Ardını oxu...
General-polkovnik Rüstəm Muradov Ukraynada hərbi əməliyyatlara rəhbərlikdən kənarlaşdırılıb və Rusiya Federasiyası Şərq Hərbi Dairəsi komandanı vəzifəsindən azad edilib.

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti yazıb.

Məlumatlara görə, general Uqledar ətrafında uğursuzluqlar və ciddi itkilər səbəbindən vəzifəsini itirib.

Uqledarın alınması Rusiya ordusuna Avdeyevka ətrafında Ukrayanın istehkamlarından yan keçməyə və Donbasa geniş hücum üçün yol açmağa imkan verə bilərdi.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Muradovdan çox adam şikayət edib, çünki "əsgərlərə aşkar ölümə getməyi əmr edən ağıldankəm və sarsaq olub".

50 yaşlı Muradov keçmişdə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub, Dağlıq Qarabağda "sülhməramlılara" rəhbərlik edib.

Üç gün ərzində Uqledar ərafında dəniz piyadalarının iki elit briqadasını, 103 vahid hərbi texnika, o cümlədən 36 tank itirib.

"Muradov bir-birinin ardınca qüvvələri kiçik mexanikləşdirilmiş hissələrlə minalanmış ərazilərə və açıq yerlərə göndərib və heç nəyə nail olmayıb", - hərbi analitik Maykl Kofman deyib.

Lakin, onun fikrincə, cəbhənin mühüm sahəsində komandanın dəyişilməsi, çətin ki, Rusiya ordusuna hər hansı irəliləyişə nail olmağa kömək etsin.

Kofman hesab edir ki, rusiyalıların "başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil".

Muradovun istefası barədə məlumat onun təyinatından (5 oktyabr 2022-ci il) cəmi 7 ay sonra, martın sonunda üzə çıxıb.

Bu barədə ilk olaraq bu yaxınlarda Piter kafesində partlayış nəticəsində həlak olan Z-bloger Vladlen Tatarski məlumat verib.

Bu məlumat digər KİV-lərə də yayılıb, o zaman bir sıra hərbi ekspertlər iddia edib ki, general, sadəcə, məzuniyyətə çıxıb.
 
Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya bu dövlətin girovluğunda olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində bildirib.

"İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda tapacağıq ki, bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovluğunda olacaq", - İsrailin baş naziriyazıb.

Netanyahu əlavə edib ki, bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.
 
Ardını oxu...
1990-cı illərdə Ukraynanın nüvəsizləşdirilməsi ilə bağlı roluma görə çox peşmanam.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın eks-prezidenti Bill Klinton deyib.

O bildirib ki, Rusiya nüvə silahı olan Ukraynaya hücum edə bilməzdi:

“Şəxsən iştirakımı hiss edirəm, çünki mən onları (Ukrayna) nüvə silahından imtinaya razı salmağa məcbur etdim. Ukrayna öz silahına sahib olsaydı, Rusiya hücuma keçə bilməzdi”.
 
Ardını oxu...
Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşmasını 15 vahidə çatdırıb.

Lent.az-ın məlumatına görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.


“Cənub-şərq istiqamətində düşmən aviasiyasının fəaliyyəti fonunda Qara dənizdə gəmi qruplaşmasının 15 vahidə, o cümlədən 2-si su altında olan 6 raketdaşıyıcıya çatdırılması son dərəcə yüksək raket təhlükəsindən xəbər verir”, məlumatda deyilir.
Ardını oxu...
“Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq”.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmail Demir məlumat verib.

“Milli döyüş təyyarəmiz tanınmış beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var. Biz də beşinci olacağıq”, – deyə o bildirib.

“Təyyarəmiz hələ çox mərhələlərdən keçməlidir. Hazırda bütün sistemlər quraşdırılıb və artıq yoxlamalar aparılmalıdır. Siz təyyarənin gövdəsini və mühərrikini görə bilərsiniz, lakin içərisində çoxlu sistemlər var”, – deyə İsmail Demir qeyd edib.

Nazir təyyarənin uçuş tarixi ilə bağlı dəqiq rəqəm bildirməyib. “Təyyarənin uçuş tarixi ilə bağlı məsələlərə ehtiyatla yanaşırıq. Çünki mühəndislər hazırlayıblar, amma uçuşa yararlılıq mərhələsində hər şey bir-bir yoxlanılmalıdır. Məqsədimiz ən qısa zamanda uçuşa nail olmaqdır. Lakin 3-5 aylıq bir tarix vermirik, rahat şəkildə bir il çəkəcək bir prosesdən danışırıq”, – deyə o əlavə edib.

“Milli döyüş təyyarəsi dedikdə məqsədimiz beşinci nəsil təyyarə istehsal etməkdir. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, çox erqonomik kabinəyə və tam rəqəmsal kokpitə, radara görünməzlik kimi xüsusiyyətlərə malik olan beşinci nəsil dediyimiz təyyarələrdə olan bütün texnologiyalara sahib bir təyyarə planlaşdırırıq. Hətta bəzi cəhətlərdən daha yaxşı funksiyalara malik olacaq”, – deyə nazir vurğulayıb.
Ardını oxu...
Ardını oxu...
Gununsesi.info
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olmağa cəhd göstərən pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Modern.az "Ynet"ə istinadən xəbər verir ki, İran istehsalı PUA-nın Hizbullaha məxsus olduğu iddia edilir.

İsrail müdafiə qüvvələri ərazini mühasirəyə alaraq PUA-nı məhv edib. Hazırda PUA-nın hissələri axtarılır.

Pilotsuz uçan aparatın kəşfiyyat və ya zərbə tipli olması hələlik məlum deyil.
Ardını oxu...
ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü İranın hava sərhədləri yaxınlığında görünüb.

Məlumata görə, hadisə Oman körfəzi üzərində baş verib. Təyyarə qeydə alındıqdan sonra İran Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.

Qeyd edək ki, kəşfiyyat təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilib və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.

“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Oman körfəzi üzərində səmada İran sərhədi boyunca uçuşunu davam etdirir. (Oxu.az)
 
Ardını oxu...
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayəti istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalı müdafiəçilər orada müdafiə mövqeləri qururlar.

Bunu Tavriç Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovski deyib.

“Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqeləri müdafiə əməliyyatları üçün təchiz edirik”, - o deyib.

Dmitraşkovski qeyd edib ki, Rusiya ordusu şəxsi heyət və texnika baxımından xeyli itki verir. Eyni zamanda, kəşfiyyat məlumatlarına görə, Verxnetoretski ərazisində texnikanın cəmlənməsi müşahidə olunur. Beləliklə, yaxın gələcəkdə Rusiya ordusunun bu istiqamətdə daha güclü hərbi əməliyyatlara başlamağa cəhd edə biləcəyi ehtimalı var.

Bundan əlavə, onun sözlərinə görə, “vaqner”çilərin Avdeyevka şəhərində görünməsi ilə bağlı məlumatlar ortaya çıxıb, lakin hələlik bunun təsdiqi yoxdur.
Ardını oxu...
️İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.

Aktualtv.az “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb. Bildirilib ki, İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib. Heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran – Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.
Ardını oxu...
BMT baş katibinin tərksilah üzrə müavini İzumi Nakamitsu martın 31-də Təhlükəsizlik Şurasının iclası zamanı Rusiya Federasiyası, ABŞ və Birləşmiş Millətlər Təşkilatını yeni nüvə silahı müqaviləsinə qayıtmağı müzakirə etməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə GORDON-un müxbiri xəbər verib: “İndi nüvə silahından istifadə riski soyuq müharibədən bəri ən yüksək həddə çatıb. Ukraynadakı müharibə belə riskin ən acı nümunəsidir.

Dialoqun olmaması, tərksilah və silahlara nəzarət arxitekturasının aşınması təhlükəli ritorika ilə birləşib ki, bu da potensial riskin ən təsirli nümunəsi və faktorudur”, – Nakamitsu deyib. O, bütün dövlətlərin eskalasiyaya səbəb olan hər cür hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb. Nakamitsu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv olan bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə və nüvə münaqişəsi riskini azaltmaq üçün səy göstərməyə çağırıb.
 

Dünyapress TV

Xəbər lenti