![]() |
![]() ![]() ![]() |
|
İyunun 22-də Moskva vilayətində azı 6 pilotsuz uçuş aparatı vurulub.
Musavat.com bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, PUA-ların qalıqları müxtəlif ərazilərə düşüb və hazırda həmin yerlərdə fövqəladə xidmətlər çalışır.
Narofominsk rayonunda PUA-nın vurulma anı videoya düşüb, Kolomna sakinləri isə azı 3 partlayış səsi eşitdiklərini bildiriblər.
Hadisə ilə əlaqədar Moskvanın Domodedovo və Jukovski hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Son aylar Ukraynanın pilotsuz aparatlarının Rusiya ərazisinə dərinləşən hücumları müşahidə olunur. Ukrayna tərəfi bu hücumlarla bağlı rəsmi açıqlama yaymasa da, beynəlxalq müşahidəçilər bu hadisələri Kiyevin müharibəni Rusiya daxilinə keçirməsi kimi qiymətləndirirlər.
Musavat.com