Ardını oxu...
“2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonnasını müşayiət edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzində, geri addım atmağı seçdi:

“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.

“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılarına məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:

“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.

Nəşr mənbələrinə istinadən yazır ki, əgər Rusiya məsələni ört-basdır etməyə çalışsa, istintaqın nəticələrini açıqlamasa, Azərbaycan məsələni beynəlxalq hüquqi müstəviyə çıxaracaq. Həmçinin Moskvanın məsuliyyətdən yayınması Bakı ilə münasibətlərdə qırılma nöqtəsinə səbəb olacaq. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə daha birini – Azərbaycanı itirmək riski ilə üzləşir.
 
Ardını oxu...
Yanvarın 24-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları, o cümlədən Moskva və Moskva vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinin (AFU) 121 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bryansk vilayətində 37, Ryazan vilayətində 20, Kursk vilayətində 17, Saratov vilayətində 17, Rostov vilayətində 7, Belqorod vilayətində 6, Voronej vilayətində 3 pilotsuz təyyarə vurulub. Bir pilotsuz uçuş aparatı Krım Respublikası və Moskva əraziləri üzərində, altısı isə Moskva vilayəti üzərində ələ keçirilib", - məlumatda qeyd olunub.

Bunun fonunda, yanvarın 24-də səhər saatlarında Rusiyanın bir sıra şəhərlərinin, o cümlədən Moskva və Moskva vilayətinin hava limanlarında uçuşlara məhdudiyy
Ardını oxu...
Ukrayna ordusu Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna mövqelərinə irəliləyən Şimali Koreyanın 21 əsgərini öldürüb, 40-ı isə yaralanıb.

​​​​​​Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya tərəfində döyüşən Şimali Koreya əsgərlərinin irəliləməsinin qarşısını Ukrayna Silahlı Qüvvələrinin 8-ci Xüsusi Təyinatlı Alayının operatorları, piyadalar ilə birlikdə atıcı silahlar və qumbaraatanlarla səkkiz saatdan çox saxlayıblar. Döyüşdə snayperlər də iştirak edib.

“Döyüşün doqquzuncu saatında CCO qrupunun döyüş sursatından yalnız üçdə biri qalıb. Operatorlar eksfiltrasiya (qrupu döyüş meydanından təhlükəsiz yerə sürətlə çıxarmaq üçün hərbi taktika) qərarı veriblər”, - məlumatda deyilir.
 

 


Ardını oxu...
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TEREF APA-ya istinadən xəbər verir ki, yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini, general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.

Qeyd edək ki, ötən proseslərdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.

Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.

Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.

Məhkəmə fevralın 7-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Aydın Yaşar oğlu Quliyev də ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Ardını oxu...
 

“Rusiya Prezidenti Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxt görüşməyə hazıram”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib və Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını təsdiqləyib.

Tramp əlavə edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini istəyib.

Əgər ölkə rəhbərliyi Ukraynadakı müharibənin həlli üçün danışıqlara getməsə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala Tramp lakonik cavab verib: “İnandırıcı səslənir”.

Eyni zamanda, o, 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağını iddia edib.


Ardını oxu...
  

Yanvarın 25-də, şənbə günü fələstinli məhbusların həbsxanadan azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu sərbəst buraxılacaqlar.

“Report” xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı teleqram kanalında bəyanat yayıb.

“HƏMAS təsdiq edir ki, İsraillə razılaşma çərçivəsində məhbus mübadiləsinin ikinci mərhələsi planlaşdırıldığı kimi - yanvarın 25-i şənbə günü baş tutacaq”, - sənəddə bildirilir.


Ardını oxu...
  

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin tez bir zamanda bitməyəcəyini deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müharibəni dayandıracağına dair vədləri yerinə yetirə bilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Makron Fransa Silahlı Qüvvələrinə müraciəti zamanı danışıb.

O, Ukraynadakı müharibənin sabah və ya birisi gün bitməyəcəyini vurğulayıb və Ukraynaya möhkəm durmaq üçün dəstəyin vacib olduğunu bildirib.

Makron öz çıxışında hökumətdən və ordudan may ayına qədər ehtiyac yaranarsa, “Silahlı Qüvvələrə dəstək” üçün daha çox gənc könüllünün səfərbər edilməsi ilə bağlı təkliflər təqdim etməyi xahiş edib.

 

Şahanə Rəhimli
Musavat.com

Ardını oxu...
 

Litva Ukraynaya 5 milyon avro dəyərində 4 500 pilotsuz uçuş aparatı (PUA) verib.

“Report”un xəbərinə görə, bu barədə Litvanın Müdafiə Nazirliyindən bildirilib.

PUA-ların növləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, PUA-lar ilə təchiz etməyi, minatəmizləmə sahəsində beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukrayna müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, habelə həmin ölkənin hərbçilərininin və onların hərbi kadrlarının hazırlanmasında iştirak etməyi planlaşdırır.

Ardını oxu...
Rusiya qoşunlarına qoşularaq Ukraynaya qarşı döyüşən Şimali Koreya ordusunun hərbçiləri rus piyadalarından daha yüksək motivasiyalıdırlar. Onlar daha mütəşəkkildirlər, güclü təlim keçiblər və ruslardan yaxşı təchiz olunublar.
Bu fikirlər "Washington Post"da dərc olunan məqalədəndir.

Müəllif yazır ki, bu faktları Ukrayna hərbçilərinin danışdığı hadisələr və Kurskda KXDR əsgərlərinin ölümündən sonra tapılan əşyalar və xüsusi qeydlər sübut edir.

Ukrayna xüsusi təyinatlıları nəşrin jurnalistinə Şimali Koreya hərbçilərinə məxsus və döyüş meydanında tapılan səs yazılarını və əşyaları göstəriblər. Asiyalıların əşyaları arasında xüsusən də Yeni il məktubları diqqət çəkib. Məktubun müəllifi çox güman ki, Şimali Koreya lideri Kim Çen In imiş. Tapılan əşyalar arasında gülləkeçirməz jiletlər, xüsusi avadanlıqlar, ilk tibbi yardım dəstləri, hərbi biletlər, kürək, Ukrayna istehsalı olan bıçaq və iki müasir rus avtomatı da olub.

Qeyd olunub ki, aşkar edilmiş döyüş qeydlərində rusların əməliyyatlar zamanı ukraynalıları əsir götürmək üçün KXDR-li əsgərləri necə hazırlamaları da yer alıb.

"Şimali Koreyalıların üzərində tapılan əşyalar arasında özündə Kim Çen Inın 31 dekabr və 1 yanvar tarixli müraciətlərini ehtiva edən, əl ilə yazılmış iki sənəd də var. Döyüşçülərin bu məktubları haradan aldıqları məlum deyil. Ola bilsin ki, onlar Pxenyandan xüsusi olaraq bu qoşunlara göndərilib", - müəllif yazıb.

Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskdakı itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az
 
Ardını oxu...
İsrail və HƏMAS arasında uzun müddətdir gözlənilən atəşkəs İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-ın bazar günü azad ediləcək üç girovun adını təqdim etmədiyi təqdirdə atəşkəsin başlamayacağını deməsi ilə təxminən üç saat gecikdikdən sonra qüvvəyə minib.

“Baş nazir İsrail Müdafiə Qüvvələrinə göstəriş verib ki, səhər saat 8:30-da qüvvəyə minməsi planlaşdırılan atəşkəs İsrail HƏMAS-ın təmin etməyi üzərinə götürdüyü azad edilən girovların siyahısını almayana qədər başlamayacaq”, Netanyahunun ofisi bazar günü bildirib.

HƏMAS sonda girovların adlarını açıqlayıb və İsrail atəşkəsin saat 11:15-də başlayacağını bildirib.

HƏMAS adların təqdim edilməsində gecikməni “texniki” səbəblərlə əlaqələndirərək, keçən həftə elan edilmiş atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqlədiyini əlavə edib.

“Birinci partiyada buraxılacaq şəxslərin adlarının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, qrupun bəyanatında deyilir.

İsrailin Nazirlər Kabinetinin atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləməsi üçün səs verdikdən sonra vasitəçi ölkə olan Qətər şənbə günü atəşkəsin bazar günü səhər yerli vaxtla saat 8:30-da başlayacağını bildirib.

Şənbə günü səhər saatlarına kimi altı saatdan çox davam edən görüşdən sonra İsrail hökuməti mühasirədə olan Qəzzada HƏMAS ilə 15 aylıq müharibəyə daimi son qoya biləcək razılaşmanı təsdiqləyib.

“Hökumət girovların qaytarılması üçün razılaşmanı təsdiqləyib. Girovların azad edilməsi üçün razılaşma bazar günü qüvvəyə minəcək”, Netanyahunun ofisinin bəyanatında deyilir.

Baş nazirin ofisi razılaşmanın “müharibənin məqsədlərinə nail olmağı dəstəklədiyini” bildirib.

Qəzzada müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı 1200-ə yaxın insanın ölümü ilə nəticələnmiş və 250-yə yaxın insanın girovu götürüldüyü ilə terror hücumu ilə başlayıb. Həmin girovlardan 100 nəfərdən az hissəsinin HƏMAS-ın nəzarətində qaldığı, təxminən üçdə birinin öldüyü güman edilir.

Qəzza rəsmiləri İsrailin bundan sonra başladığı hərbi əməliyyatları zamanı əksəriyyəti qadın və uşaq olmaqla 47 minə yaxın fələstinlinin həlak olduğunu bildiriblər. İsrail sübut təqdim etmədən İsrail ölənlərin sayına öldürülən minlərlə HƏMAS militantının daxil olduğunu bildirir.

Atəşkəs döyüşlərdə üç həftəlik fasilə və onlarla israilli girovun və yüzlərlə fələstinli məhbusun azad edilməsi ilə başlayacaq.

İsrail və HƏMAS arasında aylardır danışıqlarda vasitəçilik edən ABŞ, Qətər və Misir atəşkəs razılaşmasının əldə edildiyini çərşənbə günü elan edib.
 

Dünyapress TV

Xəbər lenti