Ardını oxu...
"Rusiya artıq dəqiq idarə olunan raket ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə edib".

Bu barədə Müdafiə naziri Aleksey Reznikov Telegram -da məlumat verib.

Eyni zamanda o, düşmənin yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı statistik rəqəmlərə istinad edib: 1844 raket Rusiya tərəfindən istifadə olunub, 609-u qalıb.

"Ukraynadakı mülki hədəflərə qarşı yüzlərlə yüksək dəqiqlikli raketlərdən istifadə etməklə təcavüzkar dövlət hərbi hədəfləri məğlub etmək imkanlarını azaldır. İki nəticə: Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır; Rusiya terrorçu dövlətdir", - Reznikov yazıb.
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri Suren Papikyan hökumət iclasında ölkə əhalisi üçün sensasion bəyanatla çıxış edib. Belə ki, o, ehtiyatda olan hərbçilərin üç aylıq toplanışlarının 25 günlüklərlə əvəz olunacağını bəyan edib.

Bu barədə yerli “Hraparak” qəzeti məlumat verib.

“Vətəndaşlar yeddi gün təlim keçir, 14 gün döyüş növbətçiliyindədirlər. Gələcək toplanışlar 25 günlük olacaq; biz üç aylıq toplanışlardan imtina edirik. Bu, Ermənistanın hərbi xidmətə cəlb olunan bütün vətəndaşları üçün məcburidir”, - deyə nəşrdə nazirdən sitat gətirilib.

“Hraparak”dan vurğulanıb ki, bu, əvvəllər heç vaxt hərbi xidmət keçməyən, əlində silah olmayan, 10-15-20 il əvvəl xidmət edənlər də daxil olmaqla 50 yaşdan yuxarı bütün kişilərin təlim düşərgəsinə, hətta lazım gələrsə, sərhədi qorumağa göndəriləcəyi deməkdir.
 
Ardını oxu...
NATO üzvü olan 15 Avropa ölkəsi ən yaxşı hava hücumundan müdafiə sisteminin yaradılması layihəsinə başlayıb.

Layihədə Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland, Rumıniya və Sloveniya iştirak edirlər.Bu ölkələrin müdafiə nazirləri “Səma qalxanı” adlı Avropa təşəbbüsünə dair bəyannamə imzalayıblar. Bəyannamə NATO-nun Brüsseldə keçirilən iclası çərçivəsində imzalanıb.

Layihə hazırda Avropanın qoruyucu qalxanındakı mövcud boşluqları bağlamağa kömək edəcək. Müəyyən məqamlarda problemlər mövcuddur. Məsələn, öz trayektoriyası üzrə yüksək hündürlüklərə çatan ballistik raketlərdən, həmçinin pilotsuz təyyarələrdən və qanadlı raketlərdən müdafiə ilə bağlı çatışmazlıqlar müşahidə olunur.

Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək niyyətindədir.
 
Ardını oxu...
“Rusiyanın Ukraynaya raket hücumu cəbhədəki uğursuzluqla bağlıdır”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
Onun sözlərinə görə, Rusiyanın törətdiyi terror aktları əhalini qorxutmaq üçündür: “Lakin bu, əks-effekt verir. Fikrimcə, Rusiyanın hücumları davamlı ola bilməz. Bunun iki əsas səbəbi var. Birincisi, intensiv raket zərbələri Rusiyaya gündə ən azı 700 milyon dollara başa gəlir. İkincisi, “Kalibr” və “İskander”in ehtiyatları tükənmək üzrədir. Sanksiyalara görə yenilərini istehsal etmək isə çətindir”.
A.Yusov bildirib ki, zərbələr davam edə bilər: “Ona görə də hava hücumu siqnallarına laqeyd yanaşmaq olmaz”.
Qeyd edək ki, Rusiya oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket zərbələrinə məruz qoyur.
 
Ardını oxu...
NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 12-13-də keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Brüsseldə mətbuat konfransı keçirib.

Ovqat.com-un məlumatına görə, Stoltenberq mətbuat konfransında “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinin yerləşdiyi Baltikdə və Şimal dənizində NATO hərbi dəniz qüvvələrinin iki dəfə artırıldığını açıqlayıb.

Stoltenberq bəyan edib ki, alyans bu qərarı “Şimal axını” boru kəmərlərinin “təxribatından” sonra bölgədəki NATO infrastrukturunu qorumaq üçün qəbul edib. “Biz Baltik və Şimal dənizlərində mövcudluğumuzu patrul təyyarələri və sualtı imkanları olan 30 gəmiyə çatdırmaqla ikiqat artırdıq”, - Stoltenberq deyib.

«Şimal axını» boru kəmərlərində son sızmaların səbəbi tam aydın olmasa da, araşdırmalar «qəza»ların əslində təxribat olduğunu göstərir.

Bazar ertəsi səhər Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə, o cümlədən ölkə paytaxtına raket hücumlarına toxunan Stoltenberq, NATO-nun Kiyevə dəstəyini "davam etdirməyə" qərarlı olduqlarını vurğulayıb.

"Dünən gördüklərimiz (Ukraynaya endirilən raket zərbələri-Ovqat.com) əslində Rusiyanın zəifliyinin əlamətidir, çünki o, faktiki olaraq döyüş meydanında irəliləyişə nail ola bilmir. Rusiya faktiki olaraq döyüş meydanında uduzur", - deyən Stoltenberq əlavə edib: "Onlar bu vəziyyətdə Ukraynaya qarşı dinc əhali-hərbçi ayrıseçkiliyi etmədən şəhərlərə və kritik mülki infrastruktura hücumlar edərək cavab zərbələri endirirlər."

Baş katib NATO-nun illik nüvə cavabı manevri kimi xarakterizə olunan “Sabit Günorta” təlimlərinin planlaşdırıldığı kimi gələn həftə keçiriləcəyini təsdiqləyib: “Bu, çəkindirmə gücümüzü təhlükəsiz və effektiv etmək üçün hər il keçirdiyimiz müntəzəm təlimdir”.

Stoltenberq həmçinin bildirib ki, NATO Rusiyanın nüvə təxribatlarına cavab olaraq “Sabit Günorta” (“Steadfast Noon”) təlimlərini ləğv etməyəcək, çünki bu, pis presedent yarada bilər.

Ardını oxu...
Ötən il oktyabrda keçirilən “Sabit Günorta” təlimlərinin xəritəsi

O, Rusiyanın “gizli nüvə təhdidləri”nə toxunaraq vurğulayıb: “Rusiya bilir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Rusiyanın nüvə güclərini yaxından izləyirik. İndiyə qədər Rusiyanın mövqeyində bir dəyişiklik görməmişik, bununla belə, yenə də ayıq-sayıqlığımızı qoruyuruq».

“Sabit Günorta” adlı hərbi təlimlər hər il keçirilir və adətən bir həftə davam edir. Buraya nüvə başlıqları daşıya bilən döyüş təyyarələri daxildir, lakin heç bir canlı bomba daxil deyil. Adi reaktiv təyyarələr, müşahidə və yanacaq dolduran təyyarələr təlimlərdə müntəzəm iştirak edirlər.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən əvvəl planlaşdırılan təlimə NATO-ya üzv 30 ölkədən 14-ü cəlb olunacaq. NATO rəsmiləri bildiriblər ki, manevrlərin əsas hissəsi Rusiyadan 1000 kilometr (625 mil) uzaqlıqda keçiriləcək.
 
Ardını oxu...
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna kəşfiyyatının Krım körpüsündə partlayışa necə hazırlaşdığını əks etdirən foto və videolar yayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, FTX-nın məlumatında terror aktının təşkilində iştirak edənlərin fotoşəkilləri, gömrük postunda yük maşınının içindəkilərin rentgenoqrafiyası, yükün çatdırılması üçün sənədlər də var.

FTX-nın İstintaq Komitəsi ilə birgə açıqladığı məlumata görə, Krım körpüsündə terror aktının təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi və onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğu müəyyən edilib.

“Müəyyən olunub ki, ümumi çəkisi 22,77 ton olan partlayıcı 22 ədəd tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və Translogistik UA MMC arasında 02/08/2022 saylı müqavilə əsasında avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda Transalyans terminalında yük Avrasiya İqtisadi Birliyi qaydalarına uyğun rəsmiləşdirilib, sənədlər dəyişdirilib, bundan sonra yükü göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi şəhəri), alıcı isə "Lider" MMC (Moskva) olub.

Gürcüstan qeydiyyatında olan DAF markalı avtomobilində yük oktyabrın 4-də yük Yuxarı Lars vasitəsilə Rusiya-Gürcüstan sərhədindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.

Oktyabrın 7-də Ukrayna vətəndaşı Solomko Vladimir Vasilyeviç Zlobun (1987-ci il) və digər 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərici “TEK-34” MMC (Ulyanovsk) göstərilib və alıcı isə Krımda mövcud olmayan bir şirkət olub. Həmin gün yüklər Simferopola yola düşmüş Rusiya vətəndaşı Mahir Yusubovun (1971-ci təvəllüdlü) yük maşınına yüklənib və oktyabrın 8-də saat 06.03-də Krım körpüsündən keçərkən partlayış baş verib.

Yüklərin bütün marşrut üzrə hərəkətinə və cinayət sxeminin iştirakçıları ilə əlaqəyə nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, özünü İvan İvanoviç kimi təqdim edən şəxs həyata keçirib. Yükün göndərilməsinə Ukrayna vətəndaşları Mixail Vladimiroviç Tsyurkalo (1975-ci il təvəllüdlü), Denis Oleqoviç Kovaç (1979) və Roman İvanoviç Solomko (1971), Gürcüstan vətəndaşları Sandro İnosaridze və Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan (1985) cəlb olunublar. Cinayətin hazırlanmasında iştirak edən 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb.
İstintaq davam edir, bütün təşkilatçılar və iştirakçılar, o cümlədən əcnəbilər Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”, deyə FTX və İstintaq Komitəsinin birgə məlumatında qeyd olunub.
Ardını oxu...
12 oktyabr saat 8.40-dan 8.58-dək Ukraynanın cənubunda Silahlı Qüvvələrin hava əleyhinə raket bölmələri Rusiyanın ən azı dörd hücum helikopterini (Ka-52) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin məlumata görə, işğalçılardan azad edilmiş əraziyə bir helikopter düşüb, qalanları toqquşma xəttindədir.

Qeyd olunub ki, təsdiqlənmiş vurulan helikopterlərin sayının artma ehtimalı yüksəkdir.
 
Ardını oxu...
“Oktyabrın 3-5-də KTMT-nin baş katibi Stanislav Zas Bişkekdə uğurlu təmaslar, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparıb. Danışıqların nəticələri Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsi istiqamətində ümumi səylərin olduğunu göstərir”.

Bunu bu gün keçirilən brifinqdə News.ru müxbirinin Qırğızıstanın KTMT təlimlərindən imtinası ilə bağlı sualına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və gələn ildən bu ölkə bu təşkilatda sədrliyə keçəcək. Hazırda isə Bişkek MDB-nin nizamnamə orqanlarının işində yüksək səviyyədə iştirak edir.

“Oktyabrın 12-də Qazaxıstanda keçiriləcək MDB sammitində Qırğızıstan prezidentinin və xarici işlər nazirinin iştirakı da planlaşdırılır”, – deyə Zaxarova əlavə edib.

 
 
 
Ardını oxu...
Oktyabrın 10-da Rusiya qoşunları Ukrayna ərazisini 84 qanadlı raket və 24 pilotsuz uçuş aparatları-kamikadzelərlə atəşə tutub. Onların orta ümumi dəyəri 400-600 milyon dollar təşkil edir.

TEREF.AZ-ın yazdığına görə, Moderator.az xəbər verir ki, bu barədə "Forbes-Ukraina" nəşri yazıb.

Hər tip raketin sayı dəqiq bilinmədiyindən, buraxılan raketlərin dəyəri geniş diapazonda qiymətləndirilir.

Bu gün miqyası dəyərləndirilən dünənki atəşlər zamanı rusiyalı hərbçilər "X-101", "X-555", "Kalibr", "İsgəndər", "C-300", " Tornado-C" raketlərindən istifadə edib.

"Forbes" hesablamalarını belə güman əsasında aparıb ki, raketlərin əksəriyyəti bahall və yüksək dəqiqli "X-101" və taktiki mənzilli "C-300" və "Tornado-C" olub, qalanları HHM sistemlərinin yayındırılmasına yönəlib.

Bir "X-101" raketinin dəyəri 13 milyon, "Kalibr" 6, 5 milyon, "İsgəndər" 3 milyon, "Oniks" 1, 25 milyon, "X-22" 1 milyon, "Toçka-U" 300 min dollaradır.

10 oktyabrda bütün buraxılan Rusiya dronlarının ümumu dəyəri bir neçə milyon dollardır.

Ukrayna qoşunları və HHM sistemləri tərəfindən 13 PUA və 43 raket vurulub.

Atəşlər nəticəsində 19 ukraynalı həlak olub, daha 105 nəfər yaralanıb.

Son istirahət günləri rusiyalı hərbçilər Ukraynanın daha çox şəhərlərini güclü atəşlərə məruz qoyub.

"Forbes"in hesablamalarına görə, 25-26 iyunda Rusiya və Belarus tərəfdən ümumi dəyəri 150-220 milyon dollar olan 60-80 uzaqvuran raketlər buraxılıb.

Təkcə Kiyevə buraxılan raketlərin dəyəri 50-60 milyon dollar təşkil edib.

Müharibənin ilk iki ayı ərzində rusiyalılar Ukraynaya 1300 raket buraxıb, "Forbes"in hesablamalarına görə, onların dəyəri 7, 5 milyard dollar təşkil edib.

Ukrayna müharibənin yarım ilində (24 fevral-24 avqust) dəyəri 16, 6 milyard olan Rusiya texnikasını məhv edib.

Rusiyalılar 12142 vahid texnika (raketlər sayılmadan), 2000-dək tank, 234 təyyarə və 15 gəmi itirib.

Təkcə İlan adasında Rusiya dəyəri 900 milyondan artıq olan texnika itirib.
Ardını oxu...
Oktyabrın 11-də Almaniya vəd edilmiş dörd “IRIS-T” hava hücumundan müdafiə sistemindən (SLM) birincisini Ukraynaya təhvil verib.

Bu barədə Spiegel” xəbər verib.

Alman nəşrinin məlumatına görə, ötürmə oktyabrın 11-də Ukrayna-Polşa sərhədi yaxınlığında baş verib. Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub.

Qeyd edək ki, “IRIS-T”nin tədarükü noyabrda başlamalı idi, lakin oktyabrın 10-da Almaniyanın müdafiə naziri Kristin Lambrext Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumundan sonra yaxın bir neçə gündə təhvil veriləcəyini açıqlamışdı.

“IRIS-T” (SLM) hansı üstünlüklərə malikdir?

“IRIS-T “Almaniyada istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemidir. Bu hava hücumundan müdafiə sistemlərinin inkişafı yalnız 2014-cü ildə tamamlandı. Onlar ilk növbədə mülki əhalini raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Raket

“IRIS-T” raketi onu hədəfə doğru istiqamətləndirən infraqırmızı başlıqla təchiz edilib. Eyni zamanda, buraxılan zaman arxada heç bir iz qoymur və varlığını ortaya çıxarmır. Raket 40 km-ə qədər olan hədəfi vura bilər.

Radar

Almaniyanın Ukraynaya verdiyi “IRIS-T” sistemləri, ehtimal ki, alman TRML-4D radarları ilə təchiz olunub. Onlar real vaxt rejimində 500-dən çox hədəfi izləyə bilirlər. 250 km məsafədə radar artıq təyyarəni aşkar edir, 120 km-də isə artıq hədəfi müşayiət edir və raketləri istiqamətləndirir./publika.az
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti