Ardını oxu...
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saat 09:20 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası ilə meyiti aşkar edilib

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
 
Ardını oxu...
“Amerika rəsmiləri faydalı qazıntıları qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər”

Moskva və Kiyev arasında sülh sazişi imzalandıqdan sonra ABŞ faydalı qazıntı yataqlarını qorumaq üçün Ukraynaya qoşun göndərə bilər. AYNA xəbər verir ki, bu barədə NBC mənbələrinə istinadən məlumat yayıb.

“Ukrayna faydalı qazıntılar sazişi ilə tanış olan Amerika rəsmiləri faydalı qazıntıları qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər”, - nəşr iddia edir.

Mənbələrin bildirdiyinə görə, qoşunların göndərilməsi “yalnız Rusiya ilə münaqişənin dayandırılması ilə bağlı razılıq əldə edildikdən sonra” mümkündür.

Bundan əvvəl “The Economist” yazıb ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevə son səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Vaşinqtona ölkənin mineral ehtiyatlarına çıxış imkanı verməsini tələb edib. Nəşrin məlumatına görə, Ukrayna liderinin təklifi nəzərdən keçirmək üçün bir saat vaxtı olub.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Beldrad vilayətinin Qrayvoron şəhərinə pilotsuz təyyarələrdən istifadə edərək hücum edib.

TEREF Ajans.az - a istinadən bildirirki, bu barədə"AZTV"də məlumat verilib.

Belqrad vilayətin qubernatoru bildirib ki, hələ ki, itki yoxdur.

Ətraflı videoda:

 
Ardını oxu...
Yayda Rusiya Belarusa özünün 150 min əsgərini göndərəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransdında deyib.

O, üzünü Avropa liderlərinə tutaraq qeyd edib ki, Rusiyanın Belarusda yerləşdirəcəyi 150 minlik kontingentin hədəfi Belarusla sərhəddəki NATO ölkələri olacaq: "Bizim dəqiq kəşfiyyatı məlumatımız var ki, Rusiya bu yay hərbi təlimlər bəhanəsi ilə Belarusa qoşun yeritməyi planlaşdırır. Bu, onların Ukraynaya genişmiqyaslı işğalından əvvəl qoşun yeritmələri ilə eynidir. Belarusdakı bu Rusiya qüvvələri Ukraynaya hücum etmək üçündür? Bəlkə də. Bəlkə də yox. Yoxsa onlar sizin üçündür? Xatırlatmaq istəyirəm ki, Belarus üç NATO ölkəsi ilə həmsərhəddir. O, (Ukraynaya qarşı) hərbi əməliyyatlar üçün platsdarm olub”.

Ukrayna Prezidenti əlavə edib ki, Putin Belarusu sadəcə Rusiyanın bir regionu kimi görür. Zelenski Avropanı vaxtında tədbir görməyə və Avropa ordusu yaratmağa çağırıb.
 
Ardını oxu...
Qəzza zolağında fələstinli radikalların əlində hələ də 73 girov var.

TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Qəzza zolağında hələ də diri və ölü 73 girov saxlanılır. Razılaşmanın birinci mərhələsi çərçivəsində indiyədək 19 girov azad edilib və daha 14 girovun İsrailə qayıtması gözlənilir", o bildirib.
 
 
 
Ardını oxu...
Ukrayna torpaqlarının ilhaqı ilə bağlı çıxışlar, səsləndirilən iddialar çoxalıb. Xüsusilə hazırkı ərazilərin Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan kimi ölkələrin tarixi yerləri hesabına formalaşdığı bildirilir. Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması-Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk da bu fikirdədir. O, sözügedən ölkələrin ilhaqla bağlı ideyaları özündə saxladığını vurğulayıb.

Sitat: “Məlumdur ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri uzun müddətdir, süni şəkildə müasir Ukraynaya daxil edilmiş ayrı-ayrı torpaqların ilhaqı ideyasını irəli sürürlər. Bu ölkələrin siyasətçiləri tarixi əsası və məqsədəuyğunluğu olan fikirləri həyata keçirməyi dəfələrlə dilə gətiriblər və hətta öz hökumətlərinə qəti şəkildə tövsiyə ediblər”.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, müasir Ukrayna 1919-cu ildə yaranıb:

“Bəzi ərazilərinin digər ölkələrin tarixi torpaqları olması doğrudur. Amma bu, adıçəkilən ölkələrin iddiasına haqq qazandırmır. Məsələn, İranın müəyyən əraziləri Azərbaycan torpaqları olub. Biz bununla bağlı iddia irəli sürürükmü? Beynəlxalq hüququ, müasir reallıqları nəzərə almaq lazımdır”.

Ekspert bildirib ki, Ukrayna üçün təhlükə kifayət qədərdir:

“Kiyev məğlub olsa və ərazi güzəştinə getsə, digər dövlətlər də haqlı və ya haqsız Ukrayna torpaqlarına iddia edəcəklər. Avropa İttifaqı ilə ABŞ arasında gərginliyin səbəblərindən biri də budur. Tərəflər Ukraynadan qazanc əldə etmək istəyir. Rusiya uduzsa, sadəcə məğlub olacaq, Ukrayna isə parçalanacaq”.
 
Ardını oxu...
ABŞ Foreign Military Finance ("Xarici Hərbi Maliyyələşdirmə") proqramı çərçivəsində Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq.

"İnterfaks" xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bu gün Pentaqon rəhbəri Pit Heqset ilə danışıqlardan sonra sosial şəbəkə paylaşım edib.

"11 milyard dollar məbləğində maliyyə dəstəyi Polşa Ordusunun transformasiyası və modernləşdirilməsinə birbaşa təsir edir və hərbi əməkdaşlığımızı gücləndirir", - o bildirib.
Ardını oxu...
Danimarka artıq Ukraynaya vəd edilən “F-16” qırıcılarının böyük hissəsini təhvil verib, qalanları yaxın vaxtlarda təhvil veriləcək.

Bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov sosial şəbəkələrdə məlumat verib.

“Danimarka artıq vəd edilən “F-16”ların böyük hissəsini təhvil verib, qalanları yaxın vaxtlarda təhvil veriləcək”, – o qeyd edib.
 

Ardını oxu...
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Amma işdə qalmaqallı məqam başqadır.

Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.
Ardını oxu...
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

“Report” xəbər verir ki, eniş məlumatları “Flightradar24” saytı tərəfindən dərc olunub.

Təyyarədə Donald Tramp tərəfindən əfv edilən Rusiya vətəndaşı, kriptovalyuta investoru Aleksandr Vinnikin olduğu güman edilir.

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə həbs edilib. Həmin vaxt o, Yunanıstanda tətildə olub. FTB bildirib ki, rusiyalı 2010-2011-ci illərdə "BTC-E" vasitəsilə 4 milyard dollardan çox pul yuyulan cinayətkar təşkilatın liderlərindən biri olub. Vinnik özü ittihamları rədd edib və yalnız birja ilə məsləhətləşdiyini iddia edib.
 

Dünyapress TV

Xəbər lenti