Çeçenistanın rəhbəri Ramzan Kadırov qondarma “DXR ordusu”ndan yaraqlıları öz qoşunlarına cəlb etməyə başlayıb. Editor.az Milli Müqavimət Mərkəzinə istinadən qeyd edir ki, bu proses Rusiya Federasiyasında gələcək hakimiyyətin bölgüsü ilə bağlıdır. Kadırovun Donetsk vilayətinin işğal olunmuş ərazilərində təsiri artır və onun yaraqlıları orada özlərini ağa kimi hiss edirlər. “Kadırovçular” “asayişin təmin edilməsi” arxasında gizlənərək vilayətlərdə qarətlə məşğuldurlar. Qondarma “DXR” lideri Denis Puşilin isə Çeçenistanda yerləşən Xüsusi Təyinatlı Qüvvələr Universitetində “DXR” yaraqlılarının “təlim”inə razılıq verib: “Bu, Kadırovun TTO-ya təsirini daha da gücləndirir, çünki indi faktiki olaraq o, Qaleiterlərin şəxsi mühafizəsinə cavabdeh olacaq şəxsləri öyrədəcək. Bundan əlavə, Kadırovun şəxsi mühafizəsi yeni simalar ilə tamamlanır ki, bu da güclərin yenidən bölüşdürülməsində balansı dəyişir” – bəyanatda qeyd olunur. Mərkəz onu da qeyd edib ki, “Kadırovçularlar” demək olar ki, birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər ki, bu da döyüş meydanında itki və məğlubiyyətlər fonunda işğalçılarda əsəbilik yaradır.
Rusiya sülhməramlıları Azərbaycan tərəfi atəşkəsi pozmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində RHK-nın fəaliyyəti ilə bağlı 6 mart tarixli məlumat bülletenində Azərbaycanın atəşkəs rejimini pozduğu bildirilir.
Bəyanatda separatizmə və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyə açıq dəstək verilir.
Rusiya MN-nin məlumatında “Dağlıq Qarabağın Hüquq Mühafizə Orqanının əməkdaşları” kimi ifadələr yer alıb.
Bundan əlavə, Azərbaycan ərazilərinin adı düzgün yazılmayıb.
Qeyd edək ki, Azərbaycan MN daha əvvəl bir neçə dəfə Rusiya MN-ə bu cür səhvlərə görə irad tutub.
Rusiya indiyədək İrandan müxtəlif sayda və növdə pilotsuz uçuş aparatları (PUA) alsa da, hələlik ballistik raketlərini almaqdan çəkinib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, Ukraynanın Qərb müttəfiqlərinin cavab olaraq Kiyevə 300 km-ə qədər mənzilli ATACMS raketləri verəcəyindən narahat olduğu üçün Rusiya indiyədək İran ballistik raketlərini almayıb.
Qərb rəsmiləri qeyd edirlər ki, Moskva öz döyüş sursatı çatışmazlığı səbəbindən İran raketləri ilə bağlı mövqeyini dəyişə bilər.
Xatırladaq ki, idiyədək ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyi əsas gətirərək, Kiyevin 300 km-dən çox mənzilli ATACMS raketləri ilə bağlı müraciətlərini rədd edib.
Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə, məsələ bitəcək.
DİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verdiyini vurğulayıb:
“Paşinyan deyir: “Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”
Paşinyan üstüörtülü dediyi sözlərin mənası budur:
1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi;
2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi.
Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib”.
E.Şahinoğlunun fikrincə, Paşinyan Qarabağ yükünü daşıya bilmir, ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı “Qarabağ klanı” imtina edib:
“Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var”.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuz şəhid verib, erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.
“Ukraynadakı münaqişə yalnız atəşkəs yolu ilə başa çatdırıla bilər”.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “SVT” kanalına müsahibəsində deyib.
“İlk məqsəd insanları öldürməyi dayandırmaqdır. Və bu atəşkəs razılığı deməkdir”-deyə, nazir bildirib.
Onun sözlərinə görə, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar münaqişəni dayandıra bilməyib: “Artıq 10 sanksiya paketi qəbul etmişik, bu, münaqişənin həllinə gətirib çıxarıb? Yox. Bu, Rusiyanı diz üstə çökdürüb? Yox. Sanksiyalar, yalnız Avropaya zərər verdi. Silah göndərmirik, sülh üçün oynamağa davam edirik”.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.
İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan 37 qırıcı pilotundan ibarət qrup hökumətin təklif etdiyi məhkəmə islahatına etiraz etmək üçün bir günlük döyüş təlimini buraxacaqlarını açıqlayıb.
“Çərşənbə günü, martın 8-də biz demokratiya və xalqın birliyi naminə vaxtımızı düşünməyə həsr edəcəyik və buna görə də həmin gün əməliyyat tədbirləri istisna olmaqla, təlimlərə qatılmayacağıq. Həftənin qalan hissəsində planlaşdırılmış şəkildə növbətçiliyə riayət edəcəyik”, - məktubda yazılıb.
Bildirilib ki, etirazçılar ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcılarını idarə edən 69-cu eskadronu təmsil edirlər.
Xatırladaq ki, baş nazir Benyamin Netanyahu və onun sağ koalisiyasının noyabrın 1-də keçirilən milli seçkilərdə qalib gəlməsindən sonra məhkəmə islahatları İsraildə qızğın müzakirələrə səbəb olub. Kütləvi etirazlar az qala hər axşam Təl-Əvivdə, eləcə də Qüdsün Knesset və Ali Məhkəmə olan rayonlarında keçirilir.
İranın Əfqanıstanla sərhədində silahlı toqquşma baş verib. Bu barədə Əfqanıstanın Nimroz əyalətindəki mənbələrə istinadən "Aamaj News" agentliyi məlumat yayıb.
Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.
Zərərçəkənlər barədə məlumat verilmir.
İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.
Əfqanıstanın "Haşt-e Subh" qəzetinin Nimroz əyalətindəki mənbələrə istinadən verdiyi məlumata görə, İran sərhədçiləri ilə "Taliban" arasında silahlı toqquşmalar davam edir. Toqquşmalar daha əvvəl, 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin iyulunda da qeydə alınıb.
Bu il fevralın sonlarında "Taliban" bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.
Ukrayna 2023-2025-ci illər üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Rəhbərlər Şurasına öz namizədliyini irəli sürmək niyyətindədir. Mütəxəssislərlə razıyam ki, bir il əvvəl, Çernobıl və Zaporojye atom elektrik stansiyaları ələ keçirilən zaman dərhal Rusiya Federasiyasına təzyiqi artırmaq lazım idi. Amma atom obyektlərinin tutulmasının ilk günlərində nədənsə belə qərarlar yox idi. Buna görə də, Ukraynanın Energetika Nazirliyinin rəhbərliyinə, “Energoatom” rəhbərliyinə və Dövlət Nüvə Tənzimləmə Qurumuna kifayət qədər suallar var.
Bir il əvvəl də bizim nümayəndəmizi MAQATE Şurasına daxil etmək mümkün idi. Bunun niyə baş vermədiyinə dair bir çox fikir var: “Energoatom”dakı rus izindən tutmuş hakimiyyətin hərəkətsizliyinə qədər... Zaporojye Atom Elektrik Stansiyası bir ilə yaxındır ki, işğalçılar tərəfindən ələ keçirilib və bu gün də rusiyalı Çudakov MAQATE-nin baş direktorunun cənab Qrossinin müavinidir. Beləliklə, indi biz MAQATE-nin Rəhbərlər Şurasında nüfuz sahibi olan rusların mövqeyini birtəhər dəyişdirə bilərikmi, bu başqa sualdır. Üstəlik, Ukrayna nümayəndəsini Agentliyin Şurasına daxil etmək üçün MAQATE-nin sentyabrda keçiriləcək Baş Assambleyasını gözləmək lazım gələcək.
Təbii ki, liderlər korpusunda, Şurada Ukrayna nümayəndəsinin olması bizim üçün vacibdir. O, bizə lazım olan məsələləri gündəmə gətirə biləcək. Müvafiq nazirliyin rəhbərinin fikrincə, bu, Ukraynanın beynəlxalq aləmdə rolunu gücləndirə biləcək. Ancaq etiraf etmək lazımdır ki, bir nümayəndə MAQATE-nin fəaliyyətinə real təsir göstərə bilməyəcək.
Məsələ ondadır ki, MAQATE missiyasının yalnız texniki mandatı var, yəni onlar yalnız nüvə materialının yayılmaması, nüvə enerjisindən təhlükəsiz istifadə, eləcə də radioaktiv tullantıların, sərf olunmuş nüvələrin təhlükəsiz idarə olunması məsələlərinə cavabdehdirlər. Və yalnız bu məsələlərə baxa bilirlər. Yəni MAQATE missiyasının nə hərbi, nə də siyasi mandatı var. Yalnız BMT-nin “mavi dəbilqə”lərini təqdim edə bilən BMT Təhlükəsizlik Şurası belə mandata malikdir.
MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına hesabat verərkən hansısa təhlükəsizlik qətnaməsini və ya AES-də təhlükəsizlik zonasının tətbiqini irəli sürməyə çalışarkən, hər hansı bir fikir Rusiya Federasiyasının vetosu ilə üzləşir. Yəni Rusiya Federasiyası BMT-nin daimi üzvü olduğu üçün beynəlxalq ictimaiyyətin bu nüvə terrorizmi ilə bağlı nəsə etmək cəhdlərinə veto hüququndan istifadə edir.
Və MAQATE-nin baş direktoru nəsə etməyə çalışsa da, ruslar ona “diplomatik yolla” imkan vermirlər. Yəni MAQATE-nin heç bir konvensiyası və Nüvə Terrorçuluğu Aktlarına Qarşı Mübarizə Konvensiyası Rusiyanı dayandırmır. Ancaq bu, imtina etməli olduğunuz demək deyil. Yaponiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa kimi güclü nüvə sənayesi kompleksinə və güclü atom elektrik stansiyalarına malik olan ölkələrin Rusiya Federasiyasına qarşı güclü dəstəyini toplamaq lazımdır. Bu cür dövlətlərin ruslara təzyiqi işə yaraya bilər.
Digər təzyiq mexanizmi Rusiya iqtisadiyyatının əsas qüvvələrindən biri olan “Rosatom”a qarşı sanksiyaların tətbiqi ola bilər. Artıq bir ildir ki, bu sanksiyaları gözləyirik. Bu arada, "Rosatom" Zaporojye AES-də mümkün fəlakətlə dünyanı manipulyasiya etməyə və qorxutmağa davam edir.
Müəllif: Qriqori Plaçkov – Ukrayna Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin sabiq sədri