Ardını oxu...
 
 

 
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə etməsi haqda məlumat vermişdik.

 

Xalqxeber.az Afn.az-a istinadən xəbər verir ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzili və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

İş üzrə AFN.az-a danışan mənbə yeni detallar verib. Məlum olub ki, B.Yusifov saxta yolla aldığı mənzillərdən 32-sini artıq Şakir Göyüşov adlı şəxs (onun haqqında bir qədər sonra məlumat verəcəyik-red.) vasitəsilə satıb. Qalan 25 mənzil və 1000 kv.m qeyri-yaşayış sahəsini özününküləşdirmək üçün isə məhkəməyə müraciət edib: “O, 2013-2014-cü illərdə həmin mənzilləri qanuni yolla alan vətəndaşlara problem yaratmaqdan çəkinmir. Hətta açıq-aşkar bildirir ki, məhkəmələrə təzyiqlər edəcək və işi öz xeyrinə həll edəcək. Özünün Respublika Ağsaqqallar Şurasındakı vəzifəsindən istifadə edir və bunu da gizlətmir”.

Mənbə bildirir ki, B.Yusifov bütün bu əməlləri təkbaşına etmir. Onu bu işlərdə dəstəkləyən şəxs Avşarov Rza Muxtar oğludur. R.Avşarov xalq rəssamıdır. O, xalq artisti Muxtar Avşarovun oğludur. R.Avşarovun (onun da arxasında yüksək vəzifəli şəxslərin dayandığı bildirilir-red.) dəstəyinə arxalanan B.Yusifov ələ keçirdiyi başqa bir şirkəti – “Təbriz” MTK-nı da “Çinar AN” MTK-nın vəziyyətinə salıb: “Ayna Sultanova heykəlinin yaxınlığında Nofəl Hacıyevə aid olan 1 bloklu binanın tikintisinin tamamlanmamasına səbəb B.Yusifovun yol verdiyi qanunsuz əməllərdir. Belə ki, vaxtilə həmin ərazidə “Təbriz” MTK-ya məxsus 4 bina tikilməli idi, 3-ü tikilib, 1-nin tikintisinə isə “Cıdır düzü”nun barısına yaxın olduğu üçün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev icazə verməyib. Bu icazəni B.Yusifov R.Avşarov vasitəsilə təmin edib. Onun qarşılığında N.Hacıyev onlara “Təbriz” MTK-ya məxsus binanın 12-ci mərtəbəsindən 716 kv.m-lik 7 mənzil, 7-ci mərtəbəsindən isə 92 kv.m-lik 1 mənzil verib. Onlar ümumilikdə “Təbriz” MTK-dan 38 evi alıblar. Hansı ki, həmin mənzillər əvvəlcədən başqalarına qanuni yolla satılıb. Sonradan həmin vətəndaşların iddiası əsasında N.Hacıyev həbs edilib. Beləliklə, B.Yusifovun N.Hacıyevə etdiyi təzyiqlər nəticəsində daha bir bina tikilməmiş qalıb. “Təbriz” MTK-ya dəyən zərər ümumilikdə 8 550 000 manat hesablanır. Yəni 38 mənzil orta hesabla 150 kv.m-dan ümumilikdə 5700 kv.m edir ki, onun da 1500 manatdan dəyəri 8,5 milyon manatdan artıq edir. “Çinar AN” MTK-ya dəyən 4 580 000 manat (4400 kv.m mənzil – 3080000 manat, 1000 kv.m qeyri-yaşayış sahəsi – 1 500 000 manat) zərəri də üzərinə gəldikdə ümumilikdə iki iş adamına 13 130 000 manat ziyan deməkdir. Yəni Ağsaqqallar Şurasının sədr müavini, özü də iş adamı olan B.Yusifov biznesini belə “böyüdür”.
Ardını oxu...

Yuxarıda qeyd etmişdik ki, B.Yusifov qanunsuz yolla əldə etdiyi mənzilləri Ş.Göyüşov adlı şəxs vasitəsilə satır. Araşdırmalar göstərir ki, B.Yusifovun yanında olan bu şəxs də qalmaqallı adamdır. Belə ki, bir neçə il öncə onun haqqında mediada ciddi ittihamlar özünə yer alıb. “Azadlıq” qəzetində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti şöbəsinin sədri Islam Hüseynovla bağlı iddialar yazılıb və haqqında yazılanlara münasibət bildirən İ.Hüseynov Ş.Göyüşovun adını hallandırıb. O bildirir ki, Şakir Göyüşov bütün pullarını kartda uduzub indi hamını təhdidlə məşğuldur: “Bircə istəyi də odur ki, təki hardansa pul əldə etsin”. B.Yusifovun məhz belə bir adamla əlbir olması təəccüb doğurmaya bilməz. Axı o, Azərbaycan Ağsaqqallar Şurasını təmsil edir.

İstər əvvəlki yazılarda, istərsə də bu yazıda qeyd edilənlərlə bağlı mövqe almaq üçün B.Yusifova etdiyimiz zəng cavabsız qaldı. R.Avşarovun Azərbaycan Rəssamlar İttifaqından verilən, Ş.Göyüşovun isə şikayətçi tərəfindən bizə təqdim edilən nömrəsinə zəng çatmadı. Hər bir halda yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.

B.Yusifovun “patronajlığı” ilə həyata keçirilən qanunsuz əməllərin nəticəsində tikintisi yarımçıq qalmış binaların fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsində yaşayan, iş adamları Əzizov Qəhrəman Hüseynbala oğlu, Ağamalıyev Samir Qüdrətəli oğlu və Babək küçəsi 49 “B”, mənzil 1-də yaşayan Əliyev Habil Ramazan oğlu tərəfindən başda Prezident İlham Əliyev olmaqla on yeddi dövlət qurumuna bir sahibkar kimi onlara qarşı törətdiklrəi dələduzluq əməllərinə görə hazırda Siyəzən RPŞ-də barələrində araşdırma aparılan Abşeron rayonun Aşağı Güzdək qəsəbə sakinləri olan Dostiyev Nuxbala Hüseynbala oğlu və oğlu Dostiyev Araz Nuxbala oğlu ilə müsəntiq, polis kapitanı Nabil Abdullayevlə gizli sövdələşməsinin dərhal qarşısının alınması, işə ədalətli baxılmasını digər savadlı, nəfsitəmiz, təcrübəli müstəntiqə həvalə edilməsi və şikayət etdiklərinə görə müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək hədə-qorxu gələn Nuxbalanın qardaşı oğlu Nazimin cinayət əməlinə hüquqi qiymət verilməsi barədə şikayət məktubu unvanlanıb.
Aktualinfo.org Siyəzən sakini olan sahibkarların birgə imzaladığı müraciəti olduğu kimi təqdim edir:

Sizin bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər regionlarımıza göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Biz sahibkarlar Siyəzən rayonunun timsalında da bunun şahidi oluruq. Ölkədə ərzaq istehsaının artırılması ilə bağlı qəbul etiyiniz dövlət proqramlarının icrası üçün biz sahibkarlar da əlimizdən gələn işləri görməyə çalışmışıq. Lakin çox təəssüflər olsun ki, regionumuzda konkret olaraq quş əti istesalı ilə qəbul etdiyiniz Dövlət Proqramına töhfə vermək istədiyimiz zaman ata-oğuldan ibarət dələduz dəstə və onlara himayəçilik edən şəxslərin bizə qarşı törətdikləri iqtisadi cinayətkarlıqdan sonra istehsalımızı dayanırmağa məcbur olmuşuq. Belə ki, bz sahibkarlar Siyəzən şəhərində ailə üzvlərmizlə birlikdə 10 ilə yaxındır ki, broyler cücələrini istehsal edib satmaqla məşğul omuşuq. İstehsal zamanı biz Abşeron rayonu, Aşağ Güzək qəsəbəsində yaşayan baytar- həkim Dostiyev Nuxbala Hüseynbala oğlu və onun oğlu olan Dostiyev Araz Nuxbala oğlundan cücələr üçün tələb olunan dərman prepratlarını nağd pulla alıb istifadə edirdik.
Bu ilin fevralın əvvəlində Nuxbala mənim (Hacı Qəhrəman Əzizovun) mobil telefonuna zəng edərək dedi ki, Hacı Qəhrəman bilirəm ki, sənin toyuq sexin var. Mən səndən böyük partya toyuq almaq istəyirəm. Mənim tanışlarımın böyük firması var. Onlara gündəlik 5000-7000 arası kəsmək üçün diri toyuq vermək lazımdır. Cavab vedim ki, bu qədər sayda mənim imkanım yoxdur. Nuxbala bildirdi ki, Siyəzəndəki digər tanışlarından təşkil edə bilərsən. Nuxbala özünün Hacı olmasını və mənim də Hacı olmağımı, Allah adamı olmağımızı bildirərək ona kömək etməyimi dönə dönə xahiş etdi. Həmdə tam əmin etdi ki, göndərilən toyuqların pulunu hər 10 gündən bir nağd şəkildə ödəyəcəkdir. Mən də yaxın tanışım olan, Siyəzən şəhər sakini Ağamalıyev Samir Qüdrətəli oğlundan Nuxbala üçün onun sexindən toyuq təşkil etmsini xahiş etdim. Samir razlaşdı.Nuxbalnın oğlu Araza 61 572 manatlıq toyuq təşkil edərək 21-28 fevral 2022-ci il tarixlərində sənəd üzrə MERCEDES markalı, 99 VV 832 dövlət qeydiyyatlı, Sehran adl sürücüyə məxsus yük avtomobili vasitəsilə tanışı olan “ALTAY Q.Z.” fimasına daşımışdır. Nuxbalanın oğlu Araz bizdən həmin tarixlərdə ( 22-28 fevral 2022-ci il) Anar adlı sürücüyə məxsus olan 90 KC 680 dövlət qeydiyatlı Ford markalı yük avomobili vasitəsilə 36 891 manatlıq toyuq məhsulunu nisyə aparmışdır. Ümuilikdə, Nuxbala oğu Azər vasitəsilə bizdən 98 463 manatlıq mal alıb aparmışdır. Sonradan bizə məlum oluşdur ki, elə həmin ərəfədə və vaxtda, yəni 2-8 fevral 2022-ci il tarixlərində Araz digər Siyəzən şəhər sakini olan Habil Ramazan oğlu Əliyevdən də bizim xəbərimiz olmadan ona da vədlər verərək 29 000 manatlıq toyuq məhsulunu alıb aparmış və bu günə qədər müxtəlif bəhanələrlə pulunu verməmişdir. Biz sahibkarlar Nuxbaladan verdiyimiz malların pulun tələb etdikdə o 10 aydır ki, müxtəlif bəhanələr uyduraraq pulu verməkdən yayınırdı. Əvvəlcə mart ayında yalandan dedi ki, guya oğlu Araz itkin düşübmüş, sonradan dedi oğlum tapılıb, amma firma pulu vermir, onun yerinə pul əvəzi RANGER ROVER avtomobilimi verim. Razılaşdıq. Sabahı günü Nuxbala dedi ki, maşın satıldı. O biri aylarda təklif etdi ki, yaşadığı Aşağı Güzdək qəsəbəsində 10 sot torpağı varmış, onu 50000 manat hesablamaqla pul əvəzi vermək istəyir. Yenə razılaşanda dedi, düzəlmir. Bir sözlə, Nuxbala Siyəzənə gəlib bizə toyuq-cücə dərman preparatları satdığı zaman biz sahibkarların nə qədər toyuq isthsal etdiyimizi əvvəlcədən bilirmiş və bizim məhsulları etimadmızdan süi-istifadə etməklə, məhsulun hamısının yüksək qiymətə və nağd formada satacağına inandıraraq əmlaklarmızı ələ keçirmiş və külli-miqdarda ziyan vurmuşdur. (Yəni, Nuxbala bu dələduzluq planını əvvəlcədən planlaşdıraraq oğlu Araz vasitəsilə çox dəqiqliklə icra etmişdir) Biz, digər sahibkar Samirlə, Nuxbala və oğlu Arazn bizə qarşı törətdiyi dələduzluq əməlinə görə DİN-nin Baş Mütəşəkil Cinaytkarığa qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etdik. Araz dərhal saxlanıldı və 3 saatdan sonra bizə məlum olmayan səbəbdən sərbəst buraxıldı. İki gündən sonra isə Nuxbalanın qardşı oğlu Nazim mən Qəhrəmana zəng edərək hədə-qorxu gəldi ki, “Siz kim olursuz mənim adamlarımdan şikayət edirsiniz. Elə etməyin ki, sizin özünüzü tutub basdırım içəri…və s. hədə-qorxular” Nazım bizimlə çox aqressiv danışdı. Bu adam sanki kiməsə arxalanırmış kimi qeyd etdi ki, gedin hara istəyirsiniz şikyət edin, Axırına baxarıq”.( səs yazıları əlavə edilir) Elə Nuxbala da bizə telefonda bu sözləri dedi ki, gedin kimə istəyirsiniz şikayət edin. Pul yoxdur. Bəhanəsi də bu oldu ki, məşhur generala məxsus olan “ALTAY Q.Z.” MMC firması guya bunların təhvil verdikləri toyuqların pullarını vermirmiş. Lakin sahibkar Habil Əliyevin Siyəzən RPŞ-nə əvvəl verdiyi ərizə araşdırılarkən müstəntiq Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “ALTAY Q.Z.” MMC-də olarkən mühasibatlıq Habildən alınan 29000 manatlıq təhvil verilən mala görə Araza bütün pulların ödəniş qəbzləri təqdim edilmişdir. Bu fakt bir daha sübut edir ki, Dostiyevlər ailəsi bizlərdən aldıqları cəmi 120 min manatlıq malları “ALTAY Q.Z.” MMC-yə təhvil verib bütün pulları nağd formada 10 gün ərzində alsalar da, biz 3 sahibkarlara son 8 ayda 1 qəpik də olsa pul verməyiblər. Yəni açıq-aşkar dələduzluq cinayəti törədiblər.
Nuxbala barəsində apardğımız xüsusi araşdırmalardan məlum oluşdur ki, bu adam ali təhsilli baytardır. Abşeron rayonun Aşağı Güzdək qəsəbəsinin girəcəyində şəxsi evi və həytində toyuq ferması var. Yaşadığı evlə üz-üzə isə şəxsi yem dəyirmanı var. Ayrıca yem və baytar dükanları da var. Nuxbala dəyirmanda işlətdiyi gəncləri qanunsuz istismar edir, onlarla heç bir əmək müqaviləsi bağlamadan gecə-gündüz işlədir. Özü Qobustan rayonu Qaracüzlü kəndində pasport qeydiyyatındadır. O da məlum oldu ki, oğlu Araz istər yaşadığı qəsəbədə, istəsə də başqa yerlərdə cücə dərmanı satdıqları şəxslərdən və maqazinlərdən pul alıb və bir müddət yoxa çıxır. Elə bu gün də, Araz neçə vaxtdır ki, “YOXA” çıxıb. (Görünür, bizim onu Siyəzən polisinə verməyimizdən duyuq düşüb və aradan çıxıb.) Nuxbala bizim əmlakları hər kq-nı 2 manat 85 qəpiyə alacağına söz versə də, oğlu Araz bizdən əldə etdiyi məhsulların hamısını fevral ayının 2-dən 28-dək “ALTAY Q.Z.” firmasının anbardarı Bayramov Toğrula 2 mant 55 qəpik olmaqla sənəd üzrə təhvil vermşdir. Yəni, bizdən aldığı toyuq məhsulunu hər kq-da 30 qəpik ziyanına satmaqla nəticədə əldə etdiyi pulun hamısını mənimsəmək olmuşdur. Beləliklə, Nuxbala və oğlu Arazın əsas hədəfi biz sahibkarların etimadından süi-istifadə eməklə nisyə əldə etdiyi məhsulu daha aşağı qiymətə satmaqla alıcı “ALTAY Q.Z.” firması ilə əvvəlcədən gizli sövdələşərək hər iki tərəfin xeyrinə iş görmüşdür. Yəni bu dələduz dəstənin əvvəlcədən niyyəti bizdən əldə etdiyi məhsulu baha qiymətə satıb gəlir əldə etmək yox, elə hamısını dəyər dəyməzinə satıb əldə etdiyi pulların hamısını mənimsəmək olmuşdur. Və belə də etmişdir.
Nuxbala sonda mənə pulun əvəzinə 60 ton buğda kəpəyi də təklif etmişdir. Cavab vermişdim ki, mənim bu məhsulu saxlamağa anbarım yoxdur. O da məlum olmuşdur ki, Nuxbala və oğlu bizdən dələduzluqla əldə etdikləri pulları Qobustan rayonundakı Qaracüzlü kəndində ailələrinə məxsus pay torpağında və əlavə icarəyə götüdükləri torpaq sahələrində taxıl əkininə böyük sərmayə qoymuşlar. Yəni, bu adam 60 ton kəpək itehsal edibsə, bu o demkdir ki, Nuxbala həm də 240 ton buğda da isehsal etmişdir. Digər məlumata görə Nuxbala xarici ölkədən sifarişlə hazırlatdığı, dəyəri 170 000 manat olan CİP avtomobilini də özünə gətizdrmişdir. Məqsədi isə bu avtomobillə bizi kimi digər rayonlarda olan sahibkarlarla görüşə gedib özünü imkanlı və nüfüzlü şəxs kimi təqdim edərək nisyə mal əldə etməkdir. Bizə o da məlum olmuşdur ki, Nuxbala və oğu Arzın adına hal- hazırda heç bir əmlak qeydə alınmamışdır. Yəni, bu dələduz dəstə özləini əvvəlcədən sığortalamaq üçün adlarında olan bütün daşnar və daşınmaz əmakların hamısını ( hazırda yaşadıqları evi, toyuq fermasını, un dəyirmanını, 2 ədəd FORD markalı yük avtomobillərini, hazırda idarə etdiyi OPEL markalı avtomobili və s. ) özləri faktiki istifadə etsələr də yaxın adamarının adlarına sənədləşdirmişlər. Bu da onu əyani sübut edir ki, ata-oğuldan ibarət dələduz dəstə törətdikləri çoxsaylı dələduzluq əməllərinə görə mühakimə ediləcəkləri halda, əmlakları müsadirə edilməsin. Yəni, onların bu əmələri bir daha sübut edir ki, Dostiyevlər ailəsi bizi kimi çoxaylı adamlara qarşı törətdikləri qanunazidd əməllərə görə nəhayət bir gün cavab verməli olacaqlarını peşəkar olaraq əvvəcədən hesablamışlar və yaxşı blirlər. Bizlərə o da məlumdur ki, Nuxbalanın dəstəsi nəinki bizim Siyəzən rayonunda, eləcə də digər qonşu rayonlarda da bizi kmi sahibkarlara qarşı da dələduzluq əməlləri törətmişər və törətməkdə davam edirlər. Bir sözlə, bu ailə hazrda da cəmiyyət və dövlət üçün çox təhükəlidir və dərhal qarşıları alınmalıdır. Budur, Araz fiziki şəxs olaraq vergi ödəyicsi kimi “ALTAY Q.Z” firması ilə bağladığı saxta müqaviləyə əsasən təkcə biz 3 fiziki şəxs olan sahibkarlardan dəlduzluq yoluilə əldə etdiyi cəmi 120000 manatlıq məhsulu bu ilin fevral ayında satmasına baxmayaraq əldə etdiyi gəlirdən vergi verməmişdir. Eləcə də, fiziki şəxs olaraq Azərbaycanın şimal rayonlarında və Abşeron rayonu ərazisində fəaliyət göstərən toyuq sexlərinə satdıqları toyuq-cücə dərman preparatlarına görə əldə etdikləri gəlirdən illərdir ki, vergi verməmişlər. Yəni, bu ata-oğul təkcə biz sahibkarlara qarşı deyil, eləcə dövlətə qarşı da klli-miqdarda vergilərdən yayınmaqla dələduzluq etmişlər.
Nuxbala mən Habil Əliyevdən aldığı 29000 manatlıq malı 2-8 fevral tarixlərində “ALTAY Q.Z.” MMC-yə məxsus böyük yük avtomobili vasitəsilə aprmışdır. Mart ayına mənə məlum olmuşdur ki, Araz və Nuxbala Siyəzən rayonun Yenikənd kəndində kiçik sahibkarlar olan xalaoğulları Azərdən 4300 manatlıq, Bəhruzdan isə 8000 manatlıq diri toyuq götürsə də 6 aydır onlara da 1 qəpik verməmişdir. Biz birlikdə şikayət etməyə hazırlaşanda Arazın çoxbilmiş vəkili dərhal işə qarışmış və 4300 və 8000 manat pulu ödətdirmişdir ki, mən Habilin 29000 manat pulunu verməsinlər. Onlar yerli polislə gizli sövdələşərək bu işin mülki məslə olmasını mənə rəsmən xatırlatmışlar. Eləcə də Nuxbala Zarat qəsəbəsində böyük yem dəyirmanından da 37000 manatlıq yem nisyə götürərək pulunu vermirmiş. Çoxsaylı şikayətlərdən sonra, yəni 7 aydan sonra dələduz dəstə pulların 33000 manatını ödəməyə məcbur olmuşdur.

Biz , Qəhrəman Əzizov və Habil Əliyev Dostiyevlərin və onlara himayədarlıq edən qardaşoğlu Nazimin qanunsuz hərəkətləri barəsində bu ilin sentyabrın 8-də Baş prokuror cənab Kamran Əliyevin Siyəzən rayonunda vətəndaşları qəbulu zamanı şəxsən ərizə ilə müraciət etmişik. Cənab baş prokuror Kamran müəllim şikayətimizi dinləyib cavab verdi ki, “Narahat olmayın, Sizin haqqınız çatacaqdır.” Mən, Qəhrəman sentyabrın 9-da dərhal Siyəzən rayon Prokurorluğuna da rəsmi müraciət etdim. Sağ olsunlar, ərizəmi dərhal ( 10 sentyabrdan) araşdırlması üçün Siyəzən rayon Polis Şöbəsinin polis kapitanı, müstəntiq Nabıl Abdullayevin icraatına verdilər. Budur, 2 aya yaxındır ki, cənab müstəntiq məndən və qarşı tərəfin vəkilinin izahatını almaqla hələlik işini bitmiş hesab edir. Nə üzləşmə aparır, nə yükləri daşıyan sürücülərdən izahat alınır, nə hadisə yerinə baxış keçirilir, nə alıcı təkilat olan “ALTAY Q.Z.” nin anbardarı Toğrul Bayramovdan izahat alır, nə Samiri, nə də Habil Əliyevi də bir zərəçəkən kimi dəvət etmir. Əksinə, müstəntiq N. Abdullayev özünü qarşı tərəfin vəkili kimi apararaq bizi borclu çıxarmağa çalışır. Bizi ittiham edir ki, Siz Dostiyevlərə ölü toyuqlar vermisiniz. Müstəntiqi başa sala bilmirik ki, sənədə əsasən Araz Dostiyev malı bizdən sayıb təhvil alıb və sayıb “ALTAY Q. Z.” firmasının anbardarı Toğrul Bayramova təhvil verib. Bu nə sözdür indi ortaya atırsınız? Eyni zamanda 2 aydır ki, müstəntiqə zəng edib görüşmək və araşdırmanın gedişatı ilə maraqlanmaq istəyirik. O isə hər dəfə bir bəhanə ilə, gah avtoqəza yerinə getməli olduğunu, gah digər cinayət yerinə getməli olduğunu uyduraraq bizimlə görüşdən qaçır. Telefonumuza cavab vermir. Bir sözlə, onun bu hərəkətləri deməyə əsas verir ki, müstəntiq dələduz dəstə ilə gizli sövdələşib və “Cinayət işinin rəd edilməsi” barədə qərar verib gizlədəcəkdir. Baxmayaraq ki, bu iş baş prokuror cənab Kamran Əliyevin şəxsi nəzarətindədir. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq dövlətimizin başçısı çox hörmətli İlham Əliyevdən, baş prokuror cənab Kamran Əliyevdən və daxili işlər naziri cənab Vilayət Eyvazovdan çox xahiş edirik ki, Dostiyevlər ailəsi tərəfindən bizim əmlaklarımızın qanunsuz mənimsənilməsilə bağlı hazırda Siyəzən rayon Polis Şöbəsində müstəntiq Nabıl Abdullayev tərəfindən nəticəsi əvvəlcədən bəlli olan və aparılan formal araşdırmanın digər savadlı, peşəkar və nəfsitəmiz müstəntiqlə həvalə edilərək davam etməsinə köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Haci shexs ves 11.jpg
Habil Əlyev sexs ve 1.jpg
Samr Qüdreteli shex ves 11.jpg
Hesabat senedi.jpg
Qaime Qehreman 11.jpg
Qaime qehremn 33.jpg
Aktualinfo.org
 
 
 
Ardını oxu...
Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən və son dövrdə daha da artan qanunazidd əməllər barəsində adlarının məlum səbəblərdən açıqlanmasını istəməyən işçiləri tərəfindən Aktualinfo.org redaksiyasına məlumatlar daxil olmuşdur. Məlumatda bildirilir ki, baş həkim Anar Əzizov, baş mühasib və kadrlar şöbəsinin rəisinin birlikdə törətdikləri maliyyə maxenasiyalarından bəhs edilir. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinin 16 əməkdaşı tərəfindən PHŞ-nin direktoru Əzizov Anara ünvanladıqları 09 oktyabr 2022-ci il tarixli yazılı ərizədə bildirlir: ” Sizə məlum edirik ki, Reanimasiya şöbəsinə əlavə 4 nəfər işçi gəlib. Onlar işlə təmin olunduqdan sonra bizim əmək haqqımızda əhəmiyyətli dərəcədə azalma olub. Xahiş edirik bu haqda tədbir görəsiniz. ”

Ardını oxu...

Ərizədə qeyd edilənlərin nə dərəcədə həqiqətə uyğun olub olmaması barədə dəqiqləşmələr aparmaq üçün Oğuz rayonundan olan mənbələrimizə müraciət etdik. Onlar faktı təsdiq edərək bildirdilər ki, bəli, Mərkəzi Xəstəxanada bir çox qanunpozuntuları vardır. Ərizədə göstərilən bu 4 nəfər işçiləri kadrlar şöbəsinin rəisi zəruriyyət olmadan öz şəxsi maraqları daxilində qeyri-rəsmi işə götürüblər. Rə ona görə də rəsmən onlara bank kartı vasitəsilə əmək haqqı verə bilmədiklərinə görə öz ciblərindən qarşılayırlar. Və təbii ki, ərizədə göstərildiyi kimi, bu pulların da əldə edilməsi üçün reanimaiya şöbəsinin 16 nəfər işçisinin əmək haqqını qanunsuz olaraq kəsirlər. Topladıqları bu pullardan “yeni işçilərə” “əməkhaqqı” verirlər. Pul məsələsini isə baş mühasib öz “qaydaları” ilə həll edir. Xəstəxanada belə qeyri-rəsmi işə götürülənlər çoxdur. Təbii ki, xəstəxana rəhbərliyi götürdüyü hər qanunsuz işçinin xalasının qara gözünə aşiq olduğuna görə deyil, tam başqa məqsədlə bu əməli törədir. Nəticədə, məsələn reanimasiya şöbəsinin işçisi və şəhid anası olan Lalə Həsənovanın da əməkhaqqı qanunsuz olaraq azaldılmışdır. Halbuki, 44 günlük müharibə dövründə Oğuz RMX-nın reanimasiya şöbəsinə yerləşdirilmiş 50-yə qədər ağır yaralı əsgərimizin həyatda qalmaları üçün həmin şöbənin kollektivi gecə-gündüz əllərindən gələni və hətta gəlməyənləri də etmişlər ki, ( evlərindən son azuqələrini və s. gətirməklə) onlar sağlamlıqlarına qovuşsunlar. Bu da nəticə.
Sığorta Şirkətindən isə Oğuz sakinləri təmənnasız yararlana bilmirlər.
Baş həkim Oğuz rayonunda bir işsiz sürücü “tapa bilmədiyi” üçün Şəki rayonundan imkanlı bir kadrı təcili yardım avtomobili sürücüsü kimi işə qəbul etmişdir. Bu sürücü də Oğuz rayonun bir çox kəndlərini tanımadığına görə həkimi ağır xəstələrin ünvanlarına vaxtında çatdıra bilmir. Şükürlər olsun ki, belə gecikmələr ucbatından xəstə ölümü hələlik qeydə alınmayıb.
Xəstəxananın Cərrahiyə Şöbəsində də əməliyyat olunan heç bir xəstə qanunamüvafiq olaraq reanimasiya şöbəsinə deyil, birbaşa palataya yerləşdirilir. Xəstə uzərində həyata keçirilən belə oyunbazlığın səbəbini isə hələ də reanimasiya şöbəsi kollektivi bilmir. Xəstəxanada son vaxtlar sağlamlıq arayışının qiyməti 40 manat olub. Kim istəyirsə, həkim qapılarına düşmədən və vaxt itirmədən pulunu verib əldə edə bilər. Bu barədə gizli video çəkilişin olduğu da bildilir.
Sonda mənbə onu da qeyd etdi ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının işçi heyətinın yarısına qədəri Bucaq kənd sakinlərindən ibarətdir.

Xəstəxanada baş verən bu kimi qanunsuz işlərdən TƏBİB sədri Vüqar Qurbanovun xəbəri varmı deyə bilmərik. Onu qeyd edəbilərik ki, Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar,özbaşınalıqlar bunlarla bitmir. Xəstəxana tərəfindən mal-materialların və müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verilib. Apardığımız araşdırmanın nəticələrini yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağıq.

Aktualinfo.org

Ardını oxu...
Azərbaycan dövlətinin, hüquq-mühafizə orqanlarının prioritet mövzularından biri də narkotiklərə qarşı mübarizədir. Dünyanın bəlasına çevrilən bu "ağ ölüm"ün Azərbaycanda da izlərinə tez-tez rast gəlinir. Demək olar ki, hüquq-mühafizə orqanları hər gün rəsmi açıqlamalarında paytaxtda və bölgələrdə narkotik bəlası ilə mübarizə apardıqlarına dair faktlar yayırlar. Hətta, cənab nazir Vilayət Eyvazovun bu sahədə ardıcıl addımları və barışmaz mövqeyi də xeyli diqqət çəkir. Amma görünür ki, əsasən İrandan qaynaqlanan bu narkoticarət şəbəkəsi hansısa yollarla günü-gündən "çiçəklənməyə" can atır...

Bu mövzuya təsadüfən toxunmadım, çünki bu şəbəkənin uzantılarından biri də doğulduğum Salyan rayonundadır. Bunu isə biz yox, illər öncə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat da təsdiqləyir...

Xatırladım ki, bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu 2017-ci ildə 9 il həbs cəzası almışdı. Onun evindən 10 kiloqrama yaxın narkotik maddə aşkar olunmuşdu. Hətta, bununla bağlı keçirilmiş polis əməliyyatının da videogörüntüsü var.



Amma bir neçə aydan sonra Elşən Məmmədovun azadlığa çıxması ilə bağlı məsələ hətta Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Çıxışa doğru" proqramında da müzakirə olundu.

Həmin verilişə baxanlar yaxşı xatırlayır ki, qonaqlardan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu kimi halların cəmiyyətimizin inamına ciddi zərər vurduğunu deyirdi, hətta bəzi məhkəmə instansiyalarını da kəskin tənqid edirdi.

Bəs təzad nədir?

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilən Elşən Məmmədov bir neçə aydan sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə naməlum səbəbdən azadlığa çıxmışdı. Şirvan Apellyasiya Məhkəməsinin bu qərarı isə həm rayon, həm də ölkə ictimaiyyəti tərəfindən ikrahla qarşılanmışdı.

Hörmətli Rauf Zeynini narahat edən məsələ də məhz bu idi...

"Bir hüquq-mühafizə orqanının həbs etdiyi məhkumu başqa bir hüquq-mühafizə orqanı kimdənsə rüşvət alaraq, azadlığa buraxır. Axı bu necə ola bilər? Əgər bir adam narkotacirlik edib, bizim minlərlə balamızı zəhərləyirsə, onu necə azadlığa buraxmaq olar? Bu, heç cür mümkün olan məsələ deyil. Belə hallar baş verəndə isə cəmiyyətimizdə inamsızlıq yaranır. Cəmiyyət də elə düşünür ki, narkotacirlərə ölüm yoxdur, heç kəs bunlara toxuna bilmir və s. Bu kimi hallar isə Azərbaycan cəmiyyətinə çox ciddi zərbə vurur, cəmiyyətdə inamsızlıq yaradır. Mən üzümü müvafiq orqanlara və şəxslərə tutaraq demək istəyirəm ki, görün nə qədər təhlükəli vəziyyət yaranıb, Daxili İşlər naziri cəmiyyəti, insanları narkomaniyaya qarşı mübarizəyə çağırır...", - deyə o, vurğulamışdı.



Verilişin digər qonaqları da Azərbaycanda son illər narkomaniyaya yoluxanların sayında artım olduğunu deyir, Şirvan Apellyasiya Məhkəməsinin bu qərarını qınayırdılar.

Təbii ki, bir salyanlı olaraq bu məsələ məni də narahat etməyə bilməzdi. Çünki narkotika gənclərimizi və gələcək nəsillərimizi zəhərləyən ciddi bir bəladır.

Biz bu faktı və görüntüləri "Demokrat.az" saytında işıqlandırandan az sonra Elşən Məmmədov və ona yaxın şəxslər bizə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə başladılar. Amma bu, gerçəyi dəyişə bilmədi və bilməzdi də...

Məni narahat edən digər məsələ isə Şirvan Apellyasiya Məhkəməsinin bu müəmmalı qərarı idi. Bu, müəmmalı qərar cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili siyasətə, məhkəmə-hüquq sistemində aparılan islahatlara kölgə salan bir qərar idi. Təəssüf ki, hansısa müəmmalı səbəblərdən məhkəmə belə bir qərar vermiş, gələcəyimizi, Azərbaycanın əsgəri olacaq gənc salyanlıların zəhərlənməsinə vəsilə olan Elşən Məmmədov kimi şəxsə və bir şəbəkənin uzantısına "yaşıl işıq" yandırmışdı...

İndi hüquq-mühafizə orqanlarından soruşuram: əgər Elşən Məmmədov narkotacir deyildisə, hələ də sosial şəbəkələrdə və AzTV-nin arxivində qalan görüntülər nəyin sübutudur?

Yox, əgər, doğrudan da, belə bir əməliyyat keçirildisə və Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə bir qərar verdisə, bəs həmin qərarın dəyişməsinə kimlər və necə müdaxilə etdilər? İndi kim zəmanət verir ki, həbsdən qurtulan Elşən Məmmədov kimi şəxslər bundan sonra cəmiyyətə daha ağır və arzuolunmaz fəsadlar verməyəcək? Ümumiyyətlə, kimdir bu şəxs və şəxslərə "toxunulmazlıq statusu" verənlər?

Burada Ulu Öndər Heydər Əliyevin məşhur bir fikrini vurğulamağı vacib sayıram: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə...."

Böyük bir elmi işin mövzusu olan bu dahiyanə deyilmiş cümlə üzərində düşünməyə gərək var. Düşünün, cənablar, çünki gələcəyimiz və övladlarımızın taleyi verəcəyiniz qərarlardan asılıdır...

Hörmətlə,

"Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli
Ardını oxu...
Bu il iyulun 23-də gecə saatlarında Göyçay sakini, 29 yaşlı Vüsalə Quliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində həyatını itirib. Vüsalə Quliyevanın ailə üzvləri deyir, hadisənin üstündən 4 aya yaxın vaxt keçsə də, xəstəxana həkimləri barədə yalnız töhmət xarakterli tədbir görülüb, heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb.

Mərhumun ailə üzvü Səbuhi Quliyev Meydan TV-yə danışır ki, iyulun 20-də Vüsalə Quliyevada qəfil halsızlıq, yüksək hərarət yaranıb. Elə həmin gün ailə üzvləri onu Təcili Tibbi Yardım Stansiyasına aparıblar, həkim Əli Əsgərov iynə vurub, resept yazıb, arxayın edib ki, ciddi bir şey yoxdur və yola salıb:

“Dedi ki, indi hamıda bu qızdırmadan var, gedin, yazdığım reseptdəki dərmanları verin, yaxşı olacaq. Gəldik evə, qızdırma düşmədi, bu dəfə götürüb Göyçay Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxananın həkimi İlhamə xanım rentgenə göndərdi, sonradan bilmişik ki, rentgen aparatı işləmirmiş, bizdən gizlədiblər. Vüsaləni aidiyyəti olmayan flüoqrafoya aparatıyla müayinədən keçiriblər, hansı ki, həmin aparat ağciyərin vəziyyətini aşkar edə bilmir. Nəticəni gətirdik verdik İlhamə xanıma, dedi, bunda heç nə yoxdur, ciyərləri də, tənəffüs yolları da təmizdir”.

Şikayətçinin deməsinə görə, yenə xəstəni elə hərarət içində götürüb, evə dönüblər. Ancaq gecə saatlarında vəziyyəti ağırlaşıb və yenidən Göyçay Rayon Mərkəzi Xəstəxanasının qapısını döyməli olublar:

“Xəstəxananın acil şöbəsində növbətçi həkim Fatimə Abdullazadə idi. Vüsalənin hərarəti artıq 40-ı ötmüşdü. O da bir iynə vurdu, dedi, indi həkimlər yoxdur, heç nə edə bilmərəm, aparın evə, səhər gətirərsiz, həkimlər baxar. Gecəylə baş həkim Ləman Hacıyevaya dəfələrlə zəng vursam da, telefonu açmadı. Yenə də əlacsız şəkildə Vüsaləni xəstəxanadan çıxarıb anasıgilə apardıq”.

Səbuhi Quliyev deyir, eyni vaxtda Vüsalənin 8 aylıq övladı da ağır xəstə olub və eyni xəstəxanaya 1 ay imiş ki, aparıb-gətirirlərmiş, ancaq həkimlər diaqnoz qoya bilməyiblər. Vüsaləni evə gətirəndən sonra körpənin vəziyyətinin ağırlaşdığını öyrənib: “Körpəni də təxminən bir ay idi ki, həmin xəstəxanaya aparıb gətirirdik. Hər dəfə başqa-başqa diaqnozlar qoyub, fərqli müalicələr edib vəziyyətini ağırlaşdırmışdılar. Elə həmin gecə biz Vüsaləni evə gətirəndə zəng vurub dedilər ki, gəlin uşağı təcili Mingəçevirə aparın, yoxsa öləcək. Biz də Vüsaləni buraxıb, qaçdıq xəstəxanaya, uşağı götürüb gecəylə Mingəçevirə çıxdıq. Mingəçevir Mərkəzi Xəstəxanası qəbul etmədi, dedi, uşağın vəziyyəti ağırdır, bizlik deyil, Bakıya – OMD-yə çatdırın. Evdən zəng gəldiyi üçün uşağı götürüb, əvvəl Göyçaya gəldik, mən Vüsaləni Göyçay Mərkəzi Xəstəxanasına, qardaşımsa uşağı Bakıya – OMD-yə götürdü. Yenə müayinə rentgenə göndərdilər, bu dəfə dedilər ki, ciyərlərində buz var, infeksion şöbəyə yatırtdılar. Dedik, axı xəstənin durumu çox ağırdır, niyə reanimasiyaya götürmürsünüz? Heç yarım saat keçmədi, Vüsalə komaya düşdü, ondan sonra reanimasiyaya köçürtdülər”.

Günorta saatlarında reanimasiya şöbəsinə köçürülən gənc Vüsalənin hekayəti elə həmin gecə saat 4-də orada uğursuz başa çatır. Ekspert onun pnevmaniyadan öldüyünə dair rəy verir. Səbuhi Quliyev sözünə davam edir:

“Pnevmaniya vaxtında qarşısı alınanda sağalan xəstəlikdir. Kor-kor, gör-gör, həkimlər Vüsaləni 3 gün apar-gətir etməklə müalicəni gecikdirdilər. Göyçay Mərkəzi Xəstəxanasının həkimləri belədir – xəstəyə sağlığında qoymalı olduğu diaqnozu keçinındən sonra qoyur. Halbuki, pnevmaniyanı aşkarlamaq üçün dağı-dağ üstə qoymağa ehtiyac yoxdur. Məsələ ağciyər idisə, mütləq KT lazım idi, etməyiblər”.

Səbuhi Quliyevin deməsinə görə, əvvəlcə xəstəxana məsuliyyəti yaxasından uzaqlaşdırmaq üçün rəydə saxtalaşdırmaya yol verilib. O da Göyçay Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciət edib. O, ailə üzvlərinin də iştirakıyla təkrar komisyon ekspertiza keçirilməsini istəyib. Rayon prokuroru ötən ay müraciəti təmin edib:

“Komisyon ekspertiza sənədlərin ekspertizasıdır, həkimlər nə etməliydilər, nəyi ediblər, nəyi yox, müalicə düzgün aparılıb, ya yox, dozalar düzgün olub, olmayıb… Birinci komisyon ekspertizada infeksionist iştirak etməmişdi, mənim vəsatətimlə ikincidə infeksionist də dəvət olundu. Komisyon ekspertiza bir neçə dəfə keçirilsə də, bizi yalnız bir dəfə dəvət etdilər. Sonra da özlərinə sərfəli olan qərarı çıxartdılar”.

Vüsalə Quliyevanın ailə üzvləri Göyçay Rayon Mərkəzi Xəstəxanasının bir neçə həkiminin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir:

“Məsələn, Təcili Yardım Stansiyasının həkimi Əli Əsgərov yüksək hərarətlə gətirilən xəstəyə iynə vurub, nəzarətdə saxlamadan, hərarəti qaydasına düşmədən evə göndərib. Xəstədən yaxma götürmək, onu ixtisaslaşmış həkimə yönləndirmək əvəzinə, özbaşına resept yazıb ki, yazdığı dərmanlar da əks təsirini göstərərək xəstənin vəziyyətini ağırlaşdırıb. Növbəti gün Göyçay Rayon Xəstəxanasına aparanda KT olunmalıydı, etməyiblər, aidiyyəti üzrə olmayan flüoqrafiya aparatıyla müayinə aparıb nəticəni səhv yazıblar. Yenə də xəstənin hərarətini nəzarətdə saxlamaq, tibbi yardımlar göstərmək əvəzinə İlhamə həkim geri qaytarıb. Növbəti gecə yenə ağırlaşmayla aparanda növbətçi həkim Fatimə Abdullazadə geri qaytarıb ki, gedin, sabah gəlin. Analizlər, müayinələr, düzgün diaqnoz, müalicələr vaxtında olsaydı, ölüm-itim də baş verməzdi. Vüsalənin vəziyəti bu həkimlərin sayəsində ağırlaşıb və bir insan gənc yaşında həyatını itirib. İki körpə anasız qalıb – biri 1, o biri 3 yaşında… O həkimlər buna görə qanun qarşısında cavab verməlidilər. Mənim onlara həkim deməyə də dilim gəlmir”.

Səbuhi Quliyev deyir, Göyçay Rayon Prokurorluğu bir aydan çoxdur ki, TƏBİB-ə bu ölüm işiylə bağlı xidməti yoxlama aparmasını tapşırıb, ancaq hələ də aparılmayıb:

“Burada söhbət bir xəstəxanadakı idarəçilikdən gedir. Bir xəstəxananın altı həkimi xəstəyə üç gündə diaqnoz qoya bilməyib. Rentgen aparatının işləməməsi birbaşa xəstəxana direktorunun məsuliyyətidir. Xəstələri flüoqrafiya aparatından keçirib, rentgen müayinəsi qəbzi verirlər. 7 aydır ki, göyçaylılar rentgendən keçmək üçün Qəbələyə 70 kilometr yol gedib-gəlirlər”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, məsələ rayon prokurorluğunda araşdırılır və ora müraciət edək. Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Vüsalə Quliyevanın müalicə aldığı Göyçay Mərkəzi Xəstəxanasında ölməsi faktı üzrə araşdırmalar davam edir. Oktyabrın 3-də mərhumun ailəsinin müraciəti əsasında komisyon-tibb ekspertizası təyin edilib və və icra edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anotomiya Bölməsinə göndərilib, icra olunub.

TƏBİB-in Quliyevlər ailəsinə göndərdiyi məktubunda qeyd olunub ki, xəstəxanada Vüsalə Quliyevanın ölümüylə bağlı araşdırma aparılıb. Xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım bölməsinin təcili tibbi yardım üzrə həkimi Fatimə Abdullazadə, bölmənin tibb bacısı Aytac Qasımovaya, tibb bacısı Samirə Zeynalovaya töhmət verilib. Xəstəxananın laboratoriya şöbəsinin laborantı Ulduzə Xəlilovaya yazılı xəbərdarlıq edilib.

Qurumdan Meydan TV-yə bildirilib ki, Vüsalə Quliyevanın tibbi sənədləri təhlil edilməsi üçün “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya”ya təqdim edilib.

Komissiyanın araşdırmasından sonra nəticə barədə əlavə məlumat veriləcək.

“Eyni zamanda, xəstəxananın aidiyyəti şöbəsinin adıçəkilən əməkdaşları ƏMək Məcəlləsinin müvafiq maddələri üzrə cəzalandırılmışdır. Rentgen cihazında yaranan nasazlıq qısa müddət ərzində aradan qaldırılacaqdır”.

Quliyevlər ailəsinin deməsinə görə, rayon prokurorluğu sonuncu ekspertiza rəyinə əsasən xəstəxananın baş həkimi də daxil olmaqla, həkim məsuliyyətsizliyinə görə altı nəfəri işə cəlb edib. Ancaq Quliyevlər qərarla razılaşmayıblar və daha iki həkimin də cəlb olunması üçün müraciət ediblər.

Meydan TV
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayıt məktubunu oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

Göyçay Şəhər sakini İbrahim Göyçaylı küçəsi 4/7 ünvanında yaşayan Həşimov Əliyar Məmməd oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz. Mən Həşimov Əliyar Məmməd oğlu dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədova, yaşadığım həyətyanı sahədən keçən arxla bağlı müraciət edib bildirmişəm ki, su arxının təxminən 100 (yüz metr) məsafəsinə beton vurulsa, arxın su hövzəsi daşmaz və mənim yaşadığım evin altına su dolub, evimi qəzalı vəziyyətə düşməsinə gətirib çıxartmaz. Lakin, dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun işçiləri və Lətif adlı mühəndisi evimə gəlib baxaraq, heç bir iş görməyiblər. Su bərəsi betonlanmadığı üçün daşıb evimin altına su dolduğu üçün evim qəzalı vəziyyətə düşüb ki, hər an uça bilər.Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır.Mən üzləşdiyim bu problemin h\ll edilməsi üçün aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm ancaq heç bir tədbir görülməyib.

Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun korrupsiya əməlləri barədə mətbuatda tez-tez yazılar dərc olunur, faktlar göstərilir ancaq adam barədə heç bir tədbir görülmür.

Xahiş edirəm, mənim evimin yanından keçən arxın 100 (yüz) metr hissəsinin betonlanmasını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri, cənab Zaur Mikayılova tapşırıq verəsiniz. Çünki, bu Şakir Əhmədov mənim xahişimi nəzərə almır.

Mənim oğlum Orxan Vətən müharibəsində qazi olub. O, Suqovuşan, Ağdərə, Qubadlı uğrunda gdən döyüşlərdə iştirak edib.Kəşfiyyatçı olub, Ağdərə istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb, kontuziya komaya düşüb 3 gündən sonra ayılıb.
Mənim kimi vətəndaşların problemləri birincilər sırasında həll olunmalıdır. Lakin Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov, özü bilərəkdən məni sizdən narazı salır, əks halda, mənim problemimi dərhal həll edərdi. Artıq mənim xahişimdən uzun müddət vaxt keçib, lakin yenə bir nəticə yoxdur. Cənab Prezident, sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırılıb, qanuna müvafiq tədbirlər görülməsinə və Şakir Əhmədovun məsüliyyətə cəlb edilməsinə tapşırıq verəsiniz.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən...

Direktorun aylıq maaşı 12 min manatdır, bura bonus, rüşvət və korrupsiya daxil deyildir...

Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ( “OMD” ) ilə bağlı öncə onu qeyd edək ki, bu tibb müəssisəsi Azərbaycanda UŞAQLAR üçün ilk xəstəxanadır. Yəni bu xəstəxana məhz uşaqlar üçün nəzərdə tutulub. 1926-ci ildə əhalidən yığılan iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanası son illər sanki uşaqların qəniminə çevrilib.
Bircə faktı qeyd etsək, vəziyyət aydın olar. Belə ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə, səhvən ölmüş oğlan körpəsinin meyitini veriblər. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər.
Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Valideynlər polisə müraciət ediblər və .... K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Başqa bir uşağın nənəsi deyir ki, həkim uşağımızı öldürüb bizə verdi: “Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər”.
Başqa bir valideyin yazır ki, uşaq anadan olanda həkimlər uşağın sağlamlığında heç bir problemi olmadığını dedilər, OMD-də də rentgen zamanı da problem olmadığını söylədilər və həkim Gündüz Ağayev hər şeyin yaxşı olacağını deyirdi, amma 3 gündən sonra uşaq öldü və bəlli oldu ki, körpənin anadangəlmə anus dəliyi olmayıb.
Dünyada bundan böyük rüsvayçılıq ola bilməz. Bəs onlarla həkim, cərrah görməyib ki, körpənin anus dəliyi yoxdur..? Bunlar ancaq bahalı dərmanlar, pul haqqında düşünürlər.
Bəli, OMD xəstəxanası əslində göz önündədir. OMD xəstəxanasında olan xəstələr yazır ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir.
Bu azmış kimi reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən. OMD-nin direktoru Allahverdi Musayev müqavilə əsasında xəstəxanaya xeyli sayda həkimləri yarımştat üzrə işə qəbul edib, Ramilə, Anar və s kimi həkimlər OMD-də qeyri-rəsmi MƏSLƏHƏTÇİ kimi işə qəbul olunublar, hansı ki, həmin şöbələrdə kifayət qədər təcrübəsi, savadı olan elmlər namizədi alimlər, professorlar çalışır. Direktor Allahverdi Musayev kənardan OMD-yə guya uzman həkimlər işə qəbul edərək onlara 5000 manat maaş verir, hansı ki, OMD-də də çalışan peşəkar həkimlər, professorlar 500-1000 manat arasında maaş alırlar.
Digər ciddi problem odur ki, OMD-də də ölüm hallarının sayı son vaxtlar xeyli artıb. Amma bu real rəqəmləri gizlədirlər. Və ölümü real olan uşaqları ölümqabağı valideynlərə verib xəstəxanadan çıxarırlar ki, ölümün statistikası aşağı olsun. Bir ayda 40-50 nəfər ölüm halı olur ki, bunlar da gizlədilir. Hətta xəstələrin müayinə göstəriciləri, xəstəlik tarixçələri də it-bata düşür, ya da gizlədilir. OMD-də də hətta 40-50 yaşlı kişilərə də sistem köçürülür. Bir soruşan yoxdur ki, bura uşaq xəstəxanasıdır, yoxsa..?
Direktor həkimlərdən tələb edir ki, lazım gələrsə küçədən xəstə-pasiyent tutub gətirin əməliyyat üçün...
Onu da qeyd edək ki, OMD-nin Oftalmologiya institutu ilə uzun illərin müqaviləsi var. Ki, göz xəstəliklərinin müalicəsi üçün. Amma hazırda OMD həmin müqavilədən imtina edib və o işləri direktor Allahverdi Musayevin qardaşı Samir həkim həyata keçirir. Hansı ki, Samir həkim oftalmoloq olsa da, xüsusi göz əməliyyatlarını bacarmır. Bütün bunlar azmış kimi, direktorun göstərişi ilə vaxtından qabaq doğulmuş körpələr üçün 100-300 manat arasında pul tələb edilir. Ki, onların görmə qabiliyyəti yaxşılaşdırılsın. Direktorun başqa bir qardaşı Seymur həkim isə kardioloq olsa da normal əməliyyat edə bilmir.
Sözün qısası, 3 qardaş bir araya gələrək OMD-ni məhv edirlər, reanimasiya şöbəsini sanki "bazara” döndəriblər.
Yazıya son olaraq onu qeyd edək ki, bu yaxınlarda 20 yaşlı gənc oğlan OMD-də burnundan əməliyyat zamanı dünyasını dəyişib. Soruşan yoxdur ki, uşaq xəstəxanasında 20 yaşlı gənci necə əməliyyata qəbul ediblər..?
Onu da qeyd edək ki, OMD-də bütün müayinə və müalicələr pulla, ödənişlidir. Direktor Allahverdi Musayev üçün icbari sığorta-zad boş şeydir. OMD-yə dövlət kifayət qədər vəsait ayırsa da orada xəstələrdən analiz götürülmür, direktorun göstərişi ilə xəstələr analiz üçün İNCİ-yə göndərilir. Vəziyyət o dərəcədə kritik həddə çatıb ki, hər ay, hər şöbədən pul yığılır. Görəsən, bu pul hara yönləndirilir?
Təsəvvür edirsiniz, direktorun aylıq maaşı 12 min manatdır. Bura bonuslar, alınan rüşvət və s daxil deyil. Bir sözlə, OMD-nin direktoru Allahverdi Musayev dövlətin ayırdığı vəsaiti dağıdır, dələduzluq edir, rüşvət və korrupsiya ilə məşğul olyur. Direktor əməkdaşları məcbur edir ki, tibbi, texniki avadanlıqların sıradan çıxmasına və nəticədə dövlətin pullarının silinməsinə çalışsınlar. Bütün bunların sonunda bir sual açıq qalır: Görəsən, Səhiyyə Nazirliyi, TƏBİB bu rəzaləti görmür..?
P.S. Biz yazırıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir. Özlərini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək isə, boğaza qədər korrupsiyanın və rüşvətin içərisində olan dövlətimizi kərpic-kərpic sökən bəzi məmurların hobbisidir. gundelik baki.com/
 
Ardını oxu...
Məlumdur ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulan “FOHOW” Beynəlxalq Korporasiyasının nümayəndəliyi 8(səkkiz) ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu Korporasiya əsas etibarilə insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğul olur. Son vaxtlar müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının iflasa uğrayıb bağlanacağı barədə müəyyən söz-söhbətlər dolaşır. Bu həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də bütövlükdə istehlakçıları narahat etməkdədir. Bundan əlavə, bəzi media qurumlarında bu şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımların atılması barədə də müəyyən məlumatlar tirajlanmaqdadır. Məsələn, yayılan məlumatlarda qeyd olunur ki, “FOHOW” Beynəlxalq Korporasiyasının rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən 14 nümayəndəlikdə çalışan şəxsləri işə götürərkən tərəflər arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, nümayəndəliklərə satış məqsədilə məhsullar verilir, amma bunun qarşılığında həyata keçirilən nəğd ödənişlərlə bağlı çek verilmir. Hətta, bu şirkətin nəzdindəki ofislər fəaliyyət göstərdikləri ünvanların sahibləri ilə də icarə müqaviləsi bağlamırlar. Məsələn, Korporasiyanın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev-57/59 ünvanında yerləşir və həmin ünvanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olan Tamerlan müəllimə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, bu iki tərəf arasında heç bir icarə müqaviləsi sənədi imzalanmayıb. Faktdır ki, tərəflər arasında icarə müqaviləsi sənədinin imzalanmaması həm qanundankənar addımdır, həm də bu zaman vergi cinayətlərinə qol qoyulur, əmək intizamının tələbləri pozulur və digər qanunsuzluqlara yol verilir. Media üzərindən apardığımız araşdırmalardan sonra, bu yöndə daxil olan məlumatları əsas tutub 04 oktyabr 2022-ci il tarixdə “FOHOW” Beynəlxalq Korporasiyasının baş ofisində olduq. Məqsədimiz nümayəndəliyin direktoru Nurlan müəllimlə görüşmək və adı çəkilən bu şəxsdən yayılan məlumatlarla bağlı bəzi mətləblərə aydınlıq gətirməsini xahiş etmək idi. Təəssüflər olsun ki, bu şəxsi iş yerində tapa bilmədiyimizdən, biz bu yöndə məqsədimizə nail ola bilmədik. Amma, Korporasiyanın digər əməkdaşı Yaşar müəllimlə görüşümüz baş tutsa da, o, ona ünvanlayacağımız suallara cavab vermək səlahiyyətinə malik olmadığını dilə gətirdi. Yəni, bu şəxs “Mən şirkətdə yalnız ingilis-dili dərsi tədris edirəm” deyib, məhz mətləbdən yayınmağı bacardı. Amma, bir neçə gün bundan öncə Yaşar müəllimin də çalışdığı ofisdən (foto-şəkillər də daxil olmaqla) yayımlanan paylaşımdan, verilən açıqlamadan görünür ki, bu şəxs çalışdığı ofisdə sadəcə olaraq ingilis-dili müəllimi deyil, əsas söz sahibi olan şəxslərdən biridir. Demək, Yaşar müəllimin düşüncəsi və şəxsi yanaşması çalışdığı şirkətdə qol qoyulan qanunsuzluqlara uyğun formalaşıb ki, o, yaşının belə bir çağında yalan danışmağı özünə rəva bilir.

Ardını oxu...
Bütün bunlardan əlavə, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı, bu gün də bəzi çevrələrdə başqa-başqa məlumatlar yayılmaqda davam edir. Yəni, yayılan məlumatlarda bildirilir ki, xeyli müddət bundan öncə bu şirkətdə çalışan iki nəfər xanım İran İslam Respublikasının (İİR-nin) Qum şəhərinə dini təhsil almağa göndərilir. Hətta, göndərilən xanımlardan birinin həyat yoldaşı da, məhz bu şəhərdə dini təhsil almağa cəlb olunur. Yayılan başqa bir məlumatda isə qeyd olunur ki, bu Korporasiyada çalışan rəhbər şəxslərdən bir neçəsi müəyyən məqsədlərini həyata keçirmək istəyi ilə, İİR-da vəzifə sahibi olan bəzi şəxslərlə razılaşma əldə etsələr də, az sonra onların belə bir planı baş tutmur. O halda İİR tərəfindən bu şirkətə qarşı külli miqdarda kompensasiya ödənilməsi tələbi irəli sürülür. Belə bir addımların atılması “FOHOW” Beynəlxalq Korporasiyası ilə İİR arasında hansısa formada əməkdaşlığın olmasını ehtimal etməyə əsas verir. Qeyd edək ki, bu gün Korporasiyanın Azərbaycandakı şəbəkəsini Quan adlı şəxs idarə edir. Söylənilənlərə görə, bu şəxsin Lyu adlı həyat yoldaşına verilmiş oturumun müddəti ötən il başa çatıb. Buna baxmayaraq, adı çəkilən bu xanımın hələ də Bakı şəhərində olduğu və onun təsadüfi hallarda yaşadığı mənzildən bayıra çıxdığı bildirilir.
Dolaşan başqa bir söz-söhbətlərə görə, bu günlərdə şirkətin əsas rəhbəri Yu Pey Bakı şəhərində olduğundan, Korporasiyasının ölkəmizdəki nümayəndəliklərində çalışan rəhbər şəxslər arasında intensiv görüşlər təşkil olunur. Keçirilən belə bir görüşlərin nəticəsi olaraq 09 noyabr 2022-ci il tarixdə, saat təqribən 13-14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki hotellərdən (hotel təbliğ olunmasın deyə adını çəkmirik) birinin iclas zalında, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışanların tədbiri keçirilir. Bu haqda redaksiyamıza məlumat daxil olduqdan sonra, bir neçə media qurumunun əməkdaşı ilə həmin hoteldə olduq. Məqsədimiz bu şəbəkənin ölkəmizə gətirilməsində xüsusi rolunun olduğu söylənilən Yaşar müəllimə əmək müqavilələri və vergi ödənişləri, həmçinin bu Korporasiyanın İİR-da qurmaq istədiyi işlərlə bağlı bir neçə sual verib cavab əldə etmək istəsək də, məhz bu dəfə də istəyimiz elə istək olaraq qaldı. Çünki, Yaşar müəllim “Mən tədbirdəyəm, hələ ki, vaxtım yoxdur” deyib, yenə də mətləbdən yayınmağı bacardı. Onu da bildirək ki, əvvəlcə “Mən bu şirkətdə ingilis-dili tədris edirəm, başqa heç bir səlahiyyətim yoxdur” deyən bu şəxs, məhz sonrakı cavabı ilə özünün səlahiyət sahibi olduğunu sübuta yetirdi. Demək, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yayılan məlumatlar getdikcə özünü doğrultmaqdadır.
Diqqəti bir məqama da yönəldək ki, bu Korporasiyada çalışan xanımların tam əksəriyyəti başıörtüklü qadınlardır və müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlar daha geniş çevrələrdə yayıldıqca, hər kəsin bu şirkətə qarşı olan şübhələri getdikcə artır. Düşünürük ki, yazıda qeyd olunanlar aidiyyatı dövlət orqanlarının diqqətini cəlb edəcək və bu şirkətin fəaliyyəti birbaşa nəzarətə götürüləcək. Yəqin ki, o halda şirkətdaxili ab-hava, həyata keçirilən idarəçilik, göstərilən münasibət və s. kimi bir çox məsələlər öz həllini tapacaq.
Ardını oxu...
Yaxın vaxtlarda bu şirkətlə bağlı bir çox sensasion məlumatları, ələlxüsus vergidən yayınma hallarının necə həyata keçirilməsi yöndə atılan addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq.

P.S. Yuxarıda qeyd etdiyimiz və növbəti məqalələrimizdə yayımlayacağımız faktlarla bağlı şirkətin rəhbərliyinə, Korporasiyanın Azərbaycandakı səlahiyyətli şəxslərdən olan, eyni zamanda bu şirkət tərəfindən «yeddi karat» titulu ilə ödüllənən Yaşar İsmayılovun ,,Nizami» metrostansiyasının yaxınlığındakı ofisində olub, qeyd olunan sualları bu şəxsə ünvanlasaq da, təssüflər olsun ki, Yaşar müəllim ünvanladığımız suallardan yayındı və suallarımıza cavab vermək iqtidarında olmadığını bildirdi. Bütün bunlara baxmayaraq, etibarlı mənbədən məlumat əldə etdik ki, “FOHOW” ailəsi 09.10.2022- ci il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Arion» hotelində gizli toplantı keçirəcək. Həmin vaxt bir neçə həmkarlarımızla qeyd olunan ünvanda olub şirkətin rəhbərliyinə bir neçə sualla müraciət etmək istədik.

Ardını oxu...
Təssüflər olsun ki, bu dəfə də şirkətin ,,ailə başçısı» heç bir jurnalisti qəbul edib açıqlama vermək istəmədi. Amma, Yaşar İsmayılov və özünü şirkətin əməkdaşı deyə təqdim edən bir nəfər şəxs bizimlə hotelin foyesində görüşüb iclasın yarım saata qurtaracağını və suallarımıza aydınlıq gətirəcəklərinə söz versələr də, az sonra eşitdik ki, «FOHOW» ailəsi gizli iclaslarını başa vuraraq arxa qapıdan qaçıblar.
Bunlara baxmayaraq, yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Odur ki, bizi izləməyi unutmayın.
Deryaz.az
 
 
 
Ardını oxu...
Bugünlərdə yaradılmasının 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında müxtəlif yollarla varlanmış, hətta oliqarxlaşmış şəxslərin olduğu sirr deyil. “Gununsesi.info” saytı belələrindən birinin – uzun illərdir YAP Suraxanı Təşkilatının sədri vəzifəsini daşıyan Vüqar Seyidovun topdağıtmaz var-dövləti ilə bağlı araşdırma aparıb.

Sayt qeyd edir ki, YAP Siyasi Şurasının üzvü olan V.Seyidov uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkənidir. Bu qohumluq YAP-ın rayon təşkilatı sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb.

Belə ki, Vüqar Seyidov 14 il Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan rayonuna başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub, nəticədə, dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Sayta məlumat verən mənbə V.Seyidovun milyonluq əmlaklarının bəziləri haqda məlumat verib.

Bildirib ki, məsələn, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında yerləşən, ümumi sahəsi 809.82 kv.m olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu qiymətli əmlakı həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirib.

Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kv.m olan kafe-çayxana, “Yaşıl Ada Uşaq Bağçası MMC” də V.Seyidovun həyat yoldaşı Reyhan Seyidovanın adına olan əmlaklardır.

Mənbə bildirib ki, Qaraçuxur qəsəbəsində yerləşən “Qədim Qarabağ” restoranı da YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına “Range Rover”, 77-ZZ-776 nömrəli son model “Toyota Land Cruiser”, “Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qayınatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə “Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çevirərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsinə – Sapancaya köçürülüb.

Mənbə bildirir ki, burada Osman Abutalıbovun və ortaqlarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

“AzPolitika”
 

Haqqında bəhs edəcəyimiz “Azərsığorta” şirkəti haqqında qısa məlumat verək. Azərsığorta Dövlət Sığorta Şirkəti ilk dəfə 1921-ci ilin oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini davam etdirən Dövlət Sığorta Şirkəti respublika üzrə geniş filial şəbəkəsinə malikdir. 9 milyon manat nizamnamə kapitalına malikdir. İcbari Sığorta Bürosunun və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və aktiv iştirakçısıdır. Şirkətin saytında yazılanlardan bəlli olur ki, qurumun 15 departamenti, sədri, müşavirləri, rayonlarda filialları və s var.
Biz bir mətbu orqan olaraq həmişə qeyd edirik ki, idarəetmə optimal, mobil olmalıdır ki, qurumun xərci minimallaşsın. Çünki xərc çox olanda xidmət haqqı artır, bu da müştərilər üçün ziyandır. Amma biz deyirik, yazırıq, ancaq əməl edən yoxdur.
Uzun illər şirkətin rəhbəri Məmməd Əhməd oğlu Məmmədov olub və 2020-ci ilin mart ayında vəzifəsindən uzaqlaşdırılıb. Və Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. Və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlovu təntənəli şəkildə şirkətin kollektivinə təqdim edib.
İclasda Natiq Əmirov bildirib ki, Dövlət Sığorta Kommersiya Şirkəti bütün respublika ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlov isə Azərbaycan Respublikası Prezidentinin etimadını doğruldacağını bildirib. İndi görək, Fərhad Adıgözəlov Prezidentin etimadını doğrulda bilirmi..?
Onu da qeyd edək ki, Fərhad Adıgözəlov gözünü “Azərsığorta”da açıb, yəni əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. Sonra maliyyə nazirinin köməkçisi olub və s. Bəli, mediada yazılanlardan, vətəndaşların şikayətlərindən bəlli olur ki, sığorta şirkəti bir qrup işbilməzlərin əlində korrupsiya şəbəkəsinə çevrilib.
Bunu biz demirik ee, vətəndaşlar deyir, ay Adıgözəlov. Vətəndaşlar yazır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir, sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib. Şikayətçilər yazır: “Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik. Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar”. Şirkətdə nəinki süründürməçilik, hətta cinayət halları da baş verir. Belə ki, xeyli sayda vətəndaş yazır ki, qəza nəticəsində avtomobilimə 4500 ziyan dəyib, şirkət 2000 təklif edir, başqa birisi yazır ki, qəza nəticəsində 1200 ziyana düşmüşəm, sığorta şirkəti 400 manat təklif edir...və s.
Vətəndaşlar yazır ki, dəfələrlə sədr Fərhad Adıgözəlova müraciət etmişik, ancaq şikayətə baxan yoxdur.
Biz bir media olaraq şirkətlə bağlı ən təzə şikayəti də təqdim edirik. Qarabağ müharibəsi veteranı, qazi olan avtomobil sahibi deyir ki, Yasamalda qəzaya məruz qalan avtomobilim üçün təkcə bir detala 2500 manat pul vermişəm, şirkət isə mənə 90 manat təklif edir. Belə haqsızlıq olmaz. Belə olan halda sabah hansı bir vətəndaş bu şirkətə müraciət edər..?
Bəli, daxil olan məlumata görə, son illər şirkətdə ciddi neqativ hallar baş verir. Belə ki, şirkətin 90-dan artıq şöbələri birləşdirilir və boşalmış sahələr kimlərəsə satılır. Hələ bu harasıdır..?
Son bir ildə sığorta şirkətinə məxsus maşınlar özəlləşdirilir və kimlərəsə satılır.
Sözün qısası, “Azərsığorta” şirkəti sanki kolxoz bazarına çevrilib. Qarabağ veteranı olan şikayətçi Fərhad Adıgözəlovdan onu şəxsən qəbul etməsini və problemin həll olunmasını tələb edir.
Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. gundelik baki.com/
 
 
 

Dünyapress TV

Xəbər lenti