Ardını oxu...
Telekanalların birində hüquqşünaslar MTK payçılarına hüquqları barədə geniş məlumat verməlidir... Gözəl insan adı, yaxud yer adı, lap şirkət adı insanda gözəl duyğular oyadır. Vay o gündən ki, o gözəl adın arxasında pis, çirkin əməllər ola. Bax, onda adam az qalır ki, deyə, sənin adına... Adı Nərçə, amma özü sərçə, yaxud adı Etibar, amma özü etibarsız olan birini görəndə, deyirsən ki, sənə bu adı qoyanın lap.... Bu girişi nə üçün yazdıq..?
İndi Bakının harasına gedirsənsə, Şuşa, Qarabağ və s adı ilə o qədər kafelər, otellər faəliyyət göstərir ki... Əslində orada başqa oyunlardan çıxırlar və adam deməyə söz də tapmır... Belələrinə demək lazımdır ki, get, “əxlaqsızlıq obyektinə” yaxınlarının, doğmalarının adını qoy, ayy....
Sözün qısası, belə adamlar hətta ən müqəddəs adları da batırırlar. Belələrindən biri də “DərəçiçəK” MTK-nı yaradanlardır. Sözün gözəlliyinə, enerjisinə, doğmalığına fikir verin: Dərəçiçək. Bilməyənlər üçün qeyd edək ki, Dərəçiçək - İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində yer adıdır. Orada yaşayan azərbaycanlılar doğma torpaqlarından deportasiya ediliblər, indi orada mənfur ermənilər yaşayır. Yəni bizim üçün kədərli, nisgilli, əlimiz çatmayan, ünümüz yetməyən vətən torpağıdır. İndi görün bu qədim mahalın adına Mənzil Tikinti Kooperativi yaradan Rauf Əliyev kimi fırıldaqçılar, o doğma adın arxasında hansı oyunlardan çıxmırlar.
Biz yuxarıda qeyd etdik ki, Dərəçiçəkdə xeyli vaxtdır ancaq mənfur ermənilər yaşayır. Ermənilərin mənfurluğunu başa düşdük ee... Bəs Rauf Əliyev kimilərin fırıldaqçılığını hara yazaq..?
O cür mahalın adını biabır edən Rauf Əliyev, hələ üstəlik vətəndaşlarımızın etibarından sui-istifadə edərək onlara yüz minlərlə ziyan vuraraq, onları neçə illərdir ki, problemə düçar ediblər. İndi özünüz deyin, mənfur erməni ilə, öz doğma soydaşlarına qənim kəsilən Rauf Əliyevin fərqi varmı..?
Rauf Əliyevin toruna düşüb, pulu gedən, ev almaq istəyən, amma aldadılan vətəndaşların sayı bir deyil, iki deyil...
Təsəvvür edirsiniz, mətbuata müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min AZN pul köçürüb və bu sənədi Rauf Əliyev imzası və möhürü ilə təsdiq edib. Söhbət 2009-cu ildə tikilməyə başlayan binadan gedir. Əlimizdə olan, möhür və imza ilə təsdiq olunan maliyyə arayışlarından bəlli olur ki, vətəndaşı cinayətkar şəbəkə aldadıb. Və 13 il gözləyəndən sonra axırda bəlli olub ki, Rauf Əliyev vətəndaşa məxsus mənzilləri başqa birinə satıb. Cənablar, Rauf Əliyev satıb, bunu başa düşdük. Bəs Azərbaycan dövləti hara baxır..?
İcazə verin məlumat verək ki, müasir dünyada VƏTƏNDAŞ-ın DÖVLƏT qarşısında borcu var, lazım gələndə onu lap canı-qanı ilə qorumalıdır ( necə ki, 44 günlük savaşda qorudu), DÖVLƏTİN də VƏTƏNDAŞ qarşısında öhdəliyi var, məsələn onun pozulmuş hüquqlarını qorumalıdır. İcazə verin soruşaq ki, Azərbaycan dövləti yüz minlərlə pulu gedən, canı gedən, əsəbləri pozulan, xəstəlik tapan və sonda mənzili satılan vətəndaşların hüquqlarını niyə Rauf Əliyev kimilərdən qorumur..? Kimlər dayanıb bu Rauf Əliyevlərin arxasında..?
Kimlərdir, neçə illərdir ki, bu cinayətkar MTK sahiblərinə qəyyumluq edənlər..?
Bunları qarşısını alan olacaqmı..?
Vətəndaşlar polisə şikayət edir, prokurorluğa ərizə yazır, məhkəməyə müraciət edir, Prezident Administrasiyasına yazır... Vətəndaş daha hara müraciət eləsin..?
Bəli, tam məsuliyyətlə deyə bilərik ki, Rauf Əliyev və onun müdafiə edənlər dövlətimizi sarsıdır, vətəndaşların inamını məhv edir. Buna son qoyulmalıdır. Adam daşdan keçən rəsmi sənədlərə baxanda dəhşətə gəlir. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir.
İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktorunun verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb. MTK rəhbərliyi mənizlləri başqa birinə satıb indi isə vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm.
Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil. Ötən yazımızda MTK payçılarının hüquqları barədə geniş məlumat verdiyimiz üçün yenidən təkrar yazmadıq.
Redaksiyadan: Yaxşı olar ki, telekanalların birində tanınmış hüquqşünaslar Mənzil-Tikinti Kooperativləri və onların payçılarının hüquqları barədə əhaliyə geniş məlumat versinlər. //gundelik-baku.com//
 
Ardını oxu...
Təxminən bir il əvvəl 1-ci Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia etmişdi. Bildirmişdi ki, qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etsələr də, buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktoru olduğu “Azstone” MMC-yə qarşı təzyiqlər səngimir. Yoxlamaların səbəbini soruşduqda onlara deyilirmiş ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətin dağ-mədən ayırması aktının müddəti bitdiyi üçün Agentliyə müraciət etsələr də, icazə vermirlər.

İndi isə 1-ci Qarabağ müharibəsi şəhidi Hacıyev Taleh Yusif oğlunun qardaşı, Qarabağ müharibəsi veteranı, “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası 6-cı korpus ünvanda yaşayan Hacıyev Elbrus Yusif oğlu redaksiyamıza müraciət edərək, qarşılaşdığı hüquqpozmalar barədə yuxarı instansiya rəhbərlərinə (Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədrinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə) ünvanladığı şikayətinin ictimailəşdirilməsini xahiş etmişdir.

E.Hacıyev bildirir ki, “İ.N.Ə.” MMC-nin 100% tam payını 16 iyun 2017-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən almışdır və hal-hazırda da təsisçisidir. “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü olmaqla Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmiş müharibə əlillərinin və şəhid ailələrinin sosial rifahının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün yardımlar edir.

Təsisçi məlumat verir ki, Cəmiyyətin fəaliyyəti Qaradağ rayonu, Sahil qəsəbəsində istifadəsində olan 8 hektar torpaq sahəsində mişardaşı istehsalı və satışı ilə əlaqədardır: “Cəmiyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 8 hektar torpaq sahəsinə dair yerin təkindən istifadəyə dair 01 avqust 2013-cü il tarixli 00765 nömrəli “Dağ mədən ayırması” Aktı və dövlət ekoloji ekspertiza rəyi verilmişdir. Cəmiyyətə verilmiş icazənin müddəti başa çatdıqdan sonra yerin təkindən istifadə müddətinin uzadılması üçün yeni yaradılmış səlahiyyətli orqan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə 01 mart 2020-ci il tarixdə rəsmi müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, ölkədə olan karantin rejimi ilə əlaqədar iqtisadi zəifliyi nəzərə alaraq ilin sonuna qədər bu məsələyə baxılacaqdır. Lakin Agentlik tərəfindən Cəmiyyətə nə icazə sənədi, nə də icazənin verilməsindən imtina məktubu verilmişdir”.

MMC rəhbərliyi yaxın vaxtlarda müəyyən edib ki, Agentlik “Sahil” əhəng daşı yatağında Cəmiyyətə məxsus torpaq sahəsinə 2022-ci ilin may ayında hərrac təşkil etmiş, fərdi sahibkara torpağın böyük bir hissəsində yerin təkindən istifadəyə icazə vermişdir. E.Hacıyev hesab edir ki, bunun səbəbkarı və maraqlı olan tərəfi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini, ekspert komissiyasının sədri Şükürov Azər Məcid oğludur: “Şükürov Azər Məcid oğlu ümumiyyətlə bu vəzifəyə gələrkən “AZİNTERPARTLAYIŞ-X” MMC-nin təsisçisi və direktoru olmuşdur. Onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-17/2017 nörməli 01.05.2017-ci il tarixli qətnaməsinə əsasən, “YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulmalı 116738,59 USD və 49540,45 AZN məbləğində borcu vardır. Həmçinin onun direktoru olduğu “AZİNTERPARTLAYIŞ-X” MMC-nin (VÖEN: 1001709311) dövlətə hal-hazırda 220807,77 AZN məbləğində vergi borcu vardır. Bu səbəbdən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokar Gəlirlər Baş İdarəsi cavabdeh “AZİNTERPARTLAYIŞ-X” MMC-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və icraatda 1(112)-10461/2022 nömrə ilə baxılır. Bunları əvvəlcədən görən Azər Şükürov cəmiyyətin direktoru vəzifəsindən çıxaraq 04.03.2022-ci il tarixdə oğlu Şükürlü Elnur Azər oğlunu direktor təyin etmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2022 nömrəli 09.09.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçı olaraq “İ.N.Ə.” MMC-nin hərracını mübahisələndirdiyi “Sahil” əhəngdaşı yatağında LOT-1 yatağı cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iki şəxsə - Əliyev Müharib Hümbət oğluna və Məmmədov Ağaddin Məmiş oğluna ayrılmışdır. Mübahisənin hansı şəxsə toxunduğu müəyyən edilmədiyi üçün onlar üçüncü şəxs qismində cəlb edilmişlər. Göründüyü kimi, Azər Şükürovun Agentlikdə etdiyi qanunsuzluqlar bir - bir ortaya çıxır və elə bu səbəbdən Agentliyin əvvəlki sədri Samir Qurbanov onun bu əməllərindən ziyan çəkməmək üçün istefa verməyə məcbur qalmışdır. Beləliklə, bu qədər borcu olan bir şəxsin bu cür yüksək və əhəmiyyətli vəzifədə işləməsi hər bir halda onun korrupsiyaya əl atacağına dəlalət edir”.

E.Hacıyev həmçinin xatırladır ki, bu yaxınlarda Əmlak Məsələləri Dövlət Xidmətinin bəzi əməkdaşdaşlarının torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə cinayət əməlləri sübut olunmuş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Ekspert komissiyasının üzvlərindən biri də Əmlak Məsələləri Dövlət Xidmətidir və Azər Şükürov bu qanunsuz əməlləri ilə həbs edilən əməkdaşlardan müsbət rəylər almışdır.

“İ.N.Ə.” MMC-nin təsisçisi bildirir ki, Bakı İnzibati Məhkəməsində 14.10.2022-ci il tarixdə keçirilmiş iclasda Agentliyin nümayəndəsi Baş Prokurorluğa etdiyi müraciətin surətini hakimə təqdim etmişdir. Cəmiyyət rəhbərliyi bunu birbaşa məhkəməyə və MMC-yə təzyiq kimi qiymətləndirir və bu birbaşa Azər Şükürovun təlimatı əsasındadır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə əsasən bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq və 9.3.12-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Bu səbəbdən E.Hacıyev müraciət etdiyi yuxarı instansiyalardan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Şükürov Azər Məcid oğlu barəsində müvafiq araşdırmanın aparılmasını xahiş edir.

Xatırladaq ki, tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə azərbaycancaya tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının rəyçisi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov olub. Kitabın bu il martın 17-də keçirilən təqdimat mərasimində təmtəraqlı çıxış edən A.Şükürov o cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı. Maraqlıdır, gah gələcəkdə su ehtiyatlarınızın çatışmazlığı ilə üzləşə biləcəyimiz barədə xəbərdarlıq edərək, gah da karxana sahibkarlarını sahənin mütəxəssislərini işə götürməməkdə qınamaqla özünü reklam edən Azər Şükürov görəsən şəhid ailələrinin üzvlərinə qənim kəsilməyidəmi Robert Stivensdən öyrənib?

Mövzuya qayıdacağıq.

aia.az
 

Ardını oxu...
DİA.AZ: - "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun nazir vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılanmışdı.
Ona görə ki, Azərbaycan cəmiyyətində nazirlərin yaşı adətən, 40-60 yaş arası olurdu. İlk dəfə idi ki, bu yaşda gənc nazir təyin olunmuşdu". Bu barədə DİA.AZ-a göndərilən məlqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "İnam Kərimovun çəkmə geyinərək əkin sahələrinə getməsi, qucağına quzu alaraq şəkil çəkdirməsi az müddət ərzində cəmiyyətdə maraqla qarşılandı.
Müəyyən müddətdən sonra məlum oldu ki, bu adam, ümumiyyətlə, aqrar sahəni anlamır. Digər tərəfdən də İnam Kərimov illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor vəzifələrinə işə götürdü.
İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?
Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərini və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlmatı olmayan yad bir adamdır. Bunlar əyani sübutdurki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstenktində apardığı kadr siyasətinə Böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.
ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq əvvəlki rektor İbrahim Cəfərovun idarəçiliyi və fəaliyyəti əvəzsiz olmuşdur. Hər gün iclas keçirir və bu saatlarla davam edən iclasların hamısında yalnız özü danışır. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb.
Zəfər Qurbanov rektor əvəzi təyin olunan kimi sabiq rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verdi. Amma İbrahim Cəfərov həm də müəllimdir axı, rektor işlədiyi müddətdə də öz dərslərini özü tədris edirdi. Respublikada yeganə rektorlardan biridir ki, pandemiya müddətində də öz dərslərini onlayn olaraq keçdi və bu dərslər youtube platformasında var. Digər tərəfdən ADAU-nun inkişafında İbrahim Cəfərovun xidmətləri danılmazdır. Dəfələrlə "Azərbaycan Universitetləri" səhifəsinin tələbələr arasında keçirdiyi rəy sorğusunda "ilin rektoru" adına layiq görülüb. Cənab Prezidentin fərmanı ilə orden və medallara layiq görülüb. Akademiyanın müxbir üzvüdür, bu şəxsi universitetə buraxmamaq nə deməkdir???"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ( “OMD” ) ilə bağlı öncə onu qeyd edək ki, bu tibb müəssisəsi Azərbaycanda UŞAQLAR üçün ilk xəstəxanadır. Yəni bu xəstəxana məhz uşaqlar üçün nəzərdə tutulub. 1926-ci ildə əhalidən yığılan iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanası son illər sanki uşaqların qəniminə çevrilib.
Bircə faktı qeyd etsək, vəziyyət aydın olar. Belə ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə, səhvən ölmüş oğlan körpəsinin meyitini veriblər. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər.
Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Valideynlər polisə müraciət ediblər və .... K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Başqa bir uşağın nənəsi deyir ki, həkim uşağımızı öldürüb bizə verdi: “Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər”.
Başqa bir valideyin yazır ki, uşaq anadan olanda həkimlər uşağın sağlamlığında heç bir problemi olmadığını dedilər, OMD-də də rentgen zamanı da problem olmadığını söylədilər və həkim Gündüz Ağayev hər şeyin yaxşı olacağını deyirdi, amma 3 gündən sonra uşaq öldü və bəlli oldu ki, körpənin anadangəlmə anus dəliyi olmayıb.
Dünyada bundan böyük rüsvayçılıq ola bilməz. Bəs onlarla həkim, cərrah görməyib ki, körpənin anus dəliyi yoxdur..? Bunlar ancaq bahalı dərmanlar, pul haqqında düşünürlər.
Bəli, OMD xəstəxanası əslində göz önündədir. OMD xəstəxanasında olan xəstələr yazır ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir.
Bu azmış kimi reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən. OMD-nin direktoru Allahverdi Musayev müqavilə əsasında xəstəxanaya xeyli sayda həkimləri yarımştat üzrə işə qəbul edib, Ramilə, Anar və s kimi həkimlər OMD-də qeyri-rəsmi MƏSLƏHƏTÇİ kimi işə qəbul olunublar, hansı ki, həmin şöbələrdə kifayət qədər təcrübəsi, savadı olan elmlər namizədi alimlər, professorlar çalışır. Direktor Allahverdi Musayev kənardan OMD-yə guya uzman həkimlər işə qəbul edərək onlara 5000 manat maaş verir, hansı ki, OMD-də də çalışan peşəkar həkimlər, professorlar 500-1000 manat arasında maaş alırlar.
Digər ciddi problem odur ki, OMD-də də ölüm hallarının sayı son vaxtlar xeyli artıb. Amma bu real rəqəmləri gizlədirlər. Və ölümü real olan uşaqları ölümqabağı valideynlərə verib xəstəxanadan çıxarırlar ki, ölümün statistikası aşağı olsun. Bir ayda 40-50 nəfər ölüm halı olur ki, bunlar da gizlədilir. Hətta xəstələrin müayinə göstəriciləri, xəstəlik tarixçələri də it-bata düşür, ya da gizlədilir. OMD-də də hətta 40-50 yaşlı kişilərə də sistem köçürülür. Bir soruşan yoxdur ki, bura uşaq xəstəxanasıdır, yoxsa..?
Direktor həkimlərdən tələb edir ki, lazım gələrsə küçədən xəstə-pasiyent tutub gətirin əməliyyat üçün...
Onu da qeyd edək ki, OMD-nin Oftalmologiya institutu ilə uzun illərin müqaviləsi var. Ki, göz xəstəliklərinin müalicəsi üçün. Amma hazırda OMD həmin müqavilədən imtina edib və o işləri direktor Allahverdi Musayevin qardaşı Samir həkim həyata keçirir. Hansı ki, Samir həkim oftalmoloq olsa da, xüsusi göz əməliyyatlarını bacarmır. Bütün bunlar azmış kimi, direktorun göstərişi ilə vaxtından qabaq doğulmuş körpələr üçün 100-300 manat arasında pul tələb edilir. Ki, onların görmə qabiliyyəti yaxşılaşdırılsın. Direktorun başqa bir qardaşı Seymur həkim isə kardioloq olsa da normal əməliyyat edə bilmir.
Sözün qısası, 3 qardaş bir araya gələrək OMD-ni məhv edirlər, reanimasiya şöbəsini sanki bazara” döndəriblər.
Yazıya son olaraq onu qeyd edək ki, bu yaxınlarda 20 yaşlı gənc oğlan OMD-də burnundan əməliyyat zamanı dünyasını dəyişib. Soruşan yoxdur ki, uşaq xəstəxanasında 20 yaşlı gənci necə əməliyyata qəbul ediblər..?
Onu da qeyd edək ki, OMD-də bütün müayinə və müalicələr pulla, ödənişlidir. Direktor Allahverdi Musayev üçün icbari sığorta-zad boş şeydir. OMD-yə dövlət kifayət qədər vəsait ayırsa da orada xəstələrdən analiz götürülmür, direktorun göstərişi ilə xəstələr analiz üçün İNCİ-yə göndərilir. Vəziyyət o dərəcədə kritik həddə çatıb ki, hər ay, hər şöbədən pul yığılır. Görəsən, bu pul hara yönləndirilir?
Təsəvvür edirsiniz, direktorun aylıq maaşı 12 min manatdır. Bura bonuslar, alınan rüşvət və s daxil deyil. Bir sözlə, OMD-nin direktoru Allahverdi Musayev dövlətin ayırdığı vəsaiti dağıdır, dələduzluq edir, rüşvət və korrupsiya ilə məşğul olyur. Direktor əməkdaşları məcbur edir ki, tibbi, texniki avadanlıqların sıradan çıxmasına və nəticədə dövlətin pullarının silinməsinə çalışsınlar. Bütün bunların sonunda bir sual açıq qalır: Görəsən, Səhiyyə Nazirliyi, TƏBİB bu rəzaləti görmür..?
P.S. Biz yazırıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir. Özlərini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək isə, boğaza qədər korrupsiyanın və rüşvətin içərisində olan dövlətimizi kərpic-kərpic sökən bəzi məmurların hobbisidir.
 //gundelik-baku.com//
Ardını oxu...
Ölkədə dərman preparatlarının baha qiymətə satılması, apteklərdə tapılmaması gündəm mövzulardan biridir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov da bu məsələyə diqqət çəkib.

Vahid Əhmədov bildirib ki, Azərbaycanda satılan dərmanların qiyməti ilə Türkiyədə satılan dərmanların qiymətində 7-8 dəfə fərq var. Eyni zamanda, vətəndaşlar dərmanların keyfiyyətsiz olmasından da şikayətçidirlər.

Bəs, dərmanların bu qədər baha qiymətə satılmasının başlıca səbəbi nədir?

Mövzu ilə bağlı həkim-radioloq Aydın Əliyev Modern.az-a danışıb.

Həkimin sözlərinə görə dərmanların baha satılmasının bir nömrəli səbəbi daxili istehsalın olmamasıdır:

“Dərman preparatlarının əksəriyyəti Azərbaycanda istehsal edilmir, ancaq istehsal üçün ölkənin hər cür resursları var. Daxili istehsal sıfır səviyyəsindədir. Ölkədə dərman preparatlarının idxalına nəzarət çox aşağıdır. Hər il ölkəyə gətirilən preparatların statistikasına baxılmalıdır. Dərman strateji məsələ olduğu üçün dövlət tərəfindən yoxlanılmalıdır ki, keçən il ölkədə hansı dərmandan nə qədər istifadə olunub. Təxmini biləcəyik ki, ölkəmizdə hansı dərmandan nə qədər istifadə olunur. Bundan da əlavə dərman preparatlarının ölkəyə gətirilməsini təmin etməliyik, depolamlıyıq ki, hər hansı dərmanla bağlı qıtlıq olarsa, onu dövriyyəyə buraxaq”.

A.Əliyev deyib ki, ölkədə olan dərmanların əksəriyyəti keyfiyyətsizdir:

“Çünki idxal edilən dərman preparatları yetəri qədər labarator analizlərdən, müayinələrdən keçmir. Bunun səbəb isə bizdə manapoliyanın olmasıdır. Məsələn, hansısa zülal pereparatı Almaniyada bir şirkət tərəfindən istehsal edilib, zavoddan çıxdığı anda onun saxlanılma şəraitinə əməl edilməlidir. Əks halda yayın istisində hansısa, depoda lazımi şəraitdə saxlanılmazsa, onun tərkibi dəyişikliyə uğrayar və keyfiyyəti itər. İnsanlar şikayət edir ki, ölkədən aldığım dərman mənə təsir etmir, amma Almaniyadan aldığım dərman təsir edir”.

Həkim bildirib ki, xəstələri aldadaraq ciddi dəmran pereparatı sayılmayan məhsulları da baha qiymətə satırlar:

“Baxırsan, vacib, əhəmiyyətli dərman deyil. Amma qiymət 50-70 manat arasında dəyişir. Yaxud, bir müddət əvvəl çox ucuz qiymətə satılan dərmanların qiyməti fantastik qiymətə qalxıb. İdxal edilən dərman pereparatlarının qiymətinə nəzarət edilməlidir. Yeri gələrsə dövlət səviyyəsində istehsalatçı ilə əlaqə saxlanılmalıdır. Nəqliyyat xərclərinə kimi hesablayıb, dərmanı nə qədər baha satdıqlarını öyrənmək mümkündür. Bu sahədə problemi aradan qaldırmaq üçün səhiyyədən anlayışı olan hər kəsə icazə verilməlidir ki, ölkəyə dərman aparatı gətirə bilsin”.

O əlavə edib ki, dərmanların qiymətini Tarif Şurası təsdiq edir:

“Kimsə tətbiq olunan qiymətdən artıq satırsa, hüquqi məsuliyyətə cəlb olunmalıdır”.

Mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzinin də mövqeyini öyrənməyə çalışdıq.

Qurumdan bildirdilər ki, Analitik Ekspertiza Mərkəzi ölkəyə idxal olunan dərman və tibb vasitələrinin ölkəyə idxal olunub-olunmamasına icazə verir, digər məsələlər onların öhdəliyində deyil. Dərman preparatlarının qiyməti özəl şirkətlər tərəfindən təyin olunur.
 
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Alpout kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimizdə yazıb Sizə bildiririk ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyanlar vurmuşdur.
Belə ki, biz Ucar rayonu Alpout kənd sakinləriyik.Əsas məşğuliyətimiz əkinçilik və heyvandarlıqdır.Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılmışdır.Alpout kəndində bəy yeri deyilən ərazidə 24 hektar örüş yerində icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparmışdır.Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar. Talançılıq yolu ilə milyonlara sahib olmuş Mənsur Məmmədovun gözü doymaq bilmir.Ucar və Göyçay rayonlarında yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirən icra başçısı kənd sakinlərinə qənim kəsilib.İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq.Həttda məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpaqğını qanunsuz qazdırraraq balıq yetişdirmə gölü yaratmışdır.İcra başçısı Mənsur Məmmədova məxsus olan balıq gölünün biri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir.

İcra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır.Rəhman Səfərov və icra hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə icra başçısına məxsus fermalara, əkin sahəlirənə gedirlər.
Örüş torpağının əkin təyinatlı edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır.Belə bir qərar olmadan bələdiyə və ya mülkiyyətçi ilə müqavilə bağlanılmadan torpaqdan qanunsuz istifadə etmə cinayət əməli hesab edilir.Belə bir qanunsuz işi vəzifəli şəxs görərsə həmdə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti hesab olunur.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb çox-çox xahiş edirik şikayətimiz yerində obyektiv yoxlama aparılmaqla araşdırılıb cinayət törətmiş icra başçısı Mənsur Məmmədov barədə qanunu tədbirlər görülsün".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ədliyyə Nazirinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. O, məhkəmələrin inzibati binasının tikintisi, təmiri üçün Dünya bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri istədiyi kimi xərcləyir. A.Cəfərov Nazirlikdə məhkəmələrin kuratoru hesab olunur.

Məhkəmələrin inzibati binaları üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar A.Cəfərovun rəhbərliyi altında dağıdılır.
Ardını oxu...
Məsələn, A.Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmənin binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini A.Cəfərov ona “atır” və pulu qaytarmır. Deyir ki, “səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…”.

Bax, bu üsullarla bina tikib içini də rüşvət -korrupsiya yuvasına çevirirlər. Məhkəmədə bütün işlərin pulla həll olunması da məhz buna görədir.

Qeyd edim ki, məhkəmə sədri A.Kazımov bütün ailə üzvlərini vəzifələrə təyin etdirib. Belə ki, onun həyat yoldaşı İradə Kazımova Suraxanı “ZAQS”-ın müdiridir, oğlu Ayxan Kazımov isə prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışır.

Samir Feyruzov //realmedia.az//
Ardını oxu...
 
 

 
"Naxçıvanda hər obyektdən iriliyindən-xırdalığından asılı olmayaraq vergidən əlavə ayda 300 manat "töycü" yığılır". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

 

Jurnalist daha sonra yazır: "Pulyığanın Naxçıvan MR Vergilər nazirinin müavini Fərrux Əkbərov olduğunu bildirilir.

İddiaya görə, Fərrux Əkbərov töycü yığıma təzə başlayanda özü bir-bir obyektlərə baş çəkirdi. İndi isə o, işini xeyli asanlaşdırıb. Özü kabinetdə oturur, sahibkarlar onun hüzuruna təşrif buyururlar. Vergi ilə yanaşı töycünü də onun masasının üzərinə qoyub təzim edə-edə arxalarına belə baxmadan kabinetdən çıxıb işə yollanırlar.

Bildirilir ki, əvvəl bu töycü yığımına bir neçə nəfər etiraz etmişdi. "Başlarına elə oyun gətirildi ki, həm özlərinə, həm də həmkarlarına unudulmaz dərs oldu. Odur-budur, sahibkar töycünün və verginin vaxtı yaxınlaşand özləri öz ayaqları ilə Fərrux müəllimin qapısında növbəyə dururlar".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti