Erməni tərəfinin bütün təxribatlarına yalnız adekvat deyil, eyni zamanda təsirli cavab verməliyik. Azərbaycan ordusunun mövqeyinə ermənilər tərəfindən açılan hər bir atəş nöqtəsi susdurulmalıdır. Həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdən ordumuza açılan atəş mövqeləri darmadağın edilməli və orada bayrağımız dalğalanmalıdır. Bundan başqa təsirli bir yol qalmayıb.
DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert hesab edir ki, bu günlərdə azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı haqlı tələblərinə rus sülhməramlıları adekvat olmalıdır: “Amma biz görürük ki, onlar prosesdən yayınır. Sülhməramlıların komandanı Andrey Volkov otağından çıxıb aksiyaçıların suallarına, tələblərinə cavab vermədikcə bu prosesin miqyası daha da genişlənəcək. Bundan da ziyan çəkən tərəf separatçı rejimlə yanaşı, rus sülhməramlılar olacaq”.
Ədalət Verdiyevə görə, artıq rus sülhməramlıların komandanlığı və tərkibi dəyişməlidir: “Volkov öz legitimliyini itirib. Ona görə də, rus sülhməramlı kontingentinin digər bir heyətlə əvəzlənməsi labüddür. Bu, eyni zamanda qəbul edilmiş bir prosedurdur, tək Volkova aid deyil, bütövlükdə rus sülhməramlı kontingenti ilə bağlıdır. Onlar bir yerdə çox qaldıqca yerli əhali və separatçıların cibindəki 5-10 qəpiklə daha yaxından tanış olur. Bu da sonda Azərbaycan üçün heç də uyğun olmayan hadisələrə gətirib çıxarır”.
Editor.az bildirir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan Zaporojye istiqamətindəki vəziyyəti şərh edərkən deyib.
“Biz Xüsusi Əməliyyat Qüvvələrimizin Berdyanska gedən yolda, yəni Rusiyanı Melitopolla birləşdirən körpünü partlatmaq işini görürük. İndi orada cənuba doğru uzanan bir dolama yol qalıb. Bu körpü əsas hücum istiqamətini yaxşı nümayiş etdirir, yəni Xüsusi Əməliyyat Qüvvələrinin köməyi ilə düşmənin maddi-texniki zəncirlərinin məhvinə artıq başlanılıb”, – mütəxəssis bildirib.
O əlavə edib ki, Ukrayna artilleriyası Azov dənizinə qədər atəş aça bilir. “Melitopol istiqaməti ən yüksək prioritetdir və hərbi nöqteyi-nəzərdən digər istiqamətlərə nisbətən daha məqsədəuyğundur. Orexovıdan Melitopola Tokmak vasitəsilə təxminən 70 km məsafə var, hava yaxşı olan kimi bizim qoşunlar hərəkətə başlayacaq. Ruslar bunu gözəl başa düşür və müdafiə xətləri qurmağa çalışırlar, lakin məsələni həll etməyə vaxtları yoxdur. Ona görə də yaxın gələcəkdə soyuq havanı saxlaya bilən Arktika antisiklonunun çıxması Melitopola hərəkət etmək mümkün olacaq”, – Svitan bildirib.
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.
TEREF.AZ bildirir ki, Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Rusiya sülhməramlılar əraziyə səsgücləndiricilər gətiriblər.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
Rusiya ordusunun Ukraynada geri çəkilməsi Zaporojye və Xerson vilayətlərində və Donbassın bir hissəsində mümkündür.
Zaporojye və Xerson vilayətlərində düşmən real olaraq, müdafiəyə hazırlaşmır - bunu Ukrayna Silahlı qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi pilot-təlimatçı Roman Svitan «Qlavred» çatı zamanı danışıb («UNİAN»).
«…xoş məramlı jestlərə» gəlincə, bu, ondan görünür ki, rusiyalılar necə və harada müdafiəyə hazırlaşırlar. Xerson və Zaporojye vilayətlərində onların müdafiəyə real hazırlığı yoxdur, ona görə də hər şeydən əvvəl onlar oradan Krıma doğru gedəcəklər» - həmsöhbət qeyd edib.
Onun sözlərinə görə, düşmən çətin ki, Luqansk vilayətinin şimalını müdafiə etməyə hazırlaşsın. Onun fikrincə, işğalçılar hər şeydən əvvəl, Ukraynanın şərqində qışlayacaqlar - fevralın 24-dəki sərhədlərdə.
Polkovnik hesab edir ki, düşmənlər Seversk Donetsk çayını adlayacaqlar - müvəqqəti işğal olunmuş Luqansk istiqamətində.
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) «Ohayo» sinifli-ballistik raketli sualtı qayığı (Tennessee) və Böyük Britaniya Krallıq donanmasının «Avanqard» sinifli atom sualtı qayığı (hər ikisi Trident nüvə başlıqlı raketləri ilə silahlanmış) nadir fotosessiya ilə Şimali Atlantikada qeydə alınıb.
Bu barədə dekabrın 14-də “UK Defense Journal” onlayn nəşri xəbər verib.
ABŞ HDQ fotoxronikası onu nümayiş etdirir ki, göstərilən gəmilər, həm də idarəetmə və rabitə “F-6 Merkuri” təyyarəsi Amerika donanmasının kəşfiyyat 4-cü eskadrilyasına və vertolyot “MN60 R Sea Navk” 72-ci zərbə dəniz ekadrilyasına aiddir.
ABŞ HDQ fotosessiyanı «taktika, üsul və prosedur yoxlamaları üçün ikitərəfli dəniz təlimləri» kimi təsvir edib və bildirib ki, təlimlər unikal yaxın müttəfiqlərin münasibətlərinin möhkəmlənməsinə xidmət edir - kollektiv təhlükəsizlik və qaşıdurma sahəsində. «Birləşmiş Ştatlar və Böyük Britaniya strateji silahların, köməkçi sistemlərin işlənməsi və yerləşdirilməsi istiqamətində əməkdaşlıq barədə çoxdankı sazişə malikdirlər» - Amerika donanmasının komandanlığında əlavə ediblər.
«Ohayo» sinifli sualtı gəmisi ABŞ sualtı qayıqlarının nəhəng tipidir. Onun uzunluğu 170 metr təşkil edir, su tutumu isə 18 min tondur.
Dəniz zərbə platformaları müxtəlif qabaqcıl texnologiyalar və silah sistemləri ilə təchiz olunub - o cümlədən, ballistik və qanadlı raketlər, torpedolarla. Qayıq geniş dairəli tapşırıqları yerinə yetirmək üçün, o cümlədən, strateji qarşıdurma, xüsusi əməliyyatlar və adi döyüş fəaliyyəti üçün nəzərdə tutulub.
«Avanqard» sinifli atom sualtı qayığı Krallıq donanmasının ən güclü sualtı gəmisidir. Onların hər birinin uzunluğu 170 metrdir və “Tritent” tipli 16 raket daşıya bilir.
Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub
Bu barədə Baş Prokurorluq və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyurlar.
Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.
Biz - həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.
Bu, həm də bizi arxayın edir ki, Azərbaycan jurnalistləri heç nədən çəkinmədən, istənilən şəraitdə öz fəaliyyətini uğurla davam etdirə bilərlər. Çünki ölkəmizin belə oğulları – hərbçiləri var. (oxu.az)