“Onlar məsuliyyətə cəlb olunmalıdır” -
Ölkədə dərman preparatlarının baha qiymətə satılması, apteklərdə tapılmaması gündəm mövzulardan biridir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov da bu məsələyə diqqət çəkib.

Vahid Əhmədov bildirib ki, Azərbaycanda satılan dərmanların qiyməti ilə Türkiyədə satılan dərmanların qiymətində 7-8 dəfə fərq var. Eyni zamanda, vətəndaşlar dərmanların keyfiyyətsiz olmasından da şikayətçidirlər.

Bəs, dərmanların bu qədər baha qiymətə satılmasının başlıca səbəbi nədir?

Mövzu ilə bağlı həkim-radioloq Aydın Əliyev Modern.az-a danışıb.

Həkimin sözlərinə görə dərmanların baha satılmasının bir nömrəli səbəbi daxili istehsalın olmamasıdır:

“Dərman preparatlarının əksəriyyəti Azərbaycanda istehsal edilmir, ancaq istehsal üçün ölkənin hər cür resursları var. Daxili istehsal sıfır səviyyəsindədir. Ölkədə dərman preparatlarının idxalına nəzarət çox aşağıdır. Hər il ölkəyə gətirilən preparatların statistikasına baxılmalıdır. Dərman strateji məsələ olduğu üçün dövlət tərəfindən yoxlanılmalıdır ki, keçən il ölkədə hansı dərmandan nə qədər istifadə olunub. Təxmini biləcəyik ki, ölkəmizdə hansı dərmandan nə qədər istifadə olunur. Bundan da əlavə dərman preparatlarının ölkəyə gətirilməsini təmin etməliyik, depolamlıyıq ki, hər hansı dərmanla bağlı qıtlıq olarsa, onu dövriyyəyə buraxaq”.

A.Əliyev deyib ki, ölkədə olan dərmanların əksəriyyəti keyfiyyətsizdir:

“Çünki idxal edilən dərman preparatları yetəri qədər labarator analizlərdən, müayinələrdən keçmir. Bunun səbəb isə bizdə manapoliyanın olmasıdır. Məsələn, hansısa zülal pereparatı Almaniyada bir şirkət tərəfindən istehsal edilib, zavoddan çıxdığı anda onun saxlanılma şəraitinə əməl edilməlidir. Əks halda yayın istisində hansısa, depoda lazımi şəraitdə saxlanılmazsa, onun tərkibi dəyişikliyə uğrayar və keyfiyyəti itər. İnsanlar şikayət edir ki, ölkədən aldığım dərman mənə təsir etmir, amma Almaniyadan aldığım dərman təsir edir”.

Həkim bildirib ki, xəstələri aldadaraq ciddi dəmran pereparatı sayılmayan məhsulları da baha qiymətə satırlar:

“Baxırsan, vacib, əhəmiyyətli dərman deyil. Amma qiymət 50-70 manat arasında dəyişir. Yaxud, bir müddət əvvəl çox ucuz qiymətə satılan dərmanların qiyməti fantastik qiymətə qalxıb. İdxal edilən dərman pereparatlarının qiymətinə nəzarət edilməlidir. Yeri gələrsə dövlət səviyyəsində istehsalatçı ilə əlaqə saxlanılmalıdır. Nəqliyyat xərclərinə kimi hesablayıb, dərmanı nə qədər baha satdıqlarını öyrənmək mümkündür. Bu sahədə problemi aradan qaldırmaq üçün səhiyyədən anlayışı olan hər kəsə icazə verilməlidir ki, ölkəyə dərman aparatı gətirə bilsin”.

O əlavə edib ki, dərmanların qiymətini Tarif Şurası təsdiq edir:

“Kimsə tətbiq olunan qiymətdən artıq satırsa, hüquqi məsuliyyətə cəlb olunmalıdır”.

Mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzinin də mövqeyini öyrənməyə çalışdıq.

Qurumdan bildirdilər ki, Analitik Ekspertiza Mərkəzi ölkəyə idxal olunan dərman və tibb vasitələrinin ölkəyə idxal olunub-olunmamasına icazə verir, digər məsələlər onların öhdəliyində deyil. Dərman preparatlarının qiyməti özəl şirkətlər tərəfindən təyin olunur.
 

Bölmənin digər xəbərləri

08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti