Ardını oxu...
Qara dəniz üzərində Rusiyanın Su-27 təyyarəsi ilə Amerikanın “MQ-9 Reaper” pilotsuz uçuş aparatının mümkün toqquşmasının videoqrafikası hazırlanıb.

Videoqrafika CBS telekanalı tərəfindən nümayiş olunub.

Materialda Amerika pilotsuz uçuş aparatının suya düşməsinin ehtimal olunan görüntüləri yer alıb.

 
Ardını oxu...
ABŞ dronunun Krım üzərində uçuşu hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozaraq transponderlər söndürülməklə həyata keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.

"Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan istifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb", - deyə Rusiya MN-dən bildirilib.
 
Ardını oxu...
Ukraynanın Luqansk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday istefa ərizəsi yazıb.

Bu barədə “Avropa həmrəyliyi” partiyasından olan xalq deputatı Aleksey Qonçarenko bildirib.

“Bu gün Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdi. Əvvəl dediyim kimi, tezliklə Qazaxıstana rəsmi təyinat olacaq”, - deyə o qeyd edib.

Hələlik məlumat rəsmi şəkildə təsdiq olunmayıb.

Qonçarenkonun sözlərinə görə, Qaydayın istefası onun Qazaxıstana səfir təyin olunması ilə bağlıdır.

Qazaxıstan martın 19-na təyin edilmiş növbədənkənar parlament seçkilərindən sonra yeni səfirin təyinatı ilə bağlı razılaşma sənədini təqdim etməlidir.
 
Ardını oxu...
Azərbaycan hərb tarixindəki ən böyük cinayət işlərindən sayılan “Tərtər işi” üzrə ilk məhkəmə prosesi başlayıb.

TEREF.AZ xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan işə zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində baxılıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda həbs edilmiş 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb, Ramil Qarayev və Rüstəm Ələsgərov isə N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar.

Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim edib. Hər 4 şəxsin vəkili prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edərək təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər.

Vəsatətdə Tərtər hadisələri vaxtı korpus komandirləri - general-mayor Hikmət Həsənov və general-leytenant Mayis Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə M.Bərxudarovun harada olması telefon siqnalları vasitəsilə yoxlanılmalıdır.

Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (red. Hikmət Həsənovu nəzərdə tutur, hazırda başqa vəzifədə çalışır) niyə məsuliyyətə cəlb olunmur?! Bu məhkəmə məni qane etmir. Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Açıq keçirilməlidir”.

Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzr istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını əlavə edib.

Hakimlər müşavirəyə yollanıb. Daha sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.

Proses martın 28-də baxışa təyin olunub.

Qeyd edək ki, bu iş üzrə rəsmi olaraq 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. İttiham olunan 4 nəfər həmin zərərçəkmişlərə ağır işgəncələr verməkdə ittiham olunur.Qafqazinfo
 
Ardını oxu...
Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən bildiriblər:

Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.
 
 
 
Ardını oxu...
Polşada NATO-nun 11 minə yaxın əsgəri xidmət edir.

Xarici KİV xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Piotr Müller brifinqdə bildirib.

Onların 10 minə yaxını Amerika qüvvələrinin hərbçiləridir. Amma Böyük Britaniya, Kanada və Şimali Atlantika Alyansının digər ölkələrindən də əsgərlər var.

Müllerin fikrincə, bu, Polşanın təhlükəsizliyini artırır.
 
Ardını oxu...
"Baxmutdakı Ukrayna qoşunları 2015-ci ildə Debaltsevoda olduğu kimi daha bir "qazan"a düşə bilər".

Cebhe.info "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinin komandiri Denis Yaroslavski deyib.

"Logistika olmasa, nə rotasiya var, nə də sursat təchizatı. Düşmən bunu başa düşür və ilk növbədə maddi-texniki təchizatı kəsməyə çalışır... Biz başa düşürük ki, Debaltsevodakının təkrarı ola bilər. Eyni vəziyyətdə marşrutlar kəsilə və qoşunların məqsədyönlü çıxışı bütün qüvvələr üçün təhlükə yarada bilər”, - deyə hərbçi söyləyib

Onun sözlərinə görə, Baxmutda hər məhəllə üçün küçə döyüşləri gedir:

"Hər evi saxlamaq uğrunda mübarizə aparırıq. Olduqca çətindir. Amma biz çalışırıq ki, buna nail olaq".
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələrinə məxsus yeddi “F-35” və iki “F-15” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin martın 12-də Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında başlayacaq “Qırmızı bayraq” təlimində iştirak edəcək.

Pressklub.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında “Qırmızı Bayraq” təlimi başlayacaq. Təlim Nevada ştatındakı Nellis Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. İlk dəfə olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus 7 “F-35” və 2 “F-15” təyyarəsi ABŞ-də keçiriləcək təlimlərdə iştirak edəcək”, – məlumatda deyilir.

İsrail ordusunun mətbuat xidməti əlavə edib ki, Nevadadakı təlim manevrləri iki həftə davam edəcək və “uzaq hava missiyaları, regionda hava üstünlüyünü əldə etmə, birgə hava hücumları, ərazinin müdafiəsi, düşmən təyyarələrinin ələ keçirilməsi, aşağı hündürlükdə uçuşlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş ərazilərdə uçuşlar da daxil olmaqla geniş ssenariləri əhatə edəcək”. Bundan əlavə, birgə havada yanacaq doldurma praktikası həyata keçiriləcək, bu prosesdə “İsrail Hərbi Hava Qüvvələrinin tanker təyyarələri Amerika qırıcılarına yanacaq dolduracaq”, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-35” təyyarələri isə Amerikanın “KC-135 Stratotanker” təyyarəsi ilə yanacaq dolduracaq”.

İsrail Müdafiə Qüvvələri qeyd edib ki, “Qırmızı bayraq” təlimləri “Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına sadiq olan əsas tərəfdaşlar kimi iki ölkənin hərbçiləri arasında operativ əməkdaşlığı gücləndirmək” məqsədilə keçirilir.
Ardını oxu...
ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kuinnin Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla birlikdə Laçın dəhlizinin başladığı yerə getməsi Azərbaycanda müsbət qarşılanmayıb.

Çünki amerikalı diplomatın Gorus-Laçın yolunun Azərbaycan sərhədindəki hissəsinə gəlişi vəziyyəti yerində öyrənməkdən daha çox siyasi mesaj vermək məqsədi daşıyırdı. Yayılan fotolardan göründüyü kimi, diplomat Laçın-Xankəndi yolunun bağlı olduğunu nümayiş etdirməyə çalışıb. Şlaqbaumun qarşısında fotoşəkil çəkdirən xanım Kuinn guya Azərbaycanın yolu bağlayaraq Qarabağda yaşayan erməniləri blokadaya aldığına dair rəy yaratmağa çalışır. Səfir bəyanat verərək Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”. Kristina Kuinnin bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. “Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Twitter” hesabında belə yazıb. O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”-deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, martın 9-da Laçın-Xankəndi yolu ilə Ermənistana 16 nəfər tibbi müalicəyə ehtiyacı olan erməni aparılıb. Əgər yol bağlı olsaydı, bu adamlar Ermənistana gedə bilməzdi. Ona görə də səfirin açıqlaması daha çox yolda nəzarət-buraxılış məntəqsinin açıqlmasından narahat olan Ermənistanın maraqlarına xidmət edir.

Teref.az-ın məlumatına görə, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-ın Ermənistandakı və Azərbaycandakı səfirlərinin fəaliyyəti daim bir-birindən fərqlənir. Belə ki, Ermənistandakı səfir bir qayda olaraq, erməni xalqının maraqlarından çıxış edir. Amma bu yanaşma digər ölkələrdən fərqli olaraq, yalnız Ermənistanda müşahidə olunur: “Qeyd edim ki, Zəngəzur dəhlizi ətrafında ABŞ-ın öz maraqları var. Digər tərəfdən, ABŞ iki həftə öncə gömrük xidmətinin yaxşılaşdırılmasına dəstək adı altında qrup gətirmişdi. Onlar Ermənistanın Azərbaycanla və Gürcüstanla sərhədindəki gömrük xidməti hissələrinə baxış keçirdi. Amerikadan gəlmiş qrup gömrük xidmətində sərhədin təhlükəsizliyi mövzusunda Ermənistana təkliflər vermişdi. Əslində, sərhəddə təhlükəsizlikdən danışılırsa, bu, hərbi mahiyyət kəsb edir. Bu mərhələdə ABŞ-la Ermənistanın başqa planları var. Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Ermənistanda ABŞ-ın da mövcud ola biləcəyi ehtimalı yaranır. Səfirin Laçın-Xankəndi yolunun başlandığı yerə səfərini də bu istiqamətdə şərh etmək lazımdır. Onu da qeyd edim ki, ABŞ-ın Ermənistandakı həm səfirləri, həm də diplomatik korpusun üzvləri adətən erməni lobbisi ilə sıx əməkdaşlıqda və onun təsiri altında olan diplomatlar olur. Hətta ABŞ-dakı erməni lobbisi Ermənistandakı səfir seçiminə ciddi təsir edə bilir. Demək olar ki, bu məsələdə bir yarışma da təşkil edə bilirlər. Bu baxımdan, səfirin sərhədə gəlişini və canfəşanlığını ABŞ-dakı erməni lobbisinin xidməti kimi dəyərləndirməliyik”.

Həmsöhbətimiz bildirib ki, ümumiyyətlə, Ermənistan Laçın dəhlizinin ətrafındakı dezinformasiyalarla bağlı həddindən artıq uzağa gedib:

“Halbuki, 30-a yaxın ölkənin media qurumunun əməkdaşı həmin əraziyə səfər zamanı Laçın yolunun açıq olduğunu gördü. ABŞ-ın Ermənistandakı səfirinin Laçın-Xankəndi yolunu kommersiya məqsədilə təcili açmağa çağırması Qarabağın təbii ehtiyatlarının talanması, yəni ekosidə çağırış kimi qiymətləndirilə bilər. Amma yolun bağlı olmadığını onsuz da dünyada bilirlər. Ümumilikdə isə səfirin sərhədə gəlib Azərbaycandan dəhlizi açmağı tələb etməsi diplomatik etiket qaydalarına ziddir. Bu, səfirliyin səlahiyyətini aşan açıqlamadır. Çünki belə bəyanatları Dövlət Departamenti verə bilər. Hansısa üçüncü sinif səfirin belə fikri səsləndirməsinə ehtiyac yoxdur”.
 

Dünyapress TV

Xəbər lenti