Bu ilin 2 ayında qeyri-döyüş şəraitində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbçisi həlak olub.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bu barədə məlumat yayıb.
Qeyd olunur ki, martın 8-də hərbi şəhərciyin toplanış məntəqəsinə bitişik meşədə çağırışçı Andranik Ohanyanın meyiti ağacdan asılmış vəziyyətdə tapılıb. 20 yaşlı Andranik üç ay sonra evinə qayıtmlı idi. “Heç kimin təsəvvür edə bilməyəcəyi bir şeyi təsəvvür edin. O, yaxşı xidmət edirdi və buna görə çoxlu təriflər aldı”, - Xnatsax icmasının administrasiyasının rəhbəri Seyran Mirzoyan bildirib.
Hərbçi Sünik (Zəngəzur-red) rayonunun Xnatsax icmasından idi. Administrasiyanın rəhbəri Seyran Mirzoyan bildirib ki, Andranik Berddə xidmət edib, heç vaxt ailəsinə şikayət etməyib, evdə də problem olmayıb.
İstintaq Komitəsindən verilən məlumata görə, faktla bağlı ehtiyatsızlıqdan özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, hərbi hissənin hərbi qulluqçuları, zabitlər dindirilib. İbtidai istintaq davam edir. Ətraflı
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən hüquq müdafiəçisi Nazeli Movsesyan mətbuata deyib: “2023-cü ildən bu günə qədər bizdə artıq 20 ölüm faktı var ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 nəfər çoxdur”.
Movsesyan qeyd edib ki, bu, 2023-cü ildə intihar kimi qiymətləndirilən ikinci hadisədir. Yanvar ayından indiyədək Geqarkunikin Azat kəndində kazarmada baş vermiş yanğın zamanı 15 hərbçi yanıb, 2 hərbçi avtomobil idarə etmə qaydalarının pozulması, 1 hərbçi isə döyüş vəzifəsini yerinə yetirərkən ölüb.
Hüquq müdafiəçisi vurğulayıb ki, orduda ölüm halları azalmır. “Əksinə, mənfi dinamika qeydə alınır, çünki bir-birinin ardınca intihar kimi qiymətləndirilən hallar baş verir. Sonuncu hadisə, yəni çağırışçının meşədə ağacdan asılmış vəziyyətdə tapılması kimi hallar bizdə əvvəllər də olub”, - o bildirib. Nazeli Movsesyan vurğulayıb ki, intihar və qətl kimi təsnif edilən hallar dedovşinadan xəbər verdiyi üçün xüsusi narahatlıq doğurur.
Müdafiə sektorunda aparılan islahatların tərkib hissələrindən biri də hərbi qulluqçular arasında nizamnamə münasibətlərinin tənzimlənməsi, onların xidmət şəraitinin yaxşılaşdırılmasıdır.
Hüquq müdafiəçisinin sözlərinə görə, əgər intihar halları azalmırsa və ya hərbi kazarmada baş verən yanğında 15 nəfər ölürsə, deməli, bu islahatlar heç bir nəticə vermir.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılan atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik.
Britaniyanın “Sky News” telekanalı güc strukturlarındakı mənbəyə istinadən xəbər verib ki, İran gizli şəkildə Rusiyaya çoxlu sayda güllə, raket və minaatan mərmiləri verib.
Məlumata görə, yanvar ayında Xəzər dənizi üzərindən Rusiyaya iki yük gəmisi ilə İran limanından reaktiv yaylım atəşi sistemləri, minaatan və pulemyotlar üçün sursat göndərilib.
Mənbənin sözlərinə görə, Moskva çatdırılma pulunu nağd şəkildə ödəyib. Hazırda Tehran yeni sursat partiyası göndərməyi planlaşdırır.
“Yanvar ayında Rusiya bayrağı altında iki yük gəmisi İran limanından Xəzər dənizi üzərindən Rusiyaya üzərək, təxminən 100 milyon güllə və 300 minə yaxın mərmi daşıyıb”, - deyə telekanal bildirib.
Silahların ötürülməsində quru yük daşıyıcıları “Musa Jalil” və “Begey” adlı gəmilərin iştirak etdiyi iddia edilir.
Hərbi yardımın dəyərinin müstəqil qiymətləndirilməsi mümkün olmayıb, lakin ekspertlər hesab edirlər ki, bu, böyük məbləğdir.
Sky bildirir ki, İran bu yolla Rusiyaya Ukraynadakı münaqişə zonasında cəbhə xəttində ehtiyatının artırılmasına kömək edir.
“Polşa öz arsenalında olan “MiQ-29” qırıcıları Ukraynaya verməyə hazırdır”.
Bunu “CNN” telekanalına müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
“Polşada qalan, işlək vəziyyətdə olan və Hərbi Hava Qüvvələrimizin xidmətində olan MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukraynada bu təyyarələri idarə edə bilən pilotlar var” - deyə, o bildirib.
Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”lar tədarük ediləcək:
“İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”lardan istifadə edəcək. Hazırda pilot hazırlığı ona görə vacibdir”.
Fevralın 17-də Polşanın baş naziri Mateuş Moravetski Varşavanın Ukraynaya MiQ-29 qırıcıları tədarük etməyə hazır olduğunu açıqlayıb.
Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.
Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.
“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yayıb”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur:
“Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır.
Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir.
Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdu.
Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir.
Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir.
Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”.
Yaponiya yeni H3 raketinin ilk buraxılışını həyata keçirdi.
Lent.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Agentliyi (JAXA) məlumat yayıb.
Buraxılış Kaqosima prefekturasındakı Taneqaşima kosmodromundan uğurla həyata keçirilib.
Qeyd olunur ki, raketin buraxılışı müxtəlif səbəblərdən üç dəfə təxirə salınıb.
30 oktyabr 2022-ci ildə Yaponiya Müdafiə Nazirliyinin məlumat toplamaq üçün orbitə inteqrasiya olunmuş 50 peykin orbitə buraxılmasını nəzərdən keçirdiyi bildirildi.
Rusiya nüvə silahı yaratmaq üçün İrana zənginləşdirilmiş uran verməyə razılaşıb.
Editor.az bildirir ki, bu barədə “Fox News”a Amerika kəşfiyyatındakı mənbələr məlumat verib. İddia olunur ki, ölkələr arasında bağlanan gizli razılaşma nüvə materiallarının dərhal daşınmasını nəzərdə tutmur. Moskva 2015-ci ilin qondarma “nüvə sazişi”ndə İrandan aldığı zənginləşdirilmiş uranı Tehrana qaytaracağına söz verib.
Çatdırılma ABŞ-ın keçmiş prezidenti Donald Trampın dayandırdığı “nüvə sazişini” bərpa etməkdən nəhayət imtina ediləcəyi təqdirdə baş tutacaq. Keçmiş Müdafiə Kəşfiyyat Agentliyinin analitiki Rebekka Kofflerin fikrincə, məxfi razılaşmanın bu formatı Kremlin İrandan istədiyini almaq arzusu ilə izah olunur.
Bunun müqabilində əhəmiyyətli bir şey vermədən və onu gələcək əməkdaşlıqda maraqlı buraxır: “Bir tərəfdən İranın nüvə silahına malik olmasını istəmirlər, digər tərəfdən isə Ukraynaya qarşı müharibədə İrandan kömək tələb edirlər. Bu, həm Putinə hər iki tərəfə təsir rıçaqları verir, həm də ABŞ-ın ondan asılı olduğuna işarə edir”, – Koffler deyib.