Ardını oxu...
“Qlobus” uşaq bağçasında yaşanan biabırçılıqlar haqda vətəndaş Samir Məmmədov yazıb.
Tribuna.Az məlumat verir ki, bu ilin sentyabrının 6-sı Yasamal rayonundakı “Qlobus” uşaq bağçasına müraciət edib. Onun əsasında 5 yaşlı övladı bağçaya qəbul olunub: “Bir ayın qiyməti 450 azn idi. Məbləğ yüksəkdi, səbəbini bağça rəhbərliyi keyfiyyətli xidmətlə izah etdi. Razılaşdım. Bağçaya gedişin 24-cü günü ( Sentyabr ayının 30-u) uşaq bağçada xəstələndi. Xəstəlik vərəqəsi açıldı. Oktyabr ayının 1-i bağçadan oktyabr ayının ödənişini tələb etdilər. “Uşaq xəstədir, hələ billmirik nə zaman sağalar.
Ardını oxu...
Sağalandan sonra qalan günlərdən etibarən ödəniş edərəm”- bildirdim. İsrarla “gəlməyən günləri növbəti aydan nəzərə alacağıq” deyərək ödənişi istədilər. Razılaşdım və 450 azn ödədim. Uşağa baxan Aytən həkim, uşağın vəziyyətinin çox ciddi, sətəlcəm olduğunu bildirdi. Qızdırma 40c-yədək qalxırdı. Həkim bağçada infeksiyanın yayılma ehtimalını nəzərə alaraq uşağa ev şəraitində baxmağı qəti şəkildə məsləhət gördü. 2 həftə keçməsinə və müalicə olunmasına baxmayaraq övladımın xəstəliyi keçmirdi. Vəziyyəti “Qlobus” bağçasının icraçı direktoru Sona xanıma ərz edərək uşağı bağçadan çıxarmalı olduğumu bildirdim və oktyabr ayı üçün ödədiyim 450 azn məbləği geri qaytarmasını istədim. Sona xanımın cavabı şok effekti yaratdı. “Uşaq gəlməsə də, məbləğ batır” -dedi.

Ardını oxu...
“Necə yəni batır? Uşaq üçün heç bir xərc çəkməmisiz, yedizdirməmisiz, yatızdırmamısız, təlimçi cəlb etməmisiz, nəyə görə o məbləği geri qaytarmırsız? Xidmət verməmisiniz, uşağa baxmamısınız – nəyin haqqıdır bu? Bəlkə, o pulu, buradakı havalandırma və ya temperatur nizamsızlığına görə uşağı xəstələndirdiyiniz üçün alırsız? Mən özüm şikayətçiyəm ki, sağlam uşaq verdim, xəstə edib evə göndərdiniz . Buna görə ödədiyim 450 azn məbləği belə hallar üçün düşünülmüş “tələ” müqaviləyə imza atdığıma görə mənimsəmək istəyirsiniz?” -deyə etirazımı bildirdim.
Buna cavab olaraq Sona xanım : “hara şikayət edirsiniz edin. Müqavilə var, şərtlərdə qeyd olunur ki, pul qaytarılmır” dedi. Sona xanım müqavilədə qeyd olunan “tərəflər arasındakı fikir ayrılığı danışıqlar yolu ilə nizamlanır” prinsipinə ümumiyyətlə yaxın durmadı. Onun cavabı bütün dəyər və normalara qarşı gələn cavab idi.
“Qlobus” bağçası özəl olduğuna görə kimə aid olduğunu araşdırdım.
Məlum oldu ki, bağça Abel Məhərrəmovun qızı Nərminə Sadıqovaya məxsusdur.
Ardını oxu...
Nərminə Sadıqova

Məsələyə köməklik göstərməsi üçün ona müraciət etdim. O da “müqavilə var, heç nə edə bilmərik” dedi.
Nərminə Sadıqova başda olmaqla mülkiyyətçisi olduğu “Qlobus” bağçasının bütün rəhbər heyəti yalnız “məbləği müqavilə şərtlərinə görə qaytarmamalıyq” deməklə insani etik dəyərləri heçə saydılar. Biznes etikasını tapdaladılar. 450 azn məbləğində haqsız qazanc əldə etmək uğrunda hər formaya girdilər. Axı necə bir insanı öz pul iştahı bu hala sala bilər? bilər? Axı siz ali təhsil müəssisəsində gənclərə yüksək dəyərləri öyrədən müəllimsiniz. Axı siz gələcək nəsillərə ədalət və həqiqət anlayışlarını ötürən pedaqoqsunuz. Axı siz “Qlobus” uşaq bağçanızdan şəxsi büdcənizə haqsız daxil olan 450 manata ehtiyacı olmayan ziyalısınız. Axı siz intellekt xəzinəsinin arxasınca gedən elm adamısınız. Yoxsa, yanılıram? Bəlkə siz gənclərə maddiyyatdan başqa heç nə izah etməyən, haqsız qazanc əldə etməyin yollarını göstərən, elmi maddiyyatdan üstün görən, yalnız pulun arxasınca gedən bir insansınız? Siz, Nərminə xanım…siz kimsiniz?
Siz cavab verməsəniz də, inanıram ki, xalq kim olduğunuzun qərarını verəcək”

Tribuna.Az
 
Ardını oxu...
Teref.az Naxşıvanda ehtiyata buraxılmasının qanunsuz olduğunu iddia edən zabit jurnalist Heydər Oğuza şikayət məktubu ünvanlayıb. Zabitin şikayətini təqdim edirik:
Naxçıvandan qanunsuz olaraq ehtiyata buraxılmış bir hərbçi yazır:
Salam, Heydər müəllim. Mən ehtiyatda olan hərbçiyəm, Şahbuz rayon sakiniyəm. 18 il 6 ay Az. Res. Silahlı qüvvələrində gizir kimi xidmət etmişəm. Naxçıvanda şəxsi avtomobil idarə etdiyimə görə 2015-ci ildə Culfa N saylı hərbi hissəyə göndərdilər, bir ay sonra məni xidmətə uyğunsuzluq maddəsilə ehtiyata buraxdılar, xidməti dövrümdə bir çox medallarla, hətta qüsursuz xidmətlərə görə medalla, müxtəlif fəxri fərmanlar və qiymətli hədiyələrlə təltif olunmuşam. Ehtiyata buraxıldıqdan sonra hara müraciət etdimsə xeyri olmadı, Müdafiə nazirinin elə bir əmr və sərəncamı yoxdur ki, hərbi qulluqçu şəxsi avtomobil idarə edə bilməz, bu, yalnız Naxçıvanda Kərəm Mustafayev tərəfindən verilmiş bir əmirdir. Bu barədə Naxçıvan MR-sı İnzibati İqtisadi məhkəməyə müraciət etdim, hakim işlə tanış olduqdan sonra mənə bildirdi ki sənin elə bir səhvin yoxdu və söz verdi ki, bərpa olunacaqsan hərbi xidmətə. 6 ay məhkəmə prosesi davam etdi, axırıncı prosesdə Kərəm Mustafayevin müavini hakimin yanına getdi, nəsə danışdılar, bir az sonra hakim məni çağırıb bildirdi ki, səni işinə bərpa eləsəm məni işdən çıxararlar.
Hakimin adı Faiqdir, soyadını unutmuşam. Sizdən xahiş edirəm Kanal 13-də çıxınış zamanı bu məsələni də işıqlandırasınız.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
..."Təzadlar" qəzeti və "Tezadlar TV" redaksiyasına daxil olmuş bir məlumat bizi nəinki şoka saldı, həm də ciddi araşdırma apararaq inanılmaz faktların üzə çıxarılmasına sövq etdi. Söhbət hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru olan və 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutmuş Elçin Abuzər oğlu Xələfovun qanunsuz hərəkətindən, Azərbaycanın mövcud qanunvericiliyinə hörmətsizliyindən gedir.

Beləliklə, redaksiyaya daxil olmuş məlumatın izi ilə araşdırmalara başladıq. Məlumatda qeyd edilirdi ki, Elçin Xələfov 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiridir. Amma o kimlərinsə sayəsində həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutur. Faktın dəqiqliyini və mötəbər sübutlara söykəndiyini öyrənmək üçün əvvəlcə BDU-nun rəsmi saytına daxil olduq. Bəli, Elçin Xələfov yuxarıda qeyd edilən kafedranın müdiridir. O, eyni zamanda Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının 10 ildən çoxdur prorektoru və rektor əvəzi vəzifəsini tutub (Bir müddət əvvəl akademiyaya Şahin Əliyev təyin edilib, Elçin Xələfov yenə də prorektordur). Bəs bu necə mümkün ola bilər??? Axı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi eyni vaxtda tam ştatlı bir neçə vəzifəni tutmağı qadağan edir. Üstəlik, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi vəzifəsi Dövlət qulluğudur. Elə isə, Prezident yanında Dövlət Qulluğu Komissiyası bu fakta, daha doğrusu, bu inanılmaz qanunsuzluğa necə göz yumub?

Axı iki müxtəlif yüksək statuslu və tam ştatlı vəzifəni tutmaq nəinki qanunveticilikdə qadağandır, həm də fiziki cəhətdən mümkünsüzdür. 8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində necə icra edib? Bu vəzifələrin biri, məsələn, hansısa mal fermasında gözətçi işləmək olsaydı, bəlkə də bunu bir təhər başa düşmək olardı. Amma iş saatı səhər saat 09-dan axşam saat 18:00-da tamamlanan iki yüksək statuslu iş yerində bu necə baş tuta bilib?

Araşdırmalarımız bir sensasion faktı da üzə çıxardı: Ədliyyə Nazirliyinin Akademiyasının həm prorektoru vəzifəsini tutub, həm də Akademiyanın rektoru vəzifəsini icra edən yazımızın baş qəhrəmanının vəzifə maaşı təxminən 3 min manatdır. Biz hələ bu vəzifəyə görə ayrılan xidməti avtomobilə çəkilən büdcə məsrəflərini, digər imtiyazlardan istifadəni demirik. Beləliklə, Elçin Xələfovun 10 il ərzində Ermənistanla müharibə vəziyyətində olan, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə çiyin verən Azərbaycanın Dövlət büdcəsindən nə az, nə çox, düz 360 min manat vəzifə maaşını qanunsuz olaraq alması narahatlıq doğurmaya bilməz. Digər məsrəfləri, imtiyazları və s. də üstünə gəlsək, Dövlət büdcəsinə yarım milyondan çox ziyan vurulduğu şübhə doğurmur. Bu həm də büdcə vəsaitini talamadır.


Bu hələ harasıdır, Elçin Xələfov eyni müddətdə BDU-nun kafedra müdiri vəzifəsini tutmaqdan əlavə, öz kafedrasında 0,5 ştat əvəzçiliyi ilə dərs də deyib, həm də dosent kimi çalışıb. Bəs bu iki vəzifə necə icra edilib???

XXX

İndi bu suallarımıza cavab istərdik:

1. Çox hörmətli ədliyyə naziri Fikrət Məmmədov 10 il ərzində Azərbaycanın Dövlət büdcə vəsaitinin bu talama cinayətinə necə icazə verib??? Doörudanmı nazirə bu barədə məlumat verən olmayıb??.

2. Bəs Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU kimi nüfuzlu elm və təhsil ocağında baş verən bu ciddi qanunsuzluğa nə deyərdi?

3. Bəs hər il büdcədən maliyyələşən dövlət qurumlarında audit aparan Auditorlar Palatasında bu maliyyə dolaşıqlığını doğrudanmı görüb bilən olmayıb? Amma redaksiyamıza bu sualla bağlı maraqlı açıqlamalar verilib...

4. Bəs BDU-nun hüquq fakültəsinin dekanı vəzifəsinə təzə təyin edilmiş Zaur Əliyev bu qanunsuz əməldən həqiqətənmi xəbərsizdir??? BDU-dan şifahi sorğumuzu cavablandıran etibarlı mənbəmiz qeyd etdi ki, Zaur Əliyev gözlənilən ümidləri doğrulda bilmir, o, bu qanunsuzluqdan məlumatlı olmaya bilməz. Çünki dekanın vəzifəsi həm də professor və müəllimlərin işdə iştirakına nəzarət etmək, qeyd jurnalında imzalarını yoxlamaq, kafedralardakı davamiyyətə nəzarət etməkdir. Zaur Əliyev kafedra müdiri Elçin Xələfovun hansı auditoriyada dərs dediyindən xəbərdar deyil ki?! Guya Zaur Əliyev bilmir ki, Elçin Xələfovun dərslərini onun əvəzindən kim deyir?! Bilmirsə, biz apardığımız müşahidələrin nəticəsini açıqlaya bilərik(Əlimizdə fakt var ki, Elçin Xələfov fərqli məkanda tədbirlərdə olub, amma həmin vaxtlarda onun auditoriyada dərs saatı var idi).

5. Yaxşı, ədliyyə naziri Fikrət Məmmədov kimlərəsə görə Elçin Xələfovun qanunsuz əməllərinə və büdcə vəsaitlərini talama cinayətlinə susub, bəs təhsil Naziri Emin Əmrullayev doğrudanmı bu qanunsuzluqlardan, təhsilimizə baş ucalığı gətirməyən əməllərdən xəbərsizdir? Xəbərsizdirsə, artıq biz xəbərdar etdik.

6. Sonda: bəs Prezident yanında Dövlət Qulluğu Komissiyasının üzvləri necə, onlar da Elçin Xələfovun Büdcə vəsaitini talama əməllərindən xəbərdar deyillər? Niyə belə bir vəzifə qanunsuzluğuna göz yumublar???

XXX

...Biz daxil olan şikayətləri araşdırdıq, "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq şikayətin əsaslılığını yoxladıq. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. Əslində, Elçin Xələfovun elektron poçtuna sorğu da göndərdik. Hələki cavab yoxdur. Bir tərəfdən də, burada nə mövqe ola bilər ki?! Elçin Xələfov BDU-dakı, Ədliyyə Nazirliyindəki vəzifələrini danacaq ki?! Bəlkə dərs deməli olduğu auditoriyalarda tələbələr qarşısına çıxardığı əvəzçisini də danacaq? Əlimizdə kifayət qədər sübutlar var, növbəti yazılarda təqdim olunacaq.

Lap sonda isə sözümüz Auditorlar Palatasının və Baş Prokurorluğun rəhbərliyinədir. İnanırıq ki, rəsmi qaydada təqdim göndərəcəyimiz sübutlar dəqiqliklə araşdırılacaq və redaksiyaya qanunvericiliyin tələbləri səviyyəsində rəsmi cavabın verilməsi təmin ediləcək. Məsələ isə ciddidir. 10 il ərzində talanan yarım milyonluq vəsaitə indi bərpa edilən Şuşada, Ağdamda, Füzulidə... böyük ehtiyac var...

Mövzuya qayıdılacaq.

"Təzadlar"ın Araşdırma Qrupu
Ardını oxu....
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 43 min 500 manat olan tender müsabiqəsinin qalibi "Alfa 99 Corp” MMC (VÖEN- 1505786351) olub.

"Alfa 99 Corp” MMC AMEA-nın sifarişi əsasında Elmi-tədqiqat işləri üzrə tədqiqatlar aparacaq.
Ardını oxu...
Nizamnamə kapitalı 10 manat olan "Alfa 99 Corp” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğludur.

"Alfa 99 Corp” MMC bu ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Yaxın tarixdə qeydiyyata alınmasına baxmayaraq MMC təkcə son 10 gün ərzində 4 tenderin qalibi olmağı bacarıb.

Diqqət çəkən məqamlardan biri də odur ki, "Alfa 99 Corp” MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğlu eyni tarixdə, eyni ünvanda qeydiyyatdan keçən daha 4 MMC-nin – "ORLONDO 22 CORP”, "AZ LAND LT”, "GREEN DREAM LT” və "CFR 22 CORP” MMC-lərin qanuni təmsilçisidir.

Adları qeyd olunan şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.

Məlumdur ki, bu ilin əvvəlində yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

"Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Onu da xatırladaq ki, Cəfərov Ülvi Şahin oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. Bu MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvanda – Ağa Nemətulla, ev 56, m. 105/135-də bu günə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb və onlar da çoxsaylı tenderlərdə qalib olublar.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İş adamı Müşfiq Məmmədov "xan" müəssisəsinin ona necə atmasından danışır.
Müşfiq bəyi başına gələnləri nəql etməsi üçün efirlərimizdən birinə dəvət edirəm. Artıq, danışmaq vaxtıdır, Müşfiq bəy. İlk addımı atdığınız üçün var olun.
İş adamının bir neçə gün əvvəl paylaşdığı statusu olduğu kimi nəzərinizə çatdırıram.
Teref.az yazır ki, bunu Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir. Heydər Oğuz fikrini davam etdirərək daha sonra deyir:
Demək,dostlar 2015-2016 -cı ildə “Cahan Holdinq”şirkəti tərəfindən sifariş aldım.Ağ şəhərdə bir neçə binanın bünövrəsini qazma və daşıma.Müqaviləyə əsasən ,qiymət razılaşmışdıq ki,quru torpaq 3 m-135000m3 torpaq işi görmüşəm.Ancaq onun 85000m3 quru torpaq yox,neft məhsullarının tullantıları,belə desək,palçıq daşımalı olduq.Ancaq mən,məcburən işi saxladım və “Cahan Holdinq”tikinti mütəxəssisləriylə müzakirə apardım və iradlarımı bildirdim.Məni əmin etdilər ki,siz işləri davam edin,şirkət mütləq əlavə işləri nəzərə alacaq.O zaman mən,bu işi 3manatdan deyil,5 manata edəcəyimi bildirdim.Dolayısıyla,mənimlə razılaşdılar və mən işimi tamamladım.Demək olar ki ,Ag şəhərdəki bünövrə qazma işləri arasında ən səliqəli işlərdən biri kimi qeyd olundu.Təəssüflər olsun ki,mənə çatası pulu vermədilər.Yəni,85000m3 torpağın 2 manatdan pulumu vermədilər.Ancaq ,ola bilsin ki,Holdinq rəhbərinin xəbəri olmayıb.Bu da mənə inandırıcı gəlmir.Hər zaman demişəm,yenə də deyirəm.Ola bilsin bu dünyada sizə gücümüz çatmaz.Amma, inanın o dünyada da yaxanızdan əl çəkən deyiləm.Bütün işləri video çəkilişlər və fotoları sizə təqdim edirəm.Sonda onu da bildirmək istəyirəm ki, böyük holdinqi olmaq gözəl bir arzu,gözəl bir işdir.Ancaq hər halda ədalətli olmalısan...
Heydər Oğuz
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Hüquqşünas Samir Zeynalov Ağciyər Xəstəlikləri İnstitutu və İnstitutun idarə heyəti ilə bağlı şok ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, müəssisə icbari tibbi sığorta sisteminin tətbiqi dairəsində fəaliyyət göstərmək mükəlləfiyyətində olsa da, vətəndaşlara hələ də tibbi xidmətlər əvvəlcədən müəyyən edilmiş pul ödənişləri vasitəsilə həyata keçirilir:

“Burada xəstələrə və onların yaxınlarına dövlət hesabına olan hər şey pulla satılır. Qiymətlər isə 2 manatdan -100 manatadək dəyişir. Ən dəhşət doğuran reallıq isə odur ki, hospitalizasiyası məcburi olan xəstələr müalicə üçün ödəniş etmədiyi hallarda evə yazılır. Hansı ki həmin xəstələr vərəm infeksiyasını yayma riskini daşıyırlar”.

O qeyd edib ki, xəstəxanada vərəmin müalicəsində istifadə edilən dərmanlar pulsuz verilməli olduğu halda, pulla satılır və eyni zamanda belə dərmanların bəlli aptektlərdə məqsədli şəkildə satışı da həyata keçirilir:

“Məlum edim ki, qeyd olunan hallar ehtimal yox, məhz xəstələrin öz dillərindən publik qaydada səslənən qərəzsiz faktlardır. Bütün bunlar isə milli təhlükəsizlik predimeti olmaqla “Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunvericilik Aktlarının” tələblərinə ziddir. Məsələ burasındadır ki, qeyd olunan faktlar illərdir, yəni əsrin əvvəlindən mövcuddur”.

Hüquqşünas həmçinin bildirib ki, 3 ildir institutun “Uşaq Vərəmi Şöbəsi” bağlanıb və bunun üçün alternativ düşünülməyib:

“Həmin şöbənin təcrübəli həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova isə məhkəmənin yekun qərarı ilə işinə bərpa edilməsinə baxmayaraq, sonradan işdən çıxmağa məcbur edilib. Qeyd olunan neqativ hallar, müəsissədə yatan xəstələr arasında ölüm hallarının artması, bütün bunların fonunda isə həm qlobal fond tərəfindən, həm də dövlət büdcəsi hesabına ayrılan pulların sürətli mənimsənilməsi, təyinat üzrə zəruri xərclərin aparılmaması, o cümlədən son 5 il ərzində dövlət satınalmalarının təşkil edilməməsi belə düşünməyə əsaslar yaradır”.

Onun sözlərinə görə, institutun sabiq direktoru Həqiqət Qədirova 4 il ərzində ən azı iki həkimi intihar həddinə çatdırmaqla, kütləvi işdən çıxarma prosesi həyata keçirib, işçiləri üz-üzə qoyub və nəhayətində Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində terapevt olmaya-olmaya Rusiyadan təşəkkürnamə alıb. O qeyd edib ki, bu barədə rəsmi məlumatlar mövcuddur:

“Necə ki, İ.Axundova təşkil olunan iclasların birində belə demişdir: -“Həqiqət xanım Qədirova getsə də, onun qoyduğu qaydalar dəyişməyib. Sabiq direktorun himayəsində fəaliyyət göstərmiş institutun qəbul şöbəsinin müdiri Nailə Mahmudova və Nuriyyə Səlimova adlı şəxslər də göstərilən neqativ halların qüvvədə qalması və inkişafında fəal iştirak edirlər. TƏBİB və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin göstərilən halların araşdırılması ilə bağlı səlahiyyətli olduğunu, lakin bilərəkdən və təcrübəsizlikdən hərəkətsiz davrandığını nəzərə alaraq, milli təhlükəsizliyimiz naminə prokurorluq orqanlarının dərhal hərəkətə keçməsini məqsədəuyğun sayıram. O məqsədlə ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının dövlət büdcəsi hesabına keyfiyyətli tibbi yardım almaq hüququ vardır və qalib millətin səhiyyəsi rüşvətdən və qanunsuzluqlardan bu hüququn təminatı altında xilas olmalıdır...!”

İddialarla bağlı Ağciyər Xəstəkiləri İnstitutu ilə əlaqə saxladıq.

Saytımıza bildirildi ki, irəli sürülən iddialar əsassızdır:

“Həmin şəxs bizim institutla bağlı təsdiqini tapmayan məlumatlar ictimailəşdirib. Şəxsi qərəzli, təxribat xarakterli məlumatlarla insanların başını qarışdırır. Burada qərəz var. İddialar əsassızdır”.
Sfera.az
 
 
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.

Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun "faizə oturdulduğu" faktını ictimaailəşdirmişdik...

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.

Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:

"Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də "şirinılik" alıb. Yəni "slujba, slujba... drujba, drujba..." misalı..."

DİA.AZ qeyd edir ki, bu gün Səmərqənddə Türk dövlətlərinin keçirilən Zirvə Görüşündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə açıq təhdid hesab olunan FETÖ terror təşkilatı ilə mübarizədə digər türk dövlətlərinin də dəstəyinə ümid etdiyini bildirib.

Bu faktdır ki, FETÖ-nun rahat şəkildə barındığı ölkələr sırasında maləsəf, Azərbaycanımız da var. Və elə yuxarıda qeyd etdiyimiz faktı təftiş edərək qardaş Türkiyəyə VƏFA BORCUMUZU vermiş olarıq...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti