“Ukraynada müharibə illərlə davam edəcək. Ukrainlərlə ruslar arasında münasibətlər isə onillərlə yaxşılaşmayacaq.”
“AzPolitika.info” xəbər verir ki, Polşanın 13-cü prezidenti (1995-2005) Aleksandr Kvasnevski belə bir proqnozla çıxış edib. O, “Rzeczpospolita” nəşrinə müsahibəsində bu basrədə danışıb.
Onun fikrincə, münaqişə uzun müddət davam edəcək. “Nə qədər uzun müddət? Onillərlə ola bilərmi” dəqiqləşdirici sualına eks prezident belə cavab verib: “ Xalqlar arasında konflikt mənasında, bəli”. Ətraflı
“Bu, nəsillərarası məsələdir. Müharibə illərə, konflikt nəsillərə ötürülə bilər. Müharibə hansısa barışıq, razılaşma ilə dayanacaq. Ancaq ruslar və ukrainlər arasında Putinin yaydığı nifrət o dərəcədədir ki, sülhün yaranması üçün nəsillərin dəyişməsini gözləmək lazım gələcək”, - o, deyib.
Polşanın sabiq lideri hesab edir ki, Rusiya bu müharibədən o qədər zəifləyərək çıxmalıdır ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsində onun mövqeyinə ümumiyyətlə əhəmiyyət verilməsin. Kvasnevski proqnozlaşdırır ki, müharibədən sonra Ukrayna ordusu Avropanın ən güclü ordusu olacaq.
“Putin yayda məğlub olacağından qorxur. Ancaq qalib də gələ bilmir. Ona görə müharibəni uzatmağa çalışacaq”, - eks-prezident əlavə edib.
Hazırda Rumıniya və Moldova üçün Rusiya tərəfdən hər hansı təhlükə yoxdur.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“Moldovalı partnyorlarımız və rumıniyalı müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq”, - deyə Patel son zamanlar yayılan iddialarla bağlı açıqlamasında bildirib.
Zaporojye vilayətində rusların nəzarəti altında olan Melitopol şəhəri üzərində Ukrayna raketləri vurulub.
Axar.az xəbər verir ki, bu barədə şəhər administrasiyası Teleqram hesabında paylaşım edib.
Bildirilib ki, raketlər vurulduqdan sonra parçaları mülki infrastruktura ciddi zərər vurub. Hətta güclü yanğının başladığı və əraziyə yanğınsöndürənlərin cəlb olunduğu bildirilib.
“Ukraynanın Rusiya ərazisindəki hədəfləri məhv edə bilən yerli istehsallı silahları var”.
“RBK Ukraina” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib. Onun sözlərinə görə, bu silahlarla Rusiyadakı hədəfləri məhv etməyi heç kimsə Ukraynaya qadağan etmir
Xatırladaq ki, O.Danilov bundan əvvəl qarşıdakı ayların müharibənin taleyi üçün həlledici olduğunu söyləmişdi.
Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə həbsdən azad edilməsi tələbini rədd edib.
KONKRET.az xəbər verir ki, iclasda müvafiq qərarı hakim Giorgi Arevadze elan edib. Bununla da Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin eks-prezidentin cəzanın icrasından azad edilməsi və ya hökmün təxirə salınması barədə vəsatəti təmin edilməyib.
Ötən gecə Ukraynada daha bir rus generalı öldürülüb.
KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Tatarıstandan səfərbər edilmiş ruslardan ibarət alayına komandirlik edən RF Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin (VDV) general-mayoru Dmitri Ulyanovu məhv edib.
Ukrayna hərbçilərinin Ulyanovu dəqiq harada və hansı şəraitdə öldürdüyü hələlik məlum deyil.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibənin başlandığı tarix olan 24 fevrala qədər genişmiqyaslı hücuma hazırlaşır. Putin 24 fevral tarixinə qədər müharibədə dönüş yaratmağa çalışır. Çünki Putin anlayır ki, onu dəstəkləyən rusların müharibənin uzanmasından narazılıqları artır.
24 fevraldan sonra müharibənin ikinci ili başlacaq və rusların “müharibə nə zaman bitəcək” sualı getdikcə aktuallaşacaq. Putinin tələsməsinin bir başqa səbəbi də var. Putin fevralına sonuna qədər müharibədə həm də ona görə dönüş yaratmaq istəyir ki, Qərb ölkələrinin Ukraynaya vəd etdikləri hərbi texnika və tanklar müharibə zonasına çatdırıla bilməsin. Çünki Ukrayna Qərb ölkələrindən yüzlərlə tank və uzaq mənzilli raketlər, o cümlədən artileriya qurğuları əldə edərsə, müharibənin gedişini öz xeyrinə dəyişə bilər. Kreml Qərbi qabaqlamaq istəyir. İndiki halda Rusiya Ukraynada işğal ərazisini genişləndirmək məqsədilə 500 minlik qoşun toplayıb.
Vəziyyətin mürəkkəb olduğunu Ukrayna prezidenti Volodimir Zelenski və müdafiə naziri Oleksiy Resnikov da etiraf ediblər. Rusiyanın yeni hücumu Ukraynaya yeni bəlalar gətirəcək. Rusiya ordusu yalnız Ukrayna ordusu ilə savaşmır, daxil olduğu ərazilərdə qətliamlar törədir. Buçada aşkarlanan kütləvi məzarlıqlar buna sübutdur. Rusiya ordusunun ön sıralarında həbsxanadan azad edilmiş məhbuslar yer alıb. Belələri üçün insan həyatı heçdir, qarşılarına çıxan mülki insanları öldürməyə hazırdılar.
Qərb ölkələri yenə ləng tərpənirlər. Qərb ölkələri içərisində elələri də var ki, Kiyevə hərbi yardım vədi vermələrinə baxmayaraq, Ukraynanın məğlubiyyətini gözləyirlər. Belə dövlətlərin məqsədi Rusiya ilə keçmiş əlaqələri bərpa etməkdir. /atlassam.org/
Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan “Leopard” tanklarında təlimlərə başlayacaq.
Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
“Biz tam başa düşürük ki, bizə nə qədər, nə vaxt, hansı ölkə nə (tank – red.) verəcək. Sabahdan, bazar ertəsindən Ukraynadan kənarda, “Leopard”da tank heyətlərinin təliminə başlanılacaq", - o qeyd edib.
Reznikov onu da bildirib ki, hazırda “Leopard” üçün ehtiyat hissələri, onların təmiri, texniki xidməti və sairlə bağlı danışıqlar aparılır. Ukrinform
İran yaxın günlərdə ilk yerli hücum helikopterini istifadəyə verəcək.
Cebhe.info xəbər verir ki, Təbrizdəki Şəhid Fəkuri adına Hərbi Hava Bazasının Briqada komandiri Rza Yusefi bu barədə açıqlama verib.
O, "İran ordusu yerli mütəxəssislər tərəfindən dizayn edilmiş və yığılmış yeni hücum helikopterini yaxın günlərdə istifadəyə verəcək", -deyə açıqmalasında qeyd edib.