Ardını oxu...
İranlı təlimatçılar Ukraynadakı infrastruktur obyektlərində "Şahed-136" kamikadze pilotsuz təyyarələrin buraxılışını koordinasiya işində Rusiyaya kömək etmək üçün Belarusa yola düşüblər.

“Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Qomel vilayətinin Mikuliçi kəndində İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri görünüb.

Məlumata görə, onlar Ukraynanın şimal və qərb vilayətlərində, eləcə də Kiyev vilayətində yerləşən infrastruktur obyektlərində pilotsuz təyyarələrin buraxılmasını həyata keçirəcək.
 
 
 
Ardını oxu...
Rusiyalı hərbi jurnalist, “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov yaralanıb. Bu barədə layihənin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, hadisə Donetsk yaxınlığında baş verib.

Peqovun sağ ayağının iki barmağının sındığı, ayaqlarında kəsiklərin olduğu bildirilib.

Qeyd olunub ki, hazırda Semyon Donetsk xəstəxanasındadır və onun həyatına təhlükə yoxdur.
 
Ardını oxu...
"Qərb Ukraynanı qorumaq isrəyirsə, təkcə müdafiə vasitələri deyil, hücum vasitələri də verməyə məcbur olacaq..."

"İsrail Ukraynaya "Dəmir kümbəz", zenit qurğuları verə bilər, bunlar ki, müdafiə vasitələridir..."

"İsrail həkimlərinin Putinin xərçəngdən müalicə etməsinin məsələyə dəxli yoxdur..."

"İran dronların əvəzinə Rusiyadan nəsə əldə edə bilər, söhbət iki izqoy ölkənin əməkdaşlığından gedir..."

Qərb Ukraynaya Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran dronlarından daha keyfiyyətli dronlar verməlidir.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı hüquqşünas Mark Feyqin bəyan edib.

"Çox vacibdir ki, Ukraynaya o dronlardan, amma daha keyfiyyətlisi verilsin. Çünki madam ki, sizin dronlar uçur, demək, bizim də min km uzağa, Moskvayadək uçan dronlarımız var". Bu, məntiqə uyğundur. Bunlar çəkindirici vasitədir. Ya siz, ya da biz", - o, deyib

"Yəni Rusiya o dronlardan istifadə etməzdən öncə min dəfə düşünəcək", - Feyqin qeyd edib.

O, hesab edir ki, Qərb "Ukraynanın ərazisini müdafiə etmək üçün təkcə müdafiə vasitələri deyil, həm də zərbələr üçün hücum vasitələri verməyə məcbur olacaq".

Daha sonra Feyqin deyib ki, İsrail Ukraynaya hava hücumundan müdafiə sistemləri verə bilər, çünki bunlar müdafiə vasitəsidir. Məsələn, "dəmir künbəz" vermək olar. Burada nə var ki, mən anlamıram. Bunlar müdafiə vasitələridir və rusiyalı əsgərləri öldürmək üçün deyil", - Feyqin deyib.

O, qeyd edib ki, İsrail siyasətçiləri Rusiyadan qorxur.

"Əlbəttə, qorxurlar...amma dünya 24 fevraldan sonra dəyişib. Prioritetlər dəyişir. Moskvanın da prioritetləri dəyişir. İsrail Qərbin müttəfiqidir, Moskva Qərblə münaqişədədir. Ona görə də xam xəyallara dalmaq olmaz".

"İsrail həkimlərinin Putini xərcəngdən müalicə etməsinin də məsələyə dəxli yoxdur. Dövlət miqyaslı vəzifələr hər hansı empatiyadan vacibdir", - o, vurğulayıb.

"İsrail künbəzləri və zenit qurğuları çox gözəldir, onları vermək lap yerinə düşər. Axı dronlar mülki əhalini, mülki infrastrukturu məhv edir. Onlar ukraynalıların qışda evlərində donmasını istəyir. Başa düşürsünüzmü?".

Sonda Feyqin diqqəti ona çəkib ki, İran dronlarının tədarükü müqabilində Rusiyadan nəsə ala bilər.

"İsrail də, ABŞ da nəzərə almalıdır ki, Tehran nəsə əvəzində ala bilər və ya artıq alıb. Məsələn, nüvə silahının istehsalı texnologiyası, hərbi texnologiyalar ala bilər".

O, güman edir ki, söhbət "iki izqoy ölkənin" əməkdaşlığından gedə bilər.

"İran artıq terrorçuluğa sponsorluq edən ölkədir. Rusiyanın da bu statusa layiq görülməsinə bir şey qalmayıb. Nədən bu sahədə əməkdaşlıq edilməsin? Vaxtilə Stalin Mao-Tszeduna nüvə bombası verməyibmi? Çinin nüvə silahı haradandır? Əlbəttə, Moskvadan", - Feyqin deyib.
 
Ardını oxu...
"Ukraynanın Xerson vilayətində işğalçıların böyük qüvvəsi mühasirəyə alınıb".

Bu barədə Britaniyanın istefada olan hava vitse-marşalı Şon Bell" Sky News" telekanalında danışıb.

Bell deyib ki, ruslar mühasirədən çıxa bilməsə məhv olmaq riski var.

"Əgər həmin hərbi qüvvələr getsələr, bu, Rusiya üçün çox, çox böyük məğlubiyyət olacaq. Ukraynadakı rus qoşunun komandanı general Surovikinin Xersondakı ağır vəziyyət ilə bağlı bəyanatı əsgərlərdə ruh düşkünlüyü yaradıb. Onların bəziləri mülki geyimdə Xersondan qaçmağa çalışır..."

Vitse marşal onu da əlavə edib ki, ruslar üçün Xersondan qaçmaq da çətin olacaq.

"Dnepr çayı üzərindəki bütün körpülər dağıdılıb, ona görə də ponton körpülər üzərindən ağır texnikanın daşınması çox ləng və çətindir. Əgər Surovkin qoşunları Xersondan təcili geri çəkməsə, rus əsgərlərinin arasında çaxnaşma riski artacaq”, - ekspert əlavə edib.
 
Ardını oxu...
"Ermənistanın təxribatları davam edəcək. Azərbaycan unutmamalıdır ki, söhbət düşmən ölkədən gedir".
TEREF.AZ bildirir ki, bu sözləri "Sherg.az"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, ərazilərimiz 44 günlük savaşın pik nöqtəsi hesab edilən noyabr ayına qədər davamlı şəkildə Ermənistanın atəşinə məruz qalacaq:

"Azərbaycanın Silahlı Qüvvələri qarşı tərəfin bütün təxribatlarına hazırdır. Ordumuzun qorxmaz iradəsi, bacarığı hesabına düşmənin törədə biləcəyi istənilən provokasiyanın qarşısı vaxtında və sərt şəkildə alınacaq. Eyni zamanda igid əsgərlərimiz düşmənin ritorikasını aşağı salmaq üçün lazım olan qədər əks addımlar atacaqlar. Buna heç kimin şübhəsi olmasın. Baş verənlər mənim üçün hər hansı bir təəccüb doğurmur.

Guya Ermənistan ərazisinə beynəlxalq missiya göndərilib. Amma təxribatlar beynəlxalq güclərin gözü qarşısında yenə də davam etməkdədir. Avropa İttifaqının müşahidə missiyası təəssüf ki, hələ də rəsmi İrəvanın məlum fitnələrini görməzdən gəlir.

Lazımi qərarları vermir, tədbirləri həyata keçirmirlər. Ümid edirəm ki, proses uzun zaman çəkməyəcək. Ermənistan sonda məcbur qalıb, Azərbaycanın həm ərazi bütövlüyü ilə bağlı indiyə qədər demədiyi, həm də Praqada səsləndirdiyi fikirləri artıq sənəddə də öz imzası ilə təsdiq edəcək.

Nəhayət düşmən ölkə başa düşəcək ki, bölgədə sülhün və əmin-amanlığın bərpa olunması üçün Azərbaycan və qardaş Türkiyə ilə bir araya gəlməlidir. Doğru-dürüst qərarlar yalnız rəsmi Bakı və ya rəsmi Ankaranın deyil, eyni zamanda Ermənistanın da müəyyən maraqlarına xidmət edə bilər".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
 
Ardını oxu...
Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib.

“Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır”, – Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək.

“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, – baş katib vurğulayıb.

Alyans rəsmisi söyləyib ki, NATO Rusiyanın hərəkətlərini diqqətlə izləməkdə davam edir:

“Biz hadisələrin istənilən mümkün inkişafına hazır olmalıyıq”.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin bütün dünyanı dəhşətə gətirən nüvə sualtı qayığı “Belqorod” Şimal qütbünə yaxın yerləşən Severodvinsk limanında görüntülənib.

Cebhe.info xəbər verir ki, bu barədə HABERLER.COM yazıb.

Bildirilir ki, NATO sərhədinə son dərəcə yaxın olan limanda "qiyamət günü" adlandırılan sualtı qayığın görünməsi Qərbə xəbərdarlıq olaraq qiymətləndirilir.

Döyüşün gedişatını tamamilə dəyişdirə biləcək xüsusiyyətlərə malik olan silah Qərb mediasının manşetlərində də öz yerini tutub.

Sualtı qayığın Rusiyanın Kola yarımadasının yerləşdiyi dənizində aparılan gizli əməliyyatdan sonra bir müddət geri qayıtdığı güman edilir. Bildirilir ki, silah sunami yarada və düşmən sahillərini məhv edə bilər. Nüvə torpedalarını daşıyan sualtı qayığın Ukrayna müharibəsində istifadə olunacağından ehtiyat edilir. Buna görə sualtı qayığa “şəhər qatili” də deyilir.
 
Ardını oxu...
Almaniya ilin sonunadək Ukraynaya zirehli avtomobillər, körpüdöşəyən tanklar, haubitsalar və antidron sistemlər verəcək.

APA-nın Ukrinforma istinadla xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.

Nazir qeyd edib ki, Ukraynaya silah təchizatında Berlin üçün qırmızı xətt yoxdur.
 
 
 
Ardını oxu...
Rusiya İranla kamikadze-dronlardan əlavə, “yer-yer” tipli ballistik raketlərinin tədarükü ilə bağlı razılığa gəlib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, Rusiya ilə İran arasında saziş oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər, İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli rəsmisi və Milli Təhlükəsizlik Ali Şurasının bir nümayəndəsinin Rusiya ilə silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etdiyi zaman bağlanıb.

“Rusiyalılar daha çox pilotsuz uçuş aparatı və yüksək dəqiqliyə malik ballistik raketlər, o cümlədən “Fateh” və “Zolfaghar” raketlərini istəyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, raketlər 2-3 partiyada Rusiyaya göndərilə bilər.

Digər iranlı diplomat isə onların maksimum 10 günə göndəriləcəyini bildirib.
Ardını oxu...
Ukrayna yaxın günlərdə NATO-dan Rusiyanın dinc şəhərlərə hücum etmək üçün fəal şəkildə istifadə etdiyi İranın kamikadze dronlarına qarşı vasitələr alacaq.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda müzakirələr zamanı deyib.

“Heç bir dövlət Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməlidir”, - deyə alyans rəhbəri vurğulayıb.

Dünyapress TV

Xəbər lenti