Rusiya paytaxtı Moskvada Şeremetyevo hava limanına enmək üzrə olan təyyarəyə dronla hücuma cəhd göstərilib.
Naməlum dron “Aeroflot” şirkətinə məxsus “Airbus A320” təyyarəsinə hücum etmək istəyib.
Təyyarəyə təhlükəli şəkildə yaxınlaşan kopteri Samara-Moskva reysinin sərnişinlərindən biri görüb. Onun sözlərinə görə, pilotsuz uçan aparat təyyarənin yan tərəfini nişan alıb və yerə toxunmağa bir neçə on metr məsafə qaldıqda qəfildən istiqamətini dəyişib, aerodrom yaxınlığındakı meşə zolağına doğru uçub.
Təyyarə endikdən sonra bu barədə Şeremetyevo təhlükəsizlik xidmətinə məlumat verilib. Hadisə barədə araşdırma başlanılıb.
Rusiya gecə saatlarında Ukraynaya nüvə zərbəsi endirilə bilər.
“Bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilə bilər.
Mənbə etiraf edib ki, ilk dəfə nüvə silahından istifadə oluna bilər, ən azı 2 “məhsul” artıq birbaşa göstərilən aerodromlardan birində yerləşir”, – qəzet yazır.
Xəbərlər bağlı hələlik heç bir rəsmi münasibət olmayıb.(oxu24.com)
Kremlə hücum nəinki Rusiyada bütün dünyada təşvişə salıb. Hərçənd, federasiyanın qəlbinə hücum Ukrayna tərəfindən Putinə sui-qəsd kimi qiymətləndirilsə də, Zelenski zərbənin arxasında rəsmi Kiyevin olmadığını açıqlayıb.
Lakin Moskva adekvat cavab vermə hüququna malik olduğunu bəyan etməyi də unutmayıb.
Bu isə qarşıdurmanın daha geniş ariala daşınacağını istisna etmir.
Türkiyəli politoloq Mehmet Perinçek bildirib ki, Rusiya artıq bənzər hədəfləri vurmaq haqqına sahib oldu.
Rusların Ukraynanı ittiham etdiyi dronların Kremlə “hücum” etməsi Moskvanın irimiqyaslı terror aktına hazırlığına sübut ola bilər.
Redaktor.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, prezidentin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.
“Kreml üzərində pilotsuz təyyarələrə gəlincə. Hər şeyi proqnozlaşdırmaq olar… Rusiya açıq-aydın genişmiqyaslı terror aktı hazırlayır. Ona görə də əvvəlcə Krımda təxribat törətməkdə şübhəli bilinən böyük bir dəstəni saxlayır. Sonra isə Kreml üzərində “dronları nümayiş etdirir” – Podolyak bildirib.
O vurğulayıb ki, Ukrayna sırf müdafiə müharibəsi aparır və Rusiya Federasiyasının ərazisindəki obyektlərə bu cür “hücumlar” heç də bir hərbi problemi həll etmir. Ancaq eyni zamanda, Moskva üçün bu cür hərəkətlər dinc ukraynalılara qarşı zərbələrə haqq qazandırmaq üçün əsas olardı.
“İkincisi, biz Rusiyanın müxtəlif bölgələrində baş verən insidentlərin və həddi aşmanın artımını maraqla izləyirik. Enerji obyektlərində və ya Kremlin ərazisində naməlum PUA-ların peyda olması yerli müqavimət qüvvələrinin yeraltı işindən xəbər verə bilər. Bildiyiniz kimi, pilotsuz təyyarələri istənilən hərbi mağazadan almaq olar”, – OP rəhbərinin müşaviri bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və onun əlaltılarının ölkə üzərində hakimiyyət nəzarətini itirməsi göz qabağındadır. Buna görə də, “Rusiyada mütləq nəsə baş verir, amma Kreml üzərində Ukrayna pilotsuz təyyarələri olmadan”.
Xatırladaq ki, bu gün, mayın 3-də ruslar Ukraynanı dronların köməyi ilə Kremlə hücum etmək cəhdində ittiham etməyə başlayıblar.
Məhəmməd Əsədullazadə: “Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq”
Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun bu həftə ərzində danışıqlar üçün Bakıya gələcəyi bildirilir. Ermənilər danışıqların sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı olduğunu desələr də, bu, reinteqrasiya prosesinin növbəti addımı kimi də qiymətləndirilir.
Separatçı rejimin “rəsmiləri” sülhməramlı komandanlığının onlara çərşənbə gününə kimi gözləməyi tapşırdıqlarını qeyd edirlər. Bunu onunla əsaslandırırlar ki, Lentsov Xankəndidə separatçıların lideri Araik Arutyunyanla görüşdə onlara müəyyən söz verib. Görüşdə separatçılar Lentsovdan Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyiblər. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı müzakirələr aparacağını bildirib. Halbuki, Ermənistan-Azərbaycan sərhədində qurulan Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin Ermənistana gedib-gəlməsinə heç bir məhdudiyyət qoyulmayıb.
Bütün hallarda, Lentsovun Bakı səfəri zamanı müzakirə mövzusu nə ola bilər? Sərhəd-buraxılış məntəqəsinin qurulmsı erməniləri reinteqrasiya məsələlərində müəyyən addımlar atmağa sövq edə bilərmi?
“Sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil” Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Rusiya sülhməramlı qüvvələrinin yeni komandanının Bakıya gəlişi protokol xarakterlidir. Bundan nəsə böyük bir yenilik gözləmək doğru olmaz. Çünki bundan əvvəl LentsovErmənistanda olub. Ona görə də o, Bakıya da gəlməlidir. Onun Bakıda apardığı müzakirələr əsasən Laçın yolundakı nəzarət tədbirləri və reinteqrasiya prosesi ilə bağlı ola bilər. Ancaq biz birdəfəlik bilməliyik ki, Rusiya tərəfi konkret reinteqrasiyaya qarşıdır. Belə olmasaydı, separatçılar bu vaxta qədər dirəniş göstərməzdilər. Çünki reinteqrasiya olandan sonra sülhməramlılara hansısa ehtiyac olmayacaq. Sadəcə, burada Azərbaycan tərəfi Rusiyanın reinteqrasiya prosesinə mane olmamasını tələb etməlidir. Bununla bağlı konkret tələblərini ortaya qoymalıdır. Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq. Hesab edirəm ki, qəti surətdə bu məsələlər müzakirə predmeti olmamalıdır. Ona görə ki, bu təkliflər separatçıların maraqlarını özündə əks etdirəcək. Rusiyanın əsas məqsədi Laçın yolunda nəzarət-buraxılış məntəqəsinə birgə nəzarətin təmin edilməsidir. Buna da getmək olmaz. Çünki düşünürəm ki, sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil. Ona görə də Rusiya tərəfinin mövqeyi bizim üçün yalnız problem yarada bilər. Hesab edirəm ki, Azərbaycan sülhməramlı qüvvələrinin çıxarılması istiqamətində işlərə başlamalıdır. Nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra bizim üçün reinteqrasiya məsələləri asanlaşır. Bizim üçün Xankəndidə de-yure nəzarəti bərpa etmək prosesi başlayır”.
Azərbaycana mina axtarışı üçün xüsusi təlim keçmiş daha beş it gətirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov jurnalistlərə bildirib.
O xatırladıb ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə saziş imzalanıb, bu saziş çərçivəsində Azərbaycana mina axtarışı təlimi keçmiş itlər göndərilib. Bu sazişdə nəzərdə tutulan sonuncu 5 it indi gətirilib.
Xatırladaq ki, ümumilikdə Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 itin hədiyyə olaraq veriləcəyini bildirmişdi.
* 10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan SQ-nin basdırdığı minaların partlaması nəticəsində Azərbaycan tərəfdən 299 hərbiçi və dinc sakin xəsarət alıb. Onların 55 nəfəri ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.