![]() |
![]() ![]() ![]() |
|
Ukrayna dronları Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən "Energiya" müəssisəsinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə ASTRA telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, müəssisə kimyəvi enerji mənbələrinin, o cümlədən PUA-lar üçün akkumulyatorların, həmçinin aviasiya və donanma üçün akkumulyatorların istehsalı üzrə ixtisaslaşıb.
Regionun qubernatoru İqor Artamonov hücum nəticəsində Yeletsin sənaye zonasında yanğının baş verdiyini təsdiqləyib.
Hücum nəticəsində 8 nəfər xəsarət alıb. Bundan əlavə, PUA qalıqları Yeletsdə yerləşən beşmərtəbəli yaşayış binasının üzərinə düşüb, nəticədə 20 mənzilə ziyan dəyib.
İqbal RZAYEV,
Musavat.com