Ardını oxu...
Ukraynanın şərqindəki Liman şəhərindən Rusiya qüvvələrinin geri çəkilməsi göstərir ki, hazırda Moskva bu bölgədənsə, ölkənin cənubundakı ərazilərin müdafiəsinə üstünlük verir. Bu barədə ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.

ISW ekspertlərinə əsasən, Liman ətrafındakı cəbhə xəttinin zəifləməsi demək olar ki, hərbi komandanlığın deyil, Putinin qərarıdır: "Bu onu deməyə əsas verir ki, Putin Luhansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin saxlanmasına əhəmiyyət verir".

Şənbə günü Ukrayna qüvvələri ölkənin şərqindəki strateji əhəmiyyətli Liman şəhərini alıblar. Bu, Luhansk və Donetsk bölgələrinə doğru irəliləmək üçün yeni imkanlar açır.

Putin Ukaynanın dörd regionunun ilhaqını elan edib rəsmi Kiyevi danışıqlar masasına çağırdı
Rusiyada səfərbərliyə çağrılan azərbaycanlı: "Rusiya tərəfdən döyüşmək istəmirəm"
Taktiki nüvə silahları nədir və Rusiya onlardan istifadə edə bilərmi? 5 suala cavabda
Rusiya Müdafiə Nazirliyi bildirib ki, minlərlə əsgərin mühasirəyə düşməsi təhlükəsindən yayınmaq üçün Limandakı qüvvələr daha sərfəli mövqelərə çəkilib.

Moskvanın ilhaq etdiyi bölgələrdəki nümayəndələri ilə keçirilən imzalanma mərasimində Putin dörd regionun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib

"Mühasirəyə alınma təhlükəsinə görə müttəfiq qoşunları Qırmızı Liman (şəhərin köhnə sovet adı - red.) yaşayış məntəqəsindən daha əlverişli xəttlərə çəkilib".

Britaniya hərbi kəşfiyyatı bildirir ki, əməliyyat baxımından Liman vacibdir, çünki ona nəzarət Severski Donets çayı üzərindəki əsas keçidə nəzarət deməkdir ki, Rusiya onun qarşı tərəfində müdafiə xəttini gücləndirməyə çalışır.

"Rusiyanın Limandan çıxması həm də əhəmiyyətli siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya "azad etmək" istədiyi və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir".

Limanın alınması ardınca Çeçenistan lideri şəhəri müdafiə edən hərbi komandanlığı tənqid edib. Ramzan Kadırov yazıb ki, belə təhlükəyə qarşı az gücü olan nüvə silahınadək bütün vasitələrdən istifadə olunmalı idi.

Liman şəhərindəki "uğursuzluğu" Putin rejiminə sadiq başqa şəxslər də tənqid ediblər. Ukrayna lideri telemüraciətində belə tənqidlərə münasibət bildirib.

"Yeri gəlmişkən, onlar artıq bir-birini dişləməyə başlayıblar: günahkarları axtarırlar, uğursuzluqlarda bəzi generalları günahlandırırlar... Bu, Rusiya hakimiyyətinin bütün səviyyələrində eşidilməli olan ilk zəngdir", - Volodimir Zelenski deyib.

Liman Rusiyanın cümə günü ilhaqını elan etdiyi Ukraynanın dörd bölgəsindən biridir.

Moskvanın ilhaq etdiyi bölgələrdəki nümayəndələri ilə keçirilən imzalanma mərasimində Putin dörd regionun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib.

Ukrayna və onun Qərb müttəfiqləri bu addımı torpaqların qanunsuz ələ keçirilməsi kimi qiymətləndiriblər.
 
 
 
Ardını oxu...
Liman yaxınlığındakı məğlubiyyət onu göstərir ki, ərazidəki Rusiya komandirlərinə rəhbərlik etdiyi bildirilən Prezident Vladimir Putin Ukraynanın cənubunda işğal olunmuş ərazilərin saxlanması lehinə Luqansk vilayətinin müdafiəsini prioritetlər sırasından çıxarır.

“Report” xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Ukrayna və Rusiya mənbələri son vaxtlar Xarkov-İzyum cəbhəsinin dağılmasına, hətta Liman ətrafındakı Rusiya müdafiəsinin çökməsinə baxmayaraq, Rusiya qoşunlarının Xerson və Zaporojye vilayətlərində mövqelərini möhkəmləndirməkdə davam etdiyini bildirir.

MAİ ekspertləri qeyd ediblər ki, Kupyansk və Liman ətrafındakı müdafiəsiz cəbhə xəttini möhkəmləndirməmək qərarı böyük ehtimalla hərbi komandanlığın deyil, Putinin qərarıdır:
Ardını oxu...
“Bu onu deməyə əsas verir ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin strateji ərazilərinin saxlanmasına önəm verir”.

Analitiklərin fikrincə, Kreml Çeçenistan rəhbəri Ramzan Kadırov və “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojinin generalları tənqid etməsi fonunda Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi üçün informasiya zəminini hazırlaya bilər.
 
Ardını oxu...
Bu gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı 5 ədəd “Şahid-136” kamikadze-dronunu məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Şahid-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.
 
 
 
Ardını oxu...
Bazar günü səhər saatlarında rus qoşunları Zaporojye və ətraf ərazilərə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin rəhbəri Oleksandr Starux məlumat verib.

"Düşmən rayon mərkəzinə və yaxın ətrafa hücum edib. Qurbanlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir", - o deyib.

Starux vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etməyə və hava hücumu siqnallarına məhəl qoymamağa çağırılıb.

O qeyd edib ki, təkrar hücumlar riski var.
 
Ardını oxu...
ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

O bildirib ki, ABŞ gələn həftə Ukraynaya yeni təhlükəsizlik yardım paketini açıqlayacaq.

Sallivan vurğulayıb ki, ABŞ heç vaxt Ukrayna torpaqlarında Rusiya tərəfindən keçirilən "saxta referendumları" və qeyri-qanuni ilhaqı tanımayacaq.

Sallivan vurğulayıb ki, ABŞ ehtiyac olduğu müddətdə Ukraynaya dəstək verməyə davam edəcək.

 
 
 
Ardını oxu...
“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçulardır”.

H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.
 
Ardını oxu...
Bəzi siyasətçilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı tənqidləri əsassızdır və konstruktiv işə töhfə vermir.

Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Tədbir nazirliyin “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb.

“Müəyyən siyasətçilər tərəfindən KTMT-yə qarşı əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir”, - deyə o bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin KTMT təlimlərində iştirak etməmək qərarı respublikadakı mövcud vəziyyətlə bağlıdır.

“İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, hesab edirəm ki, bu məsələdə Ermənistan qarşısında duran prioritet vəzifələr, , mövcud vəziyyəti nəzərə alsaq, onun silahlı qüvvələridir. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar”, - diplomat bildirib.
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

APA xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.

Nəticədə Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb.

Hazırda sərhəddə vəziyyət sabitdir.

Xatırladaq ki, Ermənistan mediasında atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlarının yalan olduğunu bildirib:

“Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”,- nazirliyin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
 
Ardını oxu...
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.
 
 
 
Ardını oxu...
Ukrayna Rusiya ilə “hamının hamıya” mübadiləsi prinsipi üzrə danışıqlar aparır. “Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Ukraynalı hərbi əsirlərin ailələrinin nümayəndələri ilə görüşdə Budanov qeyd edib ki, mübadilə ilə bağlı danışıqlar prosesi kifayət qədər yorucudur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya arasında Türkiyə tərəfinin vasitəçi kimi çıxış etdiyi əsir mübadiləsi aparılıb.
 

Dünyapress TV

Xəbər lenti