Ardını oxu...
Almaniyanın Bavariyadakı hərbi aerodromu üzərində mənşəyi məlum olmayan təxminən 10 dron müşahidə edilib.
Bu barədə "Die Presse" məlumat yayıb.

Nəşrin məlumatına görə, istintaq hadisəni Ukraynadakı vəziyyətlə bağlı casusluq fəaliyyəti ehtimalı ilə əlaqələndirib. Hazırda bu işlə bağlı mümkün şübhəlilər haqqında məlumat verə biləcək şahidlər axtarılır. Araşdırmalar Münhen Baş Prokurorluğu və Bavariya Cinayət Polisi tərəfindən aparılır.

8 yanvarda "Bild" qəzeti Almaniya hakimiyyət orqanlarının təhlükəsizlik sisteminə aid obyektlər üzərində dronlar vasitəsilə casusluqla bağlı şikayətlərin artdığını qeyd etmişdi.
 
 
 
Ardını oxu...
Almaniya Ukraynaya ilk “RCH 155” tipli özüyeriyən artilleriya qurğusunu təhvil verib.

“Report” xəbər verir ki, “Welt” telekanalının yayımladığı mərasim bu döyüş sistemlərini istehsal edən KNDS müdafiə konserninin yerləşdiyi Kasseldə keçirilib.

“Bu, Ukraynanın bizə arxalana biləcəyinə işarədir”, - Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Ümumilikdə Almaniya hökuməti Ukraynaya 54 belə özüyeriyən artilleriya qurğusunu təhvil verməyi planlaşdırır. İlk altı qurğu hələlik Almaniyada qalacaq, Ukrayna hərbçiləri onlarda təlim keçəcəklər.
 
Ardını oxu...
  

Ukrayna Prezidenti Vladimir Zelenski, döyüş meydanında əsir götürülən Şimali Koreya əsgərlərinin Rusiyanın müharibəyə olan asılılığını ortaya qoyduğunu bildirib.

Musavat.com xəbər verir ki, Zelenski öz Telegram hesabında paylaşdığı mesajda əsir götürülən əsgərlərin ifadələrinin dünya ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb və onların vəziyyəti ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Prezidentin paylaşımında qeyd olunur:

“İlk Şimali Koreya əsgərləri artıq əsir götürülüb və şübhəsiz ki, digərləri də olacaq. Bu, yalnız zaman məsələsidir. Heç kimdə şübhə qalmamalıdır ki, Rusiya ordusu Şimali Koreyanın hərbi yardımından asılıdır. Putin üç il əvvəl NATO-ya ultimatumlarla başladı və tarixi yenidən yazmağa çalışdı. İndi isə Pxenyanın hərbi dəstəyi olmadan davam edə bilmir.”

Zelenski Şimali Koreya lideri Kim Çen Ina müraciət edərək bildirib ki, Ukrayna əsir götürülən Şimali Koreya hərbçilərini onların müqabilində Rusiya tərəfindən əsir götürülmüş ukraynalı əsgərlərlə dəyişməyə hazırdır:

“Ukrayna Kim Çen Ina onun əsgərlərini geri qaytarmağa hazırdır, əgər o, onların Ukrayna hərbçiləri ilə dəyişdirilməsini təşkil edə bilsə”.

Zelenski həmçinin əlavə edib ki, geri dönmək istəməyən Şimali Koreya əsgərləri üçün alternativ yollar təqdim edilə bilər:

“Bu əsgərlərdən müharibə haqqında həqiqətləri Koreya dilində yaymaq istəyənlər üçün imkanlar yaradılacaq. Bu, sülhə yaxınlaşmaq üçün bir yol ola bilər.” 

Rusiya-Şimali Koreya əməkdaşlığı ifşa olunur

Zelenski, Rusiya ordusunun Şimali Koreyadan hərbi asılılığını dünyaya bir daha sübut etmək üçün bu hadisələrin əhəmiyyətini vurğulayıb. O, Putin rejiminin beynəlxalq səviyyədə zəifləmiş mövqeyini bu əməkdaşlıq vasitəsilə daha da açıq şəkildə nümayiş etdirməyə çağırıb.

Sensasiya: “Müharibədən xəbərimiz yox idi”

Əsir götürülən Şimali Koreya əsgərlərinin ifadələrinə görə, onlar müharibə haqqında məlumatlandırılmadan göndərilib. Əsgərlərdən biri deyib:

“Bizə müharibə haqqında heç nə demədilər. Burada nə üçün olduğumuzu bilmirik.”

Ukraynanın bu açıqlamaları, Rusiya ilə Şimali Koreya arasındakı gizli hərbi əməkdaşlığın ifşası üçün mühüm addım hesab olunur. Eyni zamanda, Zelenskinin əsirlərə dair humanist yanaşması, beynəlxalq ictimaiyyətə Ukraynanın hüquqların müdafiəsi və sülh istiqamətində səylərini göstərmək məqsədini güdür.

Mənbə: Zelenski Official/Telegram.

 

Musavat.com

Ardını oxu...
Mənbə: Turan

İran yüksək dağlıq ərazidə yerləşən Gilan əyalətində 800 km mənzilli yeni üfüqüstü radar quraşdırıb. O, ölkənin şimal hava məhakının monitorinqi üçün nəzərdə tutulub və İran HHM sisteminə inteqrasiya olunub, xəbəri İranın ISW nəşri yayıb.

Nazi adlı radar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar etmək iqtidarındadır və pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir.

Gilanda Nazir-in quraşdırılması ilə Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran HHM-nin müşahidəsi altında olacaq.

ISW iddia edir ki, 26 oktyabr 2024-cü il tarixində İsrailin aviazərbələri zamanı "Bakıdakı hakimiyyətin iştirakı ilə" İrana zərbə endirilməsi üçün Xəzər dənizinin hava məkanından istifadə olunub.

"İndi, Nazir radarı işə düşdükdən sonra isə Bakı və Xəzər dənizi üzərindəki səmaya istənilən düşməncə hərəkətlərin qarşısını almağa hazır olan İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarət olunacaq", İranın ISW nəşri belə hesab edir.

Qeyd edək ki, sırf xarici görünüşünə görə radar kifayət qədər primitiv görünür. Lakin o, İsrailin hərəkətlərini izləməyin daha asan olacağı qərbi İranda deyil, Azərbaycanla sərhəddə yerləşən Ərdəbil şəhərinin yaxınlığında quraşdırılıb.

Bu fakt "səmimi dostu və qardaşı" adlandırmağa davam etdiyi şimal qonşusuna qarşı düşmənçiliyini gizlətməyən Tehranın məqsədlərini ən yaxşı şəkildə izah edir.
 
Ardını oxu...
Ukrayna Rusiyanın Kursk vilayətində ilk dəfə Şimali Koreya hərbçilərini əsir götürüb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”də yazıb.

O bildirib ki, iki əsgər yaralı olsa da, sağ qalıb və Kiyevə aparılıb:

“Bu asan məsələ deyil: Rusiya qüvvələri və Şimali Koreyanın digər hərbi qulluqçuları adətən Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair hər hansı sübutu silmək üçün öz yaralılarını öldürürdülər. Bu iki şəxsi əsir götürən hərbçilərimizə minnətdaram. Bütün hərbi əsirlərə olduğu kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə icazə verməyi tapşırmışam. Dünya baş verənlərlə bağlı həqiqəti bilməlidir”.

Ukrayna xarici işlər naziri Andrey Sbiqa isə qeyd edib ki, Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibədə fəal iştirak edirlər: “Bizə, Moskva və Pxenyandakı rejimlərə qarşı maksimum təzyiq lazımdır”.
Ardını oxu...
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb ki, onların yerinə yetirilməməsi bu ölkə üçün ağır nəticələrə səbəb ola bilər. Əhmədian həmçinin vurğulayıb ki, İran Ermənistandan AB-nin casus missiyasını başa çatdırmasını gözləyir. İrəvan Tehranın şərtləri ilə razılaşdığı halda İran rəsmisi bunun müqabilində iki ölkə arasında müdafiə paktının bağlanmasını təklif edib ki, bu paktda İran silahlı qüvvələrinin Ermənistan ərazisinə yeridilməsi kimi elementlər də var.

Bu barədə “Caliber”in süjetində bildirilib.

“Amma gəlin, bütün bunlar barədə ardıcıl danışaq. 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə başlayan böyük müharibə İran İslam Respublikası üçün böyük və hətta bərpası mümkün olmayan itkilərlə nəticələndi. ÇAXAL-ın zərbələri nəticəsində Tehranın onilliklər ərzində yaratdığı “müqavimət oxu” məhv olmağa başladı. Beləliklə, Qəzzada HƏMAS tamamilə məhv edilməsə də, ciddi şəkildə zəiflədi”, – məqalədə qeyd olunur.

Daha ətraflı videoda:

 
 
 

Ardını oxu...
 


İran mediasının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı və Aerokosmik Qüvvələrin rəhbəri ölkənin yeraltı raket bazasına baş çəkiblər.

Musavat.com xəbər verir ki, sözügedən baza, yaxınlarda İsrailə qarşı həyata keçirilən "Düzgün Vəd 2" adlı hərbi əməliyyatda istifadə edilib.

Bu yeraltı baza İranın müdafiə qabiliyyətini nümayiş etdirmək məqsədilə ictimaiyyətə təqdim olunub. İran hərbi rəsmiləri bu bazanın strateji əhəmiyyət daşıdığını və ölkənin raket sistemləri üzrə gücünü artırdığını vurğulayıblar.

Son dövrlərdə İranın hərbi infrastrukturu ilə bağlı bu cür təqdimatlar regiondakı gərginliyi daha da artırır. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, bu cür bazalar İranın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, mümkün hücumlara qarşı hazırlığını da göstərir.

İran rəsmiləri bəyan ediblər ki, bu baza son texnologiyalarla təchiz olunub və ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə mühüm rol oynayır. 

 

 
 
 
 
 

 

Musavat.com

Ardını oxu...
“Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatlarına 60 min nəfərlik şəxsi heyət cəlb edilib”.
APA-nın xəbərinə görə, bunu “RAI News 24” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, Avropa və ABŞ-dən olan tərəfdaşlar ordunun Kursk istiqamətində hərbi əməliyyatlara başlayacağı barədə məlumatlandırılıb.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclası çərçivəsində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb.

TNS xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb.

"Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib.

Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər:

"Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq".
 
Ardını oxu...
Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.

TEREF Publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.

1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.

Qeyd edək ki, həlak olan həmyerlimiz “Sibir Mamed” ləqəbi ilə tanınıb.

Dünyapress TV

Xəbər lenti