Gah Laçın dəhlizi ilə Qarabağdakı qanunsuz erməni birləşmələrinə silah daşıyırlar, gah başlarından böyük qələt edib, Fərrux kəndinə müşahidə kameraları yerləşdirməyə cəhd edirlər, gah da erməni qızları ilə günlərini keçirirlər. Rəsmi adı sülhməramlı olan, lakin sülhü təmin etməkdən başqa hər hoqqadan çıxan bu terrorməramlıların "buraxdığı quşlar" saymaqla bitmir. Gəlin 10 noyabrda imzalanan kapitulyasiya aktının 4-cü bəndini xatırlayaq. Orada yazılır ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Yəni “sülhməramlı”ların öhdəliklərindən biri də bu terror qruplaşmalarını ərazidən rədd etməkdir. Amma onlar əvəzində terrorçuları himayə etməklə məşğuldurlar.
Təhlükəsizlik üzrə ekspert Cümşüd Nuriyev məsələyə belə münasibət bildirib:
“Sülhməramlıların BMT tərəfindən hər hansı bir mandatı yoxdur. Bundan başqa, sülhməramlılar BMT Nizamnaməsinin 36-cı, 46-cı maddələrini kobud şəkildə pozaraq münaqişəni yatırmaq əvəzinə, qızışdırmaqla məşğuldurlar”.
Görünür, hər fürsətdə erməniyə qahmar çıxan, hətta “din” qardaşlarının təxribatlarına göz yuman şərməramlılar sonlarını özləri hazırlayır.
C.Nuriyev Azərbaycanın etimadını doğrultmayan rusiyalı hərbçilərlə bağlı atıla biləcək addımlar haqqında isə bunları deyib:
“BMT Təhlükəsizlik Şurasına sülhməramlıların burada yerləşməsinə səlahiyyət verib-verməməsi ilə bağlı müraciət etməliyik. Təbii ki, Rusiya təşkilata üzv olduğundan BMT veto qoya bilər. Amma bu siyasi addımı atmalıyıq. İkincisi, Azərbaycan parlamenti Rusiya Dövlət Dumasına müraciət etməlidir ki, üzərilərinə öhdəliklər götürsünlər və bu öhdəliklər ratifikasiya olunsun. Bundan başqa, Müdafiə Nazirliyi XİN-ə arayış verməlidir. XİN isə səfirliyə nota göndərməlidir”.
"Evin tək uşaqlarının cəbhəyə göndərilməməsi təklifinin reallaşacağını düşünmürəm". Bunu "Sherg.az"a hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanda onsuz da təkuşaqlı ailələrin sayı çoxdur: "Bu, sonrakı uşaqların dünyaya gəlməsi üçün problemlər yarada bilər. Müdafiə Nazirliyinin qeyri-rəsmi olaraq, tək uşaqların cəbhəyə göndərilməməsinə dair məlum təlimatı mövcuddur.
Lakin hazırda bunu tam şəkildə həyata keçirmək mümkün deyil. Orduda həm evin tək uşaqları, həm də şəhid ailəsi üzvləri xidmət edirlər. Ölkəmizdə isə hazırkı şəraitdə təkuşaqlı ailələr 12-13 faiz arası təşkil edir.
Təklifləri verməzdən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi ilə bu məsələləri razılaşdırmaq, tək uşaqların faiz nisbətini öyrənmək, orduda xidmət edənləri neçə faizinin cəbhə ilə əlaqədar olmayan işlərə cəlb olunmasını nəzərə almaq vacibdir".
Qeyd edək ki, deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında təkliflə çıxış edib. O söyləyib ki, evin tək uşaqları cəbhəyə göndərilməsinlər.
Fransa Prezidenti Emmanuel Makron ölkəni mümkün müharibəyə hazırlamağı nəzərdə tutan yeni milli strategiya doktrinasını təqdim etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” nəşri yazıb.
“Yeni doktrina 2017-ci ildə qəbul edilmiş sənədin davamı olacaq və Fransanın maraqlarını qorumaq üçün on strateji hədəfi ehtiva edəcək. Müharibə iqtisadiyyatı ilə bağlı bir maddə var. Eyni zamanda, “ümumbəşəri hərbiləşdirmə”dən söhbət getmir”, - nəşr qeyd edib.
Sənəddə deyilir ki, Fransa Silahlı Qüvvələri zəif tərəflərini düzəltməli, hakimiyyət isə dünya nizamının qurulması prizmasından öz strateji ambisiyalarını yenidən nəzərdən keçirməlidir.
Fransız ordusunun hazırkı modeli ekspedisiya missiyalarında iştirak etməyi nəzərdə tutur, lakin yüksək intensivli münaqişələri deyil. Yeni doktrina 2030-cu ilə qədər müvafiq transformasiyaları nəzərdə tutur. Sənəddə respublika üçün yeni imkanlar yaradan üç əsas sütunun adı çəkilir: nüvədən çəkindirmə, adi silahlar və cəmiyyətin qarşılıqlı dəstək üçün səfərbər edilməsi.
İsrailin İrana zərbə endirmək imkanı var. Lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq. Bunu yəhudi dövlətinin müdafiə naziri Beni Qants bildirib.
Eyni zamanda, nazir xatırladıb ki, əvvəllər belə bir ssenariyə Netanyahunun baş nazir olduğu illərdə də baxılıb, lakin sonradan zərbə endirməmək qərara alınıb.
TEREF.AZ TASS-a istinadən yazır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı birləşmiş qüvvələr qrupunun komandanı Sergey Surovikinin məruzəsindən sonra rus qoşunlarının işğalın ilk günlərində işğal olunmuş Xersondan Dnepr çayının sol sahilinə çıxarılması barədə göstəriş verib.
“Razıyam.... Qoşunların çıxarılmasına davam edin”, - Şoyqu bildirib.
Günün birinci yarısında rusiyalı hərbi bloqçular bəzi mühüm xəbərləri açıqladılar - ehtimal ki, Ukraynanın payızda əks-hücum etdiyi istiqamətdə Xersonla bağlı. Ekspertlər və hərbi bloqçular uzun müddətdir ki, Dnepr çayının iki sahilini birləşdirən Antonovski körpüsünün qismən dağıdılmasından sonra təchizatı dayandırılan rus qoşunlarının Xersondan geri çəkilməsini düşünürlər. Ukraynanın Xerson vilayətində payız hücumu başlayandan və işğal administrasiyasının evakuasiya tədbirlərindən sonra hadisələrin belə inkişafı daha da gözlənilən oldu.
“Kiyev Rusiyanın Ukraynaya qarşı İran silahlarından istifadə etməsinin qarşısını almaq üçün sərt tədbirlər görməyə davam edəcək”.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Oleq Nikolenko feysbuk səhifəsində yazıb.
“İranın xarici işlər naziri açıq şəkildə etiraf edib ki, Tehran Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə ay əvvəl Rusiyaya pilotsuz uçuş aparatları (PUA) təhvil verib. Amma bundan qabaq İran Rusiyaya silah tədarükü həyata keçirdiyini inkar edirdi”, – o qeyd edib.
Onun sözlərinə görə, Tehran anlamalıdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi cinayətlərdə iştirak etməyin mənfi nəticələri Moskvaya dəstək verən zaman əldə etdiyi faydadan qat-qat böyük olacaq.
Ukrayna ordusu cənubda 30-dan çox işğalçını, üç sursat anbarını və texnikanı məhv edib.
Teref.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Cənub əməliyyat komandanlığından bildirilib.
"Cənub Buzka əməliyyat zonasında vəziyyət çətin olaraq qalır, lakin ərazi Ukrayna ordusunun nəzarətindədir. Təmas xəttində aktiv döyüşlər davam edir. Düşmən qüvvələri işğal olunmuş mövqelərdə müdafiə əməliyyatları aparılmağa, zərbələr endirməyə çalışır", - "Cənub" əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib.
Nazarovun sözlərinə görə, gün ərzində Ukrayna artilleriyaçıları, reaktiv yaylım atəşi sistemləri düşmən mövqelərinə və düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə zərbələr endirib:
"Rus ordusu Berislavski və Xerson rayonlarında 32 personal, 4 zenit və artilleriya qurğusu, 3 tank, 3 avtomobil, 3 sursat anbarı itirib. Krımın cənub-qərb sahilləri boyunca manevr edən düşmənin 7 gəmisi və kateri Qara dənizin sularında öz tapşırıqlarını yerinə yetirir".
Fransanın NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək missiyası çərçivəsində Rumıniyada olan hərbçiləri ərzaq qıtlığı ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumata görə, Rumıniyadakı fransız hərbçiləri zəif qidalanır və çadırlarda soyuqdan donurlar. Həmçinin, Fransa Silahlı Qüvvələrinin döyüşçüləri antisanitariya səbəbindən ortaya çıxan yataq böcəklərindən beziblər.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Fransa ordusunu Avropanın ən yaxşı ordusuna çevirəcəyini bildirmişdi.
İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür.
Bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - deyə o, vurğulayıb.
Eyni zamanda, Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, ölkənin, məsələn, Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribədir.
Prezident Aparatı rəhbərinin müşavirinin sözlərinə görə, Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır.
“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar və s. Belə bir dövlət cəzasız qalaraq bunu davam etdirə bilməz”, - Podolyak əlavə edib