Ardını oxu...Ağ Evin rəsmisi: “ABŞ yaxın həftələrdə Ukraynaya yeni silahlar göndərəcək”
“ABŞ yaxın günlərdə və həftələrdə Ukraynaya yeni silahlar göndərməyi planlaşdırır”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, son bir neçə həftə xüsusilə Ukraynanın şərqində şiddətli döyüşlər olub:

“Vaşinqton hesab edir ki, hərbi əməliyyatlar uzun müddət davam edəcək, bununla bağlı Kiyev təhlükəsizlik yardımı almağa davam edəcək”.
 
Ardını oxu...
“Rusiyada səfərbərliyin ikinci dalğası başlayır. Bunun sayəsində Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni hücum üçün ehtiyat qüvvə yığmağa ümid edir. Lakin lazımi sayda “çağırışçılar”lərin cəlb edilməsi Kreml üçün çox çətin məsələ ola bilər”.

Bunu TSN “Youtube” kanalında yayımlanan ümumukrayna telemarafonunda ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bir gündən sonra səfərbərliyin başlanması gözlənilir. Səfərbərlik indi də davam edir. Sadəcə yanvar ayında əhəmiyyətli dərəcədə artacaq, çünki bu gün keçirdikləri “yığım” artıq kifayət etmir”, – deyə ekspert qeyd edib.

Jdanov Rusiya Federasiyasında səfərbərliyin birinci və ikinci dalğalarının fərqlərindən danışıb.

“Birinci dalğada döyüşmək istəyənlər, ideoloji meylli insanlar olacaq. Həmçinin çağırış vərəqəsini alıb birinci dalğaya gedənlər qanuna tabe olan vətəndaşlar olacaq. Daha ağıllı olanlar və döyüşmək istəməyənlər isə indi xaricdədir… Və ikinci dalğaya düşənlər – qaçacaqlar, onları tutmaq üçün itlərlə qovalayacaqlar.

Ekspert qeyd edib ki, Rusiya lazımi sayı əldə edə bilmədiyini anladığı üçün sərhədi bağlamaq istəyir. Onun fikrincə, çağırışçıların yetməzliyi müəyyən olunmuş tarixdə yeni hücumla bağlı hazırlığın aşağı olmasına səbəb ola bilər.

“Həmçinin bu səbəbdən fevral-mart aylarında Putinin ortaya çıxarmağa heç bir qüvvəsi olmaya bilər. O hətta 200 min deyil, 100 min çıxaracaq və hərbçilər də tankların üzərində deyil, yük maşınlarında olacaq”, – deyə ekspert əlavə edib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının yanvarın 5-də başlada biləcək yeni səfərbərlik dalğası barədə məlumat vermişdi.

Mənbə: Tsn.ua
 
Ardını oxu...
Ukrayna müharibəsindəki uğur Qərbi qlobal silahlı təcavüzə ruhlandıra bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidentliyinə namizəd, afroamerikalı hüquq müdafiəçisi Ajamu Baraka bildirib.

Baraka qeyd edib ki, Ukraynanın, yəni Qərbin hərbi qələbəsi qeyri-avropalı dünya birliyi üçün fəlakət olar:

"Bu, “kollektiv Qərbi” ABŞ-ın dünya hökmranlığını saxlamağa yönəlmiş hərbi strategiyasına davam etməyə daha da təkan verəcək".

Onun sözlərinə görə, Vaşinqton və Brüssel Donbas üzrə Minsk razılaşmalarından Rusiya ilə münaqişəyə hazırlaşmaq üçün “hiylə” kimi istifadə ediblər.
 
Ardını oxu...
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.

Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ukraynanın Artemivsk rayonu (Donetsk vilayəti) ətrafında gedən şiddətli döyüşlərdə 2014-cü ilin “Maydan” hərəkatının əsas təşkilatçılarından biri, Ukrayna Ali Radasının sabiq deputatı Mixail Qavrilyuk həlak olub.

44 yaşlı Mixail Qavrilyukun öldürülməsini Ukrayna Müdafiə Nazirliyinin tərkibində döyüşən millətçi hərbi birləşmələrin komandirləri də təsdiq ediblər.


Qeyd edək ki, bir neçə gün əvvəl Volodimir Zelenskinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin Artemivsk bölgəsində ciddi itkilər verdiyini açıqlamışdı.

Qeyd edək ki, Mixail Qavrilyuk “Maydan” hərəkatından məşhurlaşıb. O zamanın rusiyapərəst prezidenti Viktor Yanukoviçə bağlı qüvvələr Qavrilyuku soyunduraraq soyuq, qarlı havada çılpaq şəkildə saxlamış, onun bu şəkildə fotolarını çəkmiş və işgəncə vermişdilər. İşgəncə kadrları bütün dünyaya yayılmışdı.
Ardını oxu...

 
Ardını oxu...
Almaniyanın “Bild” nəşrinin müxbiri Byörn Ştritsel Ukraynada qəlpə yarası alıb.

Bu barədə nəşrin baş redaktoru Yohannes Boye tviterdə bildirib.

“Bild”in müxbiri Byörn Ştritsel Rusiyanın Ukraynaya təcavüzünü işıqlandırarkən qəlpə yarası alıb”, - o sosial şəbəkədə qeyd edib.

Baş redaktorun sözlərinə görə, yara çox ciddi olmasa da, bu olay Ukraynadakı müxbirlərin doğrunu demək üçün hansı çətinliklərlə qarşılaşdığını bir daha xatırladır.
 
Ardını oxu...
Ukraynadakı müharibədə qismən səfərbərlik başlayandan bəri artıq azı 538 səfərbər edilmiş rusiyalı ölüb.

Bu barədə “Mediazona” nəşri ilə birlikdə ölənləri sayan BBC məlumat yayıb.

Jurnalistlər vurğulayıblar ki, hesablama zamanı onlar yalnız açıq mənbələrdən - Rusiya KİV-in və regional hakimiyyət orqanlarının hesabatlarından əldə edilən təsdiqlənmiş məlumatlardan istifadə edirlər, buna görə də ölənlərin gerçək sayı daha çox ola bilər.

Donetsk vilayətinin Makeyevka şəhərində kazarmaya çevrilmiş peşə məktəbinin Yeni il ərəfəsində atəşə tutulması zamanı ölənlərlə bağlı məlumatlar bu rəqəmə daxil deyil, çünki onların adları hələ bəlli deyil və dağıntıların ayırd edilməsi hələ tamamlanmayıb. Rusiya Müdafiə Nazirliyi 63 nəfərin öldüyünü etiraf edib və bir çoxu itkin düşmüş hesab olunur. Teleqram kanalları hadisə şahidlərinə istinadən iddia edirlər ki, Makeyevkada ölənlərin sayı bir neçə yüzə çata bilər.
 
Ardını oxu...
DİA.AZ: - Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.



General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
0
 
 
Ardını oxu...
Müdafiə naziri Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Teref.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər.
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.
Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!
 
Ardını oxu...
Dekabrın 29-da Ukraynanın “S-300” zenit kompleksindən buraxılan raket Belarus ərazisinə düşüb.

Məlumatı “BelTA” agentliyi yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 10-11 arasında baş verib və bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.

Məlumata görə, hadisə ilə bağlı iki versiya nəzərdən keçirilir. Qeyd edilir ki, Belarusa düşən raket bu yaxınlarda Polşada baş verən hadisənin oxşarıdır və raket Belarus Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub.
 

Dünyapress TV

Xəbər lenti