Ardını oxu...
İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.

Bu barədə “Report” “Bloomberg”ə istinadla xəbər verir.
Qeyd edilir ki, o, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunub.

Hərbi Hava Qüvvələri əməkdaşlarına diplomların təqdimatı mərasimində danışan Qantz, bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib.

"Siz iki və ya üç ildən sonra şərqdə səmanı keçə və son illərdə hazırlığı əhəmiyyətli dərəcədə artırarkən İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz", - Qantz deyib.
 
Ardını oxu...
“Rusiya məğlub olduğunu görsə, nüvə silahından istifadəyə cəsarət edəcək”.

Bunu İtaliyanın müdafiə naziri Guido Krosetto yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın planında taktiki nüvə silahından istifadə məsələsi var: “Bizim üçün bu, ağlasığmazdır. Lakin Moskva, geri dönüşün olmadığını görsə, buna gedəcək”.

Nazir əmin edib ki, Rusiyanın sonuncu əsgəri Ukraynanın suveren torpaqlarını tərk edənə qədər Roma Kiyevlə yanaşı dayanacaq: “Biz Ukraynaya özünü qorumaqda kömək edəcəyik. Rusiya keçməməli olduğu sərhədi keçib”.

G.Krosetto İraliyanın Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. O deyib ki, lakin bu prosedur bir qədər vaxt aparacaq.
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corciya Meloni ilə danışıqlar aparıb.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının teleqram kanalında məlumat verilib.

Müzakirə mövzularından biri Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olub.

“Həmrəyliyə və “Ukraynaya hərtərəfli dəstəyə görə Corciya Meloniyə təşəkkür etdim. İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corciya Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə baxılacağını açıqladı. “Sülh formulu”nu müzakirə etdik”, - V.Zelenski qeyd edib.
 
Ardını oxu...
Ukraynanın Zaporojye vilayətinin Vasilevsk rayonunun Novobeloserka kəndi yaxınlığındakı döyüşdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı məhv edilib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri dekabrın 25-də kəndə daxil olub. Nəticədə yüzə yaxın Rusiya hərbçisi öldürülüb və yaralanıb, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 23-də Zaporojye vilayətinin Melitopol şəhərində avtomobildə partlayış baş vermişdi. Ehtimal olunur ki, avtomobildə Rusiya xüsusi xidmət orqanının əməkdaşları olub. Onların ikisi yaralanıb.
 
Ardını oxu...
Tayvan rəhbərliyi Çinin mümkün hücumlarından müdafiə olunmaq üçün yeni qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, ölkə başçısı Tsai İnq-ven 2024-cü ilin yanvarın 1-dən etibarən hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırıldığını açıqlayıb.
Tayvan lideri bəyan edib ki, hərbi xidmət keçənlərə ödənilən aylıq əmək haqqı 6 510 Yeni Tayvan dollarından (təxminən 212 dollar) 20 min 320 Yeni Tayvan dollarına (təxminən 661 dollar) qədər artırılacaq.
Bu qərarın 2005-ci il yanvarın 1-dən sonra doğulmuş Tayvan vətəndaşlarına şamil ediləcəyi bildirilib.
 
Ardını oxu...
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd hərbi avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 15 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Ardını oxu...
Serbiya Silahlı Qüvvələri Prezident Aleksandar Vuçiçin əmri ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

DİA.AZ Trend-ə istinadla xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

Eyni zamanda Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç DİN qüvvələrinin tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.
Ardını oxu...
Rusiyanın yeni hücumu 2023-cü ilin aprelində başlayacaq.

Teref.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Əldə olunan sənədlər onu göstərir ki, Berlində Rusiyanın yeni ildə Ukraynada necə hərəkət edəcəyi barədə dəqiq məlumatlar var. İki senari mümkündür. Birinci senariyə əsasən, Rusiya Donbasın Ukraynanın nəzarətində olan hissələrinə hücuma keçəcək. Burada Moskva Belarus Prezidenti Aleksandr Lukaşenkoya ümid edir. Belarus qoşunları hücum zamanı təhdid və diqqəti yayındırmaq üçün istifadə olunacaq. İkinci senariyə görə isə Belarus ordusu müharibədə birbaşa iştirak edəcək. Amma bu, daha az ehtimal olunan variantdır. Həm də bu ssenarinin reallaşması üçün Rusiyada ümumi səfərbərlik elan olunmalıdır”, – məlumatda qeyd olunub./Konkret.az
 
Ardını oxu...
Rusiya tezliklə İrana 24 ədəd Su-35 qırıcısı verəcək.

Axar.az xəbər verir ki, bu barədə "İsrailinfo" məlumat yayıb.

"Söhbət Misir üçün nəzərdə tutulan qırıcılardan gedir. Amerikalılar Qahirəni sövdələşmədən imtina etməyə inandırıblar. Ruslar isə təyyarənin başqa alıcılarını axtarırmış. İran Rusiya ordusu üçün pilotsuz təyyarələrin (Şahid) tədarükçüsü olduqdan sonra məsələ öz həllini tapıb", - məlumatda deyilir.
 
 
 

Dünyapress TV

Xəbər lenti