasında qərargahlanıb və təxminən 700 nəfərlik heyətə malikdir. NSATU-nun əsas məqsədləri arasında Ukrayna Silahlı Qüvvələrinin təlimi, uzunmüddətli inkişafına dəstək və təhlükəsizlik yardımlarının planlaşdırılması və koordinasiyası yer alır.

Bununla yanaşı, Avropa hərbi rəhbərləri, xüsusilə Böyük Britaniya və Fransa, Ukraynanın əsas bölgələrinə 30,000 nəfərlik "təminat qüvvəsi" yerləşdirməyi təklif ediblər. Bu qüvvə, hava məkanının qorunması üçün Typhoon qırıcıları və sərhəd monitorinqi üçün peyk və kəşfiyyat təyyarələrindən istifadə etməyi planlaşdırır. Lakin bu təklif hələ müzakirə mərhələsindədir və Rusiya tərəfindən ciddi etirazlarla qarşılanır.

Son günlər NATO-nun Ukraynaya qoşun göndərəcəyi müzakirə olunur. Bildirilir ki, ABŞ-nin Ukraynaya yardım dəsətəyindən uzaqlşamasında sonra NATO və Aİ Ukraynaya ordu göndərmək üçün müzakirələrə başlayıb.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Ajans.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində hər hansısa bir tərəfin qalib elan edilməsi real deyil. Onun sözlərinə görə, bu gün həm Rusiya, həm də Ukrayna danışıqlar masasında müəyyən razılaşmalar əldə etməyə hazır olduqlarını bildirirlər:

"Biz faktiki olaraq bilirik ki, bu müharibə ərzində hansısa bir dövlətin qalib tərəf kimi təqdim edilməsi yanlış olardı. Hazırda Rusiya və Ukrayna danışıqlar masasında razılığa doğru açıqlamalar verirlər. Xüsusilə Donald Trampın və respublikaçıların ABŞ-də hakimiyyətə gəlməsi Rusiya-Ukrayna müharibəsində taleyüklü dəyişikliklərə səbəb olacaq."

Tural İsmayılov vurğulayır ki, Trampın əsas məqsədlərindən biri ABŞ büdcəsindən Ukraynaya ayrılan böyük məbləğdə maliyyə vəsaitinin qarşısını almaqdır. Prezidenti hesab edir ki, Amerika vergi ödəyicilərinin pulları Ukraynaya göndərilməməli, əksinə, ölkə daxilində sərf olunmalıdır. Bu yanaşma Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna arasında münasibətlərin normallaşmasına töhfə verə bilər:

"Tramp istəyir ki, o hakimiyyətdə olduğu dövrdə Rusiya-Ukrayna arasında hər hansı silahlı gərginlik baş verməsin. Faktiki olaraq bu gün Rusiya ilə Ukrayna arasında əldə ediləcək razılaşmanı Avropa İttifaqının istəməməsinə rəğmən Tramp müqavilə imzalanmasında israr ediryaxın gələcəkdə Rusiya və Ukrayna arasında müəyyən razılaşma əldə ediləcək və hətta yeni müqavilə imzalanacaq. Lakin bu müqavilənin hər iki tərəfi tamamilə razı salacağı şübhə altındadır."

Yəqin ki, böyük bir irəliləyiş əldə edilərək yeni müqavilə də imzalanacaqdır. Lakin imzalanacaq yeni müqavilə ilə Rusiya-Ukrayna arasında hər şey bitmiş olacaqmı? Bax, bu düşündürücü məsələdir. Çünki Ukraynanın işğal edilmiş əraziləri geri qaytarılmır, eyni zamanda Rusiyanın bütün tələblərinə baxmayaraq, Ukrayna Kurskdan çıxmır", – deyə Tural İsmayılov vurğulayıb.

Politoloqun sözlərinə görə, Trampın bilavasitə səyləri ilə əldə ediləcək razılaşmada bir sıra açıq suallar qalacaq. Sülh sazişi imzalansa belə, Ukraynanın işğal olunmuş ərazilərinin gələcək taleyi, Rusiyanın təhlükəsizlik tələbləri və Qərbin bu məsələyə münasibəti kimi məsələlər mübahisəli olaraq qalacaq.
 

Dünyapress TV

Xəbər lenti