Ardını oxu...
“Raketlərin ölkə ərazisinə düşməsindən sonra hakimiyyət hava hücumundan müdafiə ilə bağlı əlavə tədbirlərin görülməsi barədə düşünməlidir”.

Bu barədə Polşa generalı və GROM desant bölməsinin keçmiş rəhbəri Roman Polko bildirib.

General baş vermiş hadisəni dünya müharibəsinin xəbərçisi və ya NATO-ya hücum cəhdi kimi qiymətləndirməməyə çağırıb.

“Yadda saxlamalıyıq ki, müharibə traktora hücum etməklə deyil, kritik infrastruktur obyektlərinə və komandanlıq məntəqələrinə hücumla başlayır”, - deyə o qeyd edib.

Polko həmçinin vurğulayıb ki, Polşanın hava hücumundan müdafiəsinin məsuliyyət zonasının Ukraynaya qədər genişləndirilməsi zəruridir.

Mənbə: “Radio ZET”

 
Ardını oxu...
Yunanıstan Türkiyə PUA-larının vurulması yollarını axtarmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri yunan telelaparıcı, jurnalist İoannis Teodoratos deyib.

“Raket daşıya bilən Türkiyə PUA-larının son versiyası hətta SOM raketini də ata bilir. Türkiyə PUA-larının da sərhədimizi pozmasına icazə verməməliyik. Bu PUA-lar qırıcı mühərrikli deyil, hazırki yeni PUA-lar (Qızılalma) hələ ki, istehsal olunmayıb”, - deyə o bildirib.
 
Ardını oxu...
Polşa mətbuatının və rəsmilərinin Pşevoduv yaşayış məntəqəsi ərazisinə Rusiya raketlərinin guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiyanın məhvetmə vasitələri ilə Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.

"Polşa mediasının Pşevoduv kəndindəki hadisə yerindən qaynar təqiblə dərc etdiyi fraqmentlərin Rusiyanın silahları ilə heç bir əlaqəsi yoxdur", deyə Rusiya MN-nin bəyanatında vurğulanıb.
 
Ardını oxu...
Ukraynalı polkovnik: “Dneprin sağ sahilində olan 20-30 minlik bu qrupu heç olmasa iki dəfə azaltmalıyıq. Bunun üçün bütün hərbi imkanlarımız var”

Rusiya qoşunlarının Xersondan çıxması başqa bir sualı gündəmə gətirib: 20-30 minlik hərbi qruplaşma hara istiqamətlənəcək? İndi ukraynalılar narahatdırlar ki, həmin qruplar işğalda olan Donetsk və Luqanskda yerləşəcək bi, bununla da Rusiya Donbassda güclənəcək. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan bu fikirləri bölüşür. Ekspert UNİAN-a müsahibəsində Xersondan çıxan rus qoşunlarının zərərsizləşdirilıməsinin vacib olduğunu deyib. AYNA polkovnikin müsahibəsini istinad və ixtisarla təqdim edir:

- Təxminən dörd ay əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xersonu hücumsuz geri qaytaracağını deyən ilk hərbi ekspertlərdən birisiniz. Bundan sonra nə olacaq?

- Müharibə riyaziyyatdır. Müəyyən düsturları bilməklə minimum hərəkət xətası ilə hesablamaq çox asandır. Ruslar qərbə doğru hərəkət etmək üçün sağ sahili tutdular - Odessa və ya Voznesensk istiqamətində və s. Onlar Dnestryanıya çıxış əldə etmək istəyirdilər ki, bu, hərbi baxımdan düzgündür, amma bu halda belə əlverişsiz dayaq zəbt edilir. Bern qanununa görə, istənilən qərb sahili hücum üçün çox əlverişsizdir və o zaman əks istiqamətdə - qərbdən şərqə doğru irəliləmək çox uğurludur. Burada fizika və təbiət qanunları Ukraynanı şərqdən gələn hücumdan qoruyur və şərqə doğru irəliləmək bizim üçün çox asan olur.

Ruslar körpübaşını zəbt edəndə aydın idi ki, gücləri çatmasa, biz sağ və sol sahilləri birləşdirən körpülərə çatan kimi geri çəkilməli olacaqlar. Nə baş verdi?! Biz HIMARS-ı aldıqdan və Antonovski körpüsünə, Kaxovskaya bəndinə atəş açandan sonra vəziyyəti proqnozlaşdırmaq artıq mümkün idi.

Rus ordusunun sağ sahildəki günləri saylıdır. Bu zaman məsələsidir. Amma Rusiya ordusu sağ sahildən sol sahilə çıxmağı da hesablayıb. Ancaq bütün bu vaxtı Rusiya hərbçiləri Rusiya Federasiyasının siyasi rəhbərliyini sağ sahildə olmağın mənasızlığına inandırmaq üçün sərf etdi, indi gördüyümüz.

- Sizcə, Xersondan çıxan qüvvələr başqa istiqamətlərdə rus ordusunu gücləndirə bilərmi?

- Əlbəttə. Biz onları buraxmamalıyıq. Dneprin sağ sahilində olan 20-30 minlik bu qrupu heç olmasa iki dəfə azaltmalıyıq. Bunun üçün bütün hərbi imkanlarımız var. Fakt budur ki, onlar ya körpülər, ya da keçidlər boyunca geri çəkilə biləcəklər. Əgər geri çəkilmə prosesində onlara atəş açmasaq, o zaman bu qruplaşmanı sol sahilə buraxacağıq. Birincisi, ukraynalıların bizim hərbi-siyasi rəhbərliyimizə sualları olacaq, bu nədir - “ukraynalıların bilmədiyi saziş?”. Və əgər bu “razılaşma” deyilsə, sağ sahildəki rusları niyə məhv etməməlisən? Əks halda, 30 min yaxşı silahlanmış, müharibədən keçmiş, döyüş koordinasiyasından keçmiş hərbçilər Donetsk bölgəsində peyda olacaq və biz Donetsk bölgəsini itirəcəyik. Həmçinin də minlərlə əsgərimizi itirəcəyik. Hansısa “razılaşmalara” getmək qətiyyən mümkün deyil. Xatırlayaq ki, ruslar bütün hissələrini saxlayaraq döyüşsüz Kiyevdən geri çəkildikdən sonra Donbassda peyda oldular. Eləcə də, döyüşmədən İzyumu tərk edənlər Donbassda göründülər. Limanı tərk edənlər də Donbassa getdilər. Siz Donbassda nə qədər gücün olduğunu təsəvvür edirsiniz?! Ona görə də Xersondan gedənləri buraxmaq olmaz. Sonra onlar Baxmut bölgəsində, Donetsk, Marienka və Pesok bölgələrində görünürlər və biz orada ərazi itiririk, döyüşçülərimizi itiririk.

- Xersonu tərk edən rus qoşunları Krıma doğru gedə bilərlərmi? Çünki biz görürük ki, Krımda fəal müdafiə istehkamları qazmağa başlayıblar, Mariupolun müdafiəsi hazırlığı görürlər...

- Mən demək olar ki, 100 faiz əminəm ki, bütün sağ sahil qruplaşması Donetsk bölgəsinin "azad edilməsi" tapşırığını yerinə yetirmək üçün dərhal Donbassa köçürüləcək. Prinsipcə, hələ də döyüşə bilməyən, müdafiə vəzifələrini yerinə yetirə bilən "qismən səfərbər" olunanlar isə Krım istiqamətində olacaqlar. Onlar müdafiə istehkamlarını hazırlıqsız döyüşçülərə həvalə edəcəklər.

Mariupol, Berdyansk, Melitopolun müdafiəsi üçün "qismən səfərbər" olunanlardan da istifadə edilə bilər. Amma döyüş bölmələri məhz Donbassa yönləndiriləcək. Orada qüvvələrin əsas tətbiqi nöqtəsi onlardadır.

- Belə bir fikir var ki, bu qoşunlar Zaporojyeyə doğru irəliləyə bilər. Bu ssenarinin baş vermə ehtimalını necə qiymətləndirirsiniz?

- Onların Zaporojyedə heç bir işi yoxdur. Zaporojyeyə doğru irəliləmək üçün onlar Dnepr şəhərinin ərazisinə, Dnepr çayı boyunca və eyni zamanda aşağıya doğru hərəkət etməlidirlər. Rusların həm Zaporojye, həm də Dnepr istiqamətində döyüşmək üçün kifayət qədər qoşunları yoxdur. Sumi altından Poltavaya, daha sonra Kremençuqa və Dneprə getmək lazımdır. Bunu indi etməyəcəklər. Bunun üçün onlara Sumi bölgəsində və Tokmak bölgəsində ən azı yarım milyon qrup lazımdır, yalnız bundan sonra bu cür əməliyyatı planlaşdıra biləcəklər.

Amma Ukraynanın azad edilmiş ərazilərindən icazə verdiyimiz rusların sonda Donbassa gedir və Donetsk qrupunu gücləndirir.

- Rusların qisas alacağı aydındır. Necə düşünürsünüz, Xersonun qisasını düşməndən nə vaxt gözləmək lazımdır?

- Fakt budur ki, Rusiya hərbi-siyasi rəhbərliyi Ukrayna xalqının soyqırımı kursunu müəyyənləşdirib. Təbii ki, enerji strukturumuzu, sənaye müəssisələrimizi məhv etməyə davam edəcəklər. Biz buna müqavimət göstərməliyik.

Hava hücumundan müdafiə sistemimiz pozulduqda 50-dən çox raket və ya başqa təyyarə göndərilir.

Ona görə də biz hava hücumundan müdafiənin həcmini, zenit-raket komplekslərinin sayını artırmalıyıq. Bu artıq həyata keçirilir: biz eşidirik ki, IRIS-T SLM və NASAMS sistemləri artıq Ukraynaya daxil olub. “Hawk” çox perspektivlidir. Hava hücumundan müdafiə sistemlərinin sayını artırmaqla, hava hücumundan müdafiə sistemimizin həddini artırırıq. Amma ruslar sanksiyalar altında olduqları üçün raketlərin sayını artıra bilmirlər. Yeni raketlərin istehsalı çox çətindir. Hətta yaxşı vaxtlarda bəzi mövqeləri ayda 2-3 ədəd raket atmaqla vurdular. İndi isə heç birini edə bilmirlər.

Raketlərin olmaması səbəbindən İrana üz tutdular. Orada, yeri gəlmişkən, İranın “Fateh” və “Zülfüqar”ını transfer edib-etməyəcəyi hələ sual altındadır. Çünki böyük ehtimalla G20-də onlara təzyiq olacaq. Artıq İrana müəyyən təsirləri olan Çinə də təzyiqlər olacaq. Düşünürəm ki, bu məsələ G20-də qaldırılacaq və hansısa yolla həllini tapacaq. Çox güman ki, İran bu raketləri Rusiyaya verə bilməyəcək.

- Rusiya tərəfindən istifadə olunarsa, Ukrayna İranın ballistik raketlərindən özünü necə qoruya bilər?

- Balistik raketlərdən gizlənməyin ən yaxşı variantı alternativ və ya paritet tipli silah - işə salma qurğularını və saxlama yerlərini vurmaq üçün daha uzun məsafəyə malik raketləri əldə etməkdir.

Odur ki, “Tomaqavk” kimi raketlərə və ya eyni ATACMS-ə və ya 500-700 km mənzilə malik HIMARS raketlərinə malik olmalıyıq.

- Bu tip silahları artıq alırıq?

- Heç olmasa, sifariş veririk və bu barədə bildirilib. Bunu həm müdafiə naziri Reznikov, həm də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı bildirib. Bu istiqamətdə danışıqlar aparılır. Düşünürəm ki, biz bu tip silahları almalıyıq, çünki dünya yaxşı bilir ki, ballistik raketlərə qarşı döyüşmək demək olar ki, mümkün deyil.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Sergey Surovikin
Ukrayna üzərinə hücumdan öncədən xəbəri olan Rusiya generalı iri gəlirli biznes sövdələşmələrindən mənfəət götürüb. Yeni araşdırma bu sövdələşmələrdə generalın arvadının Suriyadakı fosfat mədən biznesində iştirakını üzə çıxarıb.

General Sergey Surovikin 2010-cu illərin sonlarında Rusiyanın Suriyadakı qoşunlarının komandiri olub. O, qəddarlığına görə Suriyada “General Armageddon” ləqəbini qazanıb.

Oktyabrın 8-də Putin Surovikini Rusiyanın Ukraynadakı qoşunlarının komandiri təyin edib. Kreml çoxsaylı məğlubiyyətlərdən sonra müharibənin gedişatını öz xeyrinə dəyişməyə ümid edir.

Timçenkonun biznesi “birbaşa Putinə bağlıdır”

Noyabrın 9-da Surovikin və Müdafiə naziri Sergey Şoyqu qoşunları Xerson bölgəsində Dnepr çayının qərb sahilindən geri çəkdiklərini elan etdilər.

Rusiyada ekstremist təşkilat sayılan, həbsdə olan müxalifət lideri Aleksey Navalnının təsis etdiyi Antikorrupsiya Fondunun əməkdaşlarının çoxu 24 fevral hücumundan sonra Rusiyanı tərk etməyə məcbur olub. Fondun noyabrın 10-da yaydığı yeni hesabatda Surovikinin Suriyadakı Rusiya qoşunlarının komandiri olduğu müddətdə və ondan sonra Kremlə bağlı olan ziddiyyətli işadamı Gennadi Timçenko ilə dolaşıq sövdələşmədən böyük mənfəət götürdüyünü bildirib. Timçenkonun özü “Gunvor” adlı şirkəti vasitəsilə neft və enerji ticarətindən milyardlarla dollar qazanıb.

ABŞ Xəzinədarlıq Departamenti bildirir ki, Timçenkonun biznesi “birbaşa Putinə bağlıdır” və “Putinin “Gunvor”da sərmayələri və ola bilsin ki, “Gunvor”un maliyyə vəsaitlərinə çıxışı var”.

Fosfat mədənləri

Hesabatda detalları açıqlanan sövdələşmələrə görə, Timçenkoya məxsus “Stroytransgaz” tikinti şirkəti Suriyanın Palmira şəhəri yaxınlığında iki fosfat mədəninə çıxış əldə edib. Bu mədənlərdən biri Əl-Şarkiya, digəri isə Xneyfisdir.

“Stroytransgaz” bu mədənlərdə gübrə istehsalında istifadə olunan fosfat hasilatına Rusiyanın Suriya diktatoru Bəşər Əl-Əsədi dəstəkləmək üçün bu ölkəyə ordu göndərməsindən iki il sonra, 2017-ci ilin yayında başlayıb.

2017-ci ilin əvvəlində Rusiyanın Suriyadakı qoşunlarının komandiri təyin olunan Surovikin eyni ilin dekabrında Rusiya televiziyasında Putinə Əl-Şarkiya və Xneyfisin azad edilməsi haqda raport verib. Putin də Suriyaya səfər edəcəyini bildirib.

Üstündən çox keçməmiş Putin Surovikini Suriyadakı komandir vəzifəsindən azad edərək Rusiya aerokosmik qüvvələrinin baş komandanı təyin edib.

Borclar

Antikorrupsiya Fondunun araşdırmalarından məlum olur ki, “Stroytransgaz”ın “STG Logistika” adlı filialı 2020 – 2021-ci illərdə “Argus SFK” adlı taxta-şalban şirkətinə 104 milyon rubl borc verib. Bu ozamankı məzənnəyə görə 2 milyon dollar deməkdir. Rusiyanın Sverdlovsk regionunda yerləşən şirkətin həmtəsisçiləri isə Surovikinin arvadı ilə həmin regionun qubernatoru olmuş Aleksandr Mişarinin qızıdır.

Araşdırmada deyilir ki, “Stroytransgaz”ın yüksək rütbəli menecerlərindən birinin arvadı da “Argus SFK”ə 25 milyon rublluq (412 min dollar) borc verib.

Navalnının komandası iddia edir ki, bu “borc” Surovikinə Suriya əməliyyatı dövründə ortaya qoyduğu biznes sövdələşmələri müqabilində verilib.

Məlumatlar gizli kateqoriyaya salınıb

Rusiyanın Müdafiə Nazirliyi, “Stroytransgaz” və Timçenkonun şirkətləri məsələ ilə bağlı açıqlama xahişlərini cavabsız qoyublar.

Tədqiqatçılar hesabat üzərində əsasən şirkət və daşınmaz əmlak sənədləri ilə işləyiblər.

Bu ay Rusiyanın milli daşınmaz əmlak qeydiyyat sistemi qəfildən Surovikinin ailəsi və qohumlarının əmlakları ilə bağlı qeydlərə çıxışı məhdudlaşdıraraq onları gizli kateqoriyasına salıb.

Ötən ilin yanvarında Almaniyada müalicədən qayıdan kimi Moskvada həbs olunan Navalnı 2,5 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin martında isə ona mənimsəmə ittihamı ilə əlavə doqquz il həbs cəzası verilib. O və tərəfdarları bu ittihamların və ona qarşı daha öncə açılan cinayət işlərinin absurd və siyasi motivli olduğunu deyirlər. Navalnı Rusiyanın mərkəzi hissəsindəki Vladimir regionunun Melexovo kəndindəki həbsxanada saxlanılır.(Azadliq radiosu)
 
Ardını oxu...
İran Yəmən ərazilərinə silah, pilotsuz uçan aparatlar (PUA) və narkotik maddələr daşımağa davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin informasiya naziri Müəmmər əl-İryani məlumat verib.

Nazir dünən ölkəsinin cənubundakı Sokotra adasında narkotik daşıyan İran gəmisinin ələ keçirilməsinə reaksiya verib.

Ötən illərdə narkotik qaçaqmalçılığı və ticarəti ilə məşğul olan iranlı dənizçilərin tutulduğunu, gəmilərinin ələ keçirildiyini xatırladan İryani bunlardan bölgədəki yaraqlıların əsas maliyyə mənbəyi kimi istifadə edildiyini, gənclərin terror aktlarına yönəldildiyini və hədəfə alınmış ölkələrdəki insan resurslarının məhv edildiyini bildirib.

İranı Yəmənə silah, dron və narkotik daşımaqda ittiham edən nazir beynəlxalq ictimaiyyət, BMT və bu qurumun Təhlükəsizlik Şurası və ABŞ-a müraciət edən nazir müvafiq qərarları və beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq Yəməndə silah və narkotik qaçaqmalçılığını davam etdirən və ölkənin daxili işlərinə qarışan İrana qarşı açıq mövqe tutmağa çağırıb.

Dünən Sokotra adasında narkotik daşıyan İran gəmisi ələ keçirilib. Müsadirə edilən narkotiklərin həcmi ilə bağlı məlumat verilməsə də, saxlanılan gəminin lazımi hüquqi prosedurların tamamlanması üçün Sokotranın Hadibu limanında saxlandığı bildirilir.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 500 Rusiya işğalçısının olduğu binaya “HİMARS”la zərbə endirib. Nəticədə düşmənlər oradan iki yük maşını dolu meyit çıxarıblar.

Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayılan məlumatda belə deyilir.

Yerli vaxtla Saat 06:00-ya olan əməliyyat məlumatlarına əsasən, Xerson vilayətində işğalçıların cəmləşdiyi ərazinin Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd olunur.

“Dnepryane qəsəbəsi ərazisində 500-ə qədər işğalçının olduğu binaya yüksək dəqiqliklə zərbə endirilib. Nəticədə ölən işğalçıların iki yük maşını dolu meyiti Tavriçeskoye məntəqəsinə aparılıb”, – deyə məlumatda bildirilir.

Baş Qərargah qeyd edib ki, 56 ağır yaralı işğalçı ən yaxın xəstəxanaya çatdırılıb, onlardan daha 16-sı tezliklə dünyasını dəyişib. İşğalçıların itkiləri ilə bağlı yekun məlumat dəqiqləşdirilir.

Xatırladılır ki, noyabrın 12-də Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti arasında ümumi döyüş itkiləri təxminən 80 210 nəfər təşkil edib. Gün ərzində 800-dən çox işğalçı məhv edilib.
 
Ardını oxu...
Ukraynalı snayper 2710 metrdən rus əsgəri belə vurdu - VİDEO13 Noyabr 2022 17:08

Ukraynalı snayper hərbi əməliyyat zamanı 2710 metrlik məsafədən hədəfi məhv edib.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, onun nəticəsi Ukrayna Silahlı Qüvvələrinin komandanlığı tərəfindən təsdiq olunub.

Hazırda ukraynalı snayper bu göstəriciyə görə adı açıqlanmayan kanadalı snayperdən geri qalır. Kanadalı 2017-ci ildə İraqda döyüş tapşırığı zamanı 3540 metr məsafədən düşməni məhv etmişdi.

Üçüncü yeri isə 2475 metrlik məsafə ilə britaniyalı Kreyq Harrison tutur.

 
 
 
Ardını oxu...
Rusiyalı diktator Vladimir Putin «Silah» proqramının fəaliyyətini dayandırıb, bu proqramın icrası üçün federal büdcədən son 10 il üçün 20 trilyon rubl ayrılmışdı.

Rusiyanın «Vedemosti» nəşrinin mənbələrə istinadla xəbər verdiyi kimi, noyabrın əvvəlində Rusiya Prezidenti orduya tədarük normativlərini yenidən yazmağı və onları ordunun 14 noyabra qədərki real ehtiyaclarına uyğunlaşdırmağı tapşırıb («UNİAN»).

Beləliklə, faktiki olaraq, silah istehsalı üzrə dövlət proqramı dayadırılıb - bu proqram əsasında son illər hərbi-sənaye kompleksinin satınalmaları və maliyyələşdirilməsi həyata keçirilib.

Yeni proqramın işlənməsi də dayandırılıb - bu fəaliyyət 22 trilyon rubl qiymətləndirilmişdi.

AzPolitika.info
 
 
 
Ardını oxu...
Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlıların tam şəkildə öz vəzifələrini yerinə yetirdiklərini söyləmək mümkün deyil.

Bu sözləri Axar.az-a rus sülhməramlıların Qarabağa yerləşdirilməsinin ikinci ili ilə bağlı açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General bildirib ki, rus sülhməramlılar oradakı Ermənistan hərbi birləşmələri və terrorçu ünsürləri ərazidən çıxarmaq, təxribatların qarşısını almaq, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verilməsi və digər məsələlərin həllinə kömək etməklə bölgədə təhlükəsizliyi təmin etməli idi: “Ancaq bu missiyanı onlar yerinə yetirə bilmədilər. Biz rus sülhməramlılardan öz vəzifələrini obyektiv və bitərəf şəkildə yerinə yetirmələrini gözləyirik”.

Karauz bildirib ki, sülhməramlıların öz funksiyasını bəlli çərçivə və müddətdə yerinə yetirməsi əvəzinə onların bölgədə nəzərdə tutulan müddətdən artıq qalmaq üçün hazırlıqlar apardıqlarını müşahidə edirik:

“Sülhməramlılar üçün inşa edilən müşahidə postları, yaşayış korpusları və s. Rusiyanın Qarabağda daha uzun müddət qalmaq niyyətindən xəbər verir. Sanki bunlar Qarabağa beş illik yox, ömürlük gəliblər. Ancaq Ali Baş Komandan İlham Əliyev də Şuşadakı son çıxışı zamanı rus sülhməramlıların fəaliyyət müddətinin bəlli olduğunu və göstərilən müddət bitdikdən sonra öz ölkələrinə qayıdacaqlarını qəti şəkildə vurğuladı. Bu, Rusiya, Qərb və Ermənistana ən yüksək səviyyədə verilən mesajdır. Biz də rus sülhməramlıların öz xidmət müddətlərini bitirib ölkələrinə dönmələrini istəyirik. Çünki Azərbaycan öz suveren torpaqlarında dayanıqlı sülhü təmin etmək üçün hərtərəfli gücə sahibdir”.
 

Dünyapress TV

Xəbər lenti